Prezidentdən mühüm tapşırıqlar: Əhalinin gəlirləri artacaq, yeni iş yerləri yaradılacaq
Bizi izləyin

Nida Təhlil

Prezidentdən mühüm tapşırıqlar: Əhalinin gəlirləri artacaq, yeni iş yerləri yaradılacaq

Azərbaycanın sosial-iqtisadi inkişafı yüksələn xətt üzrə davama edir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edilən göstəricilər də bunu sübut edir.

Publika.az
xəbər verir ki, 2017-ci ilin ötən doqquz ayı ərzində Azərbaycanda qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz artıb. Qeyri-neft iqtisadiyyatında müşahidə edilən artım son illərdə aparılmış məqsədyönlü siyasətin, uğurlu islahatların, iqtisadiyyatın şaxələndirilməsinin göstəricisidir. Hərtərəfli inkişafı dövlət prioritetinə çevrilən kənd təsərrüfatında 2,8 faiz artım qeydə alınıb.

Uğurlu inkişaf

Azərbaycanın xarici ticarət dövriyyəsi 7 faiz artıb. İxrac idxalı böyük fərqlə üstələyir. Xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. İlin sonuna qədər bu rəqəm daha da artacaq.

Doqquz ayda Bakıda və bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimidir.

Əsas infrastruktur layihələri uğurla icra edilib. Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma 93 faiz səviyyəsindədir.

50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülübdür, suvarma suyu təmin edilib. Dövlət başçısının taspşırığına əsasən, qalan iki ay yarım ərzində daha 100 min hektar torpaqlarda bütün işlər başa çatmalıdır.

Sosial infrastrukturla bağlı siyasət uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilib və təmir edilib. İnfrastruktur layihələrinin uğurlu icrası ümumi iqtisadi inkişafa, regionların inkişafına təkan verir. Neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib.

Neft qiyməti ilə müqayisədə inkişaf



İlin 9 ayı ərzində dünya bazarlarında neftin qiyməti aşağı səviyyədə olsa da, Azərbaycanın valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Qənaətlə istifadə, düzgün investisiya proqramı valyuta ehtiyatlarını artırmağa imkan yaradır. Azərbaycan iqtidarı ölkənin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünür. İqtisadi imkanlar, o cümlədən valyuta ehtiyatları müstəqilliyin əsas şərtlərindən biridir. Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib, müstəqil siyasət aparan ölkə kimi tanınır. Bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik amilləri xüsusi yer tutur.

Beynəlxalq arenada Azərbaycanın mövqeyi və Qarabağ siyasəti

Beynəlxalq arenada mövqeyi daha da möhkəmlənən Azərbaycan dünyada etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Azərbaycanın xarici əlaqələri çoxşaxəlidir, bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurulub. Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Azərbaycan Prezidenti rəsmi səfərlər, beynəlxalq tədbirlər, yüksək səviyyəli görüşlər zamanı xalqın milli maraqlarından çıxış edir, dövlətin həyata keçirdiyi siyasəti, ölkənin reallıqlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinə çatdırır. Azərbaycan Prezidenti xarici ölkələrə 14 səfər etmiş, ondan çox dövlət və hökumət başçısı Azərbaycana gəlib. Beynəlxalq arenada Azərbaycan böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir.



Bu il ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində ciddi addımlar atılıb. Dövlət başçısının dediyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas vəzifədir. Ermənistanın müəyyən şərtlər irəli sürtməklə danışıqlara başlamaq cəhdi baş tutmadı. Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir.
Ermənistanın isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri açıq etirafdır ki, döyüşdə onların Azərbaycan qarşısında duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir.

Tarixə yazılan 2017-ci il

2017-ci il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar və uğurlu il kimi qalacaq.

“Əsrin kontraktı”nın yeni şərtlərlə təzələnməsi və müddətinin uzadıılması bu tarixi hadisələrdən biridir. Müqavilədə Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və Azərbaycana xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra olunur. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri, 98 faiz səviyyəsində icra edilib. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatıb. Yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur. Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Bu layihələr ölkəyə böyük iqtisadi mənfəət, səmərə verir və Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır. Bu gün Azərbaycanın iştirakı olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib. 2017-ci il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq. Sahibkarlığın inkişafı təmin edilir. İnvestisiya təşviqi mexanizmi tam işə düşüb. Bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək.



Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb və öz reytinqini daha da yaxşılaşdırır. Bu, böyük uğurdur, tarixi nailiyyətdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən Azərbaycanın gələcəyinə çox böyük inam var. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulub.

Prezident İlham Əliyev iclasda mühüm tapşırıqlar verdi:

1. İlin sonunadək Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq.

2.Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha böyük olacaq.

3.Hazırda sahibkarlara verilən güzəştli kreditlərin tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. İlin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin olunacaq.

4. Rayonlararası və kənd yolları ilə bağlı il ərzində prezident tərəfindən çoxlu sərəncamlar verilibdir, bu sərəncamların icrası turizmin inkişafın sürətlədirəcək.

5. Azərbaycanda bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmayacaq.

6. Gələn il 100 min hektar sahəyə yeni kanallar çəkiləcək. Azərbaycanda yeni süd zavodları yaradılacaq. Hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Bu istixanaların böyük hissəsi ixraca hesablanıb və beləliklə, ölkənin ixrac potensialı daha da artacaq.



7. Azərbaycanda 38 aqroparkın yaradılması prosesi gedir. Onlardan ikisi artıq fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsi açılıb. Balaxanıda, Masallıda sənaye zonaları, Mingəçevirdə böyük tekstilyönümlü yüngül sənaye zonası, Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılır. Gələn il də bir neçə rayonda sənaye zonalarının yaradılması ilə bağlı praktiki işlər başlanacaq.

8. Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Gələn il də bölgələrdə təqribən 10-a yaxın fabrik açılacaq. Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur, bununla həm boyadan, həm də iplikdən xarici asılılığa son qoyulacaq.

9. “ASAN xidmət” mərkəzlərinin tikintisi davam etdirilir. Yaxın aylarda Mingəçevir və Quba şəhərlərində, gələn il isə Şəki və İmişli şəhərlərində yeni mərkəzlər açılacaq.

Dövlət başçısının çıxışında bu məsələlər öz əksini tapdı. Bu perspektiv ölkədə yeni iş yerlərinin yaradılması, əhalinin gəlirlərinin artması deməkdir.

Diqqətçəkən digər məqamlar isə Azərbaycanın gələcək inkişafı ilə bağlı strateji planlardır. Prezident tapşırıq verdi ki, Strateji Yol Xəritələrinin icrası tam təmin olunmalıdır. Monitorinq göstərir ki, bəzi qurumlarda Strateji Yol Xəritələrinin icrası 50 faizr, 70 faizr, bəzi qurumlarda isə 10-15 faizdir. Bunun izahatı tələb olunmalı, gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş yaratmalıdırlar. Sənayenin, kənd təsərrüfatının inkişafı, infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələrinin icrası, “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi əsas prioritetlərdir. Bundan sonrakı illərdə də Azərbaycan uğurla inkişaf edəcək və həmişə zirvələrdə olacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm