İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI, 5 ay sonra HÜCUM PLANI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI, 5 ay sonra HÜCUM PLANI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan və Bakıya səfər tarixi açıqlanıb. Azərbaycan xarici işlər naziri noyabrın 16-da Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Dekabr ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 15-də Moskvaya işgüzar səfərə gedib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edib. Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Suriyada İŞİD terror təşkilatına birbaşa dəstək verməkdə ittiham edib. Eyni ittiham Türkiyə prezidenti tərəfindən səsləndirilib. ABŞ-da Demokrat partiyasından olan bir qrup konqresmen Donald Trampın impiçmentinə dair dinləmələr keçirmək təşəbbüsü ilə çıxış edib. İraq ordusu Anbar vilayətinin qərbində yerləşən Rava şəhərinin İŞİD-dən azad olunması üzrə əməliyyata başlayıb.

Azərbaycan, Dağlıq Qarabağ

Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə İrəvana və Bakıya səfər edəcək. Bu barədə Ermənistanın “168 jam” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Lavrov noyabrın 19-u Bakıda, 20-si isə İrəvanda olacaq.

Noyabrın 16-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib. Qapalı keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr aparılıb. Görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də müzakirə edilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Nazirlər Şurasının dekabrda Vyanda keçiriləcək toplantısı çərçivəsində görüşməyə razılıq veriblər. Bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda braziliyalı həmkarı Aloyzio Nunyes Ferreyra ilə birgə mətbuat konfransında deyib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçi görüşündə 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşıb. Bu barədə diplomatik mənbələr “Novosti” agentliyinə məlumat verib.

Diplomatik mənbələr Ərdoğan və Putinin görüşdə “Lavrov planı”nı müzakirə etdiklərini qeyd ediblər.

“Liderlər 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşdılar. Qərara alındı ki, bundan sonra münaqişənin nizama salınması bu istiqamətdə davam etsin”, - deyə məlumatda qeyd olunur.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü haqda açıqlama verib. Ərdoğan görüşdə Putinlə Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdiyini bildirib.

Türkiyə prezident qeyd edib ki, görüşdə Putinə Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağı təklif edib.

“O, (Vladimir Putin) özü də belə düşünür. Lakin tərəflərin tutduğu mövqeyə görə onda xüsusi ümid yoxdur. Mən ona beş rayonun azad edilməsi və ermənilərin bu əraziləri tərk etməli olduğu haqda qərarı xatırlatdım”, - deyə o, bildirib.

Ərdoğan Azərbaycan ərazilərinin işğalı faktının BMT Təhlükəsizlik Şurası tərəfindən tanındığını xatırladıb.

“Bununla belə erməni hərbi birləşmələri bu rayonları tərk etmir. Əgər rayonlar azad ediləcəksə, bu torpaqların sahibləri evlərinə qayıda biləcəklər”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Ukrayna millətçisi və döyüşçüsü, Ali Radanın deputatı İqor Mosiyçuk Rusiyaya qarşı Qafqazdan “ikinci cəbhə”nin açılmasını, bunun üçün regionda qarşıdurmanı alovlandırmağı təklif edib. Deputat “ikinci cəbhə”nin Ukraynaya Donetskdə qələbə qazanmağa imkan verəcəyini hesab edir.

Ermənistan

Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 15-də Moskvaya işgüzar səfərə gedib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidenti Serj Sarkisyanın müdafiə naziri olduğu vaxtda ABŞ-ın keçmiş müdafiə naziri (Pentaqon şefi) Donald Ramsfeldlə məxfi danışıqları ortaya çıxıb. Ermənistanın keçmiş baş nazirinin müşaviri, politoloq Suren Sarkisyan 2001-ci ildə baş tutan görüşlə bağlı məxfi məlumatları Pentaqonun arxivlərindən əldə edib. Artıq məxfilikdən çıxarılan bu məlumatlarda Sarkisyanla Ramsfeldin apardığı danışıqlar öz əksini tapıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2018-ci ilin aprelində prezident səlahiyyətlərini başa vuracaq Serj Sarkisyan hakimiyyət üzərində nəzarətini saxlamaq üçün müxtəlif taktikalara əl atır. Oktyabrın 16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ danışıqları aparan Sarkisyan İrəvana qayıdan kimi gözlənilməz addım atdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İran, Yaxın Şərq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Soçidə Rusiya lideri Vladimir Putinlə görüşüb. Görüşdə ikili münasibətlər, başda Suriya olmaqla, regional və beynəlxalq məsələlər, həmçinin, Rusiya-Türkiyə ticarət həcminin 100 milyard dollara çatdırılmasına dair müzakirələr aparılıb.

Türkiyə prezidenti həmçinin deyib ki, Türkiyə S-400 zenit-raket komplekslərinin çatdırılması haqqında Rusiya ilə imzalanan razılaşmanın maksimal sürətlə reallaşdırılmasına ümid edir.

“S-400-lərin çatdırılması barədə Rusiya ilə razılaşdıq, sənədlər imzalanıb. Bəzi texniki detalları bizim mütəxəssislərimizin iştirakı ilə səfər çərçivəsində müzakirə edəcəyik. Razılaşmanın mümkün qədər tez reallaşdırılması üçün addımlar atmaq istəyirik”, - Ərdoğan bildirib.

"S-400 “Triumf” zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması üçün Ankara müqavilədə göstərilən bütün vəsaiti ödəməlidir". Bu sözləri xarici ölkələrlə hərbi əməkdaşlıq üzrə Rusiya Federal Agentliyinin bir səlahiyyətlisi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müqaviləyə uyğun olaraq, S-400 batareyalarının Türkiyəyə çatdırılması 2019-2020-ci illərdə həyata keçirilə bilər.

Türkiyənin S-400 zenit-raket komplekslərini əldə etməsi Ankaranın suveren hüququdur. Bu barədə Pentaqon rəhbəri Ceyms Mettis danışıb.

“Bu, Türkiyənin suveren qərarıdır. Doğrudur, NATO silahları ilə uyğunluq təşkil etməyəcəyi aydın məsələdir. Əgər onlar belə hərəkət etmək istəsələr, bu məqamı nəzərdən keçirməli olacaqlar”, - Mettis deyib.

Qeyd edək ki, Türkiyənin Rusiya ilə bağladığı S-400 Triumf zenit raket kompleksi təchizatına dair müqavilənin məbləği 2 milyard dollardan çoxdur.

Rəcəb Tayyib Ərdoğan noyabrın 22-də Rusiyaya səfər edəcək. Ərdoğan Rusiya, İran və Türkiyə arasında Suriya üzrə keçiriləcək üçtərəfli sammitdə iştirak edəcək.

Ərdoğan Rusiya və ABŞ-a qoşunlarını Suriyadan çıxarmağı təklif edib. O, Ərdoğan bu haqda Rusiyaya səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

“Vladimir Putin və Donald Trampın birgə bəyanatında deyilir ki, Suriya münaqişəsinin hərbi həlli yoxdur. Belə bəyanatları anlamaq çətindir. Münaqişənin hərbi həlli yoxdursa, bu haqda danışanlar öz qoşunlarını Suriyadan çıxarmalıdır”, - Ərdoğan bildirib.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin birgə bəyanatı noyabrın 11-də Dananqda ATES sammitinin kuluarlarında verilib. Sənəddə deyilir ki, prezidentlər Suriyada münaqişənin hərbi həllinin olmadığı barədə razılaşırlar. Onlar təsdiq ediblər ki, münaqişənin son siyasi tənzimləməsi BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Genevrə prosesi çərçivəsində olmalıdır".

Türkiyə Rusiyadan S-400 “Triumf” raket hücumundan müdafiə sistemləri alacağı halda, Türkiyənin NATO texnologiyasına girişi məhdudlaşdırılacaq. Bunu ABŞ Hərbi-Hava Qüvvələrinin məsləhətçisinin köməkçisi Heydi Grant deyib.

O həmçinin qeyd edib ki, məhdudiyyətlər F-35 tipli beşinci nəsil bombardmançıları ilə bağlı da ola bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə NATO-nun Norveçdə keçirilən hərbi təlimlərində prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şəkillərini hədəf kimi seçilməsinə sərt reaksiya verib. Ölkə prezidentinin təlimatı ilə təlimlərdə iştirak edən 40 tük hərbçisi geri çağırılıb.

Ankaranın bu addımından sonra ilk şərh NATO-dan gəlib. Məlumata görə, Ərdoğan və Atatürkün şəkillərini hədəf taxtasına yerləşədirən hərbçi ordudan uzaqlaşdırılıb.

NATO-nun baş katibi Yens Stoltenberq hadisə ilə bağlı bəyanat verib. O, baş verənlərlə əlaqədar Türkiyədən üzr istəyib.

Suriya konfliktinin həlli ilə bağlı Cenevrə danışıqlarında razılaşma əldə olunmayana qədər beynəlxalq antiterror koalisiyası Suriyada qalacaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib.

“Biz Cenevrə prosesində irəlləyiş əldə olunmayana qədər Suriyadan getməyəcəyik. Bu o demək deyil ki, bəzi qüvvələr Suriyadan çıxacaqlar. Bu o deməkdir ki, hər kəs orada qalacaq. Biz konfliktin diplomatik yolla həlli üçün şərait yaratmağa cəhd edirik”, – deyə o bildirib.

ABŞ-ın Suriyanın tərk etməyəcəyinə dair açıqlaması Cenevrə razılaşmalarına ziddir. Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

“Dünən Müdafiə naziri Mettisin ABŞ-ın siyasi prosesin doğru istiqamətdə hərəkət etdiyinə əmin olmayana qədər Suriyanı tərk etməyəcəyini söylədiyini eşitdim. ABŞ-ın fikrincə, doğru istiqamət rejim dəyişikliyinin olmasıdır. Baxmayaraq ki, onlar Bəşər Əsədin əvvəlki gedişini tələb etmirlər. Bütün bunlar Cenevrə razılaşmasına ziddir”, – deyə o bildirib.

ABŞ İŞİD terror təşkilatına maliyyə dəstəyi göstərir. Bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.

“ABŞ bizi çox məyus etdi. Dedilər ki, İŞİD-ə qarşı mübarizə aparırlar, amma özləri nə etdilər? Dollarları İŞİD-ə verdilər”, - Ərdoğan deyib.

Türkiyə prezidenti həmçinin ABŞ-ın ikitərəfli razılaşmaları daim pozduğunu qeyd edib.

“Münbicdə və Rakkada birlikdə işləməyi təklif etdik. Onlar söz verdilər ki, bu şəhərlərdə PYD-nin heç bir üzvü qalmayacaq, bizdən narahat olmamağımızı istədilər. Amma verdikləri sözü yerinə yetirmədilər. ABŞ-da rəhbərlik dəyişdi, amma hər şey əvvəlki kimi qaldı”, - Ərdoğan vurğulayıb.

Rusiya BMT TŞ-də ABŞ-ın Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bloklayıb. BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizm 2015-ci ildə yaradılıb. 2016-cı ildə qeyd olunan mandatın müddəti bir illik uzadılıb. Onun müddəti noyabrın 17-si başa çatır.

Xatırladaq ki, Rusiya 24 oktyabr tarixində də Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bloklayıb.

Suriya və İraqda xəritənin 65 faizini dəyişdirən İŞİD terror təşkilatı PKK və peşmərgənin fəaliyyəti üçün əlverişli şərait yaradaraq ilk vəzifəsini tamamlayıb. Terror təşkilatı sözçüsü 6 dəqiqəlik video müraciəti ilə “çölə qayıdış” qərarını açıqlayıb.

İŞİD-in sözçüsü fəaliyyətə başladıqları İraqın Anbar vilayətinə dönəcəklərini, fəaliyyətlərinə “dövlətsiz və torpaqsız” davam edəcəklərini söyləyib. Çöldəki düşərgələrdə kamikadze hücumları üçün təlimlər keçiriləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya və İraq ərazilərinin İŞİD terror təşkilatından azad olunmasından sonra diqqətlər təşkilatın xarici döyüşçülərinə yönəlib. ABŞ-da yerləşən Soufan Mərkəzinin dərc etdiyi hesabata görə, terrorçular Avropa başda olmaqla, dünyanın 146 ölkəsinə dönməyə başlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq ordusu Anbar vilayətinin qərbində yerləşən Rava şəhərinin İŞİD-dən azad olunması üzrə əməliyyatın başlandığını elan edib. Bu haqda İraq ordusunun Baş qərargahından bildirilib.

Suriya sərhədində yerləşən Əl-Qaim və Rava şəhərləri ölkədə terrorçuların son qalası hesab olunurdu. Əl-Qaim ötən həftə azad edilib.

ABŞ-dan təxminən 4 min TIR silahı və sursat alan PKK/PYD terror təşkilatı Suriya rejimindən kimyəvi silah əldə edib. Bu iddia ilə 2012-ci ilin əvvəlində Suriya ordusunda Kimyəvi Silahlar üzrə Dairə Başçılığı vəzifəsini icra edən general Zahir Sakid çıxış edib.

Onun sözlərinə görə, terror təşkilatı 2015-ci avqustun 31-də Bəşər Əsəd rejimi ilə kimyəvi silah mövzusunda razılaşıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Suriyada İŞİD terror təşkilatına birbaşa dəstək verməkdə ittiham edib. İdarə ABŞ-ın terrorçulara dəstəyini göstərən fotofaktları dərc edib.

Müdafiə Nazirliyinin məlumatına görə, Amerika Əbu-Kamal qəsəbəsinin azad edilməsi zamanı oradan qaçan terrorçuların kolonunu bombalamaqdan imtina edib və Rusiyanın bunu etməsinə mane olub.

Həmçinin bildirilir ki, ABŞ-ın maraqlarının Yaxın Şərqdə müdafiə olunması üçün istifadə edilən İŞİD-in döyüş bacarığı yüksək olan dəstələrin sığınacağında Birləşmiş Ştatlar tərəfindən təchizatın sübutları əldə olunub.

“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ailələri girov saxlanılan şəxslərə müxtəlif ölkələrdə kamikadze olmaq şərtini irəli sürüb”. “Yeni Şəfəq” nəşrinin yazdığına görə, bu iddia ilə terror aktı törətmək üçün Türkiyəyə keçərkən tutulan misirli “Əbu Zeyd” adlı terrorçu çıxış edib.

Ələ keçirilən “Əbu Riyad” adlı terrorçu isə son 4 ayda bir çox ölkəyə ABŞ kəşfiyyatı vasitəçiliyi ilə kamikadzelərin daşındığını söyləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanında saray daxilində baş verənlər Yaxın Şərq coğrafiyasında böyük xaos yaradacaq”. Bu barədə Abant İzzet Baysal Universitetinin beynəlxalq münasibətlər kafedrasının üzvü, professor Veysel Ayhan deyib.

V.Ayhanın fikrincə, Livanın baş naziri Saad Haririnin istefa qərarı, Yəməndə husilərin Ər-Riyada raket hücumu cəhdi və Səudiyyə Ərəbistanında anti-korrupsiya əməliyyatı Yaxın Şərqdə yeni mərhələnin başlandığının göstəricisidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Fələstin lideri Mahmud Abbasa təzyiq göstərdiyi ortaya çıxıb. Şahzadə Fələstin liderindən ABŞ-ın Orta Şərq sülh planını qəbul etməsini tələb edib.

Bu barədə İngiltərənin “Tayms” qəzeti yazıb. Məqalədə Mahmud Abbasın bir həftə öncə paytaxt Ər-Riyada səfəri zamanı ABŞ prezidenti Donald Trampın kürəkəni Cerard Kuşnerin rəhbərliyi ilə hazırlanan sülh planının müzakirə olunduğu bildirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

M.Abbas ABŞ-ın Orta Şərq sülh planının qəbul edilməsinə dair hər hansı təzyiqə məruz qalmadığını bildirib və iddiaları rədd edib. Fələstin hökumətinin səlahiyyətli şəxsləri də liderin reaksiyasını təsdiqləyərək onun Riyaddakı görüşlərinin son dərəcə müsbət keçdiyini bildiriblər.

İsrail öz təhlükəsizliyi üçün Suriyaya müdaxilə edəcək. “İsrail şəraitdən asılı olmayaraq, öz təhlükəsizliyini təmin etmək üçün Suriyaya lazımi müdaxiləni edəcək. Baş nazir Benyamin Netanyahu artıq bununla bağlı Rusiya Prezidenti Vladimir Putini xəbərdar edib”, – bəyanatda bildirilib.

Qeyd edək ki, bundan öncə Rusiya xarici İşlər naziri Sergey Lavrov İranın Suriyadakı hərbi mövcudluğunun qanuni olduğunu və İsrailə Suriyadan İran qüvvələrinin çıxarılması ilə bağlı hər hansı söz vermədiklərini açıqlamışdı.

İsrailin baş naziri Benyamin Netanyahu isə İranın nüvə silahı əldə etməsinin və Suriyanı hərbi bazaya çevirməsinin qarşısını almaq üçün İsrail təkbaşına hərəkət etməyə hazır olduğunu deyib.

“Tehran İsrailin sərhədlərində güclənmək və İsraili məhv etmək üçün Suriya konfliktindən istifadə edir. Dünya ictimaiyyətini İran təcavüzünə qarşı kollektiv cavab verməyə çağırıram”, - deyə Netanyahu bildirib.

Noyabrın 12-dən 13-nə keçən gecə İran-İraq sərhədində güclü zəlzələ baş verib. İraqda (Süleymaniyyə) 7,2 bal, İranda, Kirmanşahda isə 7,3 bal gücündə dəhşətli zəlzələ olub. Zəlzələ İranın bir çox vilayətlərində - Ərak, Həmədan, o cümlədən Şərqi və Qərbi Azərbaycanda, Türkiyədə, həmçinin Təbriz şəhərində 4,9 bal gücündə özünü göstərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri

ABŞ-da Demokrat partiyasından olan bir qrup konqresmen Donald Trampın impiçmentinə dair dinləmələr keçirmək təşəbbüsü ilə çıxış edib. Bu barədə informasiyanı “Politiko” nəşri yayıb.

Nümayəndələr Palatasının üzvü Stiv Koen artıq Demokratlardan 5 nəfərin prezidentə qarşı impiçment haqqında Konstitusiyanın 5-ci maddəsinin tətbiq edilməsi barədə qətnamə layihəsini imzaladığını bildirib.

Demokratlar Donald Trampın ən azı 5 dəfə - FTB direktoru Ceyms Komini qovmaqla, xarici hədiyyələr və mükafatların qəbul edilməsi barədə qadağanını pozmaqla, biznesindən mənfəət qazanmağa davam etməklə, federal məhkəmə sistemi və mətbuat azadlığını pozmaqla Konstitusiya tələblərinə əməl etmədiyini bildiriblər.

“Rusiyanın müdaxiləsi, əslində, ABŞ-dakı seçkilərə heç bir təsir etməyib”. Bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin CBS telekanalına müsahibəsində deyib.

“Heç kim düşünmür ki, Rusiyanın müdaxiləsinin seçkilərə hansısa təsiri olub. Düşünürəm ki, Amerika ictimaiyyəti daha əhəmiyyətli məsələlərə keçməlidir: vergi islahatı, xarici siyasət və sair. Prezident diqqətini indi Şimali Koreya və Suriya kimi əhəmiyyətli məsələlərə yönəldib”, - nazir vurğulayıb.

Qeyd edək ki, Konqresdə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin FTB aparır.

“Patriot” raket hücumundan müdafiə komplekslərinin Polşada yerləşdirilməsi Rusiyanın mühasirəyə alınması üzrə ABŞ-ın planının bir hissəsidir. Bunu Rusiyanın xarici işlər nazirinin birinci müavini Vladimir Titov bildirib.

“Patriot” Amerika raket komplekslərinin Polşa ərazisində yerləşdirilməsi haqqında planlardan xəbərdarıq. Bu, mifik təhlükələr bəhanəsi ilə Rusiyanın mühasirəyə alınması üzrə ABŞ-ın strateji planının bir hissəsidir. Bu təhlükələr guya şərq istiqamətdən çıxır”, - Titov deyib.

Onun sözlərinə görə, ABŞ bu planların həyata keçirilməsi üçün Avropa ölkələrini, həmçinin Polşanı cəlb edir.

Daha əvvəl yayılan xəbərə görə, Polşa “Patriot” komplekslərinin 8 batereyasının alınması üzrə ABŞ-la razılaşmanı imzalamağa hazırdır.

Kremldə Rusiya prezidenti Vladimir Putinin növbəti prezident seçkilərində iştirakı ilə bağlı ssenarilər müzakirə edilir. RBK telekanalının mənbələrinə görə, iki yanaşma mövcuddur.

Birinci yanaşma ondan ibarətdir ki, Putin Federasiya Şurası tərəfindən seçkilərin dəqiq vaxtı açıqlanandan sonra istəyini açıqlayacaq. Parlamentin yuxarı palatası seçkilərin dəqiq tarixini 7-17 dekabr tarixlərində elan edəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"İnterpol" xətti ilə beynəlxalq axtarışa verilən azərbaycanlı iş adamı, Rusiyanın məşhur "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılov Türkiyəni tərk edib. Onun ailəsi ilə birlikdə Fransaya köçdüyü məlum olub.

Rusiya KİV-inin yazdığına görə, türk polisinin də biznesmenlə bağlı problemləri var. Hüquq-mühafizə orqanlarının versiyasına görə, Telman İsmayılovun adı azərbaycanlı avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətli haqqında cinayət işində çəkilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Müstəntiqlər həmçinin güman edirlər ki, Telman İsmayılov məmurlar, biznesmenlər və kriminal qruplaşmaların üzvlərindən başqa, məşhur müğənni Avraam Russonun qətlini sifariş edib. Müstəntiqlər əmindirlər ki, İsmayılov Moskvada öz ailəsinin imperiyasını genişləndirərək, ən azı səkkiz insanın qətlini sifariş verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Dövlət Duması "İnformasiya haqqında" və "KİV haqqında" qanunlara düzəlişləri ikinci oxunuşda qəbul edib. Düzəlişlərlə Rusiya qanunvericiliyində xarici agent funksiyalarını icra edən “xarici kütləvi informasiya vasitələri” anlayışı meydana çıxıb.

Düzəlişlərə əsasən, aşağıdakı mənbələrdən maliyyələşdirilən media orqanlarını “xarici agentlər” siyahısına əlavə etmək mümkün olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropa İttifaqından çıxış üçün Böyük Britaniyanın borcu ən azı 60 milyard avro təşkil edəcək. Bu haqda Avropa Parlamentinin sədri Antonio Tayani bildirib.

O bildirib ki, bu məbləğ Britaniya tərəfindən ödənilməyəcəyi halda fərqi örtmək öhdəliyi Avropa İttifaqının başqa ölkələrinin üzərinə düşəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin zərbə qruplaşmasına daxil olan üç atom təyyarədaşıyanı, raket kreyserləri, esmineslər və qanadlı raketlərlə təchiz olunan atom sualtı gəmiləri Yapon dənizinə daxil olub.

“Nimis” (CVN 68), “Teodor Ruzvelt” (CVN 71) və “Ronald Reyqan” (CVN 76) təyyarədaşıyanları Koreya Xalq Demokratik Respublikasının sahillərində cəmləşir.

Təyyarədaşıyan gəmilərin hər biri göyərtəsində 90 təyyarə və vertolyot aparır. “Ticonderoga” tipli raket kreyserləri və “PVO-PRO Aegis” sistemləri ilə təchiz edilmiş “Arleigh Burke” esminesləri onları müşayiət edir. İnternetdə dərc edilən görüntülərə görə, göyərtə aviasiyası və nüvə silahı daşıya bilən “B-1 Lancer” strateji bombardmançıları manevrlərdə iştirak edir.

Daha əvvəl isə “Virginia” tipli ABŞ atom sualtı gəmilərinin regiona gəldiyi barədə xəbər verilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreyanın rəsmi mediası ABŞ prezidenti Donald Tramp edam cəzasına "məhkum edib". Media bu cəzanı prezidentin Şimali Koreya lideri Kim Çen Ina həqarət etməsi səbəbilə verib.

Ukrayna

Rusiya sərhədinin Ukraynanın pilotsuz təyyarəsi tərəfindən pozulması Moskvanı müharibəyə cəlb etmək cəhdi ola bilər. Bunu Rusiya Federasiya Şurasının müdafiəsi üzrə komitənin başçısı Viktor Bondaryev bildirib.

O istisna etməyib ki, bu hadisəyə ABŞ cəlb oluna bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresinin Nümayəndələr Palatası təhlükəsizlik sahəsində yardım üçün Ukraynaya 350 milyon dolların verilməsi barədə qərarı qəbul edib. Bu haqda Ukraynanın ABŞ-dakı səfirliyinin feysbuk səhifəsində deyilir.

Rusiya isə dəfələrlə xəbərdarlıq edib ki, ABŞ-ın Ukraynaya silah çatdırması Donbas münaqişəsi zonasında vəziyyəti daha da ağırlaşdıracaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Donetsk Xalq Respublikası” Ukrayna ordusunu qısa müddətdə məhv edə biləcək silahların inkişafını başa çatdırıb. Bu barədə Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko danışıb.

“Münaqişə zamanı Donetsk müdafiə sənayesi düşməni yüksək sürət və keyfiyyətlə məhv etməyə qadir olan yeni silahlar hazırladı və istehsal etdi. Ukrayna ordusunun hücumu başlamadan bitəcək”, - Zaxarçenko bildirib.

Donbasda sülhməramlıların yerləşdirilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin son variantı “DXR” və “LXR”lə (Donetsk və Luqansk “xalq respublikaları” - red.) uyğunlaşdırılmalıdır. Bu haqda belaruslu həmkarı Vladimir Makeylə görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiyanın təklif etdiyi qətnamə layihəsində tamamilə BMT-nin müəyyən etdiyi meyarlar göstərilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna Ali Radasının milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsi noyabrın 15-də “Donbasın reinteqrasiyası haqqında” qanun layihəsini qəbul edib. Qanun layihəsinin qəbulu müharibə elanı olmadan Donbasda ordunun tətbiqini qanuniləşdirməyə icazə verəcək. Bundan başqa, qanun layihəsi Rusiyanı “təcavüzkar ölkə” kimi müəyyən edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Sülhməramlılarla bağlı qətnamə layihəsi 2017-ci ilin sonuna kimi qəbul edə bilər, 2019-cu ildə isə Donbas məsələsinin qəti həlli üçün şans var”. Bu haqda Ukrayna hakimiyyətindəki mənbəyinə istinadən “Apostrof” nəşri yazıb.

“Qətnamə layihələsi ilin sonuna kimi qəbul edilərsə, yarım il ərzində detallar araşdırılacaq. Bu o deməkdir ki, növbəti ilin payızında missiyanın genişləndirilməsi başlanacaq. 2019-cu ilin mayında isə Donbasda seçkilərin keçirilməsi mümkündür”, - nəşrin həmsöhbəti qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Zimbabvedə noyabrın 15-də “ZBC” dövlət teleradio şirkətinin binasını ələ keçirən hərbçilər daha sonra ölkə prezidenti Robert Muqabanı əsir götürüblər. Hakimiyyəti istefaya göndəriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm