Kremldən İrəvana MESAJ, prezidentlərin görüşündə 5 RAYON... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Kremldən İrəvana MESAJ, prezidentlərin görüşündə 5 RAYON... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Kremlin ideoloqu İrəvana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mesaj göndərib. Moskva Xəzərin hüquqi statusu ilə bağlı konvensiyaya hazırlıq prosesinin tezliklə başa çatacağına ümid edir. AŞPA prezidenti Pedro Aqramunt istefa verib. Avropada separatizm dalğası genişlənməkdədir. 2017-ci il üzrə Nobel sülh mükafatının laureatı elan edilib. Ali Radanın bugünkü iclası da qalmaqalsız ötüşməyib.

“Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gedişatında beş rayonun qaytarılması məsələsi müzakirə olunacaq”. Bu barədə Kremlin ideoloqu kimi tanınan “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri Aleksandr Duqin Ermənistan mediasına açıqlamasında deyib.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi mətbuatda “Lavrov planı” adlandırılan Rusiyanın planı üzrə həll edilmiş ola bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması ilə bağlı razılaşmanın parlamentdə müzakirəsi zamanı vitse-spiker Eduard Şarmanazovun və müdafiə nazirinin müavini Artak Zaxaryanın etirafları işğalçı dövlətin düşdüyü vəziyyəti açıq şəkildə göstərdi.

Parlamentdəki müzakirələrə məqalə həsr etmiş “armenianreport” saytı yazıb ki, Ermənistan Azərbaycan və Türkiyənin zərbələri altında tez yıxılacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya UNESCO-nun baş direktoru postuna Azərbaycanın namizədi, Moskvadakı səfirimiz Polad Bülbüloğlunun namizədliyini dəstəkləyəcək. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib.

“Azərbaycanın namizədi bizim prioritetimiz olaraq qalır”, - deyə o bildirib.

Moskvanın bu dəstəyi Ermənistanı qıcıqlandırır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskva Xəzərin hüquqi statusu ilə bağlı konvensiyaya hazırlıq prosesinin tezliklə başa çatacağına ümid edir. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı ilə keçirdiyi görüşün sonunda deyib.

Onun sözlərinə görə, Qazaxıstan Xəzərin hüquqi statusu ilə bağlı 5-ci sammitə ev sahibliyi etməyə hazırlaşır.

“Ümid edirik ki, 5 ölkə rəhbərinin razılaşdığı kimi sammit gələn il baş tutacaq. Biz bu gün Konvensiya üzrə hazırlıq prosesini müzakirə edirik”, - deyə Lavrov vurğulayıb.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib. Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

“Bu gün şəxsi səbəblərdən AŞPA-ya sədrlik etməmək qərarı verdim”,- deyə P. Aqramunt bildirib.

Rusiya, Türkiyə və İran Suriyada təhlükəsizlik zonalarının yaradılması mövzusunda razılaşsalar da, ölkədə hazırkı vəziyyət gələcəklə bağlı nikbin danışmağa əsas vermir. Bunun səbəbi hazırda Rusiya və ABŞ -ın Suriyada qarşıdurma vəziyyətində olmasıdır.

Rusiya və ABŞ-ın müttəfiqləri artıq bir-birini güllələyirlər. Son olaraq Rusiya xüsusi təyinatlıları Fərat çayını keçib. Alman nəşri qeyd edir ki, bu, görünür Amerikaya müharibə elanıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İŞİD lideri Əbubəkr Əl Bağdadiyə aid olduğu iddia edilən səs qeydlərini analiz edib. Pentaqonun Yaxın Şərq üzrə nümayəndəsi Erik Pahon sözügedən səs qeydlərinin Bağdadinin yaşadığını sübut etdiyini deyib.

Qeyd edək ki, keçən ay Bağdadiyə aid olduğu iddia edilən 46 dəqiqəlik səs qeydi yayımlanmışdı.

“Suriya və İordaniya sərhədinin yüz kilometri “qara dəliyə” çevrilib”. Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Rusiyalı generalın sözlərinə görə, terrorçu qrupları bu “dəlik”dən hücum edilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını güllələyən Stiven Peddok bir sıra başqa hücumlar da hazırlayırmış. Bu haqda məlumatı “Assoşieyted Press” hadisənin araşdırılması ilə məşğul olan hüquq-mühafizə orqanlarının işçilərinə istinadən yayıb.

Anonim Amerika federal məmuru qeyd edib ki, Peddok avtomobillərin partlayışlarının seriyasını hazırlayırmış.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Bavariyanın müstəqilliyi, onun Almaniya Federativ Respublikasından ayrılması bizim qanuni haqqımızdır”. Bu bəyanat Almaniyanın Bavariya Partiyası tərəfindən səsləndirilib.

Adıçəkilən bölgə Almaniyadan ayrılaraq müstəqillik statusu qazanmaq istəyir. Kataloniyanın müstəqillik referendumuna getməsi bu bölgədə yaranan müstəqillik mübahisələrini daha da alovlandırıb.

Almaniyanın ən varlı əyalətlərindən olan Bavariyanın müstəqillik əldə etməsi üçün mübarizə aparan partiya ərazinin sahib olduğu nemətlərin Almaniya ilə paylaşılmasına qarşı çıxır. Partiya yaxın gələcəkdə Avropanın Ədalət Məhkəməsinə müraciət edərək Bavariyanın alman dilindən fərqli dilə sahib olduğunu sübut etmək niyyətindədir.

Qeyd edək ki, keçən il Bavariya Konsitutsiya Məhkəməsinə müraciət edərək müstəqillik referendumu keçirməsi üçün icazə istəmişdi. Lakin təklif rədd edilmişdi. Kataloniyada baş verən hadisələr Bavariyanın müstəqillik istəklərinə yenidən təkan verib.

Ali Radanın bugünkü iclası da qalmaqalsız ötüşməyib. “Azadlıq” fraksiyasından olan deputat Yuri Levçenko tribunaya qaz bombası atıb. Deputat bununla da müzakirələrə və səsverməyə mane olmaq istəyib.

Nəşrin yazdığına görə, Levçenko Ali Radadakı dünənki qalmaqalın da əsas səbəbkarlarından biri olub.

Qeyd edək ki, Ukrayna Ali Radası Donbasın xüsusi statusu haqqında qanunun müddətini uzadıb. Qərarı parlamentin 229 deputatı dəstəkləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2017-ci il üzrə Nobel sülh mükafatının laureatı elan edilib. Nüvə silahların məhv edilməsinə dair beynəlxalq kampaniya (ICAN) Nobel sülh mükafatına layiq görülüb.

Mükafata 318 namizəd iddia edirdi. Onlardan 215-i fiziki şəxslər, 103-ü ictimai və beynəlxalq təşkilatlar idi.

Nobel mükafatlarından hər birinin məbləği 9 milyon İsveç kronası (milyon ABŞ dolları) təşkil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm