Hər an başlayacaq MÜHARİBƏ, sensasiyalı SUİ-QƏSDLƏR… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Hər an başlayacaq MÜHARİBƏ, sensasiyalı SUİ-QƏSDLƏR… - GÜNÜN SİYASİ XÜLASƏSİ

2017-ci ilin 11 ayı ərzində Ermənistan ordusu 52 itki verib. Türkiyə Suriya Milli Dialoq Konqresində kürdləri təmsil edənlərin siyahısını Rusiyaya verib. Rəsmi Vaşinqton Suriya prezidenti Bəşər Əsədi 2021-ci ilədək hakimiyyətdən uzaqlaşdırmaq niyyətində deyil. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva regionunda genişmiqyaslı terror aktları həyata keçirməyi planlaşdıran kamikadzelər qrupunu zərərsizləşdirib.

Dekabrın 20-də Bakıda Azərbaycanın, İranın və Rusiyanın xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüşdə üçtərəfli əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə ediləcək.

2017-ci ilin 11 ayı ərzində Ermənistan ordusu 52 itki verib. İitkilərin 22-si atəşkəs rejimini pozan zaman Azərbaycan ordusunun cavab atəşi nəticəsində baş verib.

Yerdə qalan 30 itki isə erməni hərbi birləşmələrinin daxilində baş verən hadisələr zamanı - qeyri-qanuni münasibətlər, sağlamlıq problemləri, bədbəxt hadisələr, əsgər yoldaşı tərəfindən vurulma, intihar və s. hallarda qeydə alınıb.

Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, vəziyyət çox həyəcanlıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

FETÖ-nun sui-qəsd qrupları sensasiyalı planlar qurub. Bu barədə türkiyəli keçmiş hərbi prokuror Əhməd Zəki Üçox danışıb. Keçmiş hərbi prokurorun sözlərinə görə, FETÖ həmin sui-qəsd qruplarına Makedoniya və Kosovoda təlim keçib.

“Siyasət adamlarına, əhəmiyyətli qeyri-hökumət təşkilatlarının nümayəndələrinə, din adamlarına, idman rəhbərlərinə, sənətçilərə qarşı hücumlar həyata keçiriləcək. Bildiyim qədəri ilə qarşıdakı bir neçə ay ərzində bunlar baş tutacaq”, - ekspert deyib.

Qeyd edək ki, Əhməd Zəki Üçox bir qədər əvvəl də FETÖ-nun xarici əks-kəşfiyyat idarələri nümayəndələrinin də iştirakı ilə Kosovada yerləşən fermada sui-qəsdçilərə təlim keçdiyini bildirmişdi.

“YPG-nin (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) Suriya Xalqları Konqresində olmasına İran da qarşıdır. Biz kürdləri təmsil edənlərin siyahısını Rusiyaya vermişik”. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu NTV telekanalının efirində deyib.

“YPG kürdlərin tək təmsilçisi deyil, hətta çox az hissəsini təmsil edir. İnsanları məcburi şəkildə silahlı güclərinə daxil edilməsinə baxmayın, hazırda Suriya torpaqlarının 20 faizinə YPG nəzarət etdiyi halda, kürdlər bu torpaqlara dönə bilmir. Biz kürd qardaşlarımıza qarşı deyilik, onların yanındayıq”, - Türkiyənin xarici işlər naziri bildirib.

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirməyi planlaşdırdığı Afrin əməliyyatına toxunan Çavuşoğlu bildirib ki, Afrinə girmək üçün orada hansısa ölkənin hərbçilərinin olub-olmaması şərt deyil.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Bəşər Əsədin Suriyanı birləşdirə bilməyəcəyini düşünürük”. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu NTV telekanalının canlı efirində deyib.

“Rejim və müxalifət qruplarının bir uzlaşma əldə etməsi önəmlidir. Amma Bəşər Əsədin Suriyanı birləşdirə bilməyəcəyini düşünürük. Eyni zamanda, Əsədin bir keçid hökumətində Suriyanı seçkilərə hazırlaya bilməyəcəyini düşünürük”, - o bildirib.

Xatırdadaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 22-də Soçidə Rusiya və İran prezidentləri ilə üçtərəfli görüşdən sonra Suriya lideri Bəşər Əsədlə əməkdaşlığın bərpasını istisna etmədiyini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putinin Rusiya Silahlı qüvvələrinə Suriyadan çıxması ilə bağlı əmr verməsi Türkiyənin Afrinə hücumunu tezləşdirə bilər. 2012-ci ildən bu yana PYD-nin (PKK terror təşkilatının Suriya qanadı - red.) nəzarətində olan Afrində hazırda 300-dən çox Rusiya hərbçisi var.

Türkiyə üçün ən böyük təhdid mərkəzi olan Afrindən Rusiya hərbçilərinin çəkilməsi Türkiyənin bütün hazırlıqlarını tamamladığı Afrin əməliyyatı üçün son mərhələ olaraq qiymətləndirilir. Məlumata görə, Putinin Rusiya qüvvələrinin Suriyadan çəkilməsi ilə bağlı verdiyi qərarın arxasında İran, Türkiyə və Rusiyanın əməkdaşlığı ilə yaradılacaq birgə güc layihəsi dayanır.

Türkiyə KİV-inin yazdığına görə, prezident Rəcəb Tayyib Ərdoğanın “bir gecə qəfil gələ bilərik” sözləri ilə xəbərdarlığını etdiyi Afrin əməliyyatı hər an başlaya bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rəsmi Vaşinqton Suriya Prezidenti Bəşər Əsədi 2021-ci ilədək hakimiyyətdən uzaqlaşdırmaq niyyətində deyil. "The New Yorker" jurnalının avropalı və amerikalı rəsmilər arasında olan mənbələrinin ötürdüyü məlumata əsasən, Donald Tramp administrasiyası Suriyada 2021-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər Prezident Bəşşar Əsədin hakimiyyətini qəbul etməyə hazırdır.

"Bu qərar hər dəfə Əsədin istefasının sülh yolu ilə nizamlanmanın əsas elementlərindən biri olmasının zəruriliyini vurğulayan ABŞ-ın geriyə addım atmasıdır", - nəşr vurğulayıb.

Məqalədə bildirilir ki, Moskvanın Bəşər Əsədi hava dəstəyi ilə təmin etməsi dönüş nöqtəsi olub və Suriya prezidentinin hakimiyyətini qorumasına imkan verib.

Jurnalın mənbələrinin məlumatına görə, ABŞ rəsmiləri həmçinin B.Əsədin 2021-ci ildə Suriyada keçiriləcək seçkiləri də bu və ya digər yolla qazanacağından və hakimiyyətdə qalacağından narahatdır.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva regionunda genişmiqyaslı terror aktları həyata keçirməyi planlaşdıran kamikadzelər qrupunu zərərsizləşdirib. Bu haqda Milli terrorçuluğa qarşı komitənin sədri Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, terror aktlarının Yeni il və prezident seçkiləri (2018-ci ilin martında – red.) ərəfəsində həyata keçirilməsi planlaşdırılırdı. Bortnikov qeyd edib ki, qrupun tərkibinə Mərkəzi Asiyadan gəlmələr daxil idi.

Terrorçulardan əldəqayırma partlayıcı qurğular, həmçinin odlu silah-sursatlar götürülüb. FTX həmçinin terror aktlarında istifadə ediləcək vasitələrinin istehsalı üzrə laboratoriyanı məhv edib.

“2014-cü ildə ölkənin sabiq prezidenti Viktor Yanukoviç ölkəyə qayıdacağı halda, öz vəzifələrini icra edərdi”. Bunu Ukraynanın keçmiş baş naziri Arseniy Yasenyuk ölkənin sabiq prezidenti Viktor Yanukoviçlə bağlı keçirilən məhkəmədə deyib.

O bildirib ki, ölkə konstitusiyasında “prezidentin itdiyi” halda parlamentin hərəkətlərinin proseduru nəzərdə tutulmayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm