Nida Təhlil
“Leyla Barseqyana azadlıq!” - Yunusların Ermənistan uğrunda mübarizəsi
“Onun kimi olanların sayəsində ümid yaranır ki, bizim Vətənimizin gələcəyi olacaq”.
Bu gün Avropada Azərbaycanı satmaqdan zövq alan Leyla
Yunus 3 il öncə həbsxanadan yazdığı məktubda belə
deyirdi.
O, hansı Vətəndən danışırdı? Bu ilin sentyabrında “France-2”
telekanalının jurnalistləri ilə Azərbaycan arasındakı məhkəmə
prosesinə Fransadakı ermənilərlə birgə qatılaraq, Azərbaycanın
uduzması üçün min oyundan çıxan Leyla Yunus “Vətənimiz” deyəndə
reallıqda nəyi, hansı ölkəni nəzərdə tuturdu?!
Bu suallar cavab gözləyir və ən pisi odur ki, bu gün anti-milli
fəaliyyətlər “demokratiya” zirehinə bürünərək, “azadlıq mübarizəsi”
kimi ad çıxara bilirlər. Leyla və Arif Yunus kimi...
“Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca
dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir”.
Məşhur rus diplomat Qriboyedovun ermənilər haqda dediyi bu sözlər
Yunusların Azərbaycana qarşı mübarizəsi fonunda yada düşür və bu,
heç də səbəbsiz deyil. Burada həm də Leyla Yunusun “Vətənimiz”
deyəndə hansı ölkəni nəzərdə tutduğu aydınlaşır.
Leyla Yunusun həyat yoldaşı Arif Yunus və onun qardaşı Ramiz
Yunusun anasının erməni olması haqda indiyə qədər bir sıra faktlar
ortaya çıxıb. Söhbət Leyla Yunusun qaynanası və Yunusların anası
olan Yunusova (Barseqyan) Arsalyus Arsenovadan gedir. Təbii ki,
burada “Yunusların anasının erməni olması nə onların seçimi, nə də
günahıdır” tezisi önə çıxır. Əslində bunu anlayışla qarşılamaq
mümkündür, lakin sənədlərin saxtalaşdırılması hesabına Arsalyus
Arsenovanın adının dəyişdirilməsi və Yunusların Azərbaycana qarşı
fəaliyyəti məsələnin təkcə bioloji bağlılıqdan ibarət olmadığını
göstərir.
Bu günlərdə Afiq Hüseynov adlı şəxsin canlı şahidi olduğu faktları
paylaşması diqqət çəkir. Sosial şəbəkədə “Afig Huseynov” adlı
profildən yayılan məlumatlarda Yunusların erməni analarının necə
azərbaycanlılaşdırdığı qeyd olunur.
Arsalyus Arsenovna Barseqyan necə azərbaycanlı
oldu? Arif və Ramiz Yunusların atası Seyfulla Əbdüləhəd
oğlu Yunusov 1931-ci ildə İsmayıllıda anadan olub. Atasını kiçik
yaşlarında itirən Seyfulla Yunusov erməni ailəsində böyüyüb.
1952-ci ildə martın 24-də Arsalyus Barseqyanla ailə həyatı qurub.
Bu qadın Dağlıq Qarabağda Cartaz kəndində doğulub. Daha sonra
Bakıya köçüb və Nərimanov rayonunda yaşayıb. Ermənistanın
Azərbaycana qarşı təcavüzkar müharibəsi başlayanda Yunuslar
analarının sənədlərini dəyişdirərək, Dağıstan sakini olaraq
göstərdilər və Arsalyus Barseqyan Asiyət Əskərova oldu. Onlara bu
işdə İrəvanda keçmiş DTK-nın polkovniki olan doğma dayıları kömək
edib. Yunusların dayısının Rusiya əsilli olan arvadının dayısı
Moskvada DTK-da yüksək vəzifə tuturmuş. Saxtalaşdırma işi də məhz
Moskvadakı DTK zabitinin dəstəyi ilə baş tutur.
Yunusların yaxın qohumları indiyə qədər Ermənistanda, işğal
altındakı Dağlıq Qarabağda və Rusiyada yaşayırlar. Onların çoxu
1990-cı illərdə müharibə zamanı Qarabağda məskunlaşıb. Məlumatlara
görə, Arif və Ramiz Yunusun dayısı Suren Barseqyan ömrünün sonuna
qədər erməni işğalındakı Şuşada yaşayıb. Suren Barseqyanın
oğlanları Arsen, Erik, Armen, həmçinin, qızı və arvadı Kamella
hazırda Şuşada yaşayırlar. Yunusların xalaları – Nadya Gevorkyan və
Siran Barseqyan isə Rusiyanın Krasnodar vilayətində məskunlaşıb.
Yunusların indiyə qədər də erməni qohumları ilə sıx əlaqə saxladığı
deyilir.
Afiq Hüseynov deyir ki, 1988-ci illərdə azərbaycanlılar ermənilər
tərəfindən doğma torpaqlarından qovulanda Yunuslar ermənilərə açıq
dəstək verirdi.
“O vaxt mən Geologiya Komitəsində (indiki Ekologiya və
Təbii Sərvətlər Nazirliyi) Ramiz Yunus isə Hidrogeologiya
idarəsində işləyirdi. Şahmat üzrə dünya çempionu Kasparov Bakıda
yaşayarkən Ramiz Yunus özünü onun komandasına soxmağı bacarmışdı və
hər yerdə onu müşayiət edirdi. 1988-ci il hadisələri başlayanda
Ramiz Yunus Hidrogeologiya idarəsində erməni dilində danışaraq,
azərbaycanlıları təhqir edirdi”, - deyə o xatırlayır.
1988-ci illərin hadisələrinin davamı olaraq Qarabağda müharibə
başladı və ermənilər Azərbaycan torpaqlarını işğal etdi. Bu
hadisələr SSRİ-nin dağılma ərəfəsində yaşanırdı, “qırmızıların
imperiyası” dağılandan sonra Azərbaycan Xalq Cəbhəsi hökuməti
quruldu. Və Yunuslar yüksək postlarda qərarlaşdı.
Arif Yunus: Azərbaycan Prezident Aparatının
(indiki Prezident Administrasiyası-red) informasiya-analitik
şöbəsinin müdiri (1992-93-cü illər).
Leyla Yunus: Azərbaycan Müdafiə Nazirliyinin
informasiya-analitik şöbəsinin müdiri (1992-93-cü illər). Həmin
vaxt Leyla Yunusun 12 nəfərlik silahlı dəstəsi ilə qabağına çıxanı
vurub-yıxdığı haqda kifayət qədər məlumatlar mövcuddur. Hətta onun
“Azadlıq” qəzetinin müxbirini vertolyotdan atmaq istəyi,
“Azərtac”ın binasına silahlı hücumu unudulmayıb.
Ramiz Yunus: Nazirlər Kabinetinin işlər idarəsinin
müdir müavini, daha sonra Milli Məclisin işlər idarəsinin müdiri
(1992-93-cü illər).
Maraqlıdır, Yunuslar AXC dövründə dövlətin ən mühüm sahəsi olan
informasiya sektorunda əsas söz sahibi idi. Xüsusilə Prezident
Aparatının və Müdafiə Nazirliyinin bütün informasiyaları onların
əlindən keçirdi. Və böyük ehtimalla bu informasiyalar ermənilərə
ötürülürmüş. Əslində Qarabağ müharibəsində Leyla Yunusun Müdafiə
Nazirliyinin məxfi məlumatlarını ermənilərə sızdırdığına dair
informasiyalar da mövcuddur.
Afiq Hüseynovun Ramiz Yunus haqda dedikləri bu kontekstdə diqqət
çəkir: “Xalq Cəbhəsi hakimiyyətə gələn kimi Ramiz Yunus
Nazirlər Kabinetinin işlər idarəsinin müdir müavini təyin edildi.
Biz etiraz edəndən sonra onu vəzifəsindən azad etdilər. Lakin İsa
Qəmbər onu Milli Məclisin işlər idarəsinin müdiri təyin etdi. Ramiz
Yunusun Milli Məclisin stenoqramlarının İrəvandakı dayısına
göndərdiyindən əmin idik. Yenidən etiraz etsək də, heç bir nəticəsi
olmadı”.
Ermənilərlə sıx təmaslar quran bu şəxslərin hakimiyyətin ən mühüm
postlarında təmsil olunması birbaşa AXC hökumətinin günahı idi.
Lakin onlar güman ki, bu gün də tarixi yanlışlarını anlaya
bilmirlər. Əks təqdirdə Yunusları Azərbaycan xalqının “azadlıq
mücahidi” kimi qələmə verməzdilər. Burada indiki müxalifət
liderlərinin öz səhvlərini anlaya bilməməsi faktoru görünür, amma
ortada maraq məsələsinin mövcudluğu da danılmazdır. Yenə keçmişə
qayıdaq...
1990-cı ilin 20 yanvarında sovet qoşunu Bakıya girdi və bu gün
Şəhidlər Xiyabanında yatan insanları amansızlıqla qətlə yetirdi.
Azərbaycan xalqı şəhidlərini torpağa verəndən sonra ölkədə matəm
başladı. Matəm başa çatmamış – 1990-cı ilin sentyabrında Tofiq
Bəhramov adına stadionda rus müğənnilərin böyük konserti təşkil
olunur. Bütün etirazlara baxmayaraq, Ramiz Yunusun təşkilatçılığı
ilə keçirilən konsert baş tutur. Və Ramiz Yunus konsertdən əldə
etdiyi gəlirin 1 milyon rublunu müxalifət liderlərinə - AXC
hökumətini quranlar nəzərdə tutulur - verir. Bu, həm də Yunusların
AXC hökumətində informasiya kimi mühüm sektorları ələ keçirməsinin
zəmanəti idi.
Yunusların hakimiyyət pillələrində yüksəlməsinin səbəblərindən biri
də qonşuluq və dostluq münasibətləri idi. Ramiz Yunus həmin vaxt
İsa Qəmbərlə qonşu idi, hətta onların birlikdə Həcc ziyarətində
getdiyi də deyilir. Bu yaxınlığın nəticəsi olaraq, Yunuslar AXC
hökumətinə girə bildilər.
AXC hökuməti tarixin arxivinə getdi, lakin bu, Yunusların
hədəflərindən əl çəkdiyi demək deyildi.
Sonrakı dövrdə Ramiz Yunus ABŞ-a mühacirət etdi və onun “mən
erməniyəm, Azərbaycanda yaşamaq həyatım üçün təhlükəlidir” iddiası
ilə okeanın o tayından sığınacaq aldığı da şübhəsizdir. Arif və
Leyla Yunus isə Azərbaycanda “insan haqları və demokratiya uğrunda
mübarizə”yə başlayır. Onların bütün fəaliyyətini incələyəndə bu
mübarizənin əsas mahiyyəti aydınlaşır: Azərbaycan hakimiyyətinə
bütün cəbhdələrdən təzyiq etmək və Qarabağda təslimçi sülhə məcbur
etmək.
Kimlərsə deyə bilər ki, Leyla Yunus Azərbaycanda “siyasi
məhbusların azad olunmasına” çalışırdı. (Hərçənd, onun bu
fəaliyyəti külli miqdarda pul qarşılığında etdiyi, özünün
“Şindlerin siyahısı”na bənzər siyahısına adlarının salınması üçün
məhbusların yaxınlarının var-yoxunu aldığı haqda məlumatlar var.
Misal üçün, müxalifət düşərgəsində Leyla Yunusun keçmiş daxili
işlər naziri İsgəndər Həmidovun adının “siyasi məhbus siyahısına”
salmaq üçün birincinin həyat yoldaşının hətta nişan üzüyünə qədər
aldığı məsələsi məşhurdur). Qarabağda sülh məsələsinin
bura aidiyyəti yoxdur, olsa-olsa L.Yunus bir qadın kimi müharibə
yox, humanizm tərəfdarıdır.
Bu tezis “demokratiya mübarizəsi” fonunda güclü görünə bilər, lakin
“Şeytan detallarda” gizlənib. Detallar bütün yolların eyni hədəfə
apardığını sübut edir:
- 1991-ci ildə o vaxtkı hakimiyyət “Həlqə” kod adlı əməliyyatla
Dağlıq Qarabağın şimalında ermənilərə ağır zərbələr endirdi. Leyla
və Arif Yunuslar isə Baltikyanı ölkələrdə “ermənilərin
məskunlaşdığı ərazilərdə etnik təmizləmə” aparıldığı iddiası ilə
kampaniya başladılar...
- 1992-ci il-1993-cü illər arasında Yunuslar dövlətin ən mühüm
postlarında əyləşərək, erməni xüsusi xidmət orqanlarını lazımi
informasiya ilə təmin edirdi...
- 1993-cü ildən sonra Yunuslar ölkənin ictimai-siyasi həyatında
müxtəlif statuslarla təmsil olunmağa başladılar. Leyla Yunus “hüquq
müdafiəçisi”, Arif Yunus isə ekspert. Yunuslar ailəsi bütün
fəaliyyətləri boyunca hakimiyyəti hədəfə alaraq, Qarabağda “xalq
diplomatiyası”nı dəstəkləyib.
“Xalq diplomatiyası” adı altında Yunuslar ailəsi Laura
Baqdasaryan (“Hayastani Anrapetutyun” qəzetinin beynəlxalq
icmalçısı, erməni xüsusi xidmət orqanlarının əməkdaşı), “DQR”-in
Helsinki Vətəndaş Assambleyasının fəallarından Janna Krikorova,
Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri David
Şahnazaryan, “Daşnaksütyun” partiyasının Qarabağ qanadından David
İşxanyan və digərləri, Ermənistan parlamentinin keçmiş əməkdaşı
Aleksandr İsgəndəryan və başqaları ilə sıx əlaqə içində olub.
Məqsəd Qarabağda Azərbaycanı təslimçi sülhə məcbur etmək idi. Və
Yunuslar bunun üçün Azərbaycan hakimiyyətinin ən yüksək pillələrini
“insan haqları, demokratiya” adı altında hədəfə alırdılar...
Eyni üslub Qərbdə anti-Azərbaycan şəbəkəsi altında təşkilatlanan
erməni lobbisinin fəaliyyətində də müşahidə olunur: Erməni
lobbisinin təsirində olan Avropa strukturları Azərbaycan
rəhbərliyini “insan haqları” üzərindən sıxışdırır, uzlaşma
nöqtəsinə gələndə “Qarabağda təslimçi sülh” əsas şərt olaraq irəli
sürülür.
Yunusların və Qərbdəki erməni lobbisinin əsas hədəfi eynidir,
əslində onlar birlikdə hərəkət edirdilər.
Məhz “xalq diplomatiyası” adı altında casusluq fəaliyyətlərinə
görə, Leyla və Arif Yunus ədalət məhkəməsinin önünə çıxarılaraq
həbs olundu. Bu, Leyla Yunusun “Vətənimiz” deyə məktublar yazdığı
dövr idi və o, həbsdə olarkən ermənilər “Leyla Barseqyana azadlıq!”
deyə ayağa qalxanda hər şey çılpaqlığı ilə ortaya çıxdı:
“Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunusu həbs ediblər.
Bu nəhəng insan bizim Artsaxın (Dağlıq Qarabağ) azadlığı üçün çox
iş görüb. Eybi yoxdur, biz tezliklə Bakını da azad edərik. Onda
Leyla da azadlıqda olacaq. O, Artsaxın bütün ordenlərinə layiqdir.
Bu, Leylaya görə qisas idi. Azərbaycanlılar, siz Leylanı nə qədər
həbsdə saxlasanız, bizim tərəfdən də bir o qədər çox güllə və raket
alacaqsınız. Başa düşdünüz?”, - deyə erməni bloqer Aram
Davidyan yazırdı.
Digər erməni bloqer Sarkis Xaçaturyan isə deyir: “Leylanı
nəyə görə həbs etdilər? Ona görə ki, onun damarlarında erməni qanı
axır. Biz bütün artsaxlılar Leylaya minnətdarıq ki, o, bizə sülh
gətirmək istəyirdi. Leyla Barseqyana azadlıq!”.
Hər şey ortadadır, ermənilər də Leyla və Arif Yunusun Ermənistan
uğrunda mübarizə apardığını təsdiqləyir və təbii ki, üslub Qərbdəki
erməni lobbisi ilə eynidir: Demokratiya!
Artıq o da məlumdur ki, Leyla Yunus həbsxanada “Vətənimiz” deyə
yazanda Azərbaycanı yox, Ermənistanı nəzərdə tuturmuş. Bunu biz
yox, ermənilər deyir. Və Qriboyedevin ermənilər haqqında məşhur
sözləri yenidən yada düşür: “Onların hiyləgərliyi olduqca
iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca
təəssüfləndiricidir”.
Leyla Yunusun həbsxanada özünü alçaldaraq, azad olunmaq üçün hər
cür hiyləgərliyə əl atması, ardınca Avropaya gedəndən sonra əri
Ariflə Azərbaycana qarşı ermənilərlə birləşməsi eyni xislətin
təzahürüdür. Hiyləgərlik, alçaqlıq və əclaflıq: erməniliyin
mahiyyəti.
Asif Nərimanlı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub