Fəlakətə qalan 2 SAAT, sülhün yeganə YOLU... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Fəlakətə qalan 2 SAAT, sülhün yeganə YOLU... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan parlamenti Rusiyanın İrəvana 100 milyon dollarlıq kredit verməsi haqqında müqaviləni təsdiqləyib. Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə prezident seçkilərində iştirakını rəsmən elan edib. ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair qərarını bu gün rəsmən açıqlayacaq. Ukrayna paytaxtında vəziyyət gərgin olaraq qalır.

Vyanada Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunur.

Qeyd edək ki, bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın görüşü gözlənilir. Həmsədrlərin iştirak edəcəyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi, prezidentlərin növbəti görüşü ilə bağlı məsələsi müzakirə olunacaq.

Hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısında iştirak etmək üçün Vyanada səfərdədir.

Ermənistan parlamenti Rusiyanın İrəvana 100 milyon dollarlıq kredit verməsi haqqında müqaviləni təsdiqləyib. Müqaviləyə parlamentin 92 deputatı səs verib.

Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan bildirib ki, Ermənistana gətiriləcək hərbi təyinatlı məhsullar tamamilə yenidir. Nazir müavini əlavə edib ki, təchizatlar Ermənistanın təhlükəsizliyinin səviyyəsini artıracaq və ölkənin silahlı qüvvələrinin potensialını gücləndirəcək. Onun sözlərinə görə, söhbət “regional əhəmiyyət” daşıyan silah növlərindən gedir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ ilə işbirliyi edib məhkəmədə şahid qismində iştirak edən azərbaycan əsilli iş adamı Rza Zərrab istintaq zamanı azadlığa çıxmaq üçün yalan söylədiyini etiraf edib. R.Zərrab hakimin apardığı sorğunun ardınca “Xalqbank”ın keçmiş sədrinin köməkçisi Mehmet Hakan Atillanın vəkili tərəfindən bir daha sorğuya çəkilib.

Vəkil R.Zərrabın həbsxanada olan zaman telefon zənglərini təkrar dinlədib və oradakı sözləri istifadə edib-etmədiyini soruşub. Zərrab isə telefon zənglərini etdiyini təsdiqləyib və həbsdən qurtulmaq üçün ən yaxşı yolun yalan söyləmək olduğunu bildirib.

O, FTB-nin onu necə yönləndirdiyini də açıqlayıb. Belə ki, Rza Zərrab ABŞ ilə işbirliyinə girmədən öncə 12 dəfə hakimlər və FTB ilə görüşüb.

ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair qərarını bu gün rəsmən açıqlayacaq. Ağ Evin mətbuat xidmətindən yayılan məlumata əsasən, Donald Tramp 6 dekabr tarixində Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıdığına dair bəyanat verəcək.

Trampın müvafiq bəyanatı bu gün Bakı vaxtı ilə saat 22.00-da səsləndirəcəyi bildirilir.

Xatırladaq ki, Tramp daha əvvəl dekabr ayının 5-də rəsmi qərarı elan edəcəyini bildirmişdi. Bundan əlavə o, İsraillə Fələstin arasında ən ciddi mübahisələrdən biri Qüdslə bağlıdır. Hər iki ölkə bu şəhəri müqəddəs sayır və paytaxtı hesab edir.

Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı bu gün veriləcəyi nəzərdə tutulan bəyanata sərt reaksiya verib. Baş nazir bunun qeyri-qanuni olduğunu bildirib.

“Bu qərar özü ilə yeni dinlərarası qarşıdurma gətirəcək. Qüds islam dünyası üçün müqəddəs bir şəhərdir. Biz qərarın mümkün qədər tez yenidən nəzərdən keçirilməsini istəyirik. Yanlış qərarlar düzəldilməsi mümkün olmayan nəticələrə səbəb olacaq”, - Türkiyə hökumətinin başçısı xəbərdarlıq edib.

Onun sözlərinə görə, sülhə nail olmağın yeganə yolu İsrailin 1960-cı il sərhədlərinə geri çəkilməsidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Qüds Məkkə və Mədinədən sonra müsəlmanların dəyər verdiyi üçüncü şəhərdir. Qüds müsəlmanların ilk qibləsi və ortaq dəyəridir”. Bunu ABŞ prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı bu gün veriləcəyi nəzərdə tutulan bəyanatını şərh edən Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib ki, təşkilata üzv ölkələr Qüds zirvəsinə toplaşacaq.

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili axtarışa verilib. Bu haqda Ukraynanın Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan bildirib.

“Saakaşvilinin axtarışı elan edilib. Axtarışın aparılması Milli Polis və Ukrayna Təhlükəsizlik Xidmətinin operativ bölmələrinə tapşırılıb”, - mətbuat katibi “Tvitter”dəki mikrobloqunda yazıb.

ABŞ-ın rəsmi olaraq Qüdsü İsrailin paytxatı kimi tanıması Yaxın Şərqi narahat edir. Son günlərdə dünya mediasının gündəmini zəbt edən bu mövzuya Roma Papası da fikir bildirib.

Roma papası Birinci Fransisk ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından narahatlığını bildirib və Donald Trampı Qüdsə toxunmamağa çağırıb.

Vatikanda keçirilən qəbul zamanı Roma Papası bu məsələnin ciddi problemlərə yol açacağını da vurğulayıb:

"ABŞ-ın Qüdsü paytaxt olaraq tanıma iddiaları gərginliyi artıracaq. Donald Trampın Qüdsü paytaxt kimi tanımaq və ABŞ səfirliyini buraya köçürmək planları isə Yaxın Şərq ölkələri ilə ABŞ arasında ciddi problemlərə yol aça bilər. ABŞ bu məsələdə geridə durmalıdır".

“İslam dünyası Qüdsün sionist rejimin paytaxtı olması planı qarşısında duracaq”. Bunu İranın ali lideri ayətullah Əli Xamenei bu gün hökumət nümayəndələri, 31-ci İslami Vəhdət Konfransında iştirak edən xarici qonaqlar, müsəlman ölkələrinin səfirləri və ictimaiyyət təmsilçiləri ilə görüşündə çıxışı zamanı deyib.

Ayətullah Xamenei bildirib ki, islam düşmənlərinin Qüdsü sionist rejimin paytaxtı elan etməsi onların acizliyi və gücsüzlüyünün göstəricisidir: “İslam dünyası heç şübhəsiz, bu çirkli planın qarşısında duracaq və sionistlər daha böyük zərbə görəcək. Əziz Fələstin heç şübhəsiz, sonda azad olunacaq”.

Prezident Bəşər Əsədin Suriya ilə bağlı sülh müzakirələrində iştirakı olduqca önəmlidir. Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson Brüsseldə çıxışı zamanı deyib.

“Suriya hökuməti nümayəndələrinin və Əsədin Cenevrə sülh müzakirələrinə qatılmasının önəmli olduğunu Rusiya tərəfinə bildirdik. Hakimiyyətdə olduğu müddətcə onun toplantılarda birbaşa iştirakı mühüm əhəmiyyət kəsb edir”, - Tillerson bildirib.

O əlavə edib ki, yalnız Rusiya Əsədi müzakirə masasına əyləşdirə bilər.

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə prezident seçkilərində iştirakını rəsmən elan edib. Putin bu haqda Nijni-Novqorodda “QAZ” avtomobil zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib.

“Bəli, mən Rusiya Federasiyasının prezidenti postuna namizədliyimi irəli çəkəcəyəm”, - Putin deyib.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək.

Ukraynanın hüquq-mühafizə orqanları Mixail Saakaşvilinin həbsi üçün xüsusi əməliyyat hazırlayırlar. Bu barədə məlumatı TASS agentliyi yayıb.

“Xüsusi əməliyyat hazırlanır. Böyük sayda qüvvə və texnikadan istifadə ediləcək. Bu say Saakaşvilinin Kiyevdəki mənzilində aparılan əməliyyatdan çox olacaq. Hələlik əməliyyatın tarixi bilinmir”, – deyə agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, Saakaşvili dünən Ukrayna hüquq-mühafizə orqanları tərəfindən həbs edilsə də, sonradan tərəfdarlarının yardımı ilə azadlığa çıxmışdı.

ABŞ-ın Hərbi-Hava Qüvvələrinin B-1B “Lancer” strateji bombardmançıları çərşənbə günü Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreyanın sərhədində yerləşən poliqonda aviazərbələr endirib. “F-22 “Raptor” qırıcılarının müşayiəti ilə bir neçə B-1B “Lancer” strateji bombardmançısı Şimali Koreyanın raket və nüvə provokasiyalarına sərt cavab vermək qabiliyyətini və müttəfiqlərin qətiyyətini nümayiş etdirib”, - Cənubi Koreya Baş qərargahının xəbərində deyilir.

Məlumata görə, təlimlərdə həmçinin Cənubi Koreya Hərbi-Hava Qüvvələrinin F-15Ks və KF-16s qırıcıları iştirak edib.

Bombardman Cənubi Koreya ilə ABŞ-ın birgə keçirdiyi “Vigilant ACE 18” genişmiqyaslı manevrlərinin bir hissəsi idi. Təlimlərə tarixdə ilk dəfə beşinci nəsil qırıcıları cəlb edilİb.

Qeyd edək ki, B-1B “Lancer” bombardmançıları nüvə silahları da daşıya bilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm