Nida Təhlil
Ərdogandan Qarabağla bağlı VƏD, 9 maddəlik PLAN… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin iştirakı ilə Suriya mövzusu üzrə üçtərəfli sammit keçirilib.Türkiyə ABŞ-ın sanksiyalara məruz qala bilər. Rusiya prezidenti Vladimir Putinin Suriya lideri Bəşər Əsədə 9 maddəlik plan təqdim etdiyi barədə xəbər yayılıb. Noyabrın 4-də istefa verən Livanın baş naziri qərarını dəyişdirib. Ukraynanın şərqində yaradılan “Luqansk Xalq Respublikası” separatçı qurumda vəziyyət gərgin olaraq qalır.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Ticarət Komitəsinin Nazirlər Şurasının 33-cü iclasında azərbaycanlı jurnalistin Qarabağla bağlı sualına cavab verib.
“Keçən səfərimdə Dağlıq Qarabağı müzakirə etdik. Bununla bağlı Putin əlindən gələni etdiyini bildirmişdi. Mən 5 rayon məsələsində daha həssas olmalarını dedim. Bu münaqişəni bölgədə həll edəcək güc Rusiyadır, hörmətli Putindir. “Bu məsələdə həssaslığınızı xüsusilə gözləyirəm” demişdim. Bu gün də yenə üçtərəfli bir görüş olacaq. Fürsət olacaqsa, Qarabağ məsələni yenidən gündəmə gətirməyə çalışacam. Çünki Dağlıq Qarabağ məsələsi bizim də xüsusi məsələmizdir. Bunu kənara ata bilmərik”, - deyə Ərdoğan vurğulayıb.
NATO üzvü Türkiyə Rusiyadan S-400 zenit raket kompleksləri alacağı halda ABŞ tərəfindən sanksiyalara məruz qala bilər. Bu barədə “Vaşinqton Post” informasiya yayıb.
Nəşr Rusiyaya tətbiq edilən sanksiya tələbinə uyğun olaraq bu ölkədən silah alan Türkiyəyə də sanksiya tətbiqinin mümkünlüyü və qara siyahıya düşmüş rus şirkətləri ilə ticarət əlaqələrinə görə Türkiyəyə ABŞ tərəfindən silah satışının tamamilə dayandırılacağını istisna etməyib.
Daha əvvəl ABŞ Hərbi-Hava Qüvvələrinin məsləhətçisinin köməkçisi Heydi Grant deyib ki, Türkiyə Rusiyadan S-400 “Triumf” raket hücumundan müdafiə sistemləri alacağı halda, Türkiyənin NATO texnologiyasına girişi məhdudlaşdırılacaq.
O həmçinin qeyd edib ki, məhdudiyyətlər F-35 tipli beşinci nəsil bombardmançıları ilə bağlı da ola bilər.
Qeyd edək ki, S-400-lərlə bağlı razılaşma sentyabrın ortalarında əldə edilib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiyanın S-400 zenit-raket sistemlərinin ilk partiyasının Türkiyəyə çatdırılması 2019-cu ildə həyata keçiriləcək. Bu haqda Türkiyənin müdafiə naziri Nürəddin Canikli deyib.
Qeyd edək ki, S-400-lərlə bağlı razılaşma sentyabrın ortalarında əldə edilib. Müqavilənin dəyəri 2 milyard dollardır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
"Əsl plan islam cəmiyyətlərini içəridən çökdürməkdir. İŞİD, “Əl-Qaidə”, “Boko Haram”, YPG və FETÖ kimi qatil sürülərinin bütün bölgəmizi böyük bir qan gölünə çevirdiyini görürük”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 33-cü iclasında çıxışında deyib.
“Səhnədə baş verənlər pərdə arxasındakı əsl ssenaristləri görməyimizə mane olmamalıdır. İslam dünyasının birliyini və gələcəyini yox etmək üçün çirkli bir ssenari həyata keçirilir. Hədəf yalnız neftimiz, təbii və insan ehtiyatlarımız deyil, əsl hədəf islam mədəniyyətinin həyat budaqlarını qurutmaqdır. Məqsəd müsəlmanların onurğasını çürütmək, hamımızı iflic etməkdir”, - Türkiyə prezidenti bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Suriyadakı vətəndaş müharibəsinə son qoymaq üçün qurulan Astana formatının memarları olan Rusiya, Türkiyə və İran prezidentləri Soçidə görüşəcək. Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani Suriyada siyasi tənzimlənmə prosesinə keçidlə bağlı müzakirələr aparacaq.
Ölkələr Suriyanın ərazi bütövlüyünü dəstəkləsələr də, “Yeni Şəfəq”in yazdığına görə, istifadə ediləcək üsullarla bağlı bəzi fikir ayrılıqları var. Bu baxımdan, Türkiyənin üç şərtinin olduğu bildirilir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiya prezidenti Vladimir Putin İran və Türkiyə prezidentləri – Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanla görüş öncəsi Suriya lideri Bəşər Əsədə 9 maddəlik plan təqdim edib.
Əsəd postunda qalmasının qarşılığında seçki sistemi, konstitusiya dəyişikliyi və geniş əfvin də yer aldığı planı yerinə yetirməlidir.
Suriya prezidentinin bütün maddələri qəbul etdiyi bildirilir.
Ankara, Moskva və Tehranın nazirlər və hərbi səlahiyyətlilərin iştirakı ilə keçirilən görüşlərdə Suriyanın 7 illik siyasi yol xəritəsinin dəqiqləşdirilməsi üçün 19 məsələdə razılığa gəldiyi bildirilir. Yol xəritəsi 2018-ci il yanvarın 15-nə kimi formalaşdırılacaq. Razılaşdırılmayan iki məsələni isə üç ölkə lideri bu gün Soçidəki görüşdə müzakirə edəcəklər.
Sözügedən məsələlər PYD-nin statusu və normallaşma prosesində ABŞ bazalarının taleyidir. Türkiyə və İran normallaşma prosesi ilə ABŞ hərbçilərinin Suriyadan geri çəkilməsini istəyirlər.
Səudiyyə Ərəbistanında məskunlaşan, noyabrın 4-də Livanın baş naziri postundan istefa verən Saad Həriri istefasını təxirə salıb. Saad Həriri istefa ərizəsini prezident Mişel Aunaya təqdim etdiyini, lakin prezidentin istəyi ilə istefa qərarını təxirə saldığını deyib.
Qeyd edək ki, Saad Həriri 17 gündən sonra dünən ölkəsinə qayıdıb.
Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi kabinetinin fövqəladə iclasını keçirib. Poroşenko Rusiya tanklarının Ukrayna sərhədini keçdiyi barədə məlumat verib. O, həmçinin Ukrayna ordusunun istənilən hadisələrin inkişafına hazır olduğunu bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Bu gün “Luqansk Xalq Respublikası” separatçı rejimin “Daxili İşlər Nazirliyi” qurumun “baş prokurorluğu”nun bütün yüksək vəzifəli əməkdaşlarını həbs edib. Bu barədə informasiyanı “Novaya qazeta” özünün etibarlı mənbələrinə istinadən yayıb.
Qəzet həbs olunan 20 nəfər arasında baş prokuror, hərbi prokuror və onların müavinlərinin olduğunu bildirib. Həbs edilənlər parlamentin binasına gətirilib. Prokurorların həbsi “Daxili işlər naziri” İqor Kornetin separatçı rejimin lideri İqor Plotnitskiyə baş prokurorun ona verilməsini tələb etdikdən sonra gerçəkləşib.
Qeyd edək ki, ötən gün Luqanskda rəsmi binalar hərbçilər tərəfindən ələ keçirilib. Rusiya mətbuatı binaları ələ keçirən şəxslərin Daxili İşlər naziri İqor Kornetin adamları olduğunu iddia edib. Bundan sonra Plotnitski qondarma respublikadan qaçıb.
Ömər Dağlı
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA