Bakının ŞƏRTLƏRİ, 4 mərhələli HÜCUM ƏMƏLİYYATI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Bakının ŞƏRTLƏRİ, 4 mərhələli HÜCUM ƏMƏLİYYATI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.Türkiyə S-400 zenit-raket sistemlərinin alınmasından imtina edə bilər. Türkiyə ordusu İdlib əməliyyatı çərçivəsində Suriya sərhədini keçib. ABŞ və Türkiyə arasında viza qalmaqalı böyüyür. ABŞ-ın İranla nüvə razılaşmasından çıxacağı barədə prezident Donald Trampın bəyanatı böyük reaksiya doğurub. Rusiyanın Xəzər donanması hərbi təlimlərə start verib. İspaniyanın şərqində yerləşən Kataloniya Muxtar Vilayətinin müstəqil olacağı tarix bəlli olub.

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Regiona səfər edən ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan, oktyabrın 7-də isə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəndən sonra birgə bəyanat yaydı. Bəyanatda həmsədrlər prezidentlərin görüşməsi istiqamətində müzakirələr apardıqlarını və hər iki liderin danışıqların yenilənməsi məqsədilə görüşə hazır olduqlarını qeyd etdilər.

“Görüşün vaxtı haqda yaxın gələcəkdə tərəflər ictimaiyyətə məlumat verəcək”, - deyə bəyanatın yekununda qeyd olunur.

Gözlənilir ki, bu ilin sonuna kimi prezidentlərin görüşü baş tutsun. Ötən ilin “aprel müharibəsi”ndən sonra Vyana və Sankt-Peterburq görüşləri keçirildi, lakin bir ildən artıq müddətdir ki, prezidentlər səviyyəsində görüş keçirilmir. Bu baxımdan, qarşıdakı görüşün münaqişənin həlli baxımından irəliləyişə səbəb olacağına dair az da olsa ümidlər yaranır.

Ermənistan isə narahatdır. İşğalçı ölkədə hesab edirlər ki, həmsədrlərin Vyana və Sankt-Peterburq razılaşmasını dilə gətirməməsi onlar üçün yaxşı gələcək vəd etmir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Xəzər donanması hərbi təlimlərə start verib. Bunu jurnalistlərə açıqlamasında Rusiya Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafev söyləyib. Onun sözlərinə görə, təlimdə 20-dən çox gəmi iştirak edir.

Təlimə xüsusilə, “Dağıstan”, “Tatarıstan”, “Qrad Sviyajsk”, “Uqliç”, “Həştərxan”, “Volqodonsk”, “Mahaçqala” və digər gəmilər cəlb olunub.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinə səfər edən 4 Türkiyə vətəndaşından biri, HDP-nin keçmiş millət vəkili Ufuk Urasın FETÖ terror təşkilatının lideri Fətullah Gülənin adamı olduğu deyilir.

Türkiyədə Vətən Partiyasının lideri, “dərin dövlət”ə bağlı olduğu deyilən Doğu Perinçekin bir müddət öncə açıqladığı faktlar bu kontekstdə diqqət çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə “Fərat Qalxanı” hərəkatından sonra Suriyada ikinci əməliyyata başladı. Türkiyə ordusu hazırda “Tahrir el-Şam” terror qruplaşması ilə birbaşa döyüşlərdə iştirak etmir.

Türkiyə ordusu “Fırtına” haubitsaları ilə Azad Suriya Ordusuna dəstək verir. Hərbi mənbələr ordunun istənilən an İdlibə girəcək şəkildə hazır olduğunu bildirirlər. Məlumata görə, İdlib əməliyyatı dörd mərhələli olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə ordusu İdlib əməliyyatında iştirak etmək üçün bu gün Suriya sərhədini keçib. Bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından bildirilib.

Türkiyə “Fərat qalxanı” hərəkatından sonra Azad Suriya Ordusu (ASO) ilə birlikdə İdlibdə ikinci əməliyyata başladı. Əməliyyat Rusiya və İranla birlikdə Astanada razılaşdırılan “atəşkəs bölgələri” planı çərçivəsində aparılır.

Türkiyə “Fərat qalxanı” ilə miqrantlar üçün təhlükəsizlik bölgə yaratmağa nail oldu. İdlib əməliyyatının məqsədi isə çoxvektorludur.

Türkiyənin başlatdığı İdlib əməliyyatının hədəfləri belə sıralana bilər:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırması cavabsız qalmayıb. Türkiyə də ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. Xatırladaq ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna səbəb bu günlərdə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi olub. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı bildirilir.

ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.

ABŞ-ın Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi qeyri-müəyyən bir müddətə dayandırma qərarından sonra Ağ Evin Ankaradakı səfirinin müavini XİN-ə çağırılıb. Məlumata görə, Türkiyə tərəfi görüş zamanı Vaşinqtonun qərarını ləğv etməsi üçün təkid edib.

Bu gün ABŞ Türkiyədəki səfirliyinin daha bir əməkdaşı həbs olunub. Hələlik həbs olunan şəxsin kimliyi açıqlanmır. Onun da casusluqda ittiham olunduğu bildirilir. Məlumata görə, həmin şəxsin yaxınları - oğlu və həyat yoldaşı da saxlanılıb.

Birgə istehsal haqqında razılaşma əldə olunmasa, Türkiyə Rusiyadan S-400 zenit-raket sistemlərinin alınmasından imtina edə bilər. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu Rusiya və Türkiyənin birgə istehsal mövzusunda prinsipcə razılaşdığını söyləyib. Türkiyə xarici işlər nazirinin sözlərinə görə, birgə istehsal mövzusunda təklif məhz Rusiya prezidenti tərəfindən dilə gətirilmişdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Almaniya, İngiltərə və Fransa Vaşinqtonu 2015-ci ildə “altılıq”la İran arasında imzalanmış nüvə razılaşmasından çəkilməməyə çağırıb. Bu haqda “Röyters” agentliyi məlumat yayıb.

ABŞ mediasənın yazdığına görə, prezident Donald Tramp artıq oktyabrın 12-də İranla bağlı yeni strategiyasını açıqlayacaq. Bəzi mənbələrə görə, İranla müqaviləni “ABŞ tarixinin ən pis razılaşması” adlandıran Donald Tramp ABŞ-ın müqavilədən geri çəkiləcəyini elan edəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Trampın hərəkətləri III Dünya müharibəsinin başlamasına gətirib çıxara bilər. Bunu respublikaçı senator, Senatın beynəlxalq məsələlər üzrə komitəsinin sədri Bob Korker “Nyu York Tayms” nəşrinə bildirib.

Onun sözlərinə görə, Tramp öz administrasiyasınin işinə “Stajer” şəxsi şousuna oxşar realit-şou kimi baxır.

Korker həmçinin Trampı Tvitter hesabında yazdığı statuslarına görə tənqid edib. Senatorun fikrincə, bu statuslar ABŞ-ın diplomatik səylərinə ziyan vurur.

İspaniyanın şərqində yerləşən Kataloniya Muxtar Vilayətinin müstəqil olacağı tarix bəlli olub. Hökumət rəhbəri Çarlz Puqdemont təktərəfli müstəqillik elanından geri addım atmayacaqlarını və 10 oktyabr tarixində rəsmən müstəqillik elan edəcəklərini bildirib.

Qeyd edək ki, Kataloniya Milli Assambleyası (ANC) 10 oktyabr tarixində Kataloniyanın müstəqilliyinin rəsmən elan ediləcəyini təsdiq edib.

Cənubi Koreya hərbçiləri Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən təxribat olacağı halda, təcili əməliyyatlara hazırdır. Bu haqda öz mənbəyinə istinadən “Renxap” agentliyi bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın “Sağ sektor” Partiyasının keçmiş lideri Dmitri Yaroş Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinin Kiyevin nəzarəti altına qayıdacağı dəqiq tarixi açıqlayıb. Ali Radanın üzvünün fikrincə, bu, 2018-ci ilin aprelində olacaq. D. Yaroş hesab edir ki, bu, aprelin 20-nə kimi mümkün ola bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kriminal avtoritet Vladimir Tyurin Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qətlinin sifarişçisidir. Bu haqda brifinqdə Ukraynanın Baş prokuroru Yuri Lusenko bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm