Nida Təhlil
Ağ Evdə MƏXFİ GÖRÜŞ: Özalın Kərkük planı və baronların hücumu - SİRLƏR AÇILIR
Şimali İraq Kürd Muxtariyyəti dünən keçirilən
referendumla “müstəqillik” əldə etdi. Kürdlərin “müstəqil
sərhədləri”nə Kərkükün daxil edilməsi isə bu türk torpağının
işğalının tamamlanması deməkdir. Türkiyə Ankara sazişinin ona
verdiyi imkana rəğmən, Kərkükə girmədi. Bundan sonra da hərbi
müdaxilənin olub-olmayacağı dəqiq deyil. Kərkükün kürdlər
tərəfindən işğalı Türkiyənin mərhum prezidenti Turqut Özalın
Kərkük-Mosul planını yada salır.
Publika.az Türkiyə mənbələrinə istinadən Özalın
Kərkük-Mosul planını araşdırıb.
1990-cı ilin avqustunda Küveyti işğal edən İraqa ABŞ-ın
müdaxiləsindən öncə Çankaya köşkündə qapalı toplantı keçirilir.
Toplantıda prezident Turqut Özal, Baş qərargah rəisi Necip
Torumtay, quru qoşunlarının komandanı Doğan Güreş, hərbi dəniz
qüvvələrinin komandanı İrfan Tınaz, hərbi hava qüvvələrinin
komandanı Siyami Taştan, jandarma komandanı Eşref Bitlis və
iqtisadiyyat naziri Güneş Taner iştirak edirdi. Müzakirə mövzusu
Kərkük və Mosulun ələ keçirilməsi idi.
Toplantıda İraqa müdaxilə məsələsi və bunun üçün nələrin edilməsi
ətrafında fikir mübadiləsi aparılıb. Turqut Özal İraq ordusunun
zəif olduğunu və müdaxilə ediləcəyi təqdirdə duruş gətirə
bilməcəyini bildirib.
Özal komandanlara deyir: İraqa girərsək nə qədər
itkimiz olar?
Komandanların əvəzinə iqtisadiyyat naziri Güneş Taner cavab
verir: 30-40 min arası itkimiz olar.
Baş qərargah rəisi Necip Torumtay üzünü Güneş Tanerə çevirərək
“Hörmətli nazirimizin hərbi məlumatı qarşısında çaşıb
qaldım” deyir. Lakin nə qədər itki ola biləcəyi haqda heç
bir söz demir.
G.Taner həmin toplantını illər sonra belə xatırlayır: “Hərbiçilər
İraqa girməyə qarşı idi. Mən də qarşı idim. Özal bu məsələdə heç
bir dəstək almadı, buna görə də çox da müzakirə etmədi”.
Özal nə istəyirdi?
Turqut Özal hesab edirdi ki, Kərkük və Mosulun xilası Türkiyədir.
Buna görə də o, Türkiyənin federativ dövlət olmasını və həmin
bölgələrin alınmasını istəyirdi.
Həmin dövrdə səhiyyə naziri olan Halil Şıvgın
danışır: “Bir gün Özalın yanına getdim. ABŞ-ın İraqı
cənub, şimal və mərkəz olmaqla üç hissəyə bölmək istədiyini, bu
məsələdə Türkiyənin nə düşündüyünü soruşdum. Özal təəccübləndi,
“sən haradan bilirsən” deyə soruşdu. Sonra da “hər ehtimala qarşı
alternativlər hazırlanır” dedi. Orada gördüm ki, Özal Mosul və
Kərkük bölgəsində yaşayan bütün ərəb, türkman və kürdlərin
hamiliyini etmək istəyir. Buna görə də Təlabani, Bərzani, ərəb və
kürd liderlərlə görüşdü. Lakin bunu Türkiyə bürokratiyasına qəbul
etdirə bilmədi. Qarşısındakılar Səddam tərəfdarı çıxdı”.
Özalın xarici siyasət üzrə baş məsləhətçisi Engin
Güner: “Özal İraqın qurulduğu tarixdə sərhədlərin başda
İngiltərə olmaqla bəzi ölkələr tərəfindən süni şəkildə cədvəllə
cızıldığını və Türkiyəyə qarşı böyük bir haqsızlıq edildiyini
düşünürdü. İraqın Küveyti işğal etməsindən sonra sərhədlərinin
dəyişəcəyini, bu dəyişiklikdə Türkiyənin də pay almasını hesab
edirdi. Mosul və Kərkükə girməyi müzakirəyə çıxartdı. Amma dəstək
vermədilər. ABŞ belə istəmirdi”.
Lakin Mosul-Kərkük planına qarşı çıxan həmin dövrün
baş naziri Yıldırım Akbulut Özalın Buşa xoş gəlmək istədiyini iddia
edir: “Mosulu, Kərkük istəməklə hər şey həll
olunurmu? Orada BMT qərarları var. ABŞ “bizə kömək edin, cənubda
mənə qarşı gələcək İraqı özünə çək” deyirdi. Bu, “sən can ver”
demək idi. “Mosulu, Kərkük al” demirdi. Özalın arxasınca danışmaq
istəmirəm, amma Buşa xoş gəlmək üçün cəbhə açmaq istədiyi
görünürdü. Məsuliyyət baş nazir olaraq məndə idi. Millət üçün
Özalla mübarizə apardım”.
Türkiyənin İraqa girməsini ABŞ da istəyirdi, lakin Özalın təqdim
etdiyi plan qəbul edilmədi.
Ağ Evdə məxfi görüşün detalları
Türkiyəli köşə yazarı Taner Korkmaz Özalla ABŞ-ın həmin dövrdəki
prezidenti ata Corc Buşun Ağ Evdə İraq müzakirəsini gün üzünə
çıxarır. Buş “Səddamın şimala sıxışdırılmasını, Yaxın Şərqdə və
İslam dünyasındakı ölkələrin razı salınmasında ABŞ-a yardım etməyi,
kürdlərin mühafizə altına alınmasını” istəyirdi.
Özal: İraqda nə axtarırsınız?
Buş konkret cavab vermir.
Özal: İraqın işğalı Yaxın Şərqi qarışdıracaq. Bu,
bizə də, Yaxın Şərq ölkələrinə də böyük zərər verəcək.
Dərhal sonra da tələbini irəli sürür: “Bütün bu mümkün
problemlərin aradan qaldırılması, Şimali İraqdakı kürdlərin
təhlükəsizliyi, PKK terrorunun İraqdan idarə olunmasının
dayandırılması üçün Kərkük və Mosual qədər olan ərazi türk
əsgərinin nəzarətinə verilməlidir”.
Buş Özalın bu çıxışı qarşısında təəccüblənir, nə deyəcəyini bilmir,
yalnız bir söz...
Buş: Müşavirlərimlə görüşün sizə cavab
verəcəm.
Özal isə sözünə davam edir: “Sizin hansı yolla
İraqa girəcəyinizi bilməyimiz mümkün deyil. Amma nəticədə Körfəz
ölkələri və İraqdan böyük iqtisadi qazanc götürəcəyiniz dəqiqdir.
Türkiyənin bu bölgədə yüzillərdən bəri gələn haqları var. Əgər bir
hərəkət olacaqsa və biz buna dəstək verəcəyiksə, o zaman indiyə
qədərki zərərlərimizi təmin etməliyik”.
Buş: Hörmətli Özal, heç narahat olmayın. Türkiyə
İraq planımızdan böyük ölçüdə qazanclı çıxacaq. Mənə etibar edə
bilərsiniz.
Ağ Evdəki görüşdən Ankaraya dönən Özal türk ordusunun Kərkük və
Mosula girməsi üçün hərəkat planı hazırlamağa başladı. Həmin
günlərdə ANAP-ın millət vəkillərindən olan Göksel Kalaycıoğluna
gecə saatlarında zəng edərək, “Lozanna konfransındakı Mosul
sənədlərini” ona gətirməsini istəyir.
Səhər saatlarında Çankaya köşkünə gələn Göksel Kalaycıoğlu
“Xeyr ola, Mosula giririk?” deyə soruşur. Özal baş
barmağını dodağına yaxınlaşdıraraq, sus işarəsini göstərir.
Maraqlıdır ki, Özal Mosul sənədlərini hansı qurumdan istəsəydi,
gətirərdilər. Lakin görünür, planını bir müddət gizli saxlayıb və
yalnız etibar etdiyi adamdan istəyib.
Planını tamamlayan Özal ilk zərbəni Milli Təhlükəsizlik Şurasının
toplantısında aldı. Başda Baş qərargah rəisi olmaqla əksər
strukturlar plana qarşı çıxdı.
“Prezidentə qarşı döyüş başlanmışdı. Süleyman Dəmirəl qarşı
çıxanların bayraqdarı rolunda idi. İsmət İnönünün oğlu Erdal bəy də
onların yanında idi. Özalın “sürpriz” dəstəyi ilə baş nazir olan
Yıldırım Akbulut belə ona qarşı cəbhədə yer alırdı. Ordu, Özalın öz
hökuməti və müxalifət “Şimali İraqı 80 il əvvəl buraxdıq, orada nə
işimiz var?” deyə tüğyan edirdilər. Özalla üz-üzə gələn baş
qərargah rəisi Necib Torumtay 1990-cı ilin 3 dekabrında istefa
verdi. Özalın bu istefaya cavabı belə oldu: “Komandir masada yox,
döyüşdə bəlli olar”. “Türkiyədəki Amerika” mənasında gələn “Üst
qurum” (dərin baronlar, yaxud keçmiş rejim) Özalın Mosul və Kərkük
planını sıradan çıxartdı. Ankaradakı müqavimətin ssenarisi
Vaşinqtonda yazılmışdı. Buş Özalın planına qarşı idi. Özalın səhvi
isə Buşa etibar etməsi oldu. Özal bu yoldakı mübarizəsinin əvəzini
həyatı ilə ödədi. 1991-ci ildə Körfəz müharibəsindən iki il üç ay
sonra zəhərlənərək öldürüldü”, - Taner Korkmaz yazır.
Asif
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın