Putinin QARABAĞ PLANI, son ŞANS… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Putinin QARABAĞ PLANI, son ŞANS… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Brüsseldə Qarabağ forumu işinə başlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri çərçivəsində görüşlərini davam etdirib. Rusiyanın xarici siyasət idarəsinin başçısı azərbaycanlı həmkarı ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparıb. Moskva NATO-nu Şərqi Avropada hərbi kontingentini artırmaqda ittiham edib.

Bu gün Azərbaycan dövlətinin təşəbbüsü ilə Belçika krallığının paytaxtı Brüsseldə Qarabağ forumu işinə başlayıb. “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı Forum Brüsselin mərkəzində yerləşən "Marriott" otelində keçirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2005-2010-cu illərdə Ukraynanın prezidenti olmuş Viktor Yuşenko forumda çıxışı zamanı dünyada baş verən dini-etnik münaqişələrə toxunub. Yuşenko əksər dini-etnik münaqişələrin aqressoru olaraq Rusiyanın adını çəkib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Vaşinqtonun rusofob siyasəti ilə əlaqədar Rusiya və ABŞ arasında dərin fikir ayrılıqlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə əməkdaşlıq zərər çəkməyib”. Bunu Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşündə deyib.

“Əlbəttə, münasibətlərin bir çox sferaları dərin dalandadır, amma Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə əməkdaşlıq zərər çəkməyib”, - Lavrov bildirib.

O əlavə edib ki, Rusiya münaqişəsinin nizama salınması üzrə ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir.

Lavrov həmçinin Avrasiya İqtisadi İttifaqının genişlənməsi məsələsinə toxunub. “Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya birliyidir. Biz heç kəsə bu təşkilata daxil olmağı diqtə etməmişik. Hazırda Tacikistanın təşkilata daxil olması məsələsinə baxılır. Bizə MDB üzvü olmayan ölkələrdən də müraciətlər gəlir. Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq", - deyə Rusiya XİN başçısı vurğulayıb.

"Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Həllə gətirən bir sıra istiqamətlər ətrafında fikir mübadiləsi apardıq". Sergey Lavrov Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Üç həmsədrdən biri olaraq hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq", - deyə S. Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri müzakirə olunur: “Bu sənədlərdə bir sıra paraqraflar var ki, heç vaxt şübhə doğurmayıb. Lakin bəzi məsələlər var ki, müəyyən səylər tələb edir".

S. Lavrov qeyd edib ki, Minsk qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib.

"Münaqişə bu danışıqlar çərçivəsində sülh yolu ilə həll olunmalıdır. Bütün addımlar dəfələrlə müzakirə olunub və ATƏT-in sənədlərində, həmsədrlərin bəyanatlarında öz əksini tapıb. Menyu masa üzərindədir”, - rusiyalı nazir qeyd edib.

Elmar Məmmədyarov da bildirib ki, münaqişənin həlli üzrə köhnə və yeni ideyaların hamısı masa üzərindədir: “Biz bu ideyalardan tərəflər üçün məqbul olan vahid sənəd yaratmalıyıq”

O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin son tarixi yoxdur: “Qətnamə yerinə yetirilməyənə qədər qüvvədə qalır. BMT qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Mən bu qətnamələrin yerinə yetiriləcəyinə şübhə etmirəm. Biz bu istiqamətdə irəliləyirik”.

Qeyd edək ki, noyabrın 19-da Bakıya səfər edən Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

“Putinlə Sarkisyanın Moskvada qapalı keçirilən görüşü “döyülmüş it” atmosferində keçdi”. Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.

Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Qarabağ ətrafında iki vəziyyət yaranıb. Birincisi, sabitlikdir. Hesab etmək olar ki, Rusiyada prezident seçkilərinə görə Moskva və Bakı sabitliyin qorunmasında razılığa gəlib. İkincisi isə bunun əksinədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Əgər Rusiya Ermənistanı Avrpa İttifaqı ilə saziş imzalamaqdan imtina etməyə məcbur edə bilməsə, noyabrın 22-23-də Moskva Qarabağ haqqında yeni “Putin planı”nı Azərbaycana təqdim edəcək”. Bu barədə erməni siyasi yazar Tevos Arşakyan iddia edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

NATO-nun Qərb-2017 təlimi ilə bağlı açıqlamaları yalnız Şərqi Avropada hərbi kontingentini artırmağa hesablanıb. Bunu Bakıda jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

“İndi NATO Şərqi Avropada öz hərbi kontingentini Rusiya təhdidi bəhanəsi ilə yerləşdirir. Qərb-2017 hərbi təliminin Rusiyanın Baltikyanıya müdaxiləsi üçün hazırlıq olması yalanını ortaya atıblar. Onların bu düşüncələrinin heç biri reallaşmadı. Qərb-2017 təlimi təhdidinin neytrallaşması ilə bağlı buraya yeridilən ordular hələ də Şərqi Avropada saxlanılır”, - o bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm