Nida Təhlil
Sarkisyan Putini aldatdı: Kreml bu gün yeni Qarabağ planını Bakıya təqdim edir
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Belçika
Krallığına yola düşür.
Publika.az Ermənistan mediasına istinadən xəbər
verir ki, Sarkisyan 23-24 noyabr tarixlərində Brüsseldə keçiriləcək
Şərq Tərəfdaşlığı sammitində iştirak edəcək.
Sarkisyanın səfəri çərçivəsində Ermənistan və Avropa İttifaqı (Aİ)
arasında yeni sazişim imzalanması gözlənilir.
Ekspertlər hesab edir ki, Aİ bu sazişlə Ermənistanı Rusiyanın
təsirindən çıxarmaq niyyətindədir. Bu baxımdan, Rusiyanın
reaksiyası maraqla izlənilir.
Sarkisyanın 2013-cü ildə olduğu kimi, son anda Brüsselə getməyəcəyi
və sazişdən imtina edəcəyi gözlənilirdi. Lakin onun geri çəkilmək
istəmədiyi görünür.
Mümkündür ki, Sarkisyan noyabrın 15-də Moskvada Putinlə görüşdə hər
şeyi razılaşdırıb. Yəni, sammitdə iştirak üçün Brüsselə getsə də,
sazişi imzalamaqdan imtina edəcək.
Lakin o da istisna deyil ki, Sarkisyan Putinin tələbləri qarşısında
geri çəkilmək niyyətində deyil və Brüsselə getməkdə məqsədi məhz
sazişi imzalamaqdır.
İkinci variant Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya
gəlişi, ardınca da İrəvana getməsi fonunda diqqət çəkir. Xüsusilə
erməni siyasi yazar Tevos Arşakyanın “Əgər Rusiya Ermənistanı
Avropa İttifaqı ilə saziş imzalamaqdan imtina etməyə məcbur edə
bilməsə, Moskva Qarabağla bağlı yeni planını Azərbaycana təqdim
edəcək” sözləri yada düşür.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“İnformasiyalar var ki, Putinlə Sarkisyan Moskva görüşündə bəzi
detallar üzrə razılığa gələ bilməyiblər. Lavrov məhz həmin
detalların müzakirəsi üçün İrəvana gəlir. Əgər o, Ermənistanı
Avropa İttifaqı ilə saziş imzalamaqdan döndərə bilməsə, Moskva
noyabrın 22-23-də Azərbaycanın maraqlarının təmin olunduğu Qarabağ
üzrə “Putinin yeni planı”nı təqdim edəcək”, - deyə erməni şərhçi
bildirib.
Görünən budur ki, Lavrov İrəvanda Sarkisyanı fikrindən döndərə
bilməyib və Rusiya bu gün Qarabağla bağlı yeni planını Bakıya
təqdim edəcək. Təbii ki, proseslərin bu cür inkişafı Azərbaycanın
maraqlarına uyğundur. Lakin hakimiyyəti üçün hər kəsi qurban
verməyə hazır görünən Sarkisyanın Putinin əmrindən kənar hərəkət
etməsi də o qədər inandırıcı görünmür. Proseslərin inkişaf xətti
güman ki, Brüsseldəki sammitin gedişində aydınlaşacaq.
Asif
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək