Azərbaycan üçün BÖYÜK TƏHLÜKƏ, 2018-ci ilin yazında MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Azərbaycan üçün BÖYÜK TƏHLÜKƏ, 2018-ci ilin yazında MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sabah Nyu-Yorkda görüşəcək. Vaşinqton və Pxenyan növbəti dəfə bir-birini hədələyib. Sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirməsi bölgənin siyasi xəritəsinin dəyişməsi və yeni müharibə ilə nəticələnə bilər. Türkiyə ordusunun Suriyanın İdlib vilayətinə müdaxilə hazırlığını görən Dəməşq əks addımlar atmaq qərarına gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədin Suriyada hakimiyyətdə saxlanılmasını cinayət adlandırıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sabah Nyu-Yorkda görüşəcək. Bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan “Amerikanın səsi” radiostansiyasına açıqlamasında deyib.

“Görüş sentyabrın 23-nə planlaşdırılıb. Gündəlikdə Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünün təşkili məsələsi və ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfər qrafiki var. Bu iki məsələ müzakirə olunacaq”, - deyə erməni nazir vurğulayıb.

Sabah Dağlıq Qarabağda müharibə başlayacaq. Bu iddia ilə erməni siyasi şərhçi Qalust Qriqoryan çıxış edib.

Q.Qriqoryan qələmə aldığı məqalədə Azərbaycanın əraziləri azad etmək üçün son şərtlərini irəli sürdüyünü yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında yenidən “Kazan düsturu”nu gündəmə gətirib. S.Markov “vestnikavkaza” saytına açıqlamasında “Kazan düsturu”nun münaqişənin nizama salınmasına kömək edəcəyini bildirib.

“Bu sənədə görə dəhliz saxlanılır, Qarabağ ətrafındakı rayonlar qaytarılır. Bundan sonra Dağlıq Qarabağın tədricən Azərbaycanın tərkibinə reinteqrasiyası başlanmalıdır. Aydındır ki, qaçqınlar qayıdandan sonra erməni icması da Qarabağda qalacaq. Bu, münaqişənin nizama salınmasında ən optimal sülh yoludur”, - deyə Markov vurğulayıb.

“Burada Dağlıq Qarabaq mövzusunu müzakirəyə çıxarmayaq”. Bunu Ermənistan parlamentinin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyan qurumun Bakıda keçirilən konfransında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bir neçə gün öncə açıqladığı “Qarabağ ətrafı ərazilər Azərbaycana qaytarılır” sözlərindən imtina edib. “Amerikanın səsi” rediostansiyasına danışan Nalbandyan fikirlərinin kontekstdən çıxarıldığını iddia edib.

“Mən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin bəyanatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məşhur 3 prinsip və 6 elementə toxunmuşam”, - deyə o bildirib.

Erməni nazir Qarabağın status məsələsini hər şeydən öncə tələb etdiklərini açıqlayıb.

Qeyd edək ki, Nalbanyanın səsləndirdiyi fikirlər Ermənistanda ciddi rezonansa səbəb olmuşdu.

Sentyabrın 21-də ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında görüş keçirilib. Tramp Ərdoğanı dost adlandıraraq, ABŞ və Türkiyənin həmişəkindən daha yaxın olduqlarını bildirib.

“O artıq mənim dostumdur, onun liderliyi çox yüksək qiymətləndirilir”, - deyə Tramp qeyd edib.

“Biz hazırda heç vaxt olmadığımız kimi yaxınıq”, - deyə Tramp əlavə edib.

Sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirməsi bölgənin siyasi xəritəsinin dəyişməsi və yeni müharibə ilə nəticələnə bilər. Lakin referendumda diqqətçəkən məqamlardan biri də “Kürdüstan” dövlətinin yaradılacağı təqdirdə, Azərbaycana qarşı ola biləcək təhlükələrdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ankara sentyabrın 25-də müstəqillik referendumunu keçirməyi planlaşdıran Şimali İraq kürd muxtariyyətinə növbəti dəfə xəbərdarlıq edib. Ölkənin baş naziri Binəli Yıldırım Ankara müqaviləsini xatırladıb.

Qeyd edək ki, kürdlərin müstəqillik elan etməsi ilə İraqın bölünməsi Türkiyənin bu ölkəyə müdaxiləsini gündəmə gətirə bilər. 1926-cı ilin Ankara müqaviləsi Türkiyəyə bu hüququ verir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Təzyiqlərə baxmayaraq, muxtariyyətin müstəqilliyi haqqında referendum təxirə salınmayacaq. Bunu Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani mitinqdə deyib.

Onun sözlərinə görə, referendum nəzərdə tutulan vaxtda - sentyabrın 25-də keçiriləcək.

Türkiyə ordusunun Suriyanın İdlib vilayətinə müdaxilə hazırlığını görən Dəməşq əks addımlar atmaq qərarına gəlib. Bəşər Əsədin Xamadan İdlibə göndərdiyi 800 İŞİD döyüşçüsü Türkiyə ordusuna qarşı mübarizə aparacaq.

İŞİD döyüşçüləri rejim ordusuna məxsus avtobuslarla Xama-Akerbat yolu ilə İdlibə gətirilib. Terrorçuların daşınması Suriya parlamentinin deputatı Əhməd Dərvişin vasitəçiliyi ilə həyata keçirilib.

Bundan başqa, Suriya rejiminin Livan sərhədində yerləşən Kalemen rayonundan Deyr-ez-Zora köçürdüyü bəzi İŞİD üzvləri də İdlibə göndəriləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada müharibə növbəti il bitə bilər. Bunu “Ulduz” telekanalının “Proses” tok-şousunda Şərqşünaslıq və Afrikaşunaslıq İnstitutunun elmi rəhbəri Səid Qafurov deyib.

“Proqnozum son dərəcə optimistdir. Burada olan heç kəs mənimlə razılaşmayacaq, amma əminəm və proqnozlaşdırıram ki, Suriya müharibəsi növbəti ilin yazında bitəcək. Mən ümid edirəm ki, müharibə yanvarın 1-də bitsin, amma bunu deməyə ehtiyat edirəm”, - ekspert qeyd edib.

Bəşər Əsədin Suriyada hakimiyyətdə saxlanılması cinayətdir. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Əsədin Suriyada hakimiyyətdə qalması cinayətdir. Ona görə ki, məhz onun adı ilə dövlət terroru siyasəti bağlıdır. Məhz bu şəxs milyona yaxın insanın ölümündə günahkardır. Əsəd öz xalqına qarşı kimyəvi silahdan istifadə edib”, – deyə o bildirib.

Rusiya kiçik və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmanı pozur və dünyada kütləvi qırğın silahlarının yayılmasına imkan yaradır. Bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı ABŞ Dövlət katibi Reks Tillerson söyləyib. Onun sözlərinə görə, Rusiyanın bu addımları son dövrlər müəyyən dövlətlərin məsuliyyətinə cəlb edilməsinə maneə yaradıb:

“Moskva gizli nüvə proqramlarının araşdırılmasına maneə yaradır. Rusiya MAQATE-nin müstəqilliyini zəiflətmək istəyir”.

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda Yaponiyanın baş naziri və Cənubi Koreyanın prezidenti ilə görüşündə Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları barədə fərman imzaladığını elan edib.

Fərman hər şeydən əvvəl Koreya Xalq Demokratik Respublikasının son dərəcə mühüm gəmiçilik və ticarət şəbəkəsinə qarşı yönəlib.

Tramp bundan əlavə bildirib ki, fərman ölkənin Maliyya Nazirliyinə KXDR ilə biznes aparan və ya ona qarşı ticarətlə bağlı tranzaksiyaların aparılmasını yüngülləşdirən istənilən xarici banka qarşı sanksiya tətbiq etmək səlahiyyəti verir.

Şimali Koreya tezliklə misli görülməmiş sınaqla qarşılaşacaq. Bu barədə ABŞ Prezidenti Donald Tramp rəsmi Tviter hesabında yazıb.

“Öz xalqının aclıq çəkməsi və ölümünə qarşı heç nə etməyən Kim Çen şübhəsiz ki, dəlidir. O, daha əvvəl görülməmiş bir sınaqla qarşı-qarşıya gələcək”, - Tramp yazıb.

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampın BMT tribunasından çıxışına “ən yüksək səviyyədə” cavab verəcəyinə söz verib. Kim Çen In rəsmi bəyanatla çıxış edərək söz verib ki, Şimali Koreya tarixin ən sərt əks-tədbirlərini tətbiq etmək imkanına baxacaq. Dövlət başçısı vurğulayıb ki, prezidentin nitqi ABŞ-a baha başa gələcək.

Kim Çen In Pxenyanın məhz hansı cavab addımları atacağını dəqiqləşdirməyib.

Amma daha əvvəl Şimali Koreyanın XİN rəhbəri Li Yon Xo jurnalistlərə bildirib ki, Pxenyan Donald Trampın BMT-dəki nitqinə cavab olaraq, Sakit okeanda hidrogen bombasını sınaqdan keçirə bilər.

Xatırladaq ki, Donald Tramp sentyabrın 18-də BMT Baş Assambleyasının 72-ci sessiyasında ümumsiyasi müzakirələrin gedişatında çıxışı zamanı Pxenyanın ünvanına hədələr səsləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskva və Minskin keçirdiyi “Qərb-2017” birgə təlimləri Belarus iqtisadiyyatında məhz hərbi-sənaye kompleksinin rolunun artması tendensiyasını təsdiq etdi.

Silahlı qüvvələr genişləndirilir. Eyni zamanda, bir sıra qanunverici dəyişikliklər hazırlanır. Söhbət ordu qarşısında dayanan məsələləri müəyyən edən normalardan gedir. Hərbçilərin funksiyaları əhəmiyyətli dərəcədə genişləndirilə bilər. Ekspertlər iddia edirlər ki, belaruslar Ukrayna ssenarisi üzrə dövlət çevrilişinin Minskdə keçirilmə ehtimalına hazırlaşırlar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm