Torpaqların qaytarılacağı DƏQİQ TARİX, hərbi planın DETALLARI.. – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Torpaqların qaytarılacağı DƏQİQ TARİX, hərbi planın DETALLARI.. – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixi açıqlanıb. Rusiyanın Soçi şəhərində MDB dövlət başçılarının sammiti keçirilib. Rusiya Ermənistana müasir silahlar və hərbi texnikanın alınması məqsədi ilə 100 milyon dollarlıq yeni kredit verəcək. Türkiyə ordusu İdlib əməliyyatına başlayıb. Türkiyənin İraq və Suriyanın şimalında “terror dəhlizi” oyununa qarşı tətbiq edəcəyi uzunmüddətli hərbi planının detalları ortaya çıxıb. ABŞ və Türkiyə arasında viza qalmaqalı böyüyür. Ağ Ev ABŞ prezidenti Donald Trampın İran üzrə yeni strategiyasının əsas müddəalarını elan edib. ABŞ Baltikyanı ölkələrlə Rusiya sərhədinə 2 zirehli tank briqadası yerləşdirilib. Moskva ABŞ-ı cavab addımları ilə hədələyib. İspaniyanın Kataloniya muxtariyyəti müstəqilliyin elan edilməsini təxirə salıb.

Azərbaycan, Dağlı Qarabağ

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Regiona səfər edən ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 7-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, bir gün əvvəl isə İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşəndən sonra birgə bəyanat yaydı. Bəyanatda həmsədrlər prezidentlərin görüşməsi istiqamətində müzakirələr apardıqlarını və hər iki liderin danışıqların yenilənməsi məqsədilə görüşə hazır olduqlarını qeyd etdilər.

Ermənistan isə narahatdır. İşğalçı ölkədə hesab edirlər ki, həmsədrlərin Vyana və Sankt-Peterburq razılaşmasını dilə gətirməməsi onlar üçün yaxşı gələcək vəd etmir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixi açıqlanıb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabr 2017-cı il tarixində Cenevrədə görüşü keçiriləcək.

Ehtimallar var ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin uzanmasında son ola bilər: ya razılaşma əldə ediləcək, ya da müharibə başlayacaq. Rusiyalı politoloq Qriqori Trofimçuk da bu fikrin tərəfdarıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oktyabrın 11-də Rusiyanın Soçi şəhərində MDB dövlət başçılarının sammiti keçirilib. İlk olaraq MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclasın sonunda sənədlərin imzalanması mərasimi olub. Ümumilikdə, qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalanıb.

"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 30-da Bakıya gələcək". Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli görüş keçiriləcək.

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bildirib ki, görüş bu il noyabrın 1-də Tehranda baş tutacaq. M. Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək. Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.

Ermənistan

Rusiya Ermənistana müasir silahlar və hərbi texnikanın alınması məqsədi ilə 100 milyon dollarlıq yeni kredit verəcək. Razılaşmaya uyğun olaraq, kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Kredit razılaşmasına əsasən, Ermənistan Müdafiə Nazirliyi və Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyəti arasında ayrı müqavilələr bağlanacaq, silahların və hərbi texnikanın çatdırılmasının müddətləri uyğunlaşdırılacaq.

Xatırladaq ki, 2015-ci ildə Moskva Ermənistana silahların və hərbi texnikanın alınması üçün 10 illik müddətə 200 milyon dollar kredit verib.

Ermənistan hökuməti bugünkü iclasında Rusiyanın İrəvana 100 milyon dollar həcmində hərbi krediti verməsi layihəsini təsdiq edib.

Türkiyə, İran, Yaxın Şərq

Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinə səfər edən 4 Türkiyə vətəndaşından biri, HDP-nin keçmiş millət vəkili Ufuk Urasın FETÖ terror təşkilatının lideri Fətullah Gülənin adamı olduğu deyilir.

Türkiyədə Vətən Partiyasının lideri, “dərin dövlət”ə bağlı olduğu deyilən Doğu Perinçekin bir müddət öncə açıqladığı faktlar bu kontekstdə diqqət çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələri oktyabrın 12-də axşam saatlarında Suriyanın İdlib vilayətinə daxil olub. Türkiyə Silahlı Qüvvələri Baş qərargahından verilən məlumata görə, oktyabrın 13-də ilk nəzarət məntəqələrin qurulmasına başlanılıb.

Türkiyə “Fərat qalxanı” ilə miqrantlar üçün təhlükəsizlik bölgə yaratmağa nail oldu. İdlib əməliyyatının məqsədi isə çoxvektorludur.

Türkiyənin başlatdığı İdlib əməliyyatının hədəfləri belə sıralana bilər:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə cənub sərhədlərində ABŞ-ın dəstəyi ilə PKK/PYD terror təşkilatının qurmaq istədiyi “terror dəhlizi”ni dörd mərhələli əməliyyatla yerlə bir edəcək. Türkiyənin İraq və Suriyanın şimalında “terror dəhlizi” oyununa qarşı tətbiq edəcəyi uzunmüddətli hərbi planının detalları ortaya çıxıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali İraq kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan Bağdad və Ankara Ərbilə qarşı ardıcıl addımlar atır. Bu addımlardan biri də kürd muxtariyyətinə birbaşa açılan Habur sərhər keçid məntəqəsinin Ovaköy sərhəd-keçid məntəqəsi ilə əvəzlənməsidir.

Bununla da, İraq və Türkiyə arasında ticarətdə kürd muxtariyyəti “ofsayd”a salınır. Ekspertlərin fikrincə, Ankara və Bağdad aşağıdakı strateji qazanclar əldə edəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin İdlib əməliyyatından sonra Afrinə müdaxilə ehtimalını nəzərə alan PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) döyüş hazırlıqlarına başlayıb. Silah-sursat və şəxsi heyət toplayan PYD əhaliyə məcburi şəkildə hərbi təlim keçir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib vilayətinə girməsindən təlaşa düşən PKK/PYD (PYD PKK terror təşkilatının Suriya qolu hesab olunur –red.) terror təşkilatı oktyabrın 8-da Suriyanın şimalında 4 ayrı toplantı keçirib. Afrin, Tel-Abyad, Münbiç və Ayn əl-Arabda keçirilən toplantılarda Türkiyə ilə sərhədin bütün hissələrində hərbi güclərin möhkəmləndirilməsi barədə qərar qəbul edilib.

İdlibə daxil olan “Mehmetcik”in əsl hədəfinin Afrin və PKK olduğu vurğulanan toplantılarda terror təşkilatının rəhbərliyi döyüşçülərinə “Savaşa hazır olun!” təlimatı verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırması cavabsız qalmayıb. Türkiyə də ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. Xatırladaq ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna səbəb bu günlərdə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi olub. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı bildirilir.

ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.

Türkiyə və ABŞ arasında viza problemi ölkələr arasındakı münasibətləri getdikcə gərginləşdirir. Ölkələr arasında münasibətlərin inkişafı Rusiyada daha diqqətlə izlənilir. Təxminlərə görə, Vaşinqton-Ankara xəttində gərginliyin təməl səbəblərindən biri məhz son zamanlar Rusiya və Türkiyə arasındakı yaxınlaşmadır.

Viza problemini qiymətləndirən “Rossia Today” (RT) kanalının rəsmi saytının köşə yazarı İqor Molotov Türkiyənin gerçək müstəqillik yolunda addımlar ataraq Yaxın Şərqin təməl gücü halına gəldiyini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ankara və Vaşinqton viza böhranının həll edilməsi üçün birlikdə çalışacaq. Bu haqda Türkiyə Baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib. Onun sözlərinə görə, iki ölkənin nümayəndə heyətləri qarşıdakı günlərdə görüşərək mövzunu müzakirə edəcəklər.

"ABŞ Türkiyəni mühasirəyə almaq və şir kimi əhliləşdirmək istəyir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada valilər qarşısında çıxışında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Qərbin Türkiyədə dövlət çevrilişi planı uğursuz oldu, lakin buna yenə cəhd edəcəklər. Ərdoğan da bunu çox yaxşı bilir”. Bu barədə rusiyalı hərbi ekspert İvan Konovalov deyib.

Rusiyalı ekspertin sözlərinə görə, Türkiyə İdlibə daxil olmaqla ən ağır əməliyyatı üzərinə götürdü.

“Qərb Ərdoğana qarşı yenə çevriliş cəhdi edəcək. Bu şübhəsizdir. Türkiyə ilə bağlı əsas hədəflərdən biri budur. İlk cəhd uğursuz oldu, lakin yenə cəhd edəcəklər. Qərb Ərdoğandan “qurtulmaq” üçün mütləq bunu etməyə çalışacaq. Ərdoğan Rusiya ilə Suriya məsələsində, İdlib kimi ən çətin məsələdə anlaşdı. Əgər Ərdoğanı devrilərləsə, onda bütün İdlib bölgəsi partlayar”, - deyə o bildirib.

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitənin sədr müavini Dmitri Novikov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı bəyanatını şərh edib. Parlament üzvü Ərdoğanın bəyanatının Moskvaya bir dərs olduğunu deyib.

“Bu artıq bir dərsdir və Türkiyə ilə hansısa uzunmüddətli münasibətlərin qurulmasının çox ağır olduğunu göstərir. Hakimiyyət dəyişikliyi zamanı, hətta eyni prezidentin dövründə xarici siyasət kursunda döngələr ola bilər. Amma, prinsip etibarilə, Krım məsələsində Türkiyə heç vaxt Rusiyanın müttəfiqi olmayıb. Sadəcə nəzərə almaq lazımdır ki, türk siyasəti barəsində illüziyalar olmasın”, - Novikov bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti dünən ukraynalı həmkarı Petro Poroşenko ilə Kiyevdə görüşündən sonra keçirdiyi mətbuat konfransında Ankaranın Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyini, Krımın Rusiya tərəfindən ilhaqını tanımadığını vurğulayıb.

Birgə istehsal haqqında razılaşma əldə olunmasa, Türkiyə Rusiyadan S-400 zenit-raket sistemlərinin alınmasından imtina edə bilər. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu Rusiya və Türkiyənin birgə istehsal mövzusunda prinsipcə razılaşdığını söyləyib. Türkiyə xarici işlər nazirinin sözlərinə görə, birgə istehsal mövzusunda təklif məhz Rusiya prezidenti tərəfindən dilə gətirilmişdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı problem yoxdur. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Birinci mərhələdə birgə istehsal olmayacaq, ikinci mərhələdə bu istiqamətdə addımları atacağıq. Putinlə (Rusiya prezidenti Vladimir Putin –red.) danışıqları S-400-lə bitirməyi düşünmürük, S-500-lər haqqında da müzakirələr aparacağıq. Dünyada “Patriot” (ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemi –red) artıq istifadədən çıxır”, - prezident deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ağ Ev ABŞ prezidenti Donald Trampın İran üzrə yeni strategiyasının əsas müddəalarını elan edib. Yeni strategiyanın hədəfi İranın Yaxın Şərqdə təcavüzünün və stabilliyi pozan hərəkətlərinin qarşısını almaqdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ İranın nüvə proqramı üzrə yeni razılaşmanın üzərində işə başlamaq istəyir. Bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

Tillerson həmçinin ABŞ-ın nüvə sazişindən çıxışını istisna etməyib. “Hesab edirik ki, bu sazişi yenidən işləmək lazımdır. Mümkündür ki, biz onu daha yaxşı formaya gətirə bilməyəcəyik. Əgər bunu bacarmasaq, ehtimal ki, sazişdən çıxacağıq”, - dövlət katibi qeyd edib.

Tillerson həmçinin bildirib ki, İranın nüvə proqramı üzrə razılaşmanın yenidən baxılmasına razılaşacağını ağlasığmaz hesab edir.

ABŞ oktyabrın 13-də İran İslam İnqilabi Keşikçilər Korpusuna (SEPAH) qarşı sanksiyaları daxil edib. Bu haqda ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.

Məlumata görə, SEPAH terror dəstəkləyən təşkilatların siyahısına əlavə edilib. Qeyd edək ki, SEPAH-ın tərkibində 100 mindən çox hərbçi var.

İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) ABŞ tərəfindən terror təşkilatı siyahısına daxil edilməsi İrana qarşı müharibə elanı anlamına gələcək. Bunu İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi bildirib.

O, həmçinin bildirib ki, ABŞ İranla imzalanan nüvə razıaşmasından çəkiləcəyi halda, beynəlxalq arenada doğuracaq nəticələrə də hazır olmalıdır. Əli Əkbər Salehi İranın ABŞ-ın davranışına uyğun qərarlar qəbul edəcəyini deyib.

“Şimali İraqda kürd referendumu təkcə İraqı deyil, bütün bölgəni qanlı müharibəyə sürükləyəcək”. Bu barədə İraq Türkman Cəbhəsinin lideri Erşad Salihi deyib.

Salihi Türkiyənin bu istiqamətdə təcili addım atmalı olduğunu vurğulayıb. E.Salihi əlavə edib ki, Bərzani belə davam edərsə, bölgədə böyük müharibə başlayacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oktyabrın 13-də İraq ordusu Kərkükün Peşmərgədən (Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri -red.) azad edilməsi üçün əməliyyata başlayıb. Bu haqda İraq Müdafiə Nazirliyindən bildirilib.

Eyni zamanda dünən Kərkükə xeyli sayda Peşmərgənin göndərildiyi bildirilir.

Dünən yayılan xəbərə görə, Haviceyi İŞİD-dən təmizləyən 50 minlik İraq ordusu Ərbilin nəzarətindəki Mosul, Kərkük, Diyala, Dayrabun və Bacidə yönəlib. İraqın bölgəyə daha 70 minlik güc göndərəcəyi bildirilir.

Xatırladaq ki, İraq parlamenti sentyabrın 27-də baş nazir Heydər əl-İbadiyə Kərkükə qoşun göndərmək səlahiyyəti verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri

ABŞ prezidenti Donald Trampın hərəkətləri III Dünya müharibəsinin başlamasına gətirib çıxara bilər. Bunu respublikaçı senator, Senatın beynəlxalq məsələlər üzrə komitəsinin sədri Bob Korker “Nyu York Tayms” nəşrinə bildirib. Onun sözlərinə görə, Tramp öz administrasiyasınin işinə “Stajer” şəxsi şousuna oxşar realit-şou kimi baxır.

Korker həmçinin Trampı Tvitter hesabında yazdığı statuslarına görə tənqid edib. Senatorun fikrincə, bu statuslar ABŞ-ın diplomatik səylərinə ziyan vurur.

ABŞ Senatının demokrat üzvü Brendan Boyl Livanın “Hizbullah” təşkilatına verdiyi dəstəyə görə Rusiya barəsində yeni sanksiyaların tətbiqini təklif edib. Senatorun hazırladığı sənəd Nümayəndələr Palatasının beynəlxalq işlər üzrə komitəsində bəyənilib.

“Rusiya “Hizbllah” təşkilatına müasir silahlarla dəstək verərək onun nüfuzunu və gücünü artırır. Nəticədə, İsrail kimi müttəfiqlərimizə və regionun bütün günahsız vətəndaşlarına zərər verir”, - Boyl qeyd edib.

Sənəddə Rusiyaya qarşı məhz hansı məhdudiyyətlərin təklif edildiyi göstərilməyib.

ABŞ-ın Rusiyadakı Baş konsulluqlarından biri bağlana bilər. Rusiyanın Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Georgi Borisenko qeyd edib ki, Moskva Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyəti ətrafında vəziyyətlə əlaqədar cavab ölçülərinin müxtəlif variantlarına baxır.

“Moskvanın cavabına gəlincə, biz artıq açıq şəkildə dedik ki, diplomatiyada qarşıqlılığın dəyişməz prinsipi mövcuddur. Bu haqda amerikalılar da əla bilirlər”, - agentlik Borisenkonun sözlərini sitat gətirib.

Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Bu məhdudiyyətlərə əsasən, San-Fransiskodakı Rusiya Baş konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanıb.

Rusiya xüsusi xidmət orqanlarının ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi informasiyalarını ələ keçirməsi faktının Vaşinqton tərəfindən necə öyrənilməsi məlum olub. Bu haqda “Vaşinqton Post” nəşri yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Cənubi Koreyada yerləşdirdiyi THAAD raketdən müdafiə sistemləri Rusiya və Çinə qarşı yönəlib. Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Borisenko söyləyib. Onun sözlərinə görə, Vaşinqton formal olaraq bu sistemləri Şimali Koreya bəhanəsi ilə genişləndirir:

“Məsələ ondadır ki, bu sistemlər Şimali Koreyaya mane olmaq imkanına malik deyil. Koreya yarımadasında sərhəd elə bir nöqtədədir ki, Seul uzunmənzilli artilleriyanın radiusunda yerləşir. THAAD heç bir artilleriya mərmisini ələ keçirmək imkanında deyil”.

Rusiya diplomatik mülkiyyəti barəsində Vaşinqtonun hərəkətlərinə cavab veriləcək. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya diplomatik mülkiyyəti olan binaların üstündən Rusiya bayraqlarının götürülməsi Moskva tərəfindən təhqir kimi qiymətləndirilir.

“Artıq ABŞ-a qətiyyətli şəkildə etirazı bildirilib. Əlbəttə, bayraqların çıxarılmasına Rusiya tərəfi heç bir razılıq verməyib”, - o vurğulayıb.

Zaxarova qeyd edib ki, Vaşinqton Moskva ilə münasibətləri şüurlu şəkildə dağıdır. Xatırladaq ki, sentyabrın əvvəlində ABŞ Vaşinqton və Nyu-Yorkda Rusiyanın ticarət nümayəndəlikləri, San-Fransiskoda isə Baş konsulluğu bağlayıb. Daha sonra isə bu binaların üzərindən Rusiya bayraqları götürülüb.

ABŞ Baltikyanı ölkələrlə Rusiya sərhədinə 2 zirehli tank briqadası yerləşdirilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenko bildirib.

Onun sözlərinə görə, Rusiya və Belarusun birgə təşkil etdiyi “Qərb-2017” təlimləri Avropa ölkələri tərəfindən narahatlıqla qarşılanıb:

“Onlar fikrincə, guya Rusiya əsas texnikalarını Belarusda saxlayıb və istənilən vaxt Avropaya zərbələr endirəcək. Rus fobiyası NATO və Avropa Birliyini, əsasən də Polşanı qorxuya salıb. Bunun üçün Polşa ABŞ-a müraciət edib və Vaşinqton Rusiya ilə sərhədə iki tank briqadası yerləşdirmək qərarına gəlib”.

ABŞ-ın Polşa və Baltikyanı ölkələrində hərbi mövcudluğunu gücləndirməsinə cavab olaraq NATO-Rusiya əsas aktını tərk etməyimiz istisna deyil. Bu barədə Rusiya Federasiya Şurasının üzvü Frants Klintseviç danışıb. Klintseviçin sözlərinə görə, belə bir qərarı yalnız ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin verə bilər.

“Aydın məsələdir ki, ABŞ Rusiyanın aktı tərk etməsi üçün əlindən gələni edir”, - Klintseviç bildirib.

ABŞ-ın Baltikyanı ölkələrdə hərbi varlığına artırmasına adekvat cavab olaraq Rusiya Kalininqradda daha çox İsgəndər raketləri yerləşdirə bilər. Bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Vladimir Şamanov deyib.

“Bu məsələyə sıradan yanaşmayacağıq. Mütləq lazımi tədbirlər görüləcək. Mümkündür ki, Qərb sərhədlərində Rusiya hərbi qüvvələrinin təchizatı gücləndirilsin”, - Rusiya rəsmisi bildirib.

ABŞ Müdafiə Naizrliyi (Pentaqon) ani qlobal zərbə komplekslərinin yaradılmasına başlayıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov bildirib.

Bu ilin iyun ayında ABŞ “The National Interest” nəşrində deyilir ki, dünyada yalnız bir şəhər – Moskva nüvə döyüş başlıqlı raketlərlə qorunur. Məqalədə deyilir ki, Rusiya paytaxtı planetdə “nüvə çətiri” altında olan tək yaşayış məntəqəsidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya və ABŞ-ın münasibətləri bu gün o qədər aşağı səviyyəyə enib ki, çoxlar yeni Karib böhranı haqqında danışmağa başlayıblar. Bu fikirlər “Rusiya bu gün” beynəlxalq informasiya agentliyinin təşkil etdiyi “Karib böhranı və müasir reallıqlar” dəyirmi masasında ifadə edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

Cənubi Koreya hərbçiləri Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən təxribat olacağı halda, təcili əməliyyatlara hazırdır. Bu haqda öz mənbəyinə istinadən “Renxap” agentliyi bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Hakerlər Cənubi Koreyada Şimali Koreya ilə genişmiqyaslı müharibə planlarını oğurlayıb. Oğurlanmış məlumatların həcmi təxminən 235 GB təşkil edir. Məlumatlarda Seul və Vaşinqtonun müharibə planları yer alıb.

Orada Pxenyanla müharibənin necə qazanılması və Şimali Koreya lideri Kim Çen Inın “başının kəsilməsi”ndən təfərrüatı ilə danışılır.

Şimali Koreya hakerləri kiberhücumda şübhəli bilinirlər. Cənubi Koreyalı deputat Ri Çxol-Xi Müdafiə Nazirliyinə istinadən iddia edib ki, 5015 və 3100 saylı operativ məxfi planlar Pxenyanın maliyyələşdirdiyi hakerlər tərəfindən oğurlanıb.

Yerli xəbərlərə əsasən, hakerlər həmçinin Amerika-Cənubi Koreya hərbi təlimləri, Cənubi Koreya elektrik stansiyaları və hərbi obyektlər haqqında məlumatları əldə edə biliblər.

Ukrayna

Ukraynanın “Sağ sektor” Partiyasının keçmiş lideri Dmitri Yaroş Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinin Kiyevin nəzarəti altına qayıdacağı dəqiq tarixi açıqlayıb. Ali Radanın üzvünün fikrincə, bu, 2018-ci ilin aprelində olacaq. D. Yaroş hesab edir ki, bu, aprelin 20-nə kimi mümkün ola bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kriminal avtoritet Vladimir Tyurin Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qətlinin sifarişçisidir. Bu haqda brifinqdə Ukraynanın Baş prokuroru Yuri Lusenko bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Minsk formatı Donbas üzrə danışıqlarda perspektivə malik deyil və dəfn edilməlidir". Bunu Rusiya prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov “Bu gün” (“Seqodnya”) nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, münaqişənin həlli üzrə yeni format yaradılmalıdır. İllarionov ABŞ və Böyük Britaniyanın cəlb edilməsi ilə Budapeşt formatını mümkün variantlardan biri hesab edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kiyev Krımın statusu üzrə yeni referendum keçirməyə hazırdır. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko oktyabrın 11-i Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı zamanı deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu xalqın dörd əsas tələbini yerinə yetirməyə çağırıb. Saakaşvili bu haqda “Ukraynskaya Pravda” internet nəşrinin saytında dərc etdiyi məqaləsində bildirib.

Onun sözlərinə görə, bu tələblərə korrupsiya ilə mübarizə, biznesin satışı haqqında vədin icrası, yeni seçki qanunvericiliyinin qəbulu və mənzil-istismar xidmətlərinin tariflərinin azaldılması daxildir. Keçmiş qubernatorun fikrincə, Ukrayna ictimai-iqtisadi uçurum həddindədir. O hesab edir ki, əgər hakimiyyət öz siyasətini dəyişdirməsə, Ukraynanı idarəolunmaz sosial partlayış gözləyir.

Saakaşvilinin sözlərinə görə, sözügedən tələblərin yerinə yetirilməsi ölkədə vəziyyəti düzəltməyə kömək edə bilər.

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili oktyabrın 17-də öldürülə bilər. Krım tatar televiziyası ATR-in baş direktor müavini Ayder Mujdabayev feysbuk səhifəsində yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kataloniya

Kataloniya generalitetinin rəhbəri Karles Puçdemon referendumun keçirilməsindən sonra regionun müstəqillik bəyannaməsini imzalayıb. Lakin sənəd indi qüvvəyə minməyəcək.

Kataloniya rəhbərliyi yaxın vaxtlarda Madrid ilə danışıqlar aparmağa hazırlaşır. Puçdemon bildirib ki, danışıqlar bir neçə həftə vaxt apara bilər. İspaniya hakimiyyəti Puçdemonun bəyanatına hüquqi və siyasi şəkildə cavab verməyə hazırdır.

İspaniya Kataloniyanın özünüidarəetmə hüququnu ləğv etməyə qərar verib. Bu barədə İspaniya Baş naziri Mariano Raxoy danışıb.

“İspaniyada Kataloniyanın özünüidarəetmə hüququnun ləğv edilməsini nəzərdə tutan konstitusiya maddəsi qüvvəyə minir”, - baş nazir deyib.

Qeyd edək ki, dünən Kataloniya Baş naziri Karlos Puçdemon, onun müavini Oriol Junkeras, eləcə də Kataloniya parlamentinin spikeri Karme Forkadel müstəqillik bəyannaməsinə imza atıblar.

İspaniyada Kataloniya muxtar vilayətindən sonra Avropada separatizm dalğası sürətlə yayılmaqdadır. Şotlandiya Milli Partiyasının (SNP) sədr müavini Angus Robertson Şotlandiyanın Böyük Britaniyadan ayrılması üçün yeni bir referendumun keçiriləcəyini bildirib.

Partiya bu il ərzində keçirilən seçkilərdə Birləşmiş Krallığın parlamentində Şotlandiya üçün ayrılan 56 yerdən 31-ini qazanmağı bacarmışdı.

Xatırladaq ki, Şotlandiya 2014-cü ildə müstəqillik referendumu keçirib. Lakin əhalinin əksəriyyəti krallığın tərkibində qalmağa səs verib. Ancaq “Breksit”dən sonra Şotlandiyada müstəqillik tələbləri yenidən səslənməyə başlanıb.

Qeyd edək ki, Kataloniyada oktyabrın 1-də keçirilən referendumda əhalinin əksəriyyəti müstəqilliyə səs verib. Bundan ruhlanan Almaniyanın Bavariya Partiyası müstəqillik tələbi ilə çıxış edib. Adıçəkilən bölgə Almaniyadan ayrılaraq müstəqillik statusu qazanmaq istəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm