Bakıdan sensasiyalı GEDİŞ: Azərbaycanın ABŞ-ın axtardığı silahı almasının SİRRİ - VİDEO
Bizi izləyin

Nida Təhlil

Bakıdan sensasiyalı GEDİŞ: Azərbaycanın ABŞ-ın axtardığı silahı almasının SİRRİ - VİDEO

Cənubi Qafqazda qızğın silahlanma davam edir. Rusiya Ermənistana “İskəndər” raket kompleksini verdi. Azərbaycan buna cavab olaraq İsraildən “Dəmir Günbəz” sistemlərini almaq istəyir. Müdafiə naziri Zakir Həsənov gözlənilmədən İsrailə səfər etdi və həmkarı Aviqdor Libermanla danışıqlar apardı.

Publika.az
xəbər verir ki, “Pravda” nəşri Azərbaycanın erməni hərbi birləşmələrinin həmlələrinin qarşısını almaq üçün atdığı addımlar haqda yazıb.

Nəşr diqqəti Həsənovun səfərinə yönəldərək qeyd edir ki, bu, olduqca sensasiyalı idi: “Əsrin dörddə bir hissəsində bu, ilk rəsmi səfər idi. Problem ondadır ki, Bakının Təl-Əvivlə münasibətləri İranı qıcıqlandırır. Tehran münasibətlərə son qoymağa çağırsa da, İlham Əliyev öz siyasətini davam etdirir. Ötən ilin dekabrında İsrailin Baş naziri Benyamin Netanyahu öz xanımı ilə birlikdə Bakıya gəldi. Əliyevlə Netanyahu iqtisadi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi haqda razılaşdılar. Amma bir məsələ açıq qaldı: Azərbaycan İsraildə səfirliyini nə vaxt açacaq? İsrail Bakıda səfirliyini 1993-cü ildə açıb, amma qarşı tərəf İran faktoruna görə bu addımı gecikdirir. Hərçənd, Azərbaycan İranın etirazlarına məhəl qoymur və xüsusilə müdafiə sferasında İsraillə əməkdaşlığı inkişaf etdirməyə davam edir”.

Nəşr əlavə edir ki, Həsənov Libermanla “Dəmir günbəz” və “Hermes 900” pilotsuz təyyarələrin alınmasını müzakirə etdi.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında da qeyd olunur ki, nazir İsrailin aparıcı hərbi sənaye müəssisələrinə baş çəkdi və məhsullarla tanış oldu.

Beynəlxalq münasibətlər üzrə İsrail eksperti Arye Qut danışır ki, indiyə qədər Bakı və Təl-Əviv arasında əməkdaşlıq energetika sferasına daxil idi (İsrailin neft ehtiyacının 40 faizi Azərbaycandan idxal olunur), lakin indi hərbi sektorda da əlaqələr genişlənib.

Zakir Həsənovun səfərində müzakirə olunan “Hermes 900” (BPLA) pilotsuz təyyarələri rəqibin hədəflərinin kəşfiyyatını aparır, dəqiq informasiyalar ötürür və lazım olanda zərbə endirir. Bu təyyarə sistemləri dünyanın bir neçə ölkəsində - ABŞ, İsrail, Çin və Türkiyədə - mövcuddur. İndi bu sıraya Azərbaycan da daxildir.


Ermənistan da “aprel müharibəsi”ndən sonra bu silahdan əldə etməyə cəhd göstərir. Hətta bu ilin may ayında Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi Levon Ayvazyan “Ermənistan zərbə vuran pilotsuz uçuş aparatlarına (BPLA) malikdir, lakin gəlin, bu haqda danışmayaq və məxfiliyi saxlayaq” deyə açıqlama verdi. Lakin bunun blef olduğu və bu blefin erməni ictimaiyyətinə yönəldiyi məlumdur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dəmir günbəz”: İsrailin bu hava hücumundan müdafiə sistemi altı il ərzində “Həmas” və “Hizbullah”ın atdığı 1,5 min raket uğurla zərərsizləşdirib. Hətta Pentaqon şəxsi hava hücumundan müdafiə sistemi proqramını dayandıraraq, “Dəmir günbəz” almağa qərar verib.


Ekspertlər hesab edir ki, Bakı bu sistemləri Ermənistanın “İskəndər” raketlərinə qarşı alır. “Dəmir günbəz” “İskəndər” raketlərini zərərsizləşdirə bilərlərmi? İstehsalçılar müsbət cavab verirlər. Hərbi ekspertlər hesabladılar ki, Ermənistanın raketlərinin uçuşunun uzunluğu 300 kilometrdir. Beləliklə, Gümrüdən buraxılan raketlər Gəncəni vura bilər. Bununla yanaşı, “aprel müharibəsi”ndən sonra Ermənistan Mingəçevir SES-i və Bakı-Tbilisi-Cehyan boru kəmərini vurmaqla hədələdi.



Hərçənd, Rusiyanın Ermənistana verdiyi “İskəndər” raketləri erməni ordusunun hərbi balansına daxil deyil və Moskvanın icazəsi olmadan bundan istifadə edə bilməzlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Lakin görünür, Azərbaycan işini ehtiyatlı tutur. Digər tərəfdən, “Dəmir günbəz” cəbhəboyu yaşayış məntəqələrində mülki əhalinin təhlükəsizlinin qorunmasında böyük rola malik ola bilər. Təcrübə göstərir ki, Ermənistan zaman-zaman mülki əhalini hədəfə alır.

Zakir Həsənovun İsrail səfəri İrəvanda həyəcanla izlənildi. Ermənistan ehtiyat edir ki, İsraildən güclü silahlar alan Azərbaycan işğal altındakı əraziləri qaytarmaq üçün tezliklə hərbi əməliyyatlara başlasın.

Əslində “Dəmir günbəz” sistemlərinin alınması əsas təhlükənin – erməni hərbi birləşmələrinin mülki əhalini hədəfə alması – aradan qalxması deməkdir. Bu isə Azərbaycanın işğal altındakı torpaqları hərbi yolla alması yolunu açır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm