İşğalın qarşısını alacaq VASİTƏ, 2018-ci il yanvarın SONUNDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İşğalın qarşısını alacaq VASİTƏ, 2018-ci il yanvarın SONUNDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib. Vladimir Putin Rusiya qoşunlarının Suriyadan çıxarılması barədə əmr verib. ABŞ-ın Hərbi-Hava Qüvvələrinin mərkəzi komandanlığının nümayəndəsi Moskvanı Rusiya təyyarələrini vurmaqla hədələyib. Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyevdə hakim qarşısına çıxarılıb.

Hazırda İmralı adasında həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalan Türkiyədə hərbi çevrilişə cəhdin olacağını bir il əvvəldən bilirdi. Bunu Ədalət və İnkişaf Partiyasının (AKP) Mardindən olan millət vəkili Orhan Miroğlu qonağı olduğu bir teleproqramda deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Suriya üzərində Rusiya təyyarələrinin vurula biləcəyi barədə Pentaqonun nümayəndəsinin bəyanatı çox təhlükəlidir. Bu “özünüz getməsəniz, vurub çıxardacağıq” şəklində son xəbərdarlıqdır”.

Bunu ABŞ-ın Hərbi-Hava Qüvvələrinin mərkəzi komandanlığının nümayəndəsi Demyen Pikartın bəyanatını şərh edən siyasi ekspert Aleksandr Neykropnıy “Planet Today” portalında yazıb.

Aleksandr Neykropnıy hesab edir ki, ABŞ Suriyada Rusiya qoşunlarına hücüm etməyə səylə hazırlaşır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib. V. Putini Xmeymim aviabazasında Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı Sergey Surovikin qarşılayıb.

Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılmasına başlanması barədə əmr verib. Suriyaya səfər edən V. Putin bu haqda Xmeymim hərbi bazasında hərbçilər qarşısında çıxışında bəyan edib.

"Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsini əmr edirəm", - deyə Vladimir Putin çıxışında bildirib.

Putin Rusiya hərbçilərinin Suriyadan vətənə qələbə ilə döndüyünü vurğulayıb: "Bundan sonra terrorçular Suriyada başlarını qaldırsalar, onlara yenidən zərbələr endirəcəyik".

Qeyd edək ki, Rusiya Hava Kosmik Qüvvələri 2015-ci ilin sentyabrın 30-dan Suriyada terrorçulara qarşı əməliyyatlarda iştirak edir. 2016-cı ilin martında Rusiya prezidenti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiklərinə görə Hava Kosmik Qüvvələrinin böyük hissəsinin çıxarılması haqqında qərar verib. Bununla belə, Rusiya Suriya hakimiyyətinə silahlı və hərbi texniki yardım göstərməyi dayandırmayıb.

Suriyada Rusiyanın Hmeymim aviabazası, Tartus limanında Hərbi Dəniz Donanmasının maddi-texniki təminat məntəqəsi fəaliyyət göstərir.

Suriya prezidenti Bəşər Əsəd Vladimir Putinlə görüşü zamanı Rusiya ordusuna İŞİD-lə mübarizəyə görə təşəkkür edib: “Əldə edilən uğurlar bizim üçün çox əhəmiyyətli və çox vacibdir. İŞİD-in məhvi çox vacibdir. Biz bunun öhdəsindən gəldik. İŞİD üzərində qazanılan qələbə təkcə bizim dövlətə yox, qonşu dövlətlərə də təsir edib”.

“Suriyanı tərk edəcək Rusiya hərbi qulluqçularının bir hissəsi yəqin ki, Ukraynanın şərqində döyüş əməliyyatları zonasında olacaq”. Bu haqda “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukrayna Ali Radasının (“Xalq cəbhəsi” fraksiyası) üzvü Dmitri Tımçuk deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ukrayna ABŞ-dan “Cavelin” tank əleyhinə raket komplekslərini alarsa, Ukrayna Silahlı qüvvələri Donbasda müdafiə xəttini möhkəmləndirə bilər”. Belə bəyanatla ABŞ-ın müdafiə nazirinin köməkçisinin sabiq müavini Maykl Karpenter çıxış edib.

Onun sözlərinə görə, əks təqdirdə Rusiya bütün Ukraynanı tuta bilər.

“ABŞ Ukraynaya “Cavelin” tank əleyhinə raket komplekslərini verərsə, vəziyyət başqa cür görünəcək. Rusiya müdafiə xəttini keçə bilməyəcək. Biz Ukrayna əsgərlərinə öz torpaqlarını müdafiə etməyə kömək etməliyik. Biz bunu etməsək, Rusiya sadəcə bütün Ukraynanı tutacaq. O heç bir məhdudiyyət və sərhəd tanımayacaq”, - Karpenter bildirib.

O əmindir ki, “Cavelin”i Ukraynaya verməklə Birləşmiş Ştatlar düzgün qərar qəbul etmiş olacaq.

Bu gün Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyevin Peçerski rayon məhkəməsinə çıxarılıb.

Saakaşvili bildirib ki, barəsində həbs qəti-imkan tədbiri seçilərsə, aclıq aksiyasını davam etdirəcək. Onun sözlərinə görə, ozünü hərbi əsir heasab edir. Saakaşvili ona təqdim edilmiş ittihamları “çirkli” adlandırıb.

Qeyd edək ki, Saakaşvili dekabrın 8-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Keçmiş prezident cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində ittiham olunur. Saakaşvili Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yaxın ətrafı tərəfindən maliyyələşmədə şübhəli bilinir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm