Sarkisyan üçün qorxunc səfər, yaxud ÖLÜM HÖKMÜ, yeni Qarabağ PLANI... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Sarkisyan üçün qorxunc səfər, yaxud ÖLÜM HÖKMÜ, yeni Qarabağ PLANI... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. Tehranda Rusiya, Azərbaycan və İran dövlət başçılarının üçtərəfli zirvə toplantısı keçirilib. Azərbaycan Qarabağ münaqişəsi ilə əlaqədar BMT baş katibinə müraciət edib. ABŞ Şimali Koreyaya Konqresdən icazə almadan hücum edə bilər. Birləşmiş Ştatlar Amerika sanksiyalarına məruz qalan rusiyalıların xeyrinə sazişlər bağlayan xarici şəxslər və şirkətlər barəsində də sanksiyaları tətbiq edəcək. ABŞ Rusiya və Çinin məhv edilməsi üçün nəhəng təxribat hazırlayır. İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniyanın qəbul etdiyi müstəqillik haqqında qətnaməni ləğv edib. Rəsmi Bağdad Ərbilin 26 illik muxtariyyətinə son qoymağa hazırlaşır. Ukraynada hakimiyyət və güc strukturlarının mübarizəsi isti mərhələyə keçib.

Azərbaycan, Dağlıq Qarabağ

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Noyabrın 3-də Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə hərəkət edən ilk yük qatarı bu gün səhər saatlarında Qarsa çatıb. Oktyabrın 24-də Qazaxıstandan çıxan taxılla yüklənmiş 32 konteynerdən ibarət qatar Azərbaycandan Qarsa 40 saata çatıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Görüşdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərimizin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulanıb. Qlobal layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Noyabrın 1-də həmçinin Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Erməni lobbisi dünyanın müxtəlif ölkələrində Azərbaycanla və Dağlıq Qarabağla bağlı uydurma və yalan məlumatlar yayır, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edir və münaqişənin ədalətli həllinə mane olmağa çalışır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Nazir bildirib ki, görüş Moskvada olacaq.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda görüşməyi və Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi planlaşdırır. Bu barədə Kremlin mətbuat xidməti Dmitri Peskov deyib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakdan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirdi ki, yaxın həftələrdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcək.

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanla həmrəy hərəkət etməkdə davam edəcək. Mən bu haqda Rusiya prezidenti Putinlə ya gələn, ya da o biri həftə keçirəcəyimiz görüşdə də danışacam. Onun münasibəti çox əhəmiyyətlidir. Əgər Putin həqiqətən bu məsələyə fokuslanacaqsa, problem asan həll ediləcək”, - deyə Ərdoğan qeyd edib.

Ərdoğanın bu açıqlaması Ermənistanda narahatlıqla qarşılanıb.

Erməni şərhçi Sarqis Arstruni yazır ki, Ərdoğan Putinə Qarabağla bağlı yeni saziş təklif edəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistan Azərbaycanla qeyri-rəsmi danışıqlara başlaya bilər”. Bu barədə gürcü politoloq Soso Sinsadze Ermənistanın “168 jam” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində iştirak etmək istəyə bilər: “Ermənistanın bu layihədə iştirakı Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ayrıca predmet ola bilər. Siyasətçilər bu haqda düşünməli və Azərbaycana variantlar təklif etməlidir. Düşünürəm ki, Ermənistanın bu layihədə iştirakı ətrafında Azərbaycanla qeyri-rəsmi danışıqlar aparmaq mümkündür”.

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözləyir”. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika partiyasının siyasi məktəbində çıxışı zamanı deyib.

“Dağlıq Qarabağ məsələsində ağrılı qərarlar olacaq. Həll yolu güzəştlərsiz mümkün deyil”, - deyən Sarkisyan söhbətin hansı qərarlardan getdiyini konkretləşdirməyib.

Lakin “Joxovurd” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, Sarkisyan ərazilərin qaytarılmasından danışır: “ATƏT-in Minsk qrupu, eləcə də daha böyük oyunçular Ermənistanı buna məcbur edirlər”.

Ermənistanın millətçi “Daşnaksütyun” partiyasının parlament fraksiyasının katibi Aqvan Vardanyan da Sarkisyanın fikirlərini bölüşüb və qeyd edib ki, problemin həlli Ermənistan üçün ağrılı olacaq.

Avropa İttifaqının noyabrın 24-də keçirilən Şərq Tərəfdaşlığı sammitində qətnamə qəbul ediləcək. Qətnamənin ikinci bəndində ərazi bütövlüyünə dəstək punktu yer alacaq. Qətnamədə Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunacaq.

Aİ-nin əsas hədəfi son dövrlər Avropada Katalaniyadan başlayan separatizmin qarşısının alınmasıdır. Lakin bu, həm də Şərq Tərəfdaşlığı ölkələrindən Azərbaycanın, Ukraynanın və Gürcüstanın da ərazi bütövlüyünün dəstəklənməsidir.

“Jamanak” qəzeti yazır ki, bu, Şərq Tərəfdaşlığı sammitində Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşan Ermənistana böyük zərbədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyaya səfər edəcək. Bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan deyib. Erməni səfir qeyd edir ki, Sarkisyan noyabrın 15-16-da Moskvada keçiriləcək Ermənistan mədəniyyət günlərində iştirak etmək üçün Rusiyaya gedəcək.

Ermənistan mediası Sarkisyanın Moskva ziyarətini “ölüm səfəri” adlandırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskva yaxın vaxtlarda İrəvanla qüvvədə olan müqavilə çərçivəsində silah partiyasını Ermənistana çatdıracaq. Bu haqda Ermənistan prezidenti Serj Sarkisyan “RİA-Novosti” agentliyinə bildirib.

Onun sözlərinə görə, 100 milyon dollarlıq yeni kredit razılaşmasının reallaşdırılması bütün dövlətlərarası uyğunlaşdırmaların tamamlanmasından sonra başlanacaq.

“Bu ilin sonuna kimi əvvəlki müqaviləni reallaşdıracağıq. Bu günlərdə yeni çatdırmaları gözləyirik”, - Sarkisyan deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İran, Yaxın Şərq

S-400 “Triumf” zenit-raket sistemlərinin çatdırılması üzrə Türkiyə ilə müqavilənin məbləği 2 milyard dolları ötür. Bu haqda “Rosteks” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Trampın keçmiş baş strateqi Stefan Bannon Türkiyə və Qətərlə bağlı xəbərdarlıq edib. Bannon Londonda çıxan “Şarku'l Avsat” qəzetinə verdiyi müsahibədə Türkiyənin İrandan daha təhlükəli olduğunu bildirib.

“ABŞ üçün ən böyük təhlükə Türkiyədir. Türkiyə qonşusu İran qədər təhlükəli deyil, ondan daha təhlükəlidir. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyindəki Türkiyədə gerçəkdə nələrin baş verdiyinin fərqində deyilik. Bu, mənim üçün prioritet məsələ olacaq”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə təhlükəsizlik qüvvələri İŞİD-in 29 oktyabr Cümhuriyyət Gününə planlaşdırdıqları genişmiqyaslı terror aktlarının qarşısını alıb. Son iki gündə ölkənin 9 vilayətində keçirilən əməliyyatlarda ümumilikdə 143 nəfər saxlanılıb. Onların əksəriyyəti xarici vətəndaşlardır. İzmirdə tutulan İŞİD üzvlərindən 2-sinin isə azərbaycanlı olduğu bildirilir.

Türkiyədə İŞİD-ə qarşı həyata keçirilən son əməliyyatlar ABŞ-ın Türkiyədəki keçmiş səfiri Con Bassın İŞİD üzərindən Ankaranın təhdid etməsini yada salıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Suriyanın yeni konstitusiyasının hazırlanması prosesinə PYD-ni də daxil etmək istəyir. Türkiyə KİV-inin yazdığına görə, noyabr ayında Rusiyanın Soçi şəhərində keçiriləcək danışıqlara PYD də qatılacaq.

PYD-nin Suriya müzakirələrinə dəvət edilməsinə Ankaranın reaksiyası gecikməyib. Türkiyə Prezident Sarayının sözçüsü İbrahim Kalin Ankaranın məsələyə sərt reaksiya verdiyini deyib.

“PYD-nin tərkibində olmayan kürdlərin toplantıya dəvət edilməsində heç bir problem görmürük. Lakin PYD terror təşkilatıdır. PYD-yə Astana platformasında yer verİilməsini qəbul etmirik. Müdaxiləmizlə problem böyük ölçüdə həll edilib. Belə təşəbbüsləri qəbul etmək mümkün deyil”, - Kalın mətbuat konfransında deyib.

Türkiyə təhlükəsizlik güclərinin peşəkar fəaliyyəti nəticəsində İŞİD terror qruplaşmasının ölkə ərazisində fəaliyyəti tamamilə məhdudlaşdırılıb. Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) əldə etdiyi kəşfiyyat məlumatları İŞİD-in ölkə ərazisində terror aktları törətməsinin qarşısının alınmasında mühüm rol oynayıb.

Məlumata görə, ABŞ-ın Türkiyədəki keçmiş səfiri Con Bassın bəyanatı bu baxımdan, həqiqəti əks etdirmir. Əksinə, ABŞ kəşfiyyatı 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhddən sonra ölkədə qarışıqlıq yaratqmaq üçün yüzlərlə İŞİD terrorçusunun Türkiyəyə daxil olmasına kömək edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rəsmi Bağdad Ərbilin 26 illik muxtariyyətinə son qoymağa hazırlaşır. İraqın baş naziri Heydər əl-İbadinin sözlərinə görə, Şimali İraq Kürd Muxtariyyətinə qarşı atılacaq addımlar dəqiqləşib.

Bu addımlar aşağıdakılardır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rəsmi Bağdad Şimali İraq Kürd Muxtariyyətinə qarşı hərbi əməliyyat keçirə bilər. İraq hökuməti sərhəd-keçid məntəqələrinin təhvil verilməsini gecikdirən və onların birgə idarə edilməsini təklif edən Ərbili hərbi əməliyyatla təhdid edib.

İraqın baş naziri Heydər əl-İbadi oktyabrın 16-da peşmərgə qüvvələrinə qarşı hərbi əməliyyatın dayandırılması barədə göstəriş verib. Onun sözlərinə görə, atəşkəsin məqsədi mübahisəli ərazilərdə və sərhəd-keçid məntəqələrində nəzarətin İraq ordusu tərəfindən maneəsiz ələ keçirilməsidir.

Suriyanın şimalında “terror dəhlizi” yaratmağı planlaşdıran ABŞ Şimali İraqda Məsud Bərzani nümunəsinin yaşanmaması üçün Dəməşq ilə danışıqları sürətləndirib. BMT-nin hesabatlarına da daxil edilən kimyəvi hücumlar ABŞ tərəfindən şantaj vasitəsinə çevrilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq və Suriyanın şimalında Ərbil-Haseke xəttindən istifadə edərək PKK terror təşkilatına minlərlə TIR silah-sursat göndərən ABŞ Türkiyə sərhədindəki Fiş Habur bölgəsinin tamamilə Bağdadın nəzarətinə keçməsinə mane olmağa çalışır.

ABŞ-ın İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Bret Makqurk (Türkiyədə PKK-nın ali idarəçisi hesab olunur - red.) bu istiqamətdə aktiv iş aparır.

Eyni zamanda, müstəqillik referendumundan sonra bütün qapılar üzünə bağlanan Şimali İraq Kürd Muxtariyyəti və onun keçmiş rəhbəri Məsud Bərzani ABŞ-ın dəstəyi ilə yeni bir planı işə salmağı planlaşdırır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya Deyr-ez-Zor şəhərini İŞİD terror təşkilatından tamamilə təmizləyib. Bu haqda Suriya ordusunun açıqlamasında deyilir.

Hazırda İŞİD döyüşçüləri Suriya-İraq sərhədinə dar bir bölgədə qalıb. Sərhədin İraq tərəfində mühasirə vəziyyətində olan İŞİD Fərat çayı hövzəsində kiçik bir yaşayış məntəqəsinə nəzarət edir.

Digər bir xəbərə görə, İraq ordusu İŞİD terror təşkilatının ölkədəki son qalası kimi tanınan Əl-Qaim azad edib.

ABŞ-ın 2018-ci ilin ikinci yarısında İraq və Suriya ilə bağlı həyata keçirmək istədiyi plan ortaya çıxıb. ABŞ Şimali İraqda peşmərgəni, Suriyada isə PYD-ni (PKK-nın Suriya qanadı hesab edilir – red.) legitimləşdirmək üçün iki ölkədə 7 yeni dövlət elan etməyə hazırlaşır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran ilə imzalanan nüvə razılaşması ləğv edilməlidir. Bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu söyləyib. Onun sözlərinə görə, İsrail bu razılaşmanı qəti şəkildə pisləyir.

“Bir daha xatırladıram ki, bu anlaşma İranın nüvə silahını əldə etməsi ilə yekunlaşacaq. İran Şimali Koreyadan 30 dəfə güclüdür. Bu ölkə bölgə və dünyada dominantlıq etmək niyyətindədir”, - o deyib.

ABŞ-ın məqsədi İranda nizamı dəyişməkdir. Bunu jurnalistlərə açıqlamasında İranın Baş Qərargah rəisi general Məhəmməd Baqıri söyləyib.

“Hədəfi İranda çevriliş etmək olan ölkənin müzakirə aparacaq ləyaqəti yoxdur. Biz nüvə razılaşmasına sadiqik, amma sanksiyalar yenidən gündəmə gəlsə, İran nüvə razılaşmasından tam çıxacaq”, – deyə o bildirib.

ABŞ, Rusiya, Qərb-Rusiya münasubətləri

ABŞ prezidenti Donald Tramp Asiya-Sakit okeanı regionuna səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüş keçirə bilər. Bu haqda Ağ Evin sahibi “Foks Nyus” telekanalına bildirib.

Nyu-Yorkda oktyabrın 31-də terror aktı törədilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Nyu-Yorkda terror aktının törədilməsində şübhəli bilinən 29 yaşlı Seyfullo Saipov terror aktını İŞİD adından həyata keçirib. Bu haqda NBC telekanalı bildirib. “Hüquq-mühafizə orqanlarında olan mənbələrin məlumatına görə, Seyfullo Saipov terror aktını İŞİD terror qruplaşmasının adından törətdiyini göstərən qeydi maşında qoyub”, - xəbərdə deyilir.

Həmçinin “Vaşinqton Post”un məlumatına görə, qeyddə Saipovun İŞİD-ə sədaqəti haqqında danışılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

S.Saipovun maşınında hücumu İŞİD-in tapşırığı ilə törətfiyinə dair məktub, mobil telefonundan isə İŞİD terror qruplaşmasının təbliğatını əks etdirən 90 videoçarx, 3800 fotoşəkil aşkarlanıb. Prezident Donald Trampın cinayətkara ölüm hökmü tələb etməsi hələ də qüvvədə qalır. S.Saipov barəsində ömürlük həbs və ya ölüm hökmü çıxarıla bilər.

Oktyabrın 31-də Nyu-Yorkda terror hücumu törədən Seyfullah Saipovu "heyvan" adlandıran prezident Donald Tramp ABŞ Konqresindən belələrinin Amerikaya daxil olmasına imkan yaradan “green card” lotereyasına son qoymağa çağırıb. Proqramı “zəncirvari immiqrasiya” adlandıran Tramp deyib ki, bundan sonra ABŞ-a ancaq ölkəyə “layiqli xidmət" göstərə biləcək insanların daxil ola biləcəyi yeni proqramı dəstəkləyəcək.

ABŞ hökuməti Rusiyaya tətbiq edəcəyi sanksiyalara “S-400” maddəsi də əlavə edib. ABŞ Rusiyanın “S-400” müdafiə sistemi və “Kalaşnikov” silahlarını satan “Rosoboronexport” və “Almaz-Antey” şirkətlərini qara siyahıya salıb. Sanksiyaların siyahısı ABŞ Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb və konqresə təqdim edilib.

Qeyd edək ki, Türkiyə bir müddət öncə Rusiya ilə “S-400” razılaşması əldə edib. Səudiyyə Ərəbistanı da Moskvadan silah alması ilə bağlı anlaşmalara imza atıb.

ABŞ strateji nüvə güclərinin “Qlobal ildırım” (Global Thunder) təlimlərinə başlayır. Bu haqda ABŞ Strateji komandanlığının (STRATCOM) rəsmi nümayəndəsi Brayan Maquir bildirib.

O əlavə edib ki, ikitərəfli razılaşmada tələb olunduğu üçün ABŞ təlimlərlə əlaqədar Rusiyaya xəbərdarlıq edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasını idarə edən Paul Manafort və iş ortağı Rik Qeytsin hüquq-mühafizə orqanlarına gələrək təslim olmaları tələb edilib. ABŞ mediası bunu Trampın prezident postundan kənarlaşdırılması prosesinin ilk mərhələsi kimi təqdim edib.

ABŞ prezidenti Donald Tramp impiçment üzrə səsvermə keçiriləcəyi halda öz postunu saxlaya bilməyəcək. Bu haqda Trampın strateji məsələlər üzrə keçmiş məsləhətçisi Stiven Bennon bildirib.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilələri, həmçinin Trampın Rusiya ilə əlaqələri haqqında araşdırma hazırda Konqres və Federal Təhqiqatlar Bürosunda (FTB) aparılır. FTB-nin sabiq başçısı Robert Müller araşdırma üzrə xüsusi prokuror təyin edilib.

Yayda ABŞ Nümayəndələr Palatasının iki demokrat üzvü - Bred Şerman və El Qrin Trampın impiçmenti təşəbbüsü ilə çıxış edib. Onların fikrincə, Tramp Rusiya ilə əlaqələri və Rusiyanın seçki kampaniyasına müdaxiləsi ilə bağlı aparılan araşdırmanın gedişatına dəfələrlə təsir göstərib.

Lakin həm Ağ Ev, həm də Kreml Trampın Rusiya ilə əlaqələri və Rusiyanın seçki kampaniyasına müdaxiləsi ilə bağlı iddiaları rədd edir.

Vaşinqtonun sanksiyaları Moskvanı enerji və silah bazarından çıxarmağa hesablanıb. Bunu Avropa Biznesi Assosiasiyasının üzvləri ilə görüşü zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

“Vaşinqton rus təhdidi adı altında təkcə avropalıları hərbi xərclərini artırmağa məcbur etmir, həm də Avropada özünün iqtisadiyyat və energetika ilə bağlı mövqelərini gücləndirir. ABŞ sizinlə olan layihələrimizi ləğv etmək, Rusiyanı silah və energetika bazarından çıxarmaq istəyir”, - deyə o bildirib.

Birləşmiş Ştatlar Amerika sanksiyalarına məruz qalan rusiyalıların xeyrinə sazişlər bağlayan xarici şəxslər və şirkətlər barəsində də sanksiyaları tətbiq edəcək. Bu haqda ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə İdarədən (OFAC) bildirilib.

Xüsusi halda, prezident Donald Tramp tərəfindən imzalanmış qanuna əsasən sanksiyalara məruz qalan Rusiya sektorları, layihələri və şəxsləri ilə əməkdaşlıq edən qeyri-amerikalı şəxslər və şirkətlərə qarşı hərəkətlərin dəsti nəzərdə tutulur. Bu şəxslər və şirkətləri ABŞ-dakı bank hesablarının başlanması və Amerika dollar sistemindən təcrid edilməsi də daxil olmaqla müxtəlif cəzalar gözləyir.

Rusiyalıların bioloji materiallarının toplanması Rusiyaya qarşı mümkün bioloji savaş ssenarisinin hazırlanması ilə əlaqədar ola bilər. Bu sözləri öz Feysbuk səhifəsində Rusiya Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Frans Klintseviç yazıb. Onun sözlərinə görə, hazırda Qərb ölkələrində yeni bioloji silah hazırlanır və ondan Rusiyada istifadə edilməsi planlaşdırılır:

“Mən təsdiq etmirəm ki, burada söhbət birbaşa Rusiyaya qarşı bioloji savaşdan gedir. Lakin bunun ssenariləri hazırlanır”.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin xarici casusların seçkiyə gələn rusiyalıların bioloji materiallarını topladıqlarını bildirmişdi.

ABŞ Maliyyə Nazirliyi Rusiyaya energetika sahəsində sanksiyaların necə tətbiq olunacağını açıqlayıb. Nazirlik bu barədə bəyanatını öz rəsmi saytında yerləşdirib. Yeni sanksiyalara əsasən, bütün amerikalılara Rusiyaya dərin sularda, Arktika şelf zonasında birbaşa və ya dolayısı yolla xidmət və texnologiyalar ixrac etmək qadağan edilib. Vaşinqton xüsusilə amerikalıların bu istiqamətdə Rusiyaya fayda verəcək bütün layihələrdən uzaq durmağını tələb edib.

Maliyyə Nazirliyi sanksiyalara Rusiyanın potensial neft hasil etdiyi layihələr, eləcə də dəniz sularında Moskvanın gerçəkləşdirdiyi bütün neft layihələrinin məruz qalacağını bildirib.

Amerikalılara həmçinin Rusiyada sanksiyalar altına düşən şəxslərlə də əlaqə qurmaq qadağan olunub.

ABŞ Rusiya və Çinin məhv edilməsi üçün nəhəng təxribat hazırlayır. Bu haqda “AgoraVox” telekanalın jurnalisti Tom Aldren yazıb.

Aldren əmindir ki, status-kvo əbədi qala bilməz və ABŞ ilə Rusiya arasında müharibə qaçılmazdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya İŞİD terror təşkilatında döyüşən vətəndaşların sayına görə ölkələrin siyahısına başçılıq edir. Rəsmi hesabatlara əsasən, təşkilatın sıralarında Rusiyadan olan döyüşçülərin sayı 3417-ə çatıb.

Bu rəqəm ixtisaslaşdırılmış mərkəzlərin qiymətləndirmələrindən fərqlənir. Məsələn, Vaşinqtonda yerləşən kəşfiyyat və təhlükəsizlik sahəsində konsaltinq şirkəti “Soufan Group”un hesabatına görə, Rusiyanın 2400-dən çox vətəndaşı İŞİD-in sıralarında döyüşür.

İŞİD Suriya və İraqda əsas dayaq məntəqələrini itirdikdən sonra, müşahidəçilər qorxularını ifadə edirlər ki, qruplaşmanın döyüşçüləri Rusiyaya yola düşəcəklər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2018-ci ildə Rusiyada prezidentinin seçkilərində iştirak üçün öz namizədliyini irəli sürmüş jurnalist və hüquq müdafiəçisi Yekaterina Qordonun videomüraciəti yayılıb. Videoda Krımla bağlı mövqeyinə aydınlıq gətirilir.

“Hesab edirəm ki, Krım bizimdir. Və nöqtə deyil, nida işarəsi qoymaq lazımdır. Bütün qalanlar boşboğazlıqdır”, - Qordon bildirib.

Daha əvvəl Rusiya prezidentliyinə namizəd, teleaparıcı Kseniya Sobçak bildirib ki, yarımadada seçki təbliğatını keçirməyə hazırlaşmır, çünki Krımı Ukrayna ərazisi hesab edir. Teleaparıcı həmçinin Krımda daha bir referendumu keçirməyi təklif edib.

Ukrayna

ABŞ Ukraynaya öldürücü silahların verilməsi məsələsində pauza verib. “Vaşinqton Post” nəşri qeyd edib ki, bir neçə aylıq danışıqlar və konsultasiyalardan sonra prezident Donald Trampın administrasiyası Barak Obama dövrünün siyasətinə qayıdıb. Sözügedən siyasət Ukraynaya öldürücü silahların verilməməsini nəzərdə tutur. Barak Obama administrasiyasının mövqeyi bundan ibarət idi ki, Ukraynaya hərbi yardımın artırılması diplomatik irəliləyişin qarşısını ala və Rusiya ilə böhranı kəskinləşdirə bilər.

Avqustun 24-də ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis bildirmişdi ki, Amerika administrasiyası Kiyevə öldürücü silahların verilməsi məsələsinə baxır.

Ukraynada hakimiyyət və güc strukturlarının mübarizəsi isti mərhələyə keçib. Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov oğlunun həbs olunmasına dərhal cavab verib.

KİV-in yazdığına görə, Avakov Ali Radanı müdafiə edən polisləri geri çağırıb və radikallara tam hərəkət azadlığı verib. Deputatlar isə Arsen Avakovun Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsindən kənarlaşdırılmasını tələb edirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya xüsusi xidmət orqanları Ukrayna hüquq-mühafizə orqanlarının 1,6 min əməkdaşını və ali dövlət məmurlarını öldürməyi planlaşdırıb. Bu haqda brifinqdə Ukraynanın Baş hərbi prokuroru Anatoli Matios bildirib.

Onun sözlərinə görə, planlar “DXR/LXR” xüsusi əməliyyatlar Mərkəzi”ndə hazırlanır. Matios qeyd edib ki, “DXR/LXR xüsusi əməliyyatlar Mərkəzi”nin nümayəndələri Rusiyanın sayəsində texniki imkanlara malikdir. Bu imkanlar lazımı insanların yerdəyişmələrini izləməyə imkan verir.

Baş prokuror həmçinin bildirib ki, hüquq-mühafizə orqanları Milli Polisin başçısının müavini Vyaçeslav Abroskinə qarşı sui-qəsdin qarşısını almağı bacarıblar. O vurğulayıb ki, hüquq-mühafizə orqanları Ukraynada bir sıra terror aktlarının həyata keçirilməsində şübhəli bilinənlərin tutulması üzrə tədbirləri davam etdirir.

Ukrayna Prezidenti Pyotr Poroşenko raket qoşunlarına hazırlıq komandası verib. “Raket qoşunları istənilən an lazım gələrsə Donbasa - sərhəd bölgəsinə qayıtmaq üçün hazır olmalıdır”, - Poroşenko deyib.

Koreya böhranı

ABŞ Şimali Koreyaya Konqresdən icazə almadan hücum edə bilər. Bunu Konqresdə çıxışı zamanı ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib.

“Əgər biz görsək ki, onlar nüvə zərbəsi endirməyə hazırlaşırlar, o zaman biz Konqresdən icazə almadan Şimali Koreyaya hətta nüvə zərbəsi də endirə bilərik. Bu bizim Şimali Koreyanı dayandırmaq üçün yeganə vasitəmizdir. Konqres mövcud olan sistemə inanmalıdır, çünki o, artıq effektivliyini sübuta yetirib”, – deyə o bildirib.

Koreya Xalq Demokratik Respublikasında (KXDR) nüvə poliqonunda tunelin dağılması zamanı ən azı 200 işçi həlak olub. Bu haqda “Asahi TV”yə istinadən “Yonxap” agentliyi bildirib.

Məlumata görə, təxminən 100 nəfər tuneldə dağ süxurlarının uçqunu zamanı həlak olub. Daha 100 nəfər isə onların xilas cəhdi zamanı ikinci uçqunun baş verməsi nəticəsində həyatını itirib.

Hadisənin başqa detalları açıqlanmır.

Ekspertlərin sözlərinə görə, uçqunların səbəbi bir neçə nüvə sınağından sonra dağ süxurlarının yerdəyişməsinə görə baş verə bilər.

Hadisənin oktyabrın 10-da baş verdiyi bildirilir.

Kataloniya

Katalon parlamenti İspaniya hökumətinin qərarını tanıyıb və növbədənkənar seçkilərin keçirilməsinə qədər fəaliyyətini dayandırıb. Bu haqda qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Katalon parlamenti oktyabrın 27-də regionun müstəqilliyi haqqında qətnaməni qəbul edib. Amma qətnamə nə Kataloniya parlamentinin, nə də muxtariyyət hökumətinin rəsmi bülletenində dərc edilib. Qətnamə qüvvəyə minməsi üçün rəsmi bülletenlərdə dərc edilməlidir.

Elə həmin gün İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqini təsdiq edib. Sözügedən maddə Kataloniyanın ispan hakimiyyətinin birbaşa idarəsinə keçməsinə imkan verir. İspaniyanın baş naziri Mariano Raxoy muxtariyyət hökumətinin üzvlərinin, həmçinin baş nazir Karles Puçdemonun vəzifələrindən kənarlaşdırıldığını bldirib.

Muxtariyyətdə növbədənkənar seçkilər dekabrın 21-nə təyin edilib. Puçdemon oktyabrın 28-də bildirmişdi ki, ispan hakimiyyətinin qərarlarını tanımır.

Barəsində cinayət işi açılan Kataloniya Muxtar Əyalətinin keçmiş lideri Karles Puçdemonun ölkədən qaçması ilə bağlı informasiya yayılıb. İspan mətbuatı K.Puçdemonun rəsmi instaqram səhifəsindən paylaşdığı fotodan sonra onun ölkədən qaçaraq Brüsselə sığındığını yazıb.

Belçikanın baş naziri Şarl Mişel yayılan xəbərlərə cavab olaraq deyib ki, Belçika daha əvvəl də K.Puçdemona sığınacaq verəcəyini bildirmişdi: "Məsələni daha da qızışdırmaq lazım deyil. Belçika hökuməti Kataloniya muxtariyyətinin keçmiş rəhbərinin sığınacaq istəməsilə bağlı müraciətini təmin edəcək. İspaniya Karlesin ekstradisiyası barədə qətiyyən düşünməsin".

İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniya muxtar vilayətinin parlamenti tərəfindən birtərəfli qaydada elan edilmiş müstəqilliyi haqqında qətnamənin hərəkətini dayandırıb. Bu haqda məhkəmənin mətbuat xidmətindən bildirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm