Nida Təhlil
Sarkisyan bu gün Qarabağın Azərbaycanın olduğunu bəyan edəcək – İRƏVAN ŞOKDA
Bu gün Brüsseldə Şərq Tərəfdaşlığı sammiti
keçirilir.
Publika.az xəbər verir ki, sammitdə Azərbaycan Prezidenti
İlham Əliyev də iştirak edir.
Sammit qlobal məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi
kontekstində də diqqət çəkir. Artıq dünən sammit çərçivəsində
Azərbaycan lideri ilə görüşən NATO baş katibi Yens Stoltenberq
Qarabağla bağlı açıqlamalar verdi.
Ermənistan prezidenti Serj Sarkisyan da sammitdə iştirak edir.
Sarkisyanın Brüsselə səfəri daha çox Avropa İttifaqı və Ermənistan
arasında sazişim imzalanmasına hesablanıb. Lakin Rusiyanın
təzyiqləri fonunda bunun baş tutacağı ehtimalı zəifdir.
Sarkisyanın bu gün Brüsseldə Azərbaycanın ərazi bütövlüyünə məcbur
dəstək verəcəyi ehtimalı isə böyükdür. Söhbət sammitdə qəbul
ediləcək qətnamədən gedir.
Məlumatlara görə, qətnamənin ikinci bəndində ərazi bütövlüyünə
dəstək punktu yer alacaq və Şərq Tərəfdaşlığı ölkələrinin ərazi
bütövlüyünün dəstəkləndiyi qeyd olunacaq. Aİ-nin əsas hədəfi son
dövrlər Avropada Kataloniyadan başlayan separatizmin qarşısının
alınmasıdır. Lakin bu, həm də Şərq Tərəfdaşlığı ölkələrindən
Azərbaycanın, Ukraynanın və Gürcüstanın da ərazi bütövlüyünün
dəstəklənməsidir.
Ermənistan mediası yazır ki, bu, İrəvana qarşı böyük zərbə
olacaq.
“Bu, Şərq Tərəfdaşlığı sammitində Avropa İttifaqı ilə yeni saziş
imzalamağa hazırlaşan Ermənistana böyük zərbədir”, - deyə “Jamanak”
qəzeti yazıb.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!