Mövcudluq üçün Kremldən ŞƏRT, növbəti müharibədə ƏSAS HƏDƏF... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Mövcudluq üçün Kremldən ŞƏRT, növbəti müharibədə ƏSAS HƏDƏF... – GÜNÜN SİYASİ XÜLASƏSİ

İsrail “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini istifadəyə verib. Moskva Ukraynanın mövcud olması üçün şərti açıqlayıb. Pentaqon rəhbəri PYD-yə hərbi yardımın davam etdiriləcəyini bildirib. Moskva İranla imzalanan nüvə razılaşması pozulmaq təhlükəsinin olduğunu bəyan edib. KXDR bir il sonra nüvə silahının yaradılması üzrə işlərin tamamlandığını elan edə bilər.

Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq. Bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Onun sözlərinə görə, mətbuatda adı hallanan Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır.

"Bildiyim qədəri ilə yeni səfir hazırda MDB ölkələrindən birində səfir vəzifəsini tutan diplomat olacaq. Qabaqcadan həmin şəxsin adını açıqlamaq istəmirəm", - deyə Dövlət Dumasının komitə sədri bildirib.

Qeyd edək ki, bu il iyulun 5-də Rusiya KİV Dövlət Dumasının Azərbaycanda səfir vəzifəsinə Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin təsdiqləndiyini yazıb.

Bu günlərdə yayılan qeyri-rəsmi məlumatlarda isə bildirilir ki, Azərbaycan G. Zuyevin səfir təyin olunması üçün aqreman verməyib.

ABŞ İŞİD-lə mübarizə məqsədilə kürd döyüşçülərdən ibarət Suriya Demokratik Qüvvələrinə silah verir. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb. Pentaqonun rəsmi nümayəndəsi Robert Menninq brifinq zamanı bunu təsdiqləyib və əlavə edib: “Məqsəd İŞİD-in bir daha Suriya torpaqlarına daxil olmamasıdır. ABŞ hazırda Suriyadakı kürd dəstələrinə silah yardımına davam edir”.

Pentaqonun YPG ilə əməkdaşlığı davam etdirməsi haqda yaydığı açıqlama gündəmimizdədir. Bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“ABŞ-ın bu addımı Türkiyə Milli Təhlükəsizlik Şurasında müzakirə ediləcək”, - Kalın bildirib.

Xatırladaq ki, ötən günlərdə ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında gerçəkləşən telefon söhbəti zamanı Tramp Suriyadakı kürd qruplaşmalarına silah verməyəcəklərini bəyan etmişdi.

İsrail “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini istifadəyə verib. İsrail ordusunun sözçüsünün məlumatında bildirilir ki, hazırlıq və sınaqlar təxminən 1,5 il davam edib.

Müdafiə sisteminin başlıca hədəfi İsrailin sahil sularını və Aralıq dənizindəki təbii qaz platformalarını qorumaqdır.

İsrailin növbəti müharibədə əsas hədəfi Hizbullah lideri Həsən Nəsrullah olacaq. Bu barədə İsrail ordusunun sözçüsü general Ronen Manelis deyib.

Onun sözlərinə görə, Livanla İsrail arasında baş verə biləcək müharibədə konkret qələbə olmayacaq: “Lakin Nəsrullahın hədəfdə olduğu aydındır”.

Manelis İsrail ordusunun sosial media yolu ilə psixoloji müharibəyə başladığını da qeyd edib.

“Bir həftə içində qarşı tərəfdə qarışıqlıq yaradan çoxsaylı addımlar atdıq”, - deyə o bildirib.

İranla imzalanan nüvə razılaşması pozulmaq təhdidi ilə üz-üzədir. Bunu Rusiyanın Beynəlxalq Məsələlər üzrə Şurasının iclasında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, Rusiya bu razılaşmaya çoxtərəfli qarşılıqlı fəaliyyətin konstruktiv nümunəsi kimi baxır.

Qeyd edək ki, İran nüvə razılaşmasının əsas əleyhdarı ABŞ hesab edilir. ABŞ-ın yeni rəhbərliyinin fikrincə, bu razılaşma Vaşinqtonun maraqlarına ziddir.

Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əmri ilə şahzadələrin ardınca kral ailəsinin qadın üzvlərinin də həbs edilməsinə başlanılıb. Onlar ayrı hotelə yerləşdirilib.

Əvvəlki kral Abdullah ibn Əbdüləzizin Fransaya sığınan oğlu Əbdüləzizdən başqa, bütün oğulları həbs edilmişdi. İndi isə kralın qızları həbs edilib.

2018-ci ildə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) əsas vəzifələrindən biri Rusiyaya strateji müqavimət göstərmək olacaq. Bu haqda ABŞ Müdafiə Nazirliyinin baş inspektorunun yeni məruzəsində deyilir.

“Rusiya ciddi nüvə arsenalına malikdir. Bundan başqa, adi silahları əhəmiyyətli dərəcədə inkişaf etdirib, quru, hərbi dəniz, hərbi hava, strateji və operativ güclərinin gücünü artırıb, assimetrik və qeyri-ənənəvi döyüş hərəkətlərinin aparılması üçün potensial yaradıb”, - sənəddə qeyd olunub.

Sənəddə Rusiyanın xarici siyasətinin, həmçinin Suriyadakı fəaliyyətinin analizinə xüsusi diqqət ayrılır.

Ukrayna dövlət kimi yalnız Rusiya ilə birgə mövcud ola bilər. Bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib.

“Kiyev əvvəl-axır anlamalıdır ki, Avropada heç kimə lazım deyil. Müəyyən edilmiş şərtlər altında onu burada udacaqlar. Bütün tarixi və geosiyasi faktorlar bağırırlar ki, Ukrayna dövlət kimi yalnız Rusiya ilə birgə olduqda yaşaya bilər”, - deyə o bildirib.

Donbas münaqişəsinin nizama salınma üzrə Minsk razılaşmaları özünü bitirib, onların yerinə yeni razılaşmalar imzalanmalıdır. Bunu Ukrayna Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Nazirin sözlərinə görə, Qərb ölkələri Kiyevə vulqar şəkildə “atıblar".

“Qərb dünyası Ukraynanı aldatdı. Bu doğrudur. Budapeşt Memorandumu nüvə potensialının ötürülməsi əvəzində Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə zəmanət verir. NATO ilə dəstək proqramına, sanksiyalara görə çox sağ olun, lakin Ukraynanı çox pis aldadıblar”, – deyə o bildirib.

Koreya Xalq Demokratik Respublikası (KXDR) bir il sonra nüvə silahının yaradılması üzrə işlərin tamamlandığını elan edə bilər. Bu haqda yarımadanın birləşməsi üzrə Cənubi Koreya naziri Ço Men Qen deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm