• USD 1,7000 0,00% EUR 2,0069 0,00%
    • GBP 2,2966 0,00% RUB 0,0273 0,00%

Özalın ölümünə imza atan əcnəbi alimin İNTİHAR SİRRİ və 25 sentyabra UZANAN BAĞ

Özalın ölümünə imza atan əcnəbi alimin İNTİHAR SİRRİ və 25 sentyabra UZANAN BAĞ

Şimali İraq Kürd Muxtariyyəti müstəqil olmaq üçün sentyabrın 25-də referenduma hazırlaşır. Ən təhlükəli məqamlardan biri isə Bərzani rejiminin türkmanların tarixi vətəni olan Kərkük və Mosulu da referendum aktına daxil etməsidir. Bu oyunun lap əvvəldən qurulduğu məlumdur. Lakin referendum ərəfəsində diqqətçəkən məqamlardan biri Türkiyədə baş verən bir ölüm hadisəsi oldu: sentyabrın 18-də Hacettepe Universitetinin professoru, ürək cərrahı İlhan Paşaoğlu Ankaradakı evində ölü tapıldı. Professorun intihar etdiyi deyilir, ancaq onun ölümündən əvvəl ailəsinə yazdığı məktubun yoxa çıxması hadisəyə sui-qəsd donunu geyindirir. Amma professora sui-qəsd edilmiş olsa belə, bu ölümün Bərzaninin referendumu ilə hansı bağlantısının ola biləcəyi şübhə doğurur.

Kərkük və Mosula da göz dikən İraq kürdləri müstəqil olmaq üçün referendum keçirir; Türkiyədə ürək cərrahı olan professor evində ölü tapılır.



İlk baxışdan, biri siyasi, digəri kriminoloji olan bu iki hadisə arasında heç bir əlaqə görünmür. Amma İlhan Paşaoğlunun kim olduğu və vaxtilə hansı işlər gördüyü bu iki hadisə arasında bağlantıların ola biləcəyinə dair ciddi ehtimallar yaradır.

1. İlhan Paşaoğlu 1950-ci ildə Kərkükdə doğulub. Türkiyədə tibb təhsili alıb, ürək cərrahlığı üzrə məşhurdur. Hətta Türkiyənin 10-cu prezidenti Əhməd Necat Sezarın ürək əməliyyatını həyata keçirib. O cümlədən, bir çox məşhur türkiyəli siyasətçilərin, iş adamlarının, məmurların əməliyyatını aparıb. Yəni Türkiyədə və dünyada ürək cərrahlığında böyük usta hesab olunur.

2. 2006-cı ildə Türkiyənin mərhum prezidenti Turqut Özalın zəhərlənərək öldürüldüyü iddiası ilə bağlı rəsmi araşdırma başlandı. Həmin vaxt mərhum prezidentin cəsədi üzərində yenidən ekspertiza aparıldı və “ölüm səbəbi ürək çatışmazlığıdır” arayışı verildi. Həmin ekspertizada iştirak edən həkimlər qrupunda və arayışa imza atanlar arasında İlhan Paşaoğlu da var idi. Turqut Özal Körfəz müharibəsində Mosul və Kərkükə qoşun çıxarmaq istəyirdi. Lakin həmin vaxt baş nazir olan Süleyman Dəmirəl buna imkan verməmişdi. O dövrün Türkiyəsində parlament respublikası sistemi mövcud idi və baş nazir ölkədə əsas söz sahibi idi. Buna görə də Özalın istəyi havada qalmışdı. Özalın Qarabağın işğalı vaxtı qoşun göndərmək istəyinin də qarşısı bu cür alınmışdı.



Kərkük və Mosula girməyi tələb edən Özalın öldürüldüyü iddiasının üzərindən xətt çəkən tibbi arayışa kərküklü cərrahın imza atması, illər sonra Kərkük və Mosulu “müstəqil Kürdüstan”a qatmaq istəyən İraq kürdlərinin referenduma getmək niyyəti və referenduma sayılı günlər qalmış həmin cərrahın müəmmalı ölümü arasında, nə qədər konspriloji səslənsə də, bir bağın olması ehtimalı görünür. Və bir detalı da unutmaq olmaz: İlhan Paşaoğlu İngiltərədə uzun müddət Kraliça ailəsinə bağlı tibbi mərkəzdə çalışıb.

Bütöv pazlı görmək üçün hissələrə ayrılıqda nəzər yetirək:

- Kərkük və Mosulu almaq istəyən Özal 1990-cı illərdə türk dünyasına səfərdən dönərkən ölür. Onun zəhərləndiyi iddiaları 2000-ci illərə qədər davam edir və bir çox dəlillər bu iddiaların doğruluğunu təsdiqləyir.

- 2006-cı ildə İlhan Paşaoğlunun da imzası ilə Özalın zəhərlənmədiyi, əslində “ürək çatışmazlığından” öldüyünə dair rəsmi arayış hazırlanır. Yəni öldürüldüyü iddialarının üzərində xətt çəkilir, hərçənd, bu iddialar doğru çıxsaydı, ip ucları daha dərinlərə qədər gedər, hətta Kərkük-Mosul da daxil olmaqla Qərbin Yaxın Şərqi xətlərlə bölən Sykes-Picot anlaşması planının qaranlıq tərəfi gün üzünə çıxa bilərdi.

- Maraqlıdır ki, Özala ürək çatışmazlığı diaqnozunu qoyan İlhan Paşaoğlu Sykes-Picot anlaşmasının əsas banisi olan İngiltərədə uzun müddət çalışıb.

- Nə təsadüf ki, Sykes-Picot anlaşmasının nəticəsi olaraq ortaya çıxan İraqın bölünməsinə səbəb olacaq kürd referendumu öncəsi əslən kərküklü olan cərrah İlhan Paşaoğlu müəmmalı şəkildə ölür.

Pazlın hissələrini birləşdirək: Özal Mosul və Kərkükə müdaxilə edəcəkdi. 1926-cı ildə imzalanan Ankara razılaşması buna imkan verir. Onu zəhərləyərək öldürdülər. İllər sonra Özalın ölümü gün üzünə çıxarıldı və araşdırma başlandı. Əgər Özalın həqiqətən də öldürülmüş olması üzə çıxsaydı, bu geosiyasi qalmaqala səbəb olar, eləcə də geosiyasi planları ifşa edərdi. Amma bütün iddialara rəğmən, İlhan Paşaoğlunun rəhbərlik etdiyi qrup ölümün təbii səbəbdən baş verdiyini təsdiqləyən tibbi arayış hazırladı. İddia etmək olar ki, kərküklü professor ingilislərə yaxın olub, yaxud da kiminsə təsiri altında belə bir arayış hazırlayıb. Həmin arayışın hazırlanmasından 11 il sonra “müstəqil Kürdüstan” layihəsi gündəmə gəlir, yəni Sykes-Picot anlaşmasının baniləri uzun illər rəfdə toz basmış əsas layihəni həyata keçirməyə başlayırlar. Referenduma sayılı günlər qalmış Özala “təbii ölüm” arayışı verən professor evində ölü tapılır, lakin ailəsinə yazdığı məktub yoxa çıxır. Ehtimal ki, Paşaoğlunun ölümündə bildiyi sirlərin rolu böyük olub, onun yoxa çıxan məktubu da bir çox sirri özündə gizlədirmiş. Özalı öldürərək sirləri örtənlər mərhum prezidentə ölüm arayışı yazan professoru da aradan götürməklə həqiqətlərin üzərini bir az da torpaqladılar.

Bu iddiaları gündəmə gətirən türkiyəli politoloq, KAFKASSAM-ın eksperti Ömür Çelikdönmez Publika.az-a açıqlamasında sui-qəsd nəzəriyyəsini inkişaf etdirir.



Onun sözlərinə görə, İlhan Paşaoğlu kimi karyerasının zirvəsində olan bir həkimin intihar etməsini düşünmək gülməlidir.

“1950-ci ildə Kərkükdə doğulan İlhan Paşaoğlu 1974-cü ildə Hacettepe Universitetinin Tibb Fakültəsinin Qəlb-Damar Cərrahiyə kafedrasını bitirib. 1981-ci ildə Hacettepe Universiteti tərəfindən İngiltərəyə göndərilib. Londonda St.Tomas Xəstəxanasında və Rayne İnstitunda çalışıb. Tomas Xəstəxanası Britaniya Tibb Tərəfdaşı, Kraliça Tibb Akademiyası və Kraliça Tibb Qurumlarının mərkəzi idarə orqanıdır. Paşaoğlu 1987-ci ildə ABŞ-da Visconsin Universitetində də işləyib. Bir il sonra Hacettepe Universitetinə qayıdıb. 1991-ci ildə professor olub. Onun adı Turqut Özalın müəmmalı ölümü ilə gündəmə gəlir. Belə ki, 2006-cı ildə Özalın nəşi yenidən ekspertiza edildi və İlhan Paşaoğlu, Yüksel Bozer, Kemal Erdem, Ali Otove və Kubilay Varlı tərəfindən ölüm arayışı hazırlandı. Arayışda “Hörmətli prezidentimiz Turqut Özal xronoloji xəstəliyi və ürək çatışmazlığı səbəbindən 14:30-da vəfat edib” deyə qeyd olunur. Körfəz müharibəsində Mosul və Kərkük məsələsini gündəmə gərtirən Turqut Özalın ölüm arayışını hazırlayanlar arasında bir kərküklü həkimin olması diqqət çəkir. Daha sonra, İlhan Paşaoğlunun ölümünün Sykes-Picot anlaşmasının məhsulu olan İraqın referendumla bölünməsi ərəfəsinə təsadüfi etməsi nə dərəcədə təsadüf ola bilər?!”, - deyə türkiyəli politoloq vurğulayır.

Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>