Qarabağda MƏXFİ GÖRÜŞ, Rusiyadan apokalipsis XƏBƏRDARLIĞI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağda MƏXFİ GÖRÜŞ, Rusiyadan apokalipsis XƏBƏRDARLIĞI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçirilib. Dekabrın 1-də Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilib. Türkiyənin xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Kreml ÜAK-ın əvəzinə yeni təşkilatın yaradılmasına icazə verib. Vaşinqton Rusiyaya qarşı görünməmiş ölçüdə sanksiyaların tətbiqinə hazırlaşır. Şimali Koreyanın ballistik raket sınağı Koreya yarımadası ətrafındakı vəziyyəti gərginləşdirib. Vaşinqton Şimali Koreyanı məhv etməklə hədələyib. Rusiyanın Suriyadakı hərbi qruplaşmasının bir hissəsi bu ölkədən çıxmağa hazırlaşır. Ukrayna yaxın gələcəkdə Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı referendumlar keçirəcək.

Azərbaycan, Dağlıq Qarabağ

Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb. Müxtəlif hərbi hissələrin saxlanclarında qorunan artilleriya sistemləri, eləcə də eşelonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər texniki vasitələrə baxış keçirilib.

Müdafiə naziri raket və artilleriya qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə regional əməkdaşlıq və regionda baş verən proseslər müzakirə edilib. Görüşün yekununda Bakı bəyannaməsi qəbul edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşəcək. Bu barədə nazir Bakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra məlumat verib.

Azərbaycanın bu görüşə razılıq verdiyini deyən E.Məmmədyarov qeyd edib ki, məntiqli və substantiv danışıqlar olmalıdır: "Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlər yəqin bu istiqamətdə danışıqları davam etdirəcək", - o qeyd edib.

Görüşün ATƏT xarici işlər nazirləri Şurasının Vyanada keçiriləcək toplantısı səviyyəsində keçirilməsi gözlənilir.

Dekabrın 1-də Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Federasiyasında bu yaxınlarda ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerinə yeni struktur yaradılır. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti, akademik Fazil Qurbanovun sözlərinə görə, yeni təşkilatın yaradılması barədə qərar artıq qəbul edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin geri çağırılıb. Rusiya prezidenti Vladimir Putin V.Doroxinin vəzifəsindən azad olunması ilə bağlı fərman imzalayıb.

Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq. Bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Onun sözlərinə görə, mətbuatda adı hallanan Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır.

Rusiya KİV-i Dövlət Dumasının Azərbaycanda səfir vəzifəsinə Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin təsdiqləndiyini yazıb. Bu günlərdə yayılan qeyri-rəsmi məlumatlarda isə bildirilir ki, Azərbaycan G. Zuyevin səfir təyin olunması üçün aqreman verməyib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Türkiyə XİN başçısı bu barədə Tvitter səhifəsində yazıb.

“Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Ceyms Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşərək Minsk prosesinə dəstəyimizi yenilədik”, - Çavuşoğlu bildirib.

Ermənistan

Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammitində Ermənistanla Avropa İttifaqı arasında saziş imzalandı. Ermənistan mediası bunu Moskvanın kölgəsində yatan İrəvan üçün ciddi irəliləyiş hesab edir, reallıqda isə bu, birbaşa Sarkisyanın Kremlə baş qaldırmasıdır.

Ermənistanda Sarkisyana yaxın medianın “böyük qələbə” olaraq təqdim etdiyi bu saziş indiki məqamda heç bir nəticəyə malik deyil. Xüsusilə bu sazişin Ermənistana ciddi iqtisadi dividendlər gətirməyəcəyi gözlənilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif noyabrın 28-da Ermənistana səfər edib. Zərif İrəvanda Ermənistan prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşüb.

Ermənistan ordusunu kriminallaşmış “zabit elitası” idarə edir. Hələ keçmiş müdafiə naziri Seyran Ohanyanın dövründə ordu içində qurulan “kriminal şəbəkə” bu gün Viqen Sarkisyanın rəhbərliyi altında da fəaliyyətini sürdürür.

“Kriminal şəbəkə”nin əsas nümayəndələrindən biri “Razved” xüsusi təyinatlı dəstənin komandiri, polkovnik Arsen Kotoyandır. “Aravot” qəzeti Arsen Kotoyanın kriminal keçmişə sahib olduğunu yazır və bəzi təfərrüatları açıqlayır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan hakimiyyəti “Qraparak” qəzetinə hücum edib. Buna səbəb qəzetin “Ordu-millət və qorxaqlar” adı ilə yayımladığı müsahibədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2017-ci ilin 9 ayı – yanvar-sentyabr ərzində Ermənistan ordusu 56 itki verib. Bu barədə Helsinki Vətəndaş Cəmiyyətinin Ermənistan bürosunun məlumatında deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidenti Serj Sarkisyan gizli şəkildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib. Sarkisyan Xankəndində qondarma rejim tərəfindən qəbul edilib.

Məlumata görə, Ermənistan prezidenti Azərbaycanla təmas xəttində vəziyyəti öyrənmək üçün hərbiçilərlə müşavirə keçirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İran, Yaxın Şərq

Avropa İttifaqı Fəthullahçı Terror Təşkilatını” (FETÖ) terror təşkilatı olaraq görmədiyini açıqlayıb. Bu haqda Avropa İttifaqının Terrorla Mübarizə üzrə koordinatoru Gilles de Kerçov bildirib.

Onun sözlərinə görə, qurumun mövqeyinin dəyişməsi üçün “sağlam” bir dəlilə ehtiyac var. Gilles de Kerçov 2016-cı il iyulun 15-də FETÖ üzvlərinin istifadə etdiyi “ByLock” mobil əlaqə proqramının dəlil olaraq kifayət etmədiyini vurğulayıb.

“ABŞ tərəfindən PYD-yə verilən silahlar toplanmalıdır”. Bunu Türkiyə və ABŞ prezidentləri arasındakı son telefon söhbətini şərh edən Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib.

Xatırladaq ki, noyabrın 24-də ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. Telefon söhbətində Suriya da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyət və ikitərəfli münasibətlər, həmçinin ABŞ-ın YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) silah dəstəyi müzakirə edilib.

Telefon söhbətindən sonra açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Tramp YPG-yə artıq silah verilməməsi barədə təlimat verib.

Qeyd edək ki, Türkiyə PYD-ni terror təşkilatı kimi tanıyır. ABŞ-ın bu təşkilata hərbi dəstəyi Ankara-Vaşinqton arasında gərginliyin zaman-zaman yüksəlməsinə səbəb olub.

ABŞ İŞİD-lə mübarizə məqsədilə kürd döyüşçülərdən ibarət Suriya Demokratik Qüvvələrinə silah verir. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb. Pentaqonun rəsmi nümayəndəsi Robert Menninq brifinq zamanı bunu təsdiqləyib və əlavə edib: “Məqsəd İŞİD-in bir daha Suriya torpaqlarına daxil olmamasıdır. ABŞ hazırda Suriyadakı kürd dəstələrinə silah yardımına davam edir”.

Pentaqonun YPG ilə əməkdaşlığı davam etdirməsi haqda yaydığı açıqlama gündəmimizdədir. Bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“ABŞ-ın bu addımı Türkiyə Milli Təhlükəsizlik Şurasında müzakirə ediləcək”, - Kalın bildirib.

ABŞ Müdafiə Nazirliyinin YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) verilmiş silahlarla əlaqədar bəyanatı Türkiyənin sərt etirazına səbəb olub. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Pentaqonun bəyanatına cavab verib.

“Milli təhlükəsizliyimizə nəyin təhdid olduğuna başqaları deyil, Türkiyənin özü qərar verir. YPG-dən silahların toplanacağı barədə bəyanat konkret şəklə gətirilməlidir”, - o bildirib.

Qeyd edək ki, Pentaqon Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaratmayan silahların YPG-dən toplanmayacağını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla son telefon söhbəti zamanı YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü –red.) silah çatdırılmasının dayandırılacağına dair söz versə də, terror təşkilatının silah tədarükü davam edəcək. ABŞ 2018-ci ildə İŞİD-lə mübarizəyə 500 milyon dollar ayrılacaq, YPG-yə isə 5 min AK-47 avtomat silahı çatdırılacaq.

ABŞ-ın YPG-yə verəcəyi silahlar ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən ictimaiyyətə açıqlanmasa da, Pentaqona yaxın hərbi nəşr “Military Times” (MT) siyahını dərc edib. MT-nin siyahısına görə, YPG-nin əsasını təşkil etdiyi “Demokratik Suriya Güçlərinə” ABŞ tərəfindən bu silahlar veriləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Afrindən bir təhdid olacağı halda, tərəddüdsüz ora daxil olub təmizləyərik”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İngiltərənin həftəlik “Economist” jurnalı Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin çatdırılması ilə bağlı razılaşmanı tənqid edib. Nəşr razılaşmanın Türkiyəyə qarşı sanksiyalarla nəticələnə biləcəyini bildirib.

“Economist” məqaləni S-400-lərin çatdırılması ilə bağlı sentyabr ayında əldə olunan razılaşmadan sonra Türkiyənin “Anadolu” agentliyinin dərc etdiyi bir infoqrafiki xatırlatmaqla başlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rza Zərrab davası Türkiyəyə qarşı təşkil edilən sui-qəsddir. Bunu 24 TV-yə müsahibəsində Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ söyləyib.

“Rza Zərrab işinin Türkiyəyə qarşı sui-qəsd olduğu tam aydındır. Bu işdə heç bir sübut yoxdur. FETÖ terror təşkilatı ABŞ-la əməkdaşlıq edir və onların hədəfi Türkiyədir”, – deyə o bildirib.

Qeyd edək ki, əslən azərbaycanlı olan Rza Zərrab ABŞ-da həbsdədir. O, İrana qarşı embarqonun pozulmasında, korrupsiyada və çirkli pulların yuyulmasında ittiham edilir.

Noyabrın 29-da ABŞ-da həbsdə olan türkiyəli iş adamı Rza Zərrab və "Xalqbank"ın rəhbərlərindən olan Mehmet Hakan Atillanın məhkəmə prosesi ilə bağlı danışıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərdoğan sanksiyaları pozmadığını bildirib.

“Məhkəmə prosesində hansı qərar çıxırsa-çıxsın, biz doğru şeyləri etdik, sanksiyaları pozmadıq. Biz ABŞ qarşısında bu məsələdə hər hansı öhdəlik götürmədik. Dünya təkcə ABŞ-dan ibarət deyil. İranla ticarət və enerji məsələlərində əməkdaşlığımız var”, - Türkiyə prezidenti deyib.

Qeyd edək ki, dünən keçirilən məhkəmə prosesində Rza Zərrab ittihamları qəbul edib. O, Mehmet Hakan Atillanın işində şahid qismində danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Noyabrın 30-da keçirilən məhkəmə prosesində Rza Zərrab rüşvət verdiyi məmurların siyahısını açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd etmiş FETÖ-nun “kassası” kimi tanınan iş adamı Məmduh Çıxmaz Türkiyəyə gətirilib. FETÖ-nun pul dövriyyəsində mühüm rol oynayan Çıxmazın MİT-in keçirdiyi əməliyyatla Sudandan gətirildiyi bildirilib.

Türkiyədə HDP-nin sabiq rəhbəri Səlahəddin Dəmirdaş azadlığa çıxıb. Məhkəmə onun barəsində bəraət qərarı verib.

Dəmirdaş 2015-ci il iyulun 7-də Sancaqtəpədə mitinqdə çıxışına görə 3 il həbs cəzasına məhkum edilmişdi. Ona “xalqı kin və düşmənçiliyə təhrik etmə” maddəsi ilə ittiham irəli sürülmüşdü.

2017-ci ildə London Sülh və İqtisadiyyat İnstitutunun məlumatına görə, Gürcüstanda terror hücumlarının təşkili ilə bağlı ehtimal çox azdır. İnstitutun reytinqində Gürcüstan yalnız 77-ci yeri tutub. Azərbaycanın qonşusu, bu baxımdan, postsovet məkanının başqa dövlətləri ilə müqayisədə daha təhlükəsiz hesab olunur. Müqayisə üçün deyək ki, Ukrayna 17, Rusiya 33, Qazaxıstan isə 67-ci yerdədədir.

Bununla belə, təhlükəsiz Gürcüstan ötən həftə əsl şok keçirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya hökumətinin nümayəndələri Cenevrədəki danışıqlara getməkdən imtina edib. Bununla bağlı “Əl Vətən” nəşri Cenevrədəki diplomatik mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, prezident Bəşər Əsədin nümayəndələri son anda Cenevrədə təşkil olunan Suriya danışıqlarına qatılmayacaqlarını deyiblər.

Rusiyanın Soçi şəhərində baş tutacaq Suriya Milli Dialoq Konqresində PYD/YPG qruplaşması təmsil olunmayacaq. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat yayıb.

“Rusiya və İranla müzakirələr davam edir. Kürdlər müzakirədə olmalıdır, lakin terrorçular yox...”, - məlumatda bildirilib.

Bütün Qərb ölkələri, xüsusilə ABŞ, Böyük Britaniya və Almaniya PYD/PKK terrorçularına dəstək verir. ABŞ-ın Texas ştatı isə terrorçuların toplama düşərgəsi kimi fəaliyyət göstərir.

Türkiyə nəşrinin əldə etdiyi məlumata görə, Suriyada hələ də 7 mindən çox xarici döyüşçü var. Xarici döyüşçülərdən 3 tabor qurulub. Bunlar “Bob Crow”, “Defend Kürdistan” və “International” taborlarıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyadakı hərbi qruplaşmasının bir hissəsi bu ölkədən çıxamağa hazırlaşır. Bu haqda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrail “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini istifadəyə verib. İsrail ordusunun sözçüsünün məlumatında bildirilir ki, hazırlıq və sınaqlar təxminən 1,5 il davam edib.

Müdafiə sisteminin başlıca hədəfi İsrailin sahil sularını və Aralıq dənizindəki təbii qaz platformalarını qorumaqdır.

İsrailin növbəti müharibədə əsas hədəfi Hizbullah lideri Həsən Nəsrullah olacaq. Bu barədə İsrail ordusunun sözçüsü general Ronen Manelis deyib.

Onun sözlərinə görə, Livanla İsrail arasında baş verə biləcək müharibədə konkret qələbə olmayacaq: “Lakin Nəsrullahın hədəfdə olduğu aydındır”.

ABŞ prezidenti Donald Tramp bir neçə gün ərzində Qüdsü İsrail paytaxtı elan edəcək. Türkiyə KİV-I xəbər verir ki, bu haqda İsrail mediası yazıb.

Bəzi ərəb liderlərinin Vaşinqtona səfərləri “Qüds bazarlığı” kimi şərh edilir. Son olaraq İordaniya kralı Abdullah və Bəhreynin vəliəhd şahzadəsi Salman ibn Hamed Əl-Xəlifə ABŞ-a gedib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İranla imzalanan nüvə razılaşması pozulmaq təhdidi ilə üz-üzədir. Bunu Rusiyanın Beynəlxalq Məsələlər üzrə Şurasının iclasında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, Rusiya bu razılaşmaya çoxtərəfli qarşılıqlı fəaliyyətin konstruktiv nümunəsi kimi baxır.

Qeyd edək ki, İran nüvə razılaşmasının əsas əleyhdarı ABŞ hesab edilir. ABŞ-ın yeni rəhbərliyinin fikrincə, bu razılaşma Vaşinqtonun maraqlarına ziddir.

Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əmri ilə şahzadələrin ardınca kral ailəsinin qadın üzvlərinin də həbs edilməsinə başlanılıb. Onlar ayrı hotelə yerləşdirilib.

Əvvəlki kral Abdullah ibn Əbdüləzizin Fransaya sığınan oğlu Əbdüləzizdən başqa, bütün oğulları həbs edilmişdi. İndi isə kralın qızları həbs edilib.

ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri

2018-ci ildə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) əsas vəzifələrindən biri Rusiyaya strateji müqavimət göstərmək olacaq. Bu haqda ABŞ Müdafiə Nazirliyinin baş inspektorunun yeni məruzəsində deyilir.

“Rusiya ciddi nüvə arsenalına malikdir. Bundan başqa, adi silahları əhəmiyyətli dərəcədə inkişaf etdirib, quru, hərbi dəniz, hərbi hava, strateji və operativ güclərinin gücünü artırıb, assimetrik və qeyri-ənənəvi döyüş hərəkətlərinin aparılması üçün potensial yaradıb”, - sənəddə qeyd olunub.

Sənəddə Rusiyanın xarici siyasətinin, həmçinin Suriyadakı fəaliyyətinin analizinə xüsusi diqqət ayrılır.

"Amerika lideri Donald Trampın komandasının taktikası sabiq prezident Barak Obama administrasiyasının kursundan az fərqlənir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov İtaliyanın “Libero” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-ın indiki hakimiyyətinin bir çox hərəkətləri inersiya xarakteri daşıyır. Rusiyalı nazir qeyd edib ki, birtərəfli sanksiyalar genişləndirilir, raket hücumundan müdafiə əleyhinə qlobal planlar həyata keçirilir, həmçinin Rusiya sərhədlərinin yaxınlığında NATO və ABŞ-ın hərbi kontingenti yerləşdirilir.

Lavrov qeyd edib ki, ABŞ Avropadan Rusiyaya qarşı istifadə edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın xüsusi xidmət orqanları Moskvaya qarşı yeni sanksiyaların tətbiqinə hazırlıqla bağlı Avropa ölkələri və bir sıra başqa dövlətlərdə ABŞ-ın maliyyə kəşfiyyatının görünməmiş fəallığını qeydə alıb. Bu haqda şəxsi mənbələrə istinadən “Rosbalt” agentliyi bildirib.

Agentliyin məlumatına görə, söhbət on minlərlə rusiyalıdan, ilk növbədə dövlət şirkətlərinin işçiləri, məmurlar, onların yaxın və uzaq qohumlarından gedir. Vaşinqtonda onların bank hesabları, mülkləri və istənilən başqa aktivləri ilə maraqlanırlar.

Amerika maliyyə kəşfiyyatının fəallığı Rusiyanın ABŞ-dakı seçkiləri müdaxiləsinə dair Federal Təhqiqatlar Bürosunun (FTB) araşdırması və Senatın hazırladığı məruzə ilə birbaşa bağlıdır. Gözlənilir ki, iş bu ilin sonunda başa çatdıralacaq və araşdırmanın ilk nəticələri 2018-ci ilin fevralında açıqlanacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Maliyyə Nazirliyi Rusiyanın biznesmenlərinə və şirkətlərinə qarşı yeni sanksiyalar hazırlayır. Bu sözləri Ukrayna Xarici İşlər naziri Pavel Klimkin deyib.

O bildirib ki, Kiyev Rusiyaya qarşı sanksiyaların hazırlanmasında ABŞ Konqresi ilə əməkdaşlıq edir:

“Bu qanun layihəsi olduqca vacibdir. Sanksiyalar formal mahiyyət daşımır. Onlar həm də məntiqli qərarlardır”.

XİN rəhbəri əlavə edib ki, yeni sanksiya layihələri 2018-ci ilin yanvar ayının sonunda hazır olacaq.

Koreya böhranı

Rusiya Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə probleminin nizama salınmasının mərhələli planını təqdim edib. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini İqor Morqulov Seulda keçirilən “Valday” diskusiya klubunun sessiyasında deyib.

O bildirib ki, Rusiya ABŞ və KXDR-ı birbaşa hərbi münaqişənin qarşısını almaq üçün dialoqa çağırır. Onun sözlərinə görə, Moskva bunun üçün Pekinin dəstəyi ilə Şimali Koreyanın nüvə probleminin nizama salınmasının mərhələli planını təklif edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya Xalq Demokratik Respublikası (KXDR) bir il sonra nüvə silahının yaradılması üzrə işlərin tamamlandığını elan edə bilər. Bu haqda yarımadanın birləşməsi üzrə Cənubi Koreya naziri Ço Men Qen deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya noyabrın 28-də qitələrarası ballistik raket sınağını keçirib. Ölkənin dövlət televiziya kanalı “Hwasong-15” adlı raketin sınağının uğurla tamamlandığını bildirib.

ABŞ Müdafiə Nazirliyi raketin 1000 km uçduqdan sonra Yapon dənizinin Yaponiyaya aid olan hissəsinə düşdüyünü bildirib.

Şimali Koreya yaxın vaxtlarda nüvə yükünü daşıya və ABŞ-ın istənilən nöqtəsinə çata bilən qitələrarası ballistik raketləri (MBR) silahlanmaya daxil edə bilər. Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik, “Arsenal oteçestva” jurnalının baş redaktoru Viktor Muraxovskiy deyib.

“Raket sınağının yalnız xarici xarakteristikasına malikik. Raketin qitələrarası, yoxsa orta mənzilli raket olduğunu birmənalı iddia etmək çətindir. Amma heç kim şübhələnmir ki, Koreya Xalq Demokratik Respublikası qitələrarası uzunmənzilli raketi yaxın vaxtlarda silahlanmaya daxil edəcək”, - Muraxovskiy qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Pxenyan, həmçinin Vaşinqtonun iddiasına görə, “Xvason-15” qitələrarası ballistik raketi ABŞ-ın istənilən nöqtəsinə nüvə hərbi yükünü çatdırmağa qadirdir. ABŞ, Yaponiya və Cənubi Koreyanın ilkin hərbi analizinə əsasən, raket öz xarakteristikalarında bütün əvvəlki modifikasiyaları üstələyir.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) bəyanatına qədər Yaponiya və ABŞ-ın hərbi ekspertləri bəyan etdilər ki, raket qitələrarasıdır və 13 min kilometr məsafəni qət edərək Vaşinqtona çata bilər. “Xvason-15” iyulda sınaqdan keçirilmiş “Xvason-14”-ün daha müasir modifikasiyasıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya bütün sivil dünya üçün təhlükədir. Bunu Ağ evin mətbuat katibinin müavini Rac Şah iddia deyib.

"KXDR tərəfindən təhlükə olduqca ciddidir. Bu, təkcə Birləşmiş Ştatlar və ya Koreya yarımadası üçün təhlükə deyil, həm də bütün dünyaya təhlükədir", - deyə TASS onun sözlərini sitat gətirib.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert dünyanın bütün ölkələrini Şimali Koreyadakı səfirlərini geri çağırmağa səsləyib. “Bütün ölkələr KXDR-ə qarşı iqtisadi və diplomatik təzyiqləri gücləndirməlidir", - deyə RİA "Novosti" onun sözlərini sitat gətirib. O həmçinin bütün ölkələri əmək haqları "raket proqramları üçün istifadə olunan" Şimali Koreya miqrantlarını öz ərazisindən xaric etməyə çağırıb.

ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli dünya ölkələrini Şimali Koreya ilə ticarət münasibətlərinin dayandırılması və şimali koreyalı işçilərin dövlətdən xaric edilməsi də daxil olmaqla bütün əlaqələri kəsməyə çağırıb. Bunu o, BMT Təhlükəsizlik Şurasının təcili iclasında deyib.

Heyli həmçinin KXDR-i BMT-dəki səs hüququndan məhrum etməyə səsləyib.

“Biz heç vaxt Şimali Koreya ilə müharibə axtarmamışıq və indi də axtarmırıq. Əgər müharibə başlasa, bu, dünən baş verən aqressiya aktlarının davam etməsi ucbatından olacaq. Əgər müharibə başlasa, Şimali Koreya rejimini tam məhv edəcəyik”, - deyə o bildirib.

“2018-ci ildə qlobal müharibə ehtimalı çox yüksəkdir. İki regiondakı gərginlik qlobal müharibəyə keçə bilər”. Bu xəbərdarlıqla İsveçrənin “Le Temps” nəşrinin siyasi müşahidəçisi, keçmiş səfir Fransua Nordmann çıxış edib.

Keçmiş diplomat Londondakı Beynəlxalq Strateji Tədqiqatlar və Silahsızlaşdırma İnstitutunun nüvə silahının yayılmaması proqramının direktoru Mark Fitspatrikanın fikirlərini xatırladıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya Xalq Demokratik Respublikası (KXDR) danışıqların başlanması üçün onun nüvə dövləti kimi tanınmasını tələb etmir. Bunu KXDR-ə səfərin nəticəsinə görə Rusya Dövlət Dumasının deputatı Vitali Paşin “RİA-Novosti” agentliyinə bildirib.

Paşinin sözlərinə görə, Pxenyan ümumiyyətlə danışıqlara hazırdır və hansı statusda olmasının əhəmiyyəti yoxdur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) Qorlovka rayonunun iki kəndinin Ukrayna Silahlı qüvvələri tərəfindən tutulmasına simmetrik cavab verəcək. Bu haqda atəşkəs rejiminin koordinasiyası üzrə “DXR”-in nümayəndəsi Ruslan Yakubov jurnalistlərinə bildirib.

Onun sözlərinə görə, “respublika” öz silahlı qüvvələrini təkmilləşdirməklə məşğuldur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna dövlət kimi yalnız Rusiya ilə birgə mövcud ola bilər. Bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib.

“Kiyev əvvəl-axır anlamalıdır ki, Avropada heç kimə lazım deyil. Müəyyən edilmiş şərtlər altında onu burada udacaqlar. Bütün tarixi və geosiyasi faktorlar bağırırlar ki, Ukrayna dövlət kimi yalnız Rusiya ilə birgə olduqda yaşaya bilər”, - deyə o bildirib.

Donbas münaqişəsinin nizama salınma üzrə Minsk razılaşmaları özünü bitirib, onların yerinə yeni razılaşmalar imzalanmalıdır. Bunu Ukrayna Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Nazirin sözlərinə görə, Qərb ölkələri Kiyevə vulqar şəkildə “atıblar". “Qərb dünyası Ukraynanı aldatdı. Bu doğrudur. Budapeşt Memorandumu nüvə potensialının ötürülməsi əvəzində Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə zəmanət verir. NATO ilə dəstək proqramına, sanksiyalara görə çox sağ olun, lakin Ukraynanı çox pis aldadıblar”, – deyə o bildirib.

Ukrayna yaxın gələcəkdə Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı referendumlar keçirəcək. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Biz avroatlantik inteqrasiya kursuna sadiqliyimizi saxlayırıq. Hətta şübhələnməyin ki, Ukrayna yaxın gələcəkdə NATO və Avropa İttifaqına üzvlük üzrə referendum keçirəcək”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Ukrayna Ali Radası bloklara qoşulmamaq siyasətindən imtinanı nəzərdə tutan qanun layihəsini qəbul edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Digər ölkələr

Pakistanın ədliyyə və qanunvericilik naziri Zahid Həmid paytaxt İslamabadda dini fəalların etirazları fonunda istefa verib. Yerli “Express Tribune” nəşrinin məlumatına görə, Zahid Həmid istefa ərizəsində bildirib ki, qərar ölkənin yaranmış kritik vəziyyətdən çıxarılması üçün qəbul edilib.

Şəxsi mənbələrə istinadən “Geo TV” telekanalı xəbər verir ki, dini fəallar ədliyyə nazirinin istefasından sonra etiraz aksiyasını dayandırmaq barədə razılaşıblar.

Türkiyənin “Yeni Şəfəq” nəşri isə Pakistandakı etiraz aksiyaları ilə bağlı maraqlı bir iddia səsləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm