Trampın gizli QARABAĞ QƏRARI, vəd edilən CƏNNƏT… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Trampın gizli QARABAĞ QƏRARI, vəd edilən CƏNNƏT… - GÜNÜN SİYASİ XÜLASƏSİ

ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar. “Washington Post” nəşri Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının hər an partlamağa hazır olan təhlükəsindən yazıb. Səudiyyə Ərəbistanında yeni həbs dalğası başlayıb. Səudiyyə Ərəbistanında həyata keçirilən həbslərlə Yaxın Şərq ssenarisində üçüncü mərhələ başlanır. Ukrayna Rusiya ilə diplomatik münasibətləri kəsə bilər.

"ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar". Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvada həmsədrlərlə görüşəcəyini bildirib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta dünən bildirdi ki, “Vaşinqtonda yeni administrasiya hakimiyyətə gələndən sonra Dağlıq Qarabağ məsələsində necə hərəkət etməklə bağlı qərarlar qəbul edilib. Səfir qeyd etdi ki, ABŞ Minsk qrupunda həmsədrlik fəaliyyətinə davam etdirmək qərarını verib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin yenidən qurulması prosesində Minsk qrupunda amerikalı həmsədr postunun ləğvi gündəmə gəlmişdi.

Erməni şərhçi Aram Amatuni yazır ki, Amerika Qarabağ məsələsində Rusiya pəncərəsini bağlamağa çalışacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Washington Post” nəşri Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının hər an partlamağa hazır olan təhlükəsindən yazıb. Stefon Morellinin fotolarla assosiasiya olunmuş məqaləsi “Həyat və ölümün arasında yaşayanlar” adlanır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya hakimiyyəti Türkiyəni təhdid edib. Suriya prezidenti Bəşər Əsədin məsləhətçisi Buseyna Şaban Suriyanın şimalında türk ordusunun varlığının təcavüzkarlıq olduğunu bildirib.

O, Suriya hökumətinin uyğun zamanda buna sərt reaksiya verəcəyini deyib.

“Suriyanın şimalında Türkiyənin hərəkətləri Astanada əldə edilən razılaşmalara ziddir. Suriya torpaqlarında türk qüvvələrinin varlığını qeyri-qanuni hesab edirik”, - Şaban əlavə edib.

Suriya ordusu ölkə ərazisində İŞİD terror təşkilatının əlində olan son şəhərin tutulması üçün əməliyyata başlayıb. Şəhər mühasirəyə alınıb.

Əməliyyatda Suriya ordusu ilə yanaşı, “Hizbullah” şiə qruplaşması iştirak edir. Abu Kamal Rakkanın azad olunmasından sonra (17 oktyabr) İŞİD-in Suriya ərazisində son qalası hesab olunur.

Səudiyyə Ərəbistanında yeni həbs dalğası başlayıb. Korrupsiyaya qarşı Mübarizə Komitəsinin ölkədə korrupsiya araşdırmaları çərçivəsində bəzi siyasətçilər və iş adamları həbs edilib. Saxlanılanlar arasında 2011-ci ildə dünyasını dəyişmiş Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Sultan ibn Əbdüləzizin yaxın qohumları da var.

Qeyd edək ki, bir neçə gün öncə korrupsiya ittihamı ilə aralarında 11 şahzadə və 4 nazirin olduğu 38 nəfər məsuliyyətə cəlb edilib.

Səudiyyə Ərəbistanında həyata keçirilən həbslərlə Yaxın Şərq ssenarisində üçüncü mərhələ başlanır. Bunu “TRT Haber TV”də “Dərin analiz” proqramında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Yiğit Bulut deyib.

Türkiyə prezidentinin məsləhətçisi 1997-ci ildə qeyri-hökumət təşkilatlarının Ağ Evə təqdim etdiyi hesabatı xatırladıb. Onun sözlərinə görə, bu yeni bir yüz il üçün Amerika strateji sənədi idi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada şübhəli bilinən şahzadələr və məmurlardan 800 milyard dollar müsadirə etmək niyyətindədir. Bu haqda “The Wall Street Journal” məlumat yayıb.

“Nüvə silahını əldə etmək cəhdləri Pxenyanı böyük təhlükə altında qoyur”. Bu sözləri ABŞ prezidenti Donald Tramp Cənubi Koreya parlamentində çıxışında deyib.

“Mən Koreya yarımadasına gəldim ki, Şimali Koreyanın diktator liderinə birbaşa müraciətimi çatdırım. Sənin almağa çalışdığın silahlar sənin təhlükəsizliyini təmin etməyəcək, onlar sənin rejimini böyük təhlükə altına qoyur”, - ABŞ prezidenti qeyd edib.

Onun sözlərinə görə, ABŞ Şimali Koreyaya ən yaxşı gələcək üçün yolu təklif etməyə hazırdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Koreya yarımadası ətrafında yaranan böhran üzrə qarşılıqlı təhdidlər yaxşı heç nəyə gətirib çıxarmayacaq”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

“Biz əminik ki, təhdidlərin, hətta təhqirlərin mübadiləsi yaxşı heç nəyə gətirib çıxarmayacaq. Oturmaq və razılaşmaq lazımdır. Hamı bu problemə emosiyalarla deyil, soyuq başla yanaşmalıdır”, -o deyib.

Rusiyalı nazir böhranın həlli üzrə Rusiya-Çin təşəbbüsünü – “ikiqat dondurulma”nı xatırladıb.

Qeyd edək ki, Moskva və Pekin Koreya Xalq Demokratik Respublikasının nüvə və raket sınaqlarının dayandırılması ilə eyni vaxtda ABŞ-ın regionda keçirdiyi təlimlərdən imtina edilməsini təklif edir.

“Koreya yarımadası ətrafında yaranan böhranın siyasi həllini tapmasaq, Şimali Koreya rejimində 2-3 ilə qitələrarası ballistik raketlər mütləq olacaq”. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin silahsızlaşdırma məsələləri üzrə departamentinin direktoru Mixail Ulyanov deyib.

Onun sözlərinə görə, bu raketlər ABŞ-ın kontinental ərazisini vurmağa imkan verəcək.

“Bu proqramları (Pxenyanın raket və nüvə proqramları - red.) indi dayandırmalıyıq. Sanksiyalar isə yalnız dörd-beş il ərzində işləyəcək”, - diplomat əlavə edib.

Ulyanov həmçinin agentliyin əməkdaşı ilə söhbətində qeyd edib ki, Rusiya Şimali Koreyanı nüvə dövləti kimi heç vaxt tanımayacaq.

Noyabrın 16-da Ukrayna Ali Radasında "Donbasın reinteqrasiyası haqqında" qanunun müzakirəsi keçiriləcək. “Kommersant” nəşrinin yazdığına görə, parlament üzvlərinin əksər hissəsinin "Donbasın reinteqrasiyası haqqında" qanunu dəstəklədiyi bildirilib. Qanun səs çoxluğu ilə qəbul ediləcəyi və Poroşenko müvafiq sərəncam imzalayacağı halda isə Ukraynada olan Rusiya diplomatik qurumları, o cümlədən Rusiya Federasiyasının ərazisində olan Ukraynanın əlaqədar strukturları bağlanacaq.

Qeyd edək ki, qanun layihəsi qəbul olunacağı halda bundan sonra Ukraynanın Rusiyadakı maraqlarını Belarus və ya İsveçrənin qoruyacağı ehtimal olunur.

Ukraynanın Rusiya ilə diplomatik münasibətləri kəsməklə bağlı mümkün qərarı qəbul etməsi katastrofik olacaq. Bunu Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko danışıb. Matviyenko bu cür təşəbbüslərin “anlayışdan kənar” olduğunu bildirib.

“Bu, nəticəsi xüsusən Ukrayna xalqı üçün dağıdıcı ola biləcək ən katastrofik qərar olardı”, - Matviyenko deyib.

ABŞ-ın Hərbi Hava Qüvvələrinin kosmik komandanlığının rəhbəri, general Con Reymond “kosmik müharibə”nin aparılması üsulundan danışıb. Bu haqda “Popular Mechanics” nəşrinə müsahibəsində danışan general Rusiyanın ən azı 1980-ci illərdən antipeyk silahının tədqiqatı ilə məşğul olduğunu deyib.

Bundan başqa, Raymond Çinin bu sahədəki fəaliyyətindən narahatlığını ifadə edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya yeni ağır qitələrarası ballistik raket hazırlıqlarına başlayıb. Bununla bağlı Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Valeri Gerasimov məlumat verib.

O əlavə edib ki, son vaxtlar hazırlanan raketlərin texniki göstəricilərinin daha da yaxşılaşdırılması üçün işlər davam edir. Gerasimovun sözlərinə görə, hazırda Rusiya ordusunda istifadə edilən silahlardan 66 faizi moderndir.

“Üçüncü Dünya Müharibəsi Trampa (ABŞ prezidenti Donald Tramp - red.) lazım deyil, amma o, müharibəyə səhvən başlaya bilər”. Bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Frans Klinseviç “Ulduz” telekanalında “Xüsusi maddə” tok-şousunun efirində deyib.

“Hadisələrin inkişafı müharibəyə gətirib çıxara bilər. Amma bu, bütün bəşəriyyət üçün faciə olacaq. Mən istəyirəm ki, bunu anlasınlar”, - Klinseviç bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm