Ölüm gətirən Amerika ESKADRASI, ikinci missiyanın HƏDƏFİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ölüm gətirən Amerika ESKADRASI, ikinci missiyanın HƏDƏFİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib. Ötən gecə İran-İraq sərhədində güclü zəlzələ baş verib. Kremldə Rusiya prezidenti Vladimir Putinin növbəti prezident seçkilərində iştirakı ilə bağlı ssenarilər müzakirə edilir. Moskva Kiyevi Moskvanı müharibəyə cəlb etmək cəhdində ittiham edib. ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin zərbə qruplaşmasına daxil olan gəmilər Yapon dənizinə daxil olub.

Ərdoğan Putinlə görüşdə Ermənistanın təhlükəsizliyinə müəyyən zəmanətlər qarşılığında 5 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutan “Kazan düsturu”nu dəstəkləyə bilər. Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyasının İctimai Palatasının üzvü, politoloq Sergey Markov Putinlə Ərdoğanın bugünkü Soçi görüşünü şərh edərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşəcək. Görüşdə ikili münasibətlər, başda Suriya olmaqla, regional və beynəlxalq məsələlər, həmçinin, Rusiya-Türkiyə ticarət həcminin 100 milyard dollara çatdırılmasına dair müzakirələr aparılacaq.

Ərdoğan Rusiya və ABŞ-a qoşunlarını Suriyadan çıxarmağı təklif edib. O, Ərdoğan bu haqda Rusiyaya səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

“Vladimir Putin və Donald Trampın birgə bəyanatı deyilir ki, Suriya münaqişəsinin hərbi həlli yoxdur. Belə bəyanatları anlamaq çətindir. Münaqişənin hərbi həlli yoxdursa, bu haqda danışanlar öz qoşunlarını Suriyadan çıxarmalıdır”, - Ərdoğan bildirib.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin birgə bəyanatı noyabrın 11-də Dananqda ATES sammitinin kuluarlarında verilib. Sənəddə deyilir ki, prezidentlər Suriyada münaqişənin hərbi həllinin olmadığı barədə razılaşırlar. Onlar təsdiq ediblər ki, münaqişənin son siyasi tənzimləməsi BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Genevrə prosesi çərçivəsində olmalıdır".

Türkiyə prezidenti həmçinin deyib ki, Türkiyə S-400 zenit-raket komplekslərinin çatdırılması haqqında Rusiya ilə imzalanan razılaşmanın maksimal sürətlə reallaşdırılmasına ümid edir.

“S-400-lərin çatdırılması barədə Rusiya ilə razılaşdıq, sənədlər imzalanıb. Bəzi texniki detalları bizim mütəxəssislərimizin iştirakı ilə səfər çərçivəsində müzakirə edəcəyik. Razılaşmanın mümkün qədər tez reallaşdırılması üçün addımlar atmaq istəyirik”, - Ərdoğan bildirib.

Suriya və İraqda xəritənin 65 faizini dəyişdirən İŞİD terror təşkilatı PKK və peşmərgənin fəaliyyəti üçün əlverişli şərait yaradaraq ilk vəzifəsini tamamlayıb. Terror təşkilatı sözçüsü 6 dəqiqəlik video müraciəti ilə “çölə qayıdış” qərarını açıqlayıb.

İŞİD-in sözçüsü fəaliyyətə başladıqları İraqın Anbar vilayətinə dönəcəklərini, fəaliyyətlərinə “dövlətsiz və torpaqsız” davam edəcəklərini söyləyib. Çöldəki düşərgələrdə kamikadze hücumları üçün təlimlər keçiriləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanında saray daxilində baş verənlər Yaxın Şərq coğrafiyasında böyük xaos yaradacaq”. Bu barədə Abant İzzet Baysal Universitetinin beynəlxalq münasibətlər kafedrasının üzvü, professor Veysel Ayhan deyib.

Onun sözlərinə görə, “mülayim İslam”a keçid sələfilikdən qopmaqdır və Səudiyyə Ərəbistanı bununla beynəlxalq sistemə inteqrasiya olunmağa çalışır.

“Lakin bütün bunlar Səudiyyənin daxili məsələsi kimi dəyərləndirilməməlidir. Proseslər eyni zamanda regional və qlobal təsirlərə səbəb olacaq”, - deyə o bildirib.

V.Ayhanın fikrincə, Livanın baş naziri Saad Haririnin istefa qərarı, Yəməndə husilərin Ər-Riyada raket hücumu cəhdi və Səudiyyə Ərəbistanında anti-korrupsiya əməliyyatı Yaxın Şərqdə yeni mərhələnin başlandığının göstəricisidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ötən gecə İran-İraq sərhədində güclü zəlzələ baş verib. İraqda (Süleymaniyyə) 7,2 bal, İranda, Kirmanşahda isə 7,3 bal gücündə dəhşətli zəlzələ olub. Zəlzələ İranın bir çox vilayətlərində - Ərak, Həmədan, o cümlədən Şərqi və Qərbi Azərbaycanda, Türkiyədə, həmçinin Təbriz şəhərində 4,9 bal gücündə özünü göstərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rusiyanın müdaxiləsi, əslində, ABŞ-dakı seçkilərə heç bir təsir etməyib”. Bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin CBS telekanalına müsahibəsində deyib.

“Heç kim düşünmür ki, Rusiyanın müdaxiləsinin seçkilərə hansısa təsiri olub. Düşünürəm ki, Amerika ictimaiyyəti daha əhəmiyyətli məsələlərə keçməlidir: vergi islahatı, xarici siyasət və sair. Prezident diqqətini indi Şimali Koreya və Suriya kimi əhəmiyyətli məsələlərə yönəldib”, - nazir vurğulayıb.

Qeyd edək ki, Konqresdə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin FTB aparır.

Kremldə Rusiya prezidenti Vladimir Putinin növbəti prezident seçkilərində iştirakı ilə bağlı ssenarilər müzakirə edilir. RBK telekanalının mənbələrinə görə, iki yanaşma mövcuddur.

Birinci yanaşma ondan ibarətdir ki, Putin Federasiya Şurası tərəfindən seçkilərin dəqiq vaxtı açıqlanandan sonra istəyini açıqlayacaq. Parlamentin yuxarı palatası seçkilərin dəqiq tarixini 7-17 dekabr tarixlərində elan edəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropa İttifaqından çıxış üçün Böyük Britaniyanın borcu ən azı 60 milyard avro təşkil edəcək. Bu haqda Avropa Parlamentinin sədri Antonio Tayani bildirib.

O bildirib ki, bu məbləğ Britaniya tərəfindən ödənilməyəcəyi halda fərqi örtmək öhdəliyi Avropa İttifaqının başqa ölkələrinin üzərinə düşəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin zərbə qruplaşmasına daxil olan üç atom təyyarədaşıyanı, raket kreyserləri, esmineslər və qanadlı raketlərlə təchiz olunan atom sualtı gəmiləri Yapon dənizinə daxil olub.

“Nimis” (CVN 68), “Teodor Ruzvelt” (CVN 71) və “Ronald Reyqan” (CVN 76) təyyarədaşıyanları Koreya Xalq Demokratik Respublikasının sahillərində cəmləşir.

Təyyarədaşıyan gəmilərin hər biri göyərtəsində 90 təyyarə və vertolyot aparır. “Ticonderoga” tipli raket kreyserləri və “PVO-PRO Aegis” sistemləri ilə təchiz edilmiş “Arleigh Burke” esminesləri onları müşayiət edir. İndernetdə dərc edilən görüntülərə görə, göyərtə aviasiyası və nüvə silahı daşıya bilən “B-1 Lancer” strateji bombardmançıları manevrlərdə iştirak edir.

Daha əvvəl isə “Virginia” tipli ABŞ atom sualtı gəmilərinin regiona gəldiyi barədə xəbər verilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya sərhədinin Ukraynanın pilotsuz təyyarəsi tərəfindən pozulması Moskvanı müharibəyə cəlb etmək cəhdi ola bilər. Bunu Rusiya Federasiya Şurasının müdafiəsi üzrə komitənin başçısı Viktor Bondaryev bildirib.

O istisna etməyib ki, bu hadisəyə ABŞ cəlb oluna bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm