Ermənistandan Qarabağ ETİRAFI, müharibənin başa çatacağı VAXT… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ermənistandan Qarabağ ETİRAFI, müharibənin başa çatacağı VAXT… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidentinin açıqlamalarına sərt reaksiya verib. İraq ordusu ölkənin şimalında uğurlu əməliyyatları davam etdirir. Ağ Ev Rakkanın azad edilməsindən sonra Suriyada vəziyyətin nizama salınması üzrə dəqiq strategiyaya malik deyil. Mixail Saakaşvilinin tərəfdarları Ukrayna Ali Radasının yaxınlığında mitinq keçirib. İŞİD sosial media üzərindən növbəti hədəfini açıqlayıb. Pxenyan nüvə silahından imtina üçün şərtini açıqlayıb.

Dünən Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Görüşün nəticələri ilə bağlı bəyanatda tərəflərin gərginliyin qarşısının alınması və danışıqların davam etdirilməsilə bağlı razılığa gəldiyi deyilir. Lakin digər detallar açıqlanmır. Bu görüşün Dağlıq Qarabağ münaqişəsinin inkişafına necə təsir edəcəyi maraqlıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Erməni siyasi şərhçi Sarqis Artsruni Cenevrə görüşündə irəliləyişin əldə edilməyəcəyinin əvvəlcədən bəlli olduğunu deyir. Onun sözlərinə görə, bu görüş Serj Sarkisyanın prezident statusunda sonuncu danışıqları ola bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Təəssüflər olsun ki, S.Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır”. Bu sözləri Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi Feysbuk səhifəsində yazıb.

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə toxunan Novruz Məmmədov həmçinin qeyd edib ki, qərara alındığına görə, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməməli idi.

“Amma Sarkisyan bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanardı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir.

Lakin o bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”, - deyə N.Məmmədov bildirib.

İraq ordusu Kərkükdən sonra Sincar şəhərinə də nəzarəti ələ keçirib. Şəhər uğrunda heç bir qarşıdurmanın olmadığı və peşmərgənin (Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri –red.) geri şəkildiyi bildirilir.

Kərkükə muxtariyyət verilməlidir. Bunu “Star” qəzetinə açıqlamasında Kərkük İraq Türkləri Dərnəyinin rəhbəri Mehmet Tütüncü söyləyib.

“İraq Konstitusiyasına görə, buraya 2003-cü ildən sonra gətirilən kürd miqrantlar İraq Kürd Muxtariyyətinə yenidən geri göndərilməli, daha sonra isə əhalinin hesablanması aparılmalıdır. Kərkükə Bağdada tabe olan muxtariyyət verilməlidir.

Kürdüstan Yurdsevərlər Birliyinin keçmiş rəhbəri Cəlal Təlabaninin oğlu Bafıl Tələbani və “Haşdi Şabi” şiə qruplaşmasının nümayəndəsi, “Bədir” briqadasının komandiri Hadi Amiri arasında gizli razılaşma imzalanıb. Bu haqda İraq parlamentindəki Goran hərəkatının nümayəndəsi Məsud Heydər bildirib.

O, razılaşmanın detallarını açıqlayıb. Məsud Heydərın sözlərinə görə, İraq ordusu 2014-cü ildə geri çəkildiyi bölgələrə döyüşmədən geri dönəcək. Razılaşmada Hələbcə, Süleymaniyyə və Kərkükdən ibarət bölgənin yaradılması və bu bölgə üçün hökumət qurulması yer alıb.

Məsud Heydərin gizli razılaşmanın detallarını açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq ordusunun qarşısında məğlub olan Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani taktikanı dəyişdirib. Məlumata görə, Bərzani peşmərgə güclərini geri çəkib, onların yerinə isə ABŞ əsgərləri keçib. ABŞ əsgərləri Ərbilin 60 kilometrliyində yerləşən Mahmur və Gever bölgələrində peşmərgənin qərargahına yerləşib.

Ağ Ev Rakkanın azad edilməsindən sonra Suriyada vəziyyətin nizama salınması üzrə dəqiq strategiyaya malik deyil. Bu haqda rəsmi mənbələrə istinadən NBC telekanalı bildirib.

Telekanal qeyd edir kimi, Suriya üzrə planın müzakirəsi çətinliklərlə rastlaşıb. Xüsusi halda, ABŞ-ın siyasi dairələri ölkənin prezident Bəşər Əsəd və İran güclərinin nəzarətinə verilmədən döyüşçülərdən azad edilməsi üzrə eyni fikrə gələ bilmirlər. Bundan başqa, Vaşinqtonda Suriyada hakimiyyətin ötürülməsi üsulu üzrə razılaşma yoxdur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Suriyada hərbi əməliyyat bu ilin sonuna kimi başa çata bilər, amma Rusiya ölkədəki hərbi qruplaşmasını azaltmayacaq”. Bu haqda Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Frans Klinseviç bildirib.

Daha əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu İsraildə həmkarı Aviqdor Libermanla görüşdə bildirib ki, Suriyada əməliyyat tamamlanmaq üzrədir.

Keçən həftə Rusiya Silahlı Qüvvələri Baş qərargahının Baş operativ idarəsinin rəhbəri Sergey Rudskoy İŞİD-in hazırda Suriya ərazisinin 8 faizindən də azına nəzarət etdiyini söyləyib.

Qeyd edək ki, Rusiya 2015-ci il sentyabrın 30-da Suriyada hərbi əməliyyatlar aparır.

Əməliyyatın başlanğıcından Suriyada 41 Rusiya hərbi qulluqçusunun həlak olduğu bildirilir. Xüsusi hərbi şirkətlərin tərkibində döyüşən muzdluların itkilərinə diqqət çəkən müstəqil ekseptlər onların sayının bundan dəfələrlə çox olduğunu bildirirlər.

İŞİD sosial media üzərindən növbəti hədəfini açıqlayıb. Terror qruplaşmasının rəsmi informasiya agentliyi olan "Amak" nəşrinin yaydığı məlumata görə, İŞİD Rusiyada 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarında terror aktı həyata keçirəcək.

Dünya çempionatı 14 iyun-15 iyul tarixlərini əhatə edəcək. Rusiyanın 11 şəhərində keçiriləcək çempionatın final oyunu "Lujniki” stadionunda keçiriləcək.

Bu gün "Yeni güclərin hərəkatı" partiyasının rəhbəri, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin tərəfdarları Ukrayna Ali Radasının yaxınlığında mitinq keçirib. O, bu gün ölkə, vətəndaşlar və Ukraynanın gələcəyi üçün çox vacib anın gəldiyini vurğulayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə silahının tamamilə qadağası ideyasını dəstəkləyir. Bu haqda KXDR-in BMT-dəki daimi nümayəndəsi Kim İn Ren bildirib.

Con Hopkins adına Universitetin nəzdində fəaliyyət göstərən ABŞ və Koreya İnstitutunun əməkdaşı, amerikalı alim Maykl Zaqurekin fikrincə, ABŞ-Şimali Koreya qarşıdurmasının üç variant ola bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İspaniya Konstitusiya Məhkəməsi Kataloniyada keçirilən müstəqillik referendumu ilə bağlı qərar qəbul edib. Məhkəmə Kataloniyada keçirilən müstəqillik referendumunun nəticələrinin qeyri-qanuni olduğunu elan edib.

Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada müstəqillik referendumu keçirilib. Səsvermədə iştirak edənlərin əksəriyyəti müstəqilliyə səs verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm