Müharibə XƏBƏRDARLIĞI, işğalın yeni DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Müharibə XƏBƏRDARLIĞI, işğalın yeni DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu gün Şimali İraq kürd muxtariyyətində müstəqillik referendum keçirilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmanların müdafiəsi üçün Şimali İraqa hərbi müdaxilənin mümkünlüyü barədə xəbərdarlıq edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Ankaranın iqtisadi, siyasi və hərbi cavab tədbirləri üzərində işləyəcəyi bildirib. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın dağılacağını proqnozlaşdırıb.

Türkiyə Xarici İşlər Nazirliyi Şimali İraq kürd muxtariyyətində bu gün keçirilən referendumla əlaqədar növbəti bəyanatla çıxış edib. Nazirlik referendum nəticələrinin heç bir hüquqi əsasının olmayacağını bildirib.

“Biz beynəlxalq hüquqa və İraq Konstitusiyasına görə hər hansı qanuni əsas və legitimliyi olmayan bu təşəbbüsü tanımırıq. Türkiyənin və beynəlxalq cəmiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, referenduma getməkdə israr edən və yalnız İraqın deyil, bütün bölgənin sülh və sabitliyini təhlükəyə atan muxtariyyət rəhbərliyinin ağıldan uzaq bu təşəbbüsünü təəssüflə qarşılayırıq”, - bəyanatda deyilir.

Bildirilir ki, referendumla bağlı Türkiyənin milli təhlükəsizliyinə yönələcək hər cür təhlükələrə qarşı bütün tədbirləri görüləcək.

“Şimali İraq kürd muxtariyyəti türkman qardaşlarımıza qarşı hər hansı müdaxilə edərsə, Türkiyə tərəfindən dərhal hərbi əməliyyata başlanılacaq”. Bu haqda ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir peşmərgə güclərinə verilən hərbi təlimin də dayandırılacağını deyib.

Türkiyə Şimali İraq kürd muxtariyyətində bu gün keçirilən referendumla əlaqədar olaraq Habur sərhəd keçid məntəqəsini birtərəfli bağlayıb. TIR-ların yalnız Türkiyədən Şimali İraqa keçməsinə icazə verilir.

Kürd muxtariyyətinin başçısı Məsud Bərzani daha əvvəl verdiyi bəyanatlardan birində bildirmişdi ki, Türkiyənin sərhədi bağlamayacağına ümid edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraq kürd muxtariyyətinə müstəqillik referendumu ilə əlaqədar xəbərdarlıq edib. Prezident neft nəqlinin dayandırılacağını bildirib.

“Görəsən, Şimali İraq neftini hara axıdacaq və ya kimə satacaq. Bütün giriş və çıxışlar bağlanılacaq”, - Ərdoğan deyib.

Türkiyə prezidentinin sözlərinə görə, referendumun nəticələrindən asılı olmayaraq, Ankara onu absurd və qeyri-qanuni hesab edir. İraqın federal quruluşunun referendumu qəbul etmədiyini deyən Ərdoğan bütün lazımı addımların atılacağını vurğulayıb: “Siyasi, iqtisadi, ticari və təhlükəsizliklə bağlı addımları atırıq. Güzəşt edilməyəcək. Hazırda İran da eyni vəziyyətdədir”.

"Şimali İraq kürd muxtariyyətində keçirilən referendum silahlı qarşıdurma üçün zəmin hazırlayıb". Bunu Türkiyənin baş naziri Binəli Yıldırım NTV telekanalın efirində deyib.

“Bütün dünyanın xəbərdarlıqlarına baxmayaraq, referendum keçirilir. Bu qanunsuzluğu heç bir şəkildə tanınmayacağıq”, - baş nazir bildirib.

Binəli Yıldırım qeyd edib ki, Ankara iqtisadi, siyasi və hərbi cavab tədbirləri üzərində işləyəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon söhbəti olub. Söhbət zamanı Şimali İraq kürd muxtariyyətinə keçirilən referendumla bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçıları İraq və Suriyanın ərazi bütövlüyünə tərəfdar olduğunu vurğulayıblar.

Telefon söhbətində həmçinin sentyabrın 28-də Ankarada keçiriləcək görüşdə bütün ikitərəfli və beynəlxalq münasibətlərin müzakirə edilməsi barədə razılaşıblar.

Şimali İraq kürd muxtariyyətinin bu gün keçirilən referendumuna türkmanların tarixi torpağı olan Kərkük də daxil edilib.

Türkmanlar buna etiraz olaraq referendumu boykot edib. Lakin son məlumatlar şəhərdə hər an qarşıdurmanın başlaya biləcəyini göstərir.

Məlumata görə, 1700 PKK terrorçusu Kərkükdə qərarlaşıb. Güman ki, onlar çıxa biləcək qarşıdurmada əsas rolu üzərlərinə götürəcəklər. Şəhərdə təhlükəsizliyi isə Bərzaniyə bağlı peşmərgə qüvvələri təmin edir.

Kərkük mənbələrinin məlumatına görə, şəhərdə qarşıdurma peşmərgə qüvvələri ilə İrana bağlı şiə qrup Haşdi Şabi arasında çıxa bilər. Əgər bu baş verərsə, silahlı toqquşmalar başlanacaq.

Bu arada, İranın Yaxın Şərqdəki əməliyyatlarına rəhbərlik edən məşhur general Qasım Süleymaninin də Kərkükə gəldiyi deyilir.

Qeyd edək ki, şəhərdə türkman cəbhəsi tərəfdarlarına atəş açılandan sonra küçəyə çıxmaq qadağan edilib.

İraq Türkman Cəbhəsinin baş ofisinin önündə üzü bağlı silahlı qrup mühafizəni təşkil edib.

Kərkükdə yaşayan siyasi yazar Özdemir Hürmüzlü Publika.az-a açıqlamasında şəhərdəki son vəziyyət haqda məlumat verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran hava məkanını və quru sərhədlərini Şimali İraq kürd muxtariyyətinə bağlayıb. Bu haqda İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımı bildirib. Onun sözlərinə görə, bu addım İraq dövlətinin tələbi ilə atılıb.

İraq parlamenti Kərkükə ordu göndərilməsi barədə qərar qəbul edib. Bu barədə İraq parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri Hakim Zamili danışıb.

Zamilinin sözlərinə görə, parlament bundan əlavə İraq Kürd Muxtariyyətinin keçirdiyi referendumda səs verən məmurların vəzifədən kənarlaşdırılması, Kərkük neft yataqlarının rəsmi Bağdada təhvil verilməsi barədə də qərar çıxarıb.

Bu gün Şimali İraqda Kürd Muxtariyyətinin keçirdiyi müstəqillik referendumundan bir neçə gün öncə Kərkükdə gizli toplantı keçirildiyi ortaya çıxıb. “Milliyet” qəzetinin yazarı Özay Şendir gizli toplantının Məsud Bərzaninin məsləhətçisi Hoşyar Zebarinin Kərkükdəki evində keçirildiyini yazıb.

Yazar qeyd edir ki, sirli toplantıya ABŞ-dan Peter Qalbrayt da qatılıb.

“Qalbrayt ABŞ-ın Kürdüstanda ilk səfiri olacaq. Əslində o, ilk olmağa vərdiş edib. Yuqoslaviya dağılandan sonra Xorvatiyada işlədi, daha sonra Əfqanıstana qədər gedib çıxdı. Bu şəxs Norveçin neft şirkətini Şimali İraqda neft tədqiqatına başlamağa razı salıb. PKK lideri Öcalanın Romada olduğu günlərdə CİA ilə onun arasında danışıqlar aparmaq üçün İtaliyaya gedən iki şəxsdən biri də Qalbrayt idi. 2007-ci ildə “İraqın sonu” kitabını yazandan bəri kürdlərin müstəqilliyini müdafiə edir. İyulda Konqresdə keçirilən “Kürdüstan ABŞ-ın strateji müttəfiqi” konfransının əsas mühazirəçisi idi”, - deyə yazar vurğulayıb.

Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada atışma zamanı həlak olub. Ölkənin Müdafiə Nazirliyindən verilən xəbərə görə, general-leytenant Valeriy Asapov minaatanlardan açılan atəş nəticəsində həlak olub. Deyr əz-Zor şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik edib.

Görünür, Moskva Suriyadakı son itkiləri sonadək gizlədə bilməyib. Belə ki, general və digər Rusiya hərbi qulluqçuların Suriyada öldürüldüyü barədə xəbəri “New Irkutsk” nəşri bir neçə gün əvvəl yazmışdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vaşinqton Rusiyada prezident seçkiləri ərəfəsində etiraz aksiyalarını maliyyələşdirə bilər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısının müavini Sergeyi Ryabkov bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“2013-cü ilin sonu-2014-cü ilin əvvəlində Kiyevdə Maydan hadisələr zamanı Regionlar Partiyasının Krım bölməsinin üzvləri Rusiya rəhbərliyini inandırırdılar ki, yarımadanın zəbti üzrə xüsusi əməliyyatı özləri keçirə biləcəklər”. Bunu “112 Ukrayna” telekanalında “Qordon” proqramının efirində Rusiya Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryov bildirib.

Onun sözlərinə görə, amma sonradan Sergey Aksyonov (Krım Muxtar Respublikasının Nazirlər Şurasının sədri idi –red.) başçılıq etdiyi “kriminalitet” Kremlə kömək üçün müraciət etməyə məcbur olub.

Ukrayna vətəndaşlığından məhrum edilmiş Odessa vilayətinin sabiq qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sensasiyalı bəyanatlarla çıxış etməkdə davam edir. Saakaşvili Britaniyanın “The Daily Telegraph” nəşrinə müsahibəsində Ukraynanın dağılacağını proqnozlaşdırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm