İranın bombardmanını İSTƏYƏNLƏR, 2018-ci ildə dünya MÜHARİBƏSİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İranın bombardmanını İSTƏYƏNLƏR, 2018-ci ildə dünya MÜHARİBƏSİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılıb. Türkiyənin xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Türkiyə ordusu Ermənistanla sərhədlərinin yaxınlığında anti-terror əməliyyatı keçirilib. Şimali Koreyanın ballistik raket sınağı Koreya yarımadası ətrafındakı vəziyyəti gərginləşdirib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Türkiyə XİN başçısı bu barədə Tvitter səhifəsində yazıb.

“Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Ceyms Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşərək Minsk prosesinə dəstəyimizi yenilədik”, - Çavuşoğlu bildirib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb. Müxtəlif hərbi hissələrin saxlanclarında qorunan artilleriya sistemləri, eləcə də eşelonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər texniki vasitələrə baxış keçirilib.

Müdafiə naziri raket və artilleriya qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilən Azərbaycan əsilli iş adamı Rza Zərraba qarşı yeni iddia qaldırılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı qüvvələrində “Fəthullahçı Terror Təşkilatı”na (FETÖ) qarşı növbəti əməliyyat başlayıb. İstanbul prokurorluğu 343-ü hərbi qulluqçu olmaqla, 360 nəfərin saxlanılması barədə qərar verib.

Hazırda şübhəlilərin saxlanılması davam edir.

Türkiyə ordusu Ermənistanla sərhəddə yerləşən Ağrı vilayətinin Doğubəyazid rayonunda Tendürək dağı ətəklərində terrorçu mövqelərini “Atak” hücum helikopterləri və “Fırtına” haubitsaları ilə atəşə tutub. Xüsusi təyinatlı jandarm qüvvələrinin iştirakı ilə kəskin qarlı şəraitin hökm sürdüyü Tendürək dağında əməliyyata başlanılıb. Əməliyyat zamanı terrorçu PKK qruplaşmasına aid mağara və yeraltı sığınacaqlar bombalanıb.

Türkiyə Krım tatarı olan siyasətçilərini Rusiyanın əlindən xilas etmək üçün Moskvaya öz əlində olan 2 rus casusu təhvil verib. Bu iddia ilə “Habertürk” qəzeti çıxış edib.

Mətbuat Rusiyaya təhvil verilən casusların Aleksandr Smirnov və Luri Anisimov olduğunu bildirib. Məhkəmə onları 24 oktyabrda azadlığa buraxıb. Buna səbəb isə İstanbul prokurorluğu və Ədliyyə Nazirliyinin göndərdiyi məktub olub. Bundan sonra hər iki casus Rusiyaya ekstradisiya edilib.

“Arleigh Burke USS James E.Williams” sinfindən olan esmines Ukraynanın Odessa limanına daxil olub. Ukrayna mediasının məlumatına görə, ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin esminesinin limana noyabrın 28-də girişi planlaşdırılırdı, lakin fırtına olduğu üçün bu mümkün olmayıb.

Qeyd edək ki, “Arleigh Burke USS James E.Williams” BGM-109 “Tomahawk” qanadlı raketlərlə silahlıdır. Raketlər özündə nüvə döyüş başlıqları daşıya bilir. Esminesdə həmçinin “Standard-3” zenit raketləri ilə təchiz edilmiş “Aegis” zenit-raket kompleksləri var.

Rusiya Fələstin xalqının öz müqəddəratını təyinetmə haqqına dəstək verir. Bu sözlər Rusiya Prezidenti Vladimir Putinin Fələstin lideri Mahmud Abbasa göndərdiyi məktubda yer alıb. Məktubda Putin İsrailin 1967-ci ildən bu yana davam edən ərəb torpaqlarının işğalını dayandırması və Şərqi Qüdsün paytaxt olduğu Fələstin dövlətinin yaradılması gərəkdiyini bildirib.

O, həmçinin, Rusiyanın Fələstinlə iqtisadi əlaqələrini gücləndirməyə hazır olduğunu söyləyib.

Şimali Koreya qitələrarası ballistik raket sınağını keçirib. Ölkənin dövlət televiziya kanalı “Hwasong-15” adlı raketin sınağının uğurla tamamlandığını bildirib.

ABŞ Müdafiə Nazirliyi raketin 1000 km uçduqdan sonra Yapon dənizinin Yaponiyaya aid olan hissəsinə düşdüyünü bildirib.

Şimali Koreya yaxın vaxtlarda nüvə yükünü daşıya və ABŞ-ın istənilən nöqtəsinə çata bilən qitələrarası ballistik raketləri (MBR) silahlanmaya daxil edə bilər. Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik, “Arsenal oteçestva” jurnalının baş redaktoru Viktor Muraxovskiy deyib.

“Raket sınağının yalnız xarici xarakteristikasına malikik. Raketin qitələrarası, yoxsa orta mənzilli raket olduğunu birmənalı iddia etmək çətindir. Amma heç kim şübhələnmir ki, Koreya Xalq Demokratik Respublikası qitələrarası uzunmənzilli raketi yaxın vaxtlarda silahlanmaya daxil edəcək”, - Muraxovskiy qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Pxenyan, həmçinin Vaşinqtonun iddiasına görə, “Xvason-15” qitələrarası ballistik raketi ABŞ-ın istənilən nöqtəsinə nüvə hərbi yükünü çatdırmağa qadirdir. ABŞ, Yaponiya və Cənubi Koreyanın ilkin hərbi analizinə əsasən, raket öz xarakteristikalarında bütün əvvəlki modifikasiyaları üstələyir.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) bəyanatına qədər Yaponiya və ABŞ-ın hərbi ekspertləri bəyan etdilər ki, raket qitələrarasıdır və 13 min kilometr məsafəni qət edərək Vaşinqtona çata bilər. “Xvason-15” iyulda sınaqdan keçirilmiş “Xvason-14”-ün daha müasir modifikasiyasıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“2018-ci ildə qlobal müharibə ehtimalı çox yüksəkdir. İki regiondakı gərginlik qlobal müharibəyə keçə bilər”. Bu xəbərdarlıqla İsveçrənin “Le Temps” nəşrinin siyasi müşahidəçisi, keçmiş səfir Fransua Nordmann çıxış edib.

Keçmiş diplomat Londondakı Beynəlxalq Strateji Tədqiqatlar və Silahsızlaşdırma İnstitutunun nüvə silahının yayılmaması proqramının direktoru Mark Fitspatrikanın fikirlərini xatırladıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm