Ermənistan haqda İKİ DƏHŞƏTLİ SİRR, “kəllə ovçuları”nın 3 TABORU… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ermənistan haqda İKİ DƏHŞƏTLİ SİRR, “kəllə ovçuları”nın 3 TABORU… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçirilib. Azərbaycan, Türkiyə və Pakistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində birgə işləyə bilərlər. Avropa İttifaqı Fəthullahçı Terror Təşkilatını” (FETÖ) terror təşkilatı olaraq görmədiyini açıqlayıb. Vaşinqton Şimali Koreyanı məhv etməklə hədələyib. Rusiyanın Suriyadakı hərbi qruplaşmasının bir hissəsi bu ölkədən çıxamağa hazırlaşır.

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə regional əməkdaşlıq və regionda baş verən proseslər müzakirə edilib. Görüşün yekununda Bakı bəyannaməsi qəbul edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov qəbul edilən Bakı bəyannaməsinin gələcək əməkdaşlıq üçün yol xəritəsi olacağını deyib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ikinci görüşünün gələn il Pakistanda keçirilməsi planlaşdırılır. M.Çavuşoğlu qeyd edib ki, üçtərəfli formatda görüşlərin keçirilməsi regional əməkdaşlığı və baş verən prosesləri müzakirə etməyə imkan verir.

Azərbaycan, Türkiyə və Pakistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində birgə işləyə bilərlər. Bu barədə Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asif bu gün Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 6-da həm həmsədrlərlə, həm də Ermənistan xarici işlər naziri ilə görüşəcək. Bu barədə nazir Bakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra məlumat verib.

Azərbaycanın bu görüşə razılıq verdiyini deyən E.Məmmədyarov qeyd edib ki, məntiqli və substantiv danışıqlar olmalıdır: "Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlər yəqin bu istiqamətdə danışıqları davam etdirəcək", - o qeyd edib.

Görüşün ATƏT xarici işlər nazirləri Şurasının Vyanada keçiriləcək toplantısı səviyyəsində keçirilməsi gözlənilir.

Ermənistan hakimiyyəti “Qraparak” qəzetinə hücum edib. Buna səbəb qəzetin “Ordu-millət və qorxaqlar” adı ilə yayımladığı müsahibədir.

Hakimiyyət nümayəndələri qəzetdən müsahibəni verən anonim hərbi qulluqçunun adının açıqlanmasını tələb edir. Lakin redaksiya rəhbərliyi təhlükəsizlik baxımından müsahibin adını açıqlamaqdan boyun qaçırıb.

“Qraparak”a danışan hərbi qulluqçu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilən erməni hərbi bölmələrinin birində xidmət edir.

Adı açıqlanmayan hərbi qulluqçu ordudakı kütləvi rüşvət və əsgərlərə məxsus ərzağın qara bazarda satılması hallarından danışıb. O, Ermənistan ordusu haqda iki sirri açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan ordusunu kriminallaşmış “zabit elitası” idarə edir. Hələ keçmiş müdafiə naziri Seyran Ohanyanın dövründə ordu içində qurulan “kriminal şəbəkə” bu gün Viqen Sarkisyanın rəhbərliyi altında da fəaliyyətini sürdürür.

“Kriminal şəbəkə”nin əsas nümayəndələrindən biri “Razved” xüsusi təyinatlı dəstənin komandiri, polkovnik Arsen Kotoyandır. 2007-ci ilə qədər Kotoyan İrəvanda “Paytaxt” alayında batalyon komandiri olaraq fəaliyyət göstərirdi. 2007-ci ildən etibarən o, Eçmiədzin hərbi hissəsinin komandiri oldu, daha sonra “Razved”in rəhbərliyinə gətirildi.

“Aravot” qəzeti Arsen Kotoyanın kriminal keçmişə sahib olduğunu yazır və bəzi təfərrüatları açıqlayır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropa İttifaqı Fəthullahçı Terror Təşkilatını” (FETÖ) terror təşkilatı olaraq görmədiyini açıqlayıb. Bu haqda Avropa İttifaqının Terrorla Mübarizə üzrə koordinatoru Gilles de Kerçov bildirib.

Onun sözlərinə görə, qurumun mövqeyinin dəyişməsi üçün “sağlam” bir dəlilə ehtiyac var. Gilles de Kerçov 2016-cı il iyulun 15-də FETÖ üzvlərinin istifadə etdiyi “ByLock” mobil əlaqə proqramının dəlil olaraq kifayət etmədiyini vurğulayıb.

“Biz FETÖ-nü terror təşkilatı olaraq görmürük və Avropa İttifaqının bu mövzu ilə bağlı mövqeyini yaxın gələcəkdə dəyişdirəcəyinə inanmıram”, - o deyib.

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla son telefon söhbəti zamanı YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü –red.) silah çatdırılmasının dayandırılacağına dair söz versə də, terror təşkilatının silah tədarükü davam edəcək. ABŞ 2018-ci ildə İŞİD-lə mübarizəyə 500 milyon dollar ayrılacaq, YPG-yə isə 5 min AK-47 avtomat silahı çatdırılacaq.

ABŞ-ın YPG-yə verəcəyi silahlar ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən ictimaiyyətə açıqlanmasa da, Pentaqona yaxın hərbi nəşr “Military Times” (MT) siyahını dərc edib. MT-nin siyahısına görə, YPG-nin əsasını təşkil etdiyi “Demokratik Suriya Güçlərinə” ABŞ tərəfindən bu silahlar veriləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Afrindən bir təhdid olacağı halda, tərəddüdsüz ora daxil olub təmizləyərik”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Soçi şəhərində baş tutacaq Suriya Milli Dialoq Konqresində PYD/YPG qruplaşması təmsil olunmayacaq. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat yayıb.

“Rusiya və İranla müzakirələr davam edir. Kürdlər müzakirədə olmalıdır, lakin terrorçular yox...”, - məlumatda bildirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da həbsdə olan türkiyəli iş adamı Rza Zərrab və "Xalqbank"ın rəhbərlərindən olan Mehmet Hakan Atillanın məhkəmə prosesi ilə bağlı danışıb. Ərdoğan sanksiyaları pozmadığını bildirib.

“Məhkəmə prosesində hansı qərar çıxırsa-çıxsın, biz doğru şeyləri etdik, sanksiyaları pozmadıq. Biz ABŞ qarşısında bu məsələdə hər hansı öhdəlik götürmədik. Dünya təkcə ABŞ-dan ibarət deyil. İranla ticarət və enerji məsələlərində əməkdaşlığımız var”, - Türkiyə prezidenti deyib.

Qeyd edək ki, dünən keçirilən məhkəmə prosesində Rza Zərrab ittihamları qəbul edib. O, Mehmet Hakan Atillanın işində şahid qismində danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bütün Qərb ölkələri, xüsusilə ABŞ, Böyük Britaniya və Almaniya PYD/PKK terrorçularına dəstək verir. ABŞ-ın Texas ştatı isə terrorçuların toplama düşərgəsi kimi fəaliyyət göstərir.

Türkiyə nəşrinin əldə etdiyi məlumata görə, Suriyada hələ də 7 mindən çox xarici döyüşçü var. Xarici döyüşçülərdən 3 tabor qurulub. Bunlar “Bob Crow”, “Defend Kürdistan” və “International” taborlarıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyadakı hərbi qruplaşmasının bir hissəsi bu ölkədən çıxamağa hazırlaşır. Bu haqda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Amerika lideri Donald Trampın komandasının taktikası sabiq prezident Barak Obama administrasiyasının kursundan az fərqlənir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov İtaliyanın “Libero” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-ın indiki hakimiyyətinin bir çox hərəkətləri inersiya xarakteri daşıyır. Rusiyalı nazir qeyd edib ki, birtərəfli sanksiyalar genişləndirilir, raket hücumundan müdafiə əleyhinə qlobal planlar həyata keçirilir, həmçinin Rusiya sərhədlərinin yaxınlığında NATO və ABŞ-ın hərbi kontingenti yerləşdirilir.

Lavrov qeyd edib ki, ABŞ Avropadan Rusiyaya qarşı istifadə edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya bütün sivil dünya üçün təhlükədir. Bunu Ağ evin mətbuat katibinin müavini Rac Şah iddia deyib.

"KXDR tərəfindən təhlükə olduqca ciddidir. Bu, təkcə Birləşmiş Ştatlar və ya Koreya yarımadası üçün təhlükə deyil, həm də bütün dünyaya təhlükədir", - deyə TASS onun sözlərini sitat gətirib.

O əlavə edib ki, ABŞ hökuməti digər ölkələri KXDR-ə qarşı mümkün qədər çox təzyiq göstərmək üçün "əhəmiyyətli addımlar" atmağa inandırmağa çalışır.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert dünyanın bütün ölkələrini Şimali Koreyadakı səfirlərini geri çağırmağa səsləyib.

“Bütün ölkələr KXDR-ə qarşı iqtisadi və diplomatik təzyiqləri gücləndirməlidir", - deyə RİA "Novosti" onun sözlərini sitat gətirib. O həmçinin bütün ölkələri əmək haqları "raket proqramları üçün istifadə olunan" Şimali Koreya miqrantlarını öz ərazisindən xaric etməyə çağırıb.

ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli dünya ölkələrini Şimali Koreya ilə ticarət münasibətlərinin dayandırılması və şimali koreyalı işçilərin dövlətdən xaric edilməsi də daxil olmaqla bütün əlaqələri kəsməyə çağırıb. Bunu o, BMT Təhlükəsizlik Şurasının təcili iclasında deyib.

Heyli həmçinin KXDR-i BMT-dəki səs hüququndan məhrum etməyə səsləyib.

“Biz heç vaxt Şimali Koreya ilə müharibə axtarmamışıq və indi də axtarmırıq. Əgər müharibə başlasa, bu, dünən baş verən aqressiya aktlarının davam etməsi ucbatından olacaq. Əgər müharibə başlasa, Şimali Koreya rejimini tam məhv edəcəyik”, - deyə o bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm