ABŞ-dan QARABAĞ GEDİŞİ: müharibə üçün İCAZƏ… HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

ABŞ-dan QARABAĞ GEDİŞİ: müharibə üçün İCAZƏ… HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Sentyabrın 29-da “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri başa çatıb. Türkiyədən aralarında keçmiş millət vəkili Ufuk Uras da daxil olmaqla bir sıra jurnalist və televiziya aparıcıları Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edib.Şimali İraq kürd muxtariyyətində keçirilən referendum həftənin ən mühüm hadisəsi oldu. Region ölkələri kürd muxtariyyətini sanksiyalarla hədələyirlər. Suriyada Rusiya günüral-leytenantı öldürüldü. 2014-cü ildə Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinə Donbasın işğal edilmiş ərazilərinin qaytarılmasına əvəz olaraq Krımdan imtina etməyi təklif edirdi.

Azərbaycan, Dağlıq Qarabağ

Rusiyanın Xabarovsk Şəhər Dumasının deputatı Smolkin Yevgenin pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən azərbaycanlı Anar Allahverənova kömək etmək üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət edib. Deputatın oxuduğu mətndə A.Allahverənovun ittiham olunduğu maddənin dəyişdirilməsi və ittihamın yumşaldılması istənilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma “DQR” rejiminin “xarici işlər naziri” Karen Mirzoyan vəzifəsindən çıxarılıb. Mirzoyan “ailə şəraitinə görə vəzifədən getdiyi” haqda ərizə yazıb.

Lakin “Jamanak” qəzeti onun qondarma rejimin “prezidenti” Bako Saakyan tərəfindən istefaya göndərildiyini qeyd edib. Mirzoyanın istefası Dağlıq Qarabağ münaqişəsi üzrə gedən proseslərin fonunda diqqət çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Danışıqlar masasında sıxışdırılan Ermənistan sülhü pozmaq üçün yeni təxribat hücumu edə bilər. Bu təhlükə Ermənistanın “lragir” saytında yayımlanan məqalədə açıq şəkildə öz əksini tapır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Dövlət katibi Reks Tillerson Senatın xarici əlaqələr komitəsinin sədri Bob Korkerə məktub yazaraq, 30 xüsusi səfir vəzifəsinin ləğv edilməsini təklif edib. Məktubda xüsusi diqqət çəkən məqam ABŞ həmsədrlik postunu ləğv etmək istəyidir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesini aparan ATƏT-in Minsk qrupunda amerikalı həmsədrin olmaması deməkdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyədən aralarında keçmiş millət vəkili Ufuk Uras da daxil olmaqla bir sıra jurnalist və televiziya aparıcıları Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Türkiyədən gələnləri Xankəndində qondarma “DQR”-in “xarici işlər naziri” Karen Mirzoyan qəbul edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycanda Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları beynəlxalq axtarışa verilib. Bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin bir qrup vətəndaşının Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa qanunsuz səfər etməsinə münasibət bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sentyabrın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Canikli ölkəmizdə keçirilən “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirak ediblər. Uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirən nazirlər onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistana haker hücumları ilə ciddi zərbələr vuran “Anti-armenian Team” adlı xüsusi qrup Dağlıq Qarabağa aid yeni xəritələr ələ keçirib. Haker qrupumuz sosial şəbəkə hesabında Azərbaycan SSR-də Dağlıq Qarabağın xəritələrini paylaşıb. Qrup bu xəritələri haradan əldə etdiyi haqda heç bir məlumat verməsə də, onların Ermənistanın sisteminə müdaxilə etdiyi ehtimal olunur.

Bu xəritə Ermənistanın Dağlıq Qarabağa iddialarını bir daha alt-üst edir.

Qeyd edək ki, azərbaycanlı hakerlər indiyə qədər dəfələrlə Ermənistanın kompüter sisteminə müdaxilə edərək, dövlət saytlarını dağıdıb, həmçinin, lazımi informasiyalar əldə ediblər.

İraqda tapılan azərbaycanlı uşaqların dəhşətli görüntüləri yayılıb. Qeyd edək ki, bir müddət əvvəl RT telekanalının əməkdaşları Bağdadda sığınacaqların birində ehtimala görə, valideynləri İŞİD tərəfindən döyüşən bir neçə azərbaycanlı uşaq tapmışdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

“Yelk” erməni müxalifət fraksiyası ölkənin Avrasiya İqtisadi İttifaqından çıxışı məsələsinin öyrənilməsi üzrə müvəqqəti parlament komissiyasının yaradılması haqqında qanun layihəsini parlamentin plenar iclasına çıxardacaq. Bu haqda “Yelk” fraksiyasından olan deputat Lena Nazaryan bildirib.

Daha əvvəl “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan Feysbuk səhifəsində yazıb ki, Avrasiya İqtisadi İttifaqından çıxış haqqında məsələ oktyabrın 3-də parlamentin plenar iclasında müzakirə ediləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İran, Yaxın Şərq

Sentyabrın 28-də Türkiyənin paytaxtı Ankarada Rusiya və Türkiyə prezidentləri, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Dövlət başçılarının təkbətək görüşü 1,5 saatdan çox davam edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Referendumun rəsmi nəticələrini açıqlanıb. Səsvermədə iştirak edənlərin 92,73 faizi müstəqilliyə səs verib.

Türkiyə Xarici İşlər Nazirliyi Şimali İraq kürd muxtariyyətində bu gün keçirilən referendumla əlaqədar növbəti bəyanatla çıxış edib. Nazirlik referendum nəticələrinin heç bir hüquqi əsasının olmayacağını bildirib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Şimali İraq kürd muxtariyyəti türkmanlara qarşı hər hansı müdaxilə edərsə, Türkiyə tərəfindən dərhal hərbi əməliyyata başlanılacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraq kürd muxtariyyətinə müstəqillik referendumu ilə əlaqədar xəbərdarlıq edib. Prezident neft nəqlinin dayandırılacağını bildirib.

“Görəsən, Şimali İraq neftini hara axıdacaq və ya kimə satacaq. Bütün giriş və çıxışlar bağlanılacaq”, - Ərdoğan deyib.

Türkiyə prezidentinin sözlərinə görə, referendumun nəticələrindən asılı olmayaraq, Ankara onu absurd və qeyri-qanuni hesab edir. İraqın federal quruluşunun referendumu qəbul etmədiyini deyən Ərdoğan bütün lazımı addımların atılacağını vurğulayıb: “Siyasi, iqtisadi, ticari və təhlükəsizliklə bağlı addımları atırıq”.

Rəcəb Tayyib Ərdoğan sözlərinə görə, referendum yeni münaqişələrin xəbərçisi olmaqdan başqa, heç bir anlam daşımır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik isə İraq kürd muxtariyyətinə hərbi müdaxilənin Türkiyənin atacağı ən son addım olacağını söyləyib.

Şimali İraq kürd muxtariyyətinin bu gün keçirilən referendumuna türkmanların tarixi torpağı olan Kərkük də daxil edilib. Türkmanlar buna etiraz olaraq referendumu boykot edib. Lakin son məlumatlar şəhərdə hər an qarşıdurmanın başlaya biləcəyini göstərir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq parlamenti Kərkükə ordu göndərilməsi barədə qərar qəbul edib. Bu barədə İraq parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri Hakim Zamili danışıb.

Zamilinin sözlərinə görə, parlament bundan əlavə İraq Kürd Muxtariyyətinin keçirdiyi referendumda səs verən məmurların vəzifədən kənarlaşdırılması, Kərkük neft yataqlarının rəsmi Bağdada təhvil verilməsi barədə də qərar çıxarıb.

Türkiyə İraqla neft ticarətində yalnız mərkəzi Bağdad hökumətini tərəf kimi nəzərə alacaq. İraq hökuməti Bağdad və Ankara arasında neft ticarəti mövzusunda razılıq əldə etdiyini açıqlayıb.

“Türkiyə xam neft ixracatı üçün Bağdad hökuməti ilə prinsipcə razılaşdı”, - bəyanatda deyilir.

Qeyd edək ki, Türkiyə indiyə kimi neft ticarətini Şimali İraq kürd muxtariyyəti ilə edirdi. Sentyabrın 25-də kürd muxtariyyətində keçirilən referendumdan sonra Ankara və Bağdad Ərbilə qarşı birgə addımların atılması mövzusunda razılaşıblar.

Şimali İraq kürd muxtariyyətinin hakimiyyəti İraq pasportlarının verilməsini dayandırıb. Bu haqda Ərbil əyalətinin pasport bölməsinin başçısı Didar Ömər bildirib.

Şimali İraq kürd muxtariyyətinin paytaxtı Ərbil şəhərinə bütün xarici uçuşlar cümə günü saat 18:00-dan dayandırılıb. Bu haqda Ərbil beynəlxalq hava limanının rəhbəri Talar Faiq Saleh bildirib. Bu, İraq hökumətinin tələbi ilə bağlıdır.

Şimali İraq kürd muxtariyyəti nəzarətində olan hava limanları və sərhəd keçid məntəqələri İraq hökumətinə təslim etməkdən imtina edib. Bu haqda sentyabrın 29-da Ərbildə fəaliyyət göstərən “Rudav” telekanalı məlumat yayıb.

Rərmi Bağdad hava limanları və sərhəd keçid məntəqələrinin təslim edilməsi barədə tələbin yerinə yetirilməsi üçün 3 gün vaxt vermişdi.

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilən müstəqillik referendumu üçün hazırlanan seçki büllüteni Ərbilin Türkiyə, İran və Suriya torpaqlarına da göz dikdiyini ortaya qoydu.

Seçki bülletenlərində vətəndaşlardan “Kürdüstan bölgəsi və bölgə xaricindəki kürd ərazilərinin müstəqil bir dövlət olmasını istəyirsinizmi” sualına cavab verilməsi istənilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə-İraq sərhədində “Dəclə qalxanı” əməliyyatına çevrilə biləcək hərbi təlimlər davam edir. Hərbi təlimlər İraq kürd muxtariyyətinə müdaxilə ilə nəticələnə bilər.

Məsud Bərzani üçün gözdağına çevrilən hərbi təlimlərin 11-ci günü geridə qalıb. Türkiyə ordusu İraq hərbçiləri ilə birlikdə tüstü bombaları, “Sabra” tankları, zirehli nəqliyyat vasitələrindən istifadə etməklə düşmən mövqelərini ələ keçirmə əməliyyatlarını uğurla yerinə yetirib.

“Məsud Bərzaninin qondarma respublika elan edəcəyi halda iki ölkənin hərbi qüvvələri birgə əməliyyat keçirəcək. Həmin əməliyyatın adı “Dəclə qalxanı” olacaq”, - Türkiyə mediası iddia edib.

Rəsmi Tehran İran şirkətlərinin İraq Kürdüstanı ilə neft və neft məhsulları üzrə ticarət etməsini müvəqqəti olaraq qadağan edib. İxracı əsasən neft və neft məhsullarından ibarət olan İraq Kürdüstanının İranın bu qadağasından ciddi əziyyət çəkəcəyi ehtimal edilir.

Ağ Evin sözçüsü Sara Sanders İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib. "İraqın İŞİD-i yox etməsinə ümid edirik və İŞİD barədə düşünməli olduğunu hesab edirik", - Sanders qeyd edib.

ABŞ Dövlət Departamenti sözçüsü Hezer Nauert (Heather Nauert) yazılı bəyanatında sərhədlərin dəyişdirilməsinə yönəlik hərəkətlərə qarşı olduğunu bildirib. Nauert ABŞ-ın federal, demokratik və çiçəklənən bir İraqı dəstəkləməkdə davam edəcəyini vurğulayıb.

Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin məsləhətçisi Hoşyar Zebarinin Kərkükdəki evində keçirilən toplantının detalları dəqiqləşir. Toplantıda İraqın parçalanması müzakirə edilib.

Referendum əvvəli reallaşan gizli toplantı İraqın gələcəyi üçün yeni və təhlükəli qərarların qəbul olunduğu sirli görüş xarakteri daşıyır. Toplantıda Kərkükün paytaxt elan edilməsi, Suriyanın şimalını işğalda saxlayan PKK ilə ortaq ordunun qurulması, sərhəd qapılarının ləğv edilməsi, ümumi pasportlardan istifadə edilməsi, bir sözlə “Kürdüstan” xəritəsinin daha da böyüdülməsinin vacib olduğu vurğulanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İraq və İran sentyabrın 25-də Şimali İraq kürd muxtariyyətində keçirilən referendumla əlaqədar olaraq sanksiyalar mövzusunda birgə hərəkət etməyə başlayıb. “Yeni Şəfəq” nəşrinin yazdığına görə, Qərbin bölgədəki planlarına qarşı 80 illik fasilədən sonra “Sədabat Paktı” yenidən gündəmə gəlib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bağdad kürd muxtariyyətinin sərhəd qapılarına İran və Türkiyə ilə koordinasiyalı şəkildə nəzarət etməyi planlaşdırır. Bu haqda İraq Müdafiə Nazirliyinin bəyanatında deyilir.

İraq və Suriyanı bölməyi qarşısına məqsəd qoyan Məsud Bərzani-PKK ittifaqının növbəti hədəfi Anadoludur. Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.

Nəşr qeyd edir ki, Türkiyənin 270 min kvadrat kilometrlik ərazisini “Böyük Kürdüstan” xəritəsinə daxil edən Bərzani-PKK ittifaqı İraq və Suriyadan sonra Türkiyəyə hücum etməyi planlaşdırır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilən referendumla əlqədar bölgədə gərginlik getdikcə artmaqdadır. İraq parlamenti sentyabrın 27-də baş nazir Heydər əl-İbadiyə Kərkükə qoşun göndərmək səlahiyyəti verib. Parlamentin qərarına əsasən, İraq güc strukturları 10 iyul 2014-cü ilə qədər olan vəziyyətə uyğun olaraq bütün mübahisəli rayonlarda yerləşməlidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali İraq Kürd Muxtariyyəti dünən keçirilən referendumla “müstəqillik” əldə etdi. Kürdlərin “müstəqil sərhədləri”nə Kərkükün daxil edilməsi isə bu türk torpağının işğalının tamamlanması deməkdir. Türkiyə Ankara sazişinin ona verdiyi imkana rəğmən, Kərkükə girmədi. Bundan sonra da hərbi müdaxilənin olub-olmayacağı dəqiq deyil. Kərkükün kürdlər tərəfindən işğalı Türkiyənin mərhum prezidenti Turqut Özalın Kərkük-Mosul planını yada salır.

Türkiyə mənbələrinə istinadən Özalın Kərkük-Mosul planını araşdırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Türkiyə, İran, İraq və Suriyaya birinci dərəcədə təsir edən Şimali İraq Kürd Muxtariyyətinin “müstəqillik referendumu” bölgədə yeni prosesləri sürətləndirəcək”. Bu barədə Publika.az-a açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dəməşq İŞİD-i məğlub etdikdən sonra suriyalı kürdlərlə muxtariyyət mövzusunu müzakirə edə bilər. Bu haqda Rusiyanın “Russia Today” telekanalına danışan Suriyanın xarici işlər naziri Vəlid Muallim deyib.

İŞİD terror təşkilatı Suriyanın Rakka vilayətinin mərkəzində ABŞ-ın dəstəklədiyi PKK/PYD güclərinə qarşı hücuma keçib. “Anadolu” agentliyinin etibarlı yerli mənbələrdən aldığı məlumatlara görə, mərkəzin şərqində dünən gecə saatlarda şiddətli döyüşlər olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Müdafiə Nazirliyi İŞİD terror təşkilatının lideri Əbubəkr Bağdadiyə məxsus olduğu iddia edilən səs qeydi üzərində araşdırma aparıb. ABŞ Milli Kəşfiyyat Agentliyinin sözçüsü “Bağdadiyə aid olduğu deyilən səs qeydini araşdırırıq. Bu səs qeydinin ona aid olması ilə bağlı əlimizdə dəlil yoxdur, ancaq yenə də dəqiqləşdirməliyik”, - deyib.

Səs qeydində Bağdadinin Türkiyə, İran və Rusiyanın Astanadakı Suriya müzakirələri ilə bağlı danışdığı bildirilib.

Qeyd edək ki, Rusiyanın 28 mayda Rakkaya endirdiyi zərbələr nəticəsində Bağdadinin öldüyü barədə ehtimallar bir neçə mənbədən təsdiqlənsə də, sonradan onun ölmədiyi iddia edilmişdi.

ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri

Vaşinqton Rusiyada prezident seçkiləri ərəfəsində etiraz aksiyalarını maliyyələşdirə bilər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısının müavini Sergeyi Ryabkov bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın ABŞ-ın İŞİD-i dəstəkləməsi və ya rus generalın ölümündə əli olması açıqlaması faktlara əsaslanmır. Bu barədə bəyanatı ABŞ Dövlət Departamenti yayıb. Bəyanatda bildirilib ki, ABŞ və koalisiyanın bir hədəfi var, o da İŞİD-in məhvidir.

Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib ki, Rusiya generalının Suriyada həlak olması Suriya münaqişəsinin nizama salınması üzrə ABŞ-ın ikiüzlü mövqeyinin nəticəsidir”.

“Rusiyalı generalın Suriyada həlak olması Suriyada Amerika siyasətinin ikiüzlülüyü üçün Moskvanın qanla ödədiyi əvəzdir”, - rusiyalı diplomat deyib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada atışma zamanı həlak olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD terror təşkilatının döyüşçüləri Rusiya generalı Valeriy Asapovun öldürülməsindən bir az əvvəl onun yeri haqqında məlumatlar alıblar. Bu haqda “RİA-Novosti” agentliyi Suriya təhlükəsizlik xidmətlərinə istinadən bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Konqresin qəbul etdiyi və Prezident Donald Trampın imzaladığı yeni ABŞ sanksiyaları əvvəlkindən daha təhlükəlidir. Bunu Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin söyləyib. Onun sözlərinə görə, bir çox dünya şirkətləri bu sanksiyalar ucbatından Rusiya ilə əməkdaşlığı məhdudlaşdıracaq:

“Biz hələ ki, ABŞ Konqresinin qəbul etdiyi yeni sanksiya qanununun əhəmiyyətini tam anlamamışıq. İndi yalnız Amerika şirkətləri deyil, eyni zamanda, bankları da sanksiya qəbul olunmuş müəssisələrimizlə əməkdaşlıq etmək hüququna malik deyillər. Sanksiyalara görə bir çox dünya şirkəti şirkətlərimizlə qarşılıqlı əlaqəni məhdudlaşdıracaq. Biz bunu yaxın gələcəkdə hiss edəcəyik, çünki bu normaların qüvvəyə minməsi yalnız sentyabr-oktyabr ayının sonlarında başlayacaq”.

Rusiya ordusu “RS-12M Topol” qitələrarası ballistik raketin sınağını keçirib. Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasına görə, sınağın məqsədi qitələrarası ballistik raketlərin yeni savaş potensialını yoxlamaq olub. Raketin təlim məqsədli savaş başlığı Sarı Şaqan (Qazaxıstan) poliqonundakı hədəfini vurub.

Sınaq əsnasında raketin havadan müdafiə sistemini uğurla dəf etməsi də bildirilib.

“Soyuq müharibə”nin tamamlanmasından sonra ümid edirdik ki, Rusiya etibarlı partnyor olacaq”. Bunu NATO-nun Avropadakı güclərinin komandanı, general-leytenan Ben Hoces Almaniyanın “Frankfurter Allgemeine” qəzetinə deyib.

Onun sözlərinə görə, Moskvanın planları barədə birinci xəbərdarlıq 2008-ci ilin avqustunda Gürcüstana müdaxilə olmalı idi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gözlənildiyi kimi, Vladimir Putin ilin sonunda dördüncü prezidentlik müddətinə gedib-getməmək barədə qərarını elan edəcək. Amma əsas məsələ odur ki, dövlətdə ikinci postu - baş nazir kreslosunu kim sahiblənəcək. Bir neçə variant var: Dmitri Medvedevin bu postda saxlanılmasından tutmuş, baş nazir vəzifəsinin ləğvinə qədər.

Gazeta.ru baş nazir postuna potensial namizədlərin reytinqini təqdim edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna

“2013-cü ilin sonu-2014-cü ilin əvvəlində Kiyevdə Maydan hadisələr zamanı Regionlar Partiyasının Krım bölməsinin üzvləri Rusiya rəhbərliyini inandırırdılar ki, yarımadanın zəbti üzrə xüsusi əməliyyatı özləri keçirə biləcəklər”. Bunu “112 Ukrayna” telekanalında “Qordon” proqramının efirində Rusiya Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryov bildirib.

Onun sözlərinə görə, amma sonradan Sergey Aksyonov (Krım Muxtar Respublikasının Nazirlər Şurasının sədri idi –red.) başçılıq etdiyi “kriminalitet” Kremlə kömək üçün müraciət etməyə məcbur olub.

Ukrayna vətəndaşlığından məhrum edilmiş Odessa vilayətinin sabiq qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sensasiyalı bəyanatlarla çıxış etməkdə davam edir. Saakaşvili Britaniyanın “The Daily Telegraph” nəşrinə müsahibəsində Ukraynanın dağılacağını proqnozlaşdırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rusiya və Belarus güclü kontinental müharibənin aparılmasına hazır olduğunu nümayiş etdirmək istəyirdi”. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Kanada parlamentinin müdafiə komitəsinin sədri Stiven Fyurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Onun sözlərinə görə, 14-21 sentyabr tarixlərində keçirilən “Qərb-2017” birgə hərbi təlimlərin son mərhələsi “nüvə triadası”nın döyüş hazırlığının yoxlanılmasına həsr edilmişdi.

“Bununla da Rusiya prezidenti Vladimir Putin güclü kontinental müharibənin aparılmasına hazır olduğunu göstərir”, - Turçinov vurğulayıb.

2014-cü ildə Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinə Donbasın işğal edilmiş ərazilərinin qaytarılmasına əvəz olaraq Krımdan imtina etməyi təklif edirdi. Bu haqda Ukrayna Ali Radasının “Xalq cəbhəsi” fraksiyasının üzvü, parlamentin hüquq-mühafizə fəaliyyətinin qanunverici təminatı məsələləri üzrə komitəsinin katibi Anton Qeraşenko “5 kanal”ın efirində deyib.

Deputat hesab edir ki, Rusiya özü üçün əlverişsiz şərtlərdə Ukraynanın şərqinin işğal edilmiş hissəsinin qaytarılmasına getməyəcək. Onun sözlərinə görə, Donbas Krımın ilhaqının tanınması və sanksiyaların ləğvi üçün Ukrayna və dünya cəmiyyəti ilə ticarət alətidir.

Daha əvvəl Rusiya Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryov bildirib ki, Putin Donbas və Krımla əlaqədar müxtəlif planlara malikdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın Vinnitskaya vilayətinin Kalinkovka şəhərində yerləşən döyüş sursatı anbarlarında baş verən partlayış Donbasda növbəti hücuma hazırlıq ola bilər. Bu haqda “Obozrevatel” nəşrinə Ukraynanın xarici kəşfiyyatının veteranı, general-leytenant Vasiliy Boqdan bildirib.

“Düşmənin növbəti güclü hücuma hazırlığı haqqında danışmaq olar. Ukraynanın silahlı qüvvələrinə ciddi zərər vurulub. Mümkündür ki, cəbhədə bu cür genişmiqyaslı hərəkətlər gələcəkdə də baş versin. Ukrayna ordusu öz döyüş sursatlarının bir hissəsindən məhrum edilərsə, onlar əhəmiyyətli dərəcədə zəifləyəcək”, - Boqdan qeyd edib.

O vurğulayıb ki, hadisənin baş verdiyi vilayətdə Ukraynanın hərbi hava güclərinin qərargahı yerləşir.

“Burada şübhəsiz ki, hərbi aviasiya üçün döyüş sursatları saxlanılırdı”, - general-leytenant yekunlaşdırıb.

Xatırladaq ki, döyüş sursatı anbarlarında partlayış sentyabrın 26-dan 27-nə keçən gecə baş verib.

Silahlı Qüvvələrin Baş qərargahından bildiriblər ki, hadisənin müxtəlif versiyalarına baxılır. Ukrayna prezidentinin məsləhətçisi Yuri Biryukov qeyd edib ki, partlayış pilotsuz təyyarənin köməyi ilə təşkil edilməsi istisna edilmir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

Koreya Xalq Demokratik Respublikası (KXDR) Amerika döyüş təyyarələrini hətta Şimali Koreyanın hava məkanından kənarda vura bilər. Bu haqda KXDR-in Xarici İşlər Nazirliyinin başçısı Li Yen Xo Nyu-Yorkda jurnalistlərə bildirib.

“Bir halda ki, ABŞ bizim ölkəmizə qarşı müharibə elan etdi, onda bizim də əks tədbirlər barədə qərar qəbul etmək hüququmuz var. ABŞ-ın strateji bombardmançılarını hətta Şimali Koreyanın hava məkanından kənarda da vura bilərik”, - o deyib.

Nazir həmçinin bildirib ki, Pxenyan ABŞ prezidenti Donald Trampın hərəkətlərinə cavab vermək üçün bütün variantlara baxacaq.

ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən mümkün nüvə zərbəsi üzrə iş planını hazırlayıb. Bu haqda anonim mənbəyə istinadən “The Daily Express” nəşri bildirib.

Nəşin məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Nazirliyi və ştat hakimiyyəti “Nüvə hücumlarına reaksiya göstərmə məsələləri” (“Nuclear Attack Response Considerations”) adlı 16 səhifəlik məxfi sənədini dərc edib.

“Cənubi Kaliforniyada nüvə hücumunun nəticələri faciəli olacaq”, - nəşr sənəddən sitat gətirib.

ABŞ Maliyyə Nazirliyi sentyabrın 26-da Şimali Koreyanın 8 bankı və onları xarici ölkələrdə təmsil edən 26 KXDR vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Nazirliyin məlumatına əsasən, sanksiyalar KXDR-in raket və nüvə proqramlarını reallaşdırması ilə bağlı tətbiq edilib.

Birləşmiş Ştatlar Şimali Koreya ilə hərbi münaqişəyə tamamilə hazırdır. Bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

“Biz ikinci varianta tamamilə hazırıq. Amma bu, bizim tərəfimizdən üstünlük verilən variant deyil”, - Amerika lideri qeyd edib.

Tramp xəbərdarlıq edib ki, hərbi qərarın kommunist ölkə üçün dəhşətli nəticələri oacaq: “Hərbi qərar Şimali Koreya üçün dağıdıcı olacaq. Əgər ondan istifadə etmək lazım olacaqsa, bunu edəcəyik”.

Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı müharibəyə başlamaqla bağlı ABŞ-ın istənilən cəhdi Rusiyanı üçün təhlükə təşkil edir. Bunu ABŞ prezidenti Donald Trampın son bəyanatını şərh edən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə sədr müavini Frans Klinseviç bildirib.

“Bilavasitə Rusiya sərhədləri yaxınlığındakı istənilən münaqişə bizim tərəfimizdən ölkəmizlə bağlı düşmən hərəkətləri kimi qiymətləndiriləcək”, - senator deyib.

Qeyd edək ki, dünən Tramp KXDR-ə qarşı növbəti təhdid bəyanatı səsləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bir qrup alim Şimali Koreyanın Sakit okeanda keçirəcəyi hidrogen bombası sınağının törədə biləcəyi fəsadlara dair araşdırma aparıb. Elm adamları partlayış nəticəsində ilk növbədə hündürlüyü bir neçə metrə çatan dalğaların yaranacağını ehtimal edir. Test nəticəsində atmosfera böyük miqdarda buxar və zərərli qazın qarışacağı güman edilir.

Yaranacaq radiasiya yaxınlıqdakı bütün canlıları məhv edəcək. Radiasiya okean suları vasitəsiylə bütün dünyaya yayıla bilər ki, bu da təhlükənin miqyasından xəbər verir. Əlavə edək ki, Şimali Koreya yaxın günlərdə hidrogen bombasını test edəcəyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm