Türkiyəli politoloq: “NATO Türkiyənin müstəqil iradəsini qəbul edə bilmir”
Bizi izləyin

Nida Təhlil

Türkiyəli politoloq: “NATO Türkiyənin müstəqil iradəsini qəbul edə bilmir”

“NATO-da Türkiyəyə qarşı qalmaqal əslində ümumi gərginliyin nəticəsidir. Yəni, bu hərəkət bilərəkdən edilməsə belə, sonrakı dövrlərdə Qərbin Türkiyəyə qarşı tutduğu mövqedən qaynaqlanır. Dolayısı ilə bunun bilərəkdən, yaxud bilməyərəkdən edilməsindən eyni nəticə çıxır”.

Bu barədə Publika.az-a açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay NATO təlimində Atatürk və Ərdoğanın fotolarının hədəf taxtasına yerləşdirilməsinə görə yaşanan qalmaqala münasibət bildirərkən deyib.

Türkiyəli politoloq qeyd edib ki, NATO Türkiyənin müstəqil ölkə olaraq, öz qərarlarını verə bilmək iradəsini qəbul edə bilmir.

“Türkiyəni hələ də “soyuq müharibə” dövründəki ölkə kimi düşünürlər. Halbuki, özü haqda qərarları özü verə biləcək iradəyə sahibdir. Bura müdafiə sənayesi də daxildir. Türkiyə müdafiə sənayesi sahəsində heç kimdən icazə almayacaq. NATO-nun buna qarşı təhdidləri də blefdir. NATO Türkiyəni itirməyi qəbul edə bilməz. Ona görə də bu məsələdə həlledici rolu NATO-nun açıqlamaları və mövqeyi yox, Türkiyənin iradəsi oynayır”, - deyə o vurğulayıb.

H.Oktay əlavə edib ki, Türkiyənin strateji mövqeyini də unutmaq lazım deyil: “Türkiyə harada yer alarsa, ora böyük güc qatacaq ölkədir. Heç kim Türkiyəni itirmək istəmir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm