Ermənistanı yerlə-yeksan edəcək SİLAHLAR, “MƏXFİ” qriflə gizlədilən SİRLƏR… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ermənistanı yerlə-yeksan edəcək SİLAHLAR, “MƏXFİ” qriflə gizlədilən SİRLƏR… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Dağlıq Qarabağ məsələsi MDB xarici işlər nazirlərinin Soçi görüşündə müzakirə oluna bilər. Kremlin ideoloqu İrəvana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mesaj göndərib. Rusiya ekspertləri Azərbaycanın Rusiyadan “Prometey” S-500 və “Antey-4000” zenit-raket sistemlərini almasının mümkünlüyü haqda müzakirələr aparır. Ermənistan parlamenti Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda razılaşmanı təsdiq edib. ABŞ-da dəhşətli terror aktı törədilib. Kataloniya ən yaxın həftə ərzində müstəqilliyini elan edəcək. Avropada separatizm dalğası genişlənməkdədir. Pxenyan qonşu Yaponiyanı “nüvə buludları” ilə hədələyib. İŞİD Suriya və İraqda məğlubiyyətdən sonra strategiyasını dəyidirir.

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

"Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Endrü Şeferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Rusiya ekspertləri Azərbaycanın Rusiyadan “Prometey” S-500 və “Antey-4000” zenit-raket sistemlərini almasının mümkünlüyü haqda müzakirələr aparır. Belə müzakirələrin başlanmasına səbəb bu ilin avqust ayında “Silahların ixracı” jurnalının baş redaktoru Andrey Frolovun “Promotey” S-500 və “Antey-4000” komplekslərinin əsas alıcılarından biri Azərbaycan ola bilər” deməsi oldu.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının baş katibi, general Nikolay Patruşev ötən şənbə Bakıya səfər etdi. İlk baxışdan, sıradan diplomatik təmas kimi görünən səfərdə müzakirələr haqda məlumatların ictimaiyyətə açıqlanmaması diqqət çəkir.

Rusiyalı ekspert Pavel Şipilin Patruşevin Bakı səfərində Azərbaycan prezidentinə əhəmiyyətli məsələləri çatdırdığını hesab edir. Onun sözlərinə görə, son zamanlar Azərbaycana qarşı informasiya müharibəsi qızışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gedişatında beş rayonun qaytarılması məsələsi müzakirə olunacaq”. Bu barədə Kremlin ideoloqu kimi tanınan “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri Aleksandr Duqin Ermənistan mediasına açıqlamasında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putin Kremldə 20 ölkənin yeni səfirlərinin etimadnamələrinin qəbulu mərasimində BMT-yə çağırış edib. Putin dünyanın ali orqanını regional münaqişələrə diqqət ayırmağa dəvət edib. Rusiya mediası Vladimir Putinin “regional münaqişələr” dedikdə Dağlıq Qarabağ münaqişəsini də nəzərdə tutduğunu yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Cəbhə xəttində gərginlik davam edir, buna paralel olaraq, Ermənistan gələn ilin hərbi büdcəsini artırır. Bütün bunların fonunda beynəlxalq vasitəçilər – ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ həmsədrləri, həmçinin, Azərbaycan və Ermənistan XİN rəhbərləri Prezident İlham Əliyevlə Serj Sarkisyanın görüşünü hazırlayır. Rusiyanın “Rosbalt” agentliyi görüşün formal xarakter daşıyacağının istisna edilmədiyini yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dağlıq Qarabağ məsələsi MDB xarici işlər nazirlərinin Soçi görüşündə müzakirə oluna bilər. Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinq zamanı deyib.

Lakin o bildirib ki, bunu dəqiqləşdirmək lazımdır: “Belə bir müzakirənin keçirilməsi istisna deyil, amma dəqiqləşmə tələb edir. Mən dəqiqləşdirəcəyəm”.

Qeyd edək ki, MDB ölkələri xarici işlər nazirlərinin görüşü oktyabrın 10-da keçiriləcək.

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərə hazırlaşır. Səfərin əsas məqsədi prezidentlərin görüşünün razılaşdırılmasıdır. Ekspertlər güman edir ki, həmsədrlər buna nail olacaqlar. Maraqlıdır ki, prezidentlərin görüşünün təşkili haqda söz-söhbətin gəzdiyi vaxt Rusiya mediası “Lavrov planını” yenidən gündəmə gətirir.

Erməni siyasi şərhçi Aram Amatuni bu plana razı olmayacağı təqdirdə Sarkisyanın Rusiya tərəfindən devrilə biləcəyini yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən türk vətəndaşlara oktyabrın 4-də xəbərdarlıq edib. Türkiyə XİN vətəndaşlarının bu səfərini qanunazidd adlandırıb.

Ermənistan

PKK terror təşkilatının Ermənistanda iki dərnəyi və satın aldığı 2 mərtəbəli qərargahı var. Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey Ermənistanla PKK arasında gizli anlaşma olduğunu deyir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsində qarşıdurma baş verib. “Bu, dövlətə qarşı qiyamın və separatizmin ilkin mərhələsidir”, - deyə “kavkazplus” saytı yazır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma “DQR” rejiminin “operativ müdafiə bölməsinin müdiri”, polkovnik Viktor Arustamyan “aprel müharibəsi”ndə Azərbaycanın taktiki döyüş bacarığının erməni hərbi birləşmələrinin məğlub edilməsində böyük rol oynadığını etiraf edib.

V.Arustamyan Daşnaksütyun partiyasının təşkil etdiyi “rəqibin və bizim hərbi-siyasi taktikası” adlı konfransda sualları cavablandırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı açıqlanıb. Ermənistan mediası xəbər verir ki, bu ilin 10 ayı ərzində erməni hərbi birləşmələrinin 45 hərbi qulluqçusu qeyri-döyüş şəraitində ölüb.

“Dünya dialoqu” təşkilatının məlumatına görə, hərbçilərin 19-u Ermənistan ərazisində, 26-sı isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində ölüb.

Ermənistan müdafiə naziri Viqen Sarkisyan bu posta təyin olunmasından ötən bir il ərzində görülən işlərlə bağlı hesabat verib. V.Sarkisyan Ermənistan ordusunda hər şeyin yaxşı olduğunu, hərbi qulluqçuların sosial problemlərinin həll edildiyini iddia edib. Lakin Ermənistan ictimaiyyəti müdafiə nazirinin yalan danışdığını hesab edir.

Erməni jurnalist Tevos Arşakyan isə Ermənistan ordusunun acınacaqlı vəziyyətini qələmə alıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqından çıxışı məsələsinin öyrənilməsi üzrə müvəqqəti parlament komissiyasının yaradılması haqqında qanun layihəsini oktyabrın 3-də keçirdiyi iclasında rədd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oktyabrın 4-də Ermənistan parlamenti Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda razılaşmanı müzakirəyə çıxartdı. Əsas məruzəçi kimi çıxış edən Ermənistan müdafiə nazirinin müavini Artak Zaxaryan etiraf etdi ki, onlar öz sərhədlərinin toxunulmazlığını təmin etmək gücündə deyil.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Parlamentdəki müzakirələrə məqalə həsr etmiş “armenianreport” saytı yazıb ki, Ermənistan Azərbaycan və Türkiyənin zərbələri altında tez yıxılacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İran, İraq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 4-də Tehrana səfər edib. İranlı həmkarı Həsən Ruhani ilə təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Prezidentlər görüşdən sonra jurnalistlərin qarşısına çıxıblar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Kimsəni təhdid etmək kimi niyyətimiz yoxdur. Biz səmimi xəbərdarlığımızı edirik”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 3-də Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında Şimali İraq kürd muxtariyyətində keçirilən referendumla bağlı danışarkən deyib.

Türkiyə prezidenti qeyd edib ki, indiki mərhələdə Ərbilə qarşı müəyyən sahələrdə embarqolarla kifayətlənirlər:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq Kürd Muxtariyyətində keçirilən referendum hələ son deyil. Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Hələ ki, iş-işdən keçməyib, Bərzani geri addım ata bilər. Əgər bu səhvini başa düşüb müstəqillik qərarından vaz keçsə, əlaqələrimizi davam etdirərik. Tez-tez Türkiyə-İraq sərhədindəki Ovacıq qapısının açılması gündəmə gəlir. Həmin sərhəd qapısını açmaq mümkündür, lakin sərhədin digər tərəfində təhlükəsizliyi kim bərpa edəcək? Təbii ki, bu işi başqası yox, İraq hökuməti etməlidir”, - Çavuşoğlu bildirib.

Məsud Bərzaninin keçirdiyi “müstəqillik referendumu” türkman torpağı olan Kərkükün işğal planına çevrildi. “Yeni Şafak” qəzeti Bərzaniyə dəstək verən İsrailin Kərkük və Suriya neftinə təkbaşına hakim olmaq istədiyini yazır.

“Əslində “Böyük Kürdüstan” “Böyük İsrail” layihəsidir və Kərküklə Mosulun ələ keçirilməsində hədəf İraq və Suriya neftini Hayfa limanına daşıyacaq layihənin həyata keçirilməsidir”, - deyə nəşr qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə İraq və İranla birlikdə PKK-nın əsas qərargahı olan Qəndilə, eləcə də sentyabrın 25-də müstəqillik referendumu keçirən Şimali İraq Kürd Muxtariyyətinə hərbi müdaxilə edə bilər. Bu barədə “Türkiyə” qəzetinin köşə yazarı Batuhan Yaşar yazıb.

Yazar qeyd edir ki, Türkiyə daxilində PKK-nın “belini qırmaq” üçün bütün təhlükəsizlik qurumları səfərbər edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bütün gözlər İraqın şimalında keçirilən müstəqillik referendumuna yönəldiyi halda PKK-nın Suriya qolu olan PYD 3 mərhələli seçki prosesinə hazırlaşır. Bu haqda “Haberturk” qəzetinin yazarı Sərdar Turqut bildirib.

Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyi baxımından Şimali İraq əhəmiyyətli olsa da, Suriyanın şimalında baş verənlər diqqətdən qaçırılmamalıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qalmaqallı müstəqillik referendum keçirən Şimali İraq kürd muxtariyyəti nəticələrin ləğvi barədə tələblərə baxmayaraq, geri çəkilmək niyyətində deyil. Muxtariyyət noyabrın 1-də prezident seçkilərini keçirmək niyyətindərir.

Neçə illərdir dünya gündəminin əsas mövzularından birinə çevrilən İŞİD terror qruplaşmasının yaranması ilə bağlı daha bir fakt ortaya çıxıb. Türkiyənin “Yeni Şəfəq” nəşri xəbər verir ki, altında ABŞ kəşfiyyatının imzası olan 2001-ci il tarixli bir sənədə görə, İŞİD-in nüvə strukturu olan “Tövhid və Cihad” təşkilatı ABŞ və İsrailin kəşfiyyat qurumları - CİA və MOSSAD-ın əməkdaşlığı ilə qurulub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya hərbi aviasiyası oktyabrın 3-də Suriyada “Ən-Nüsra” Cəbhəsi qruplaşmasının lider heyətinin olduğu nöqtəyə aviazərbələr endirib. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkovun sözlərinə görə, qruplaşmanın lideri Əbu Məhəmməd Culyani ağır qəlpə yaraları alıb.

“Aviazərbələr nəticəsində qruplaşmanın başçısı Əbu Məhəmməd Culyani çoxsaylı ağır qəlpə yaraları alıb və əllərindən məhrum olub. Bir neçə müstəqil mənbənin məlumatına görə, onun vəziyyəti kritikdir”, - Konaşenkov deyib.

Həmçinin hücum vaxtı “An-Nüsra” Cəbhəsinin 12 səhra komandiri, həmçinin Culyaninin ən yaxın köməkçisi, qruplaşmanın təhlükəsizliyinin xidmət rəisi Əhməd əl-Qizai məhv edilib.

“İŞİD Suriya və İraqda məğlubiyyətdən sonra strategiyasını dəyidirir”. Bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, İŞİD başçıları Yaxın Şərq xaricində yeni ümumdünya terror şəbəkəsinin yaradılması istiqamətində strategiyanı dəyişirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov ABŞ-a xəbərdarlıq edib. Konaşenkov Rusiya aviasiyasının Suriyada “təsadüfi” hər şeyi məhv etməyə hazır olduğunu bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya, Türkiyə və İran Suriyada təhlükəsizlik zonalarının yaradılması mövzusunda razılaşsalar da, ölkədə hazırkı vəziyyət gələcəklə bağlı nikbin danışmağa əsas vermir. Bunun səbəbi hazırda Rusiya və ABŞ -ın Suriyada qarşıdurma vəziyyətində olmasıdır.

Rusiya və ABŞ-ın müttəfiqləri artıq bir-birini güllələyirlər. Son olaraq Rusiya xüsusi təyinatlıları Fərat çayını keçib. Alman nəşri qeyd edir ki, bu, görünür Amerikaya müharibə elanıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İŞİD lideri Əbubəkr Əl Bağdadiyə aid olduğu iddia edilən səs qeydlərini analiz edib. Pentaqonun Yaxın Şərq üzrə nümayəndəsi Erik Pahon sözügedən səs qeydlərinin Bağdadinin yaşadığını sübut etdiyini deyib.

Qeyd edək ki, keçən ay Bağdadiyə aid olduğu iddia edilən 46 dəqiqəlik səs qeydi yayımlanmışdı.

“Suriya və İordaniya sərhədinin yüz kilometri “qara dəliyə” çevrilib”. Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Rusiyalı generalın sözlərinə görə, terrorçu qrupları bu “dəlik”dən hücum edilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

MOSSAD-ın əsas hədəfi İrandır. Bunu jurnalistlərə açıqlamasında İsrail kəşfiyyatı MOSSAD-ın rəhbəri Yossi Koyen söyləyib.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva ətrafında nəqliyyatda terror aktları törətməyə hazılaşan İŞİD üzvlərini saxlayıb. Bu haqda FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib. Əməliyyat sentyabrın 30-da keçirilib. Zərərsizləşdirilən terror qrupunun üzvləri Şimali Qafqaz regionunun sakinləri idilər.

Rusiya nüvə bombasından qat-qat güclü olan yeni radioelektrik silah istehsal edir. İngiltərənin “Daily Star” qəzetinin məqaləsində Rusiyanın “Elabuqa” adlı yeni silahının orduları zərərsizləşdirmək, 7 km sahədə bütün ballistik raket başlıqlarını və təyyarələrin nəzarət sistemini bağlamaq potensialına malik olduğu qeyd edilib.

Yeni silahın ən diqqət çəkən özəlliyi isə tankların nəzarət sistemlərini əhatə dairəsi xaricində buraxmaq və tankın içindəki mərmiləri partlatmaqdır.

Əlavə olaraq, yerin 100 metr altında gizlənən əsgərlər belə elektromaqnetik silahın təsirinə məruz qala biləcək.

Oktyabrın 4-də Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səud Moskvaya səfər edib. O, bir gün sonra Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Krallığın Hərbi-Sənaye Kompleksi ilə “Rosoboroneksport” arasında Səudiyyə Ərəbistanında hərbi təyinatlı məhsulların istehsalını nəzərdə tutan razılaşma da imzalanıb. Rusiya Səudiyyə Ərəbistanına “Kalaşnikov A-103” avtomat silahının və müxtəlif təyinatlı güllələrin istehsalı üçün lisenziya da verəcək.

ABŞ Senatı 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyini təsdiqləyib. Bu haqda Senatın kəşfiyyat üzrə komitəsinin başçısı Riçard Burr məlumat verib.

Onun sözlərinə görə, bununla da Rusiyanın 2016-cı ildə ABŞ-da seçkilərə müdaxilə etdiyi barədə Amerika kəşfiyyatının tədqiqatını təsdiqlənmiş olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın “The National Interest” nəşrində hərbi ekspert Nikolas Mayers Rusiya hərbçilərinin malik olduğu ən güclü və müasir silah və hərbi texnikanın adlarını açıqlayıb. Ekspert bu silahların ABŞ və müttəfiqləri üçün potensial təhlükə olduğunu bildirib.

Bu hərbi texnika və silahlara “Triumfu” S-400 zenit-raket kompleksləri, “İskəndər-M” operativ-taktik raket kompleksi, “Bal” raket kompleksi, “Kalibr” qanadlı raketləri, həmçinin radio elektron kəşfiyyatının ən yeni sistemləri daxildir.

“Bu texnologiyalar, şübhəsiz ki, ən azından növbəti bir neçə il ərzində Rusiyanın hərbi arsenalının əsasını təşkil edəcək”, - Mayers qeyd edib.

Avropa ölkələri Rusiyanın qarşısının daha effektiv alınması üçün “hərbi Şengen”in yaradılması haqqında razılaşmalıdır. Bunu ABŞ-ın Avropadakı qüvvələrin komandanı general-leytenant Ben Hoces bildirib.

Generalın sözlərinə görə, silahlar və hərbi yüklərin Avropa ölkələrinin sərhədləri ilə nəqli üzrəxüsusi qaydalar qüvvədə olmalıdır. Amerikalı hərbçi bildirir ki, bu qaydalar NATO güclərinin daha sürətli yerdəyişməsinə imkan verməlidir.

Əfqanıstan və İraq müharibələri, həmçinin İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar ABŞ-a 2001-ci ildən bu yana 1,7 trilyon dollara başa gəlib. Bu haqda ABŞ dövlət büdcəsinin xərclərinin analizi ilə məşğul olan “National Priorities Project” tədqiqat təşkilatının ekspertləri bildiriblər.

Ekspertlərin məlumatına görə, ABŞ 2001-ci ilin oktyabrında başladığı Əfqanıstan müharibəsinə 785 milyard dollardan çox xərcləyib. 2003-cü ilin martında başlana İraq müharibəsi 821, İŞİD-ə qarşı mübarizə 17 milyard dollara başa gəlib.

Qeyd edilir ki, ekspertlər hesablamalar zamanı yalnız ABŞ Müdafiə Nazirliyinin rəsmi rəqəmlərinə istinad ediblər. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və başqa xüsusi xidmət orqanlarının məxfiləşdirilmiş hərbi əməliyyatlarına çəkilən xərclər, həmçinin həlak olan və yaralanan hərbi qulluqçular üçün ən yaxın 40 ildə ayrılacaq kompensasiyalar nəzərə alınmayıb.

Əgər bütün bu xərclər nəzərə alınarsa, Braun Universitetindən olan analitiklərin qiymətləndirmələrinə görə, ümumi məbləğ 5 trilyon dollara yaxınlaşır.

ABŞ-ın Las-Veqas şəhərində oktyabrın 2-də “Mandalay Bay Hotel” mehmanxana kompleksinin qarşısında təşkil edilən musiqi fevtivalına silahlı hücum olub. İŞİD-in məsuliyyəti üzərinə götürdüyü terror hücumunda ən azı 50 nəfər ölüb, 200-dən çoxu yaralanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna

“Donetsk Xalq Respublikası” separatçı qurum tərəfindən təmas xəttinin möhkəmləndirilməsi göstərir ki, 2018-ci ildə Donbasda döyüş əməliyyatları aktivləşəcək”. Bunu Ukraynanın “Obozrevatel” nəşrinə “Gürcü milli legion”unun komandir müavini Şota Kedelaşvili deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna Prezidenti Pyotr Poroşenko “Donbasın reinteqrasiyası” haqqında qanunun qüvvəyə minməsindən sonra Donetsk və Luqansk vilayətlərinin rayonlarında yerli muxtariyyətin xüsusi statusunu uzatmağı təklif edib. Ali Radaya göndərilən qanun layihəsində Donetsk və Luqansk vilayətlərində Kiyevin nəzarətində olmayan ərazilər üzərində Ukraynanın suverenliyinin təminatı üzrə dövlət siyasətinin xüsusiyyətləri yer alıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ali Radanın oktyabrın 6-da keçirilən iclasında “Azadlıq” fraksiyasından olan deputat Yuri Levçenko tribunaya qaz bombası atıb. Deputat bununla da müzakirələrə və səsverməyə mane olmaq istəyib.

Nəşrin yazdığına görə, Levçenko Ali Radadakı dünənki qalmaqalın da əsas səbəbkarlarından biri olub.

Qeyd edək ki, Ukrayna Ali Radası Donbasın xüsusi statusu haqqında qanunun müddətini uzadıb. Qərarı parlamentin 229 deputatı dəstəkləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bundan bir gün əvvəl Ali Radada “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərin üzərində Ukraynanın dövlət müstəqilliyinin təminatı üzrə dövlət siyasətinin xüsusiyyətləri Haqqında” qanun layihəsinin müzakirəsində qalmaqal baş verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

Koreya Xalq Demokratik Respublikası (KXDR) təsəvvür oluna bilməyəcək zərbə vasitələrinə malikdir. Bu haqda Şimali Koreyanın dövlət nəşri “Rodong Sinmun”un məqaləsində deyilir.

Məqalədə iddia edilir ki, ABŞ-la müharibə olacağı halda, KXDR “yəqin qələbə qazanacaq”.

“Xalq və Koreya Xalq Demokratik Respublikasının ordusu Amerika imperialistlərini məhv etməyə və nəyin bahasına olursa-olsun vətənin yenidən birləşdirilməsinə nail olmağa köklənib”, - nəşr vurğulayır.

Xatırladaq ki, KXDR-in Asiya-Sakit okeanı Regionunda Sülh üzrə Komitəsinin nümayəndəsi ötən gün yeni bəyanatla çıxış edib. Bəyanatda ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasət tənqid olunur və Amerika "alov dənizinə" çevirməklə hədələnir.

“Yaponiyanın bəyanatları Koreya yarımadasında gərginlik yaradır və təhlükəli işdir. Bu, Yapon arxipelaqına nüvə buludlarını gətirəcək”. Bu haqda Şimali Koreyanın rəsmi agentliyi olan Koreya Mərkəzi Teleqraf Agentliyi (STAK) yazıb.

STAK öz bəyanatında Yaponiyanın baş naziri Sindzo Abenin BMT Baş Assambleyasındakı çıxışına istinad edib.

Baş nazir beynəlxalq cəmiyyəti nüvə proqramından imtinaya məcbur etmək üçün Pxenyana təzyiq göstərməyə çağırıb. Onun sözlərinə görə, beynəlxalq cəmiyyət nüvə proqramı üçün lazım olan mallar, vasitələr və texnologiyalara Koreya Xalq Demokratik Respublikasının girişini bloklamalıdır.

“Biz Şimali Koreyanı nüvə proqramından imtina etməyə məcbur etməliyik. Bunun üçün dialoq deyil, təzyiq lazımdır”, - Sindzo Abe deyib.

Şimali Koreyanın Seul və Tokio şəhərlərinə mümkün nüvə zərbəsindən sonra 2 milyondan çox insanın həlak olacağı bildirilir. Belə qənaətə Koreya Xalq Demokratik Respublikasının vəziyyətini daim analiz edərək ixtisaslaşmış “38 North” təşkilatı gəlib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kataloniyada müstəqillik referendum

İspaniyanın Kataloniya muxtariyyətinin hökuməti müstəqillik haqqında referendumun son nəticələrini elan edib. Xatırladaq ki, Kataloniyanın müstəqilliyi haqqında referendum oktyabrın 1-də keçirilib. İspaniya hakimiyyəti onun nəticələrini tanımır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kataloniya ən yaxın həftə ərzində müstəqilliyini elan edəcək. Bu haqda Kataloniya muxtar vilayətinin baş naziri Karles Puçdemon BBC-yə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Kataloniyanın yeni hökuməti artıq bu həftənin sonu, ya da növbəti həftənin əvvəli bu istiqamətdə işləməyə başlayacaq. Puçdemon həmçinin qeyd etdi ki, İspaniya hökuməti prosesə müdaxilə edərsə və Kataloniya hökumətini nəzarət altına almağa çalışarsa, bu, onun böyük səhvi olacaq.

Kataloniyada keçirilən referendum Almaniyanın Bavariya federal torpağına cəsarət verib. “Bavariyanın müstəqilliyi, onun Almaniya Federativ Respublikasından ayrılması bizim qanuni haqqımızdır”, -Bavariya Partiyası tərəfindən səsləndirilən bəyanatda deyilir.

Almaniyanın ən varlı əyalətlərindən olan Bavariyanın müstəqillik əldə etməsi üçün mübarizə aparan partiya ərazinin sahib olduğu nemətlərin Almaniya ilə paylaşılmasına qarşı çıxır. Partiya yaxın gələcəkdə Avropanın Ədalət Məhkəməsinə müraciət edərək Bavariyanın alman dilindən fərqli dilə sahib olduğunu sübut etmək niyyətindədir.

Qeyd edək ki, keçən il Bavariya Konsitutsiya Məhkəməsinə müraciət edərək müstəqillik referendumu keçirməsi üçün icazə istəmişdi. Lakin təklif rədd edilmişdi. Kataloniyada baş verən hadisələr Bavariyanın müstəqillik istəklərinə yenidən təkan verib.

Digər ölkələr

Kamerunun Anglofon bölgəsindəki separatçı qruplar müstəqillik elan edib. Müstəqillik özünü “Ambazonyanın dövlət başçısı” adlandıran Sisiku Ayukun bazar günü sosial şəbəkədəki status ilə elan edilib.

“Biz artıq Kamerunun kölələri olmayacağıq. Bu gün mirasımız və torpaqlarımız üzərində hakimiyyəti gücləndiririk”, - o yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm