Ən böyük ZƏRBƏNİN TARİXİ, müharibə ANONSU… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ən böyük ZƏRBƏNİN TARİXİ, müharibə ANONSU… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyədə dövlətin rəhbər şəxslərinə sui-qəsd hazırlayan İŞİD-çi ələ keçirilib. ABŞ 2018-ci il fevralın ilk günlərində Rusiyaya qarşı sanksiyaların növbəti paketini elan edəcək. ABŞ prezidenti Donald Tramp bu gün ölkənin milli təhlükəsizlik strategiyasını təqdim edəcək. Sona yaxınlaşmaqda olan 2017-ci ildə dünyanın müxtəlif regionlarında qanlı münaqişələr davam edir. Bundan başqa, üfüqdə yeni müharibələr görünür. Səudiyyə Ərəbistanı və İran arasındakı siyasi gərginlik bütün sahələrdə özünü göstərir.

Ermənistanda prezident Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasında vəzifə bölgüsünə görə əldə olunan razılışma pozulandan sonra müharibə açıq müstəviyə keçir. 2018-ci ilin işğalçı ölkə üçün siyasi müstəvidə qanlı il olacağı gözlənilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Qarşımızda iki yol var: ya boyun əyəcəyik, ya da mücadilə edəcəyik. Biz mücadiləni seçdik”. Bunu Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan AKP-nin Karaman vilayəti üzrə bölməsinin qurultayında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyədə dövlətin rəhbər şəxslərinə sui-qəsd hazırlayan İŞİD-çi ələ keçirilib. İstanbul polisinin məlumatına əsasən, əslən Suriyadan olan bu şəxs 25 noyabr tarixində yaxalanıb.

Polis onun Türkiyədə təşkil edəcəyi sui-qəsdin baş tutmayacağı halda Avropaya gedəcəyi, burada baş konsulluq və konsulluqlarla bərabər, bir banka da hücum edəcəyini öncədən planlaşdırdığını bildirib.

Səudiyyə Ərəbistanı və İran arasındakı siyasi gərginlik bütün sahələrdə özünü göstərir. Səudiyyə Ərəbistanında hazırlanan İranla müharibə ssenarisinə cavab gecikməyib.

İranda Səudiyyə Ərəbistanının şəhərlərinin bombalandığını göstərən animasiya filmi hazırlanıb. Videoda məhv edilən bölgədə İsrail bayrağının olması diqqətdən qaçmayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ 2018-ci il fevralın ilk günlərində Rusiyaya qarşı sanksiyaların növbəti paketini elan edəcək. Bu haqda üç mənbəyə istinadən “İzvestiya” nəşri yazıb.

Sanksiyaların miqyası əvvəlkiləri gözəçarpacaq dərəcədə üstələyəcək. Mənbələr bildirirlər ki, söhbət Konqres tərəfindən qəbul edilmiş və 2017-ci il avqustun 2-də ABŞ prezidenti Donald Tramp tərəfindən bəyənilmiş 3364 saylı sanksiya qanununa (CAATSA) əlavələrdən gedir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şərqi Asiyada savaş başlasa, ABŞ Çin və Rusiyaya uduzacaq. Bu barədə informasiya RAND analitik təşkilatının “ABŞ-ın təhlükəli dünya qarşısındakı hərbi imkanları və gücləri” hesabatında yer alıb. Hesabata əsasən, ABŞ-ın hərbi xərclərinin hər iki ölkədən çox olması bu məğlubiyyətin qarşısını almaq üçün yetərli deyil:

“ABŞ-ın düşmənlərinə qarşı üstünlük qazanmasına imkan yaradan texnologiyalar artıq Çin ordusunda da var. Bu isə onun ABŞ əməliyyatlarına daha asan müqavimət göstərməsinə imkan yaradır. Çinin bu imkanlara sahib olması ABŞ-ın bölgədəki vəziyyətini çətinləşdirir və onun təhlükəsizliklə bağlı zəmanətlər verməsinin sorğulanmasına səbəb olur”.

Təşkilat, həmçinin, ABŞ-ın Rusiya ilə Baltikyanı regionu və Ukraynada da üz-üzə gələ bilmə ehtimalının olduğunu bildirib:

“Rusiya keçmiş SSRİ ölkələri olan Batikyanı dövlətlərinə müdaxilə etsə, NATO çətinliklərlə qarşılaşacaq. Rus ordusu müasir müdafiə sistemlərinə malikdir. NATO Rusiyanın hücumu zamanı Baltikyanı ölkələri qorumaq gücündə olmayacaq.

Ukrayna ilə Rusiya arasında yaşanan düşmənçiliyin yenidən alovlanması Qara dənizdə böyük gərginliyə səbəb olacaq. Ankara Moskva ilə 15 iyul çevriliş cəhdindən sonra xeyli yaxınlaşıb və bu da onun Rusiya ilə Ukrayna arasındakı yeni hərbi böhrana necə reaksiya verəcəyini müəyyən etməyə imkan vermir”.

Gələn il sanksiyaların genişləndirilməsi və Ukraynaya təhlükəsizlik sahəsində yardımın artırılması ilə Rusiyaya beynəlxalq təzyiqlərin güclənəcəyini gözləmək olar. Bu barədə Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin danışıb.

“Avropa Birliyində artıq başqa addımlar atılmalı olduğunu, Rusiyanın yalnız Ukrayna ilə deyil, eyni zamanda təşkilatın institutları ilə də müharibə apardığı yavaş-yavaş aydın olur. İspaniya, Böyük Britaniya, Hollandiya və Almaniya vəziyyətin qəbul edilməzliyi barədə daha çox danışmağa başlayıblar. Gələn il Rusiyaya qarşı təzyiqlərin artacağını gözləmək olar. ABŞ-ın qarşıdakı il qəbul edəcəyi sanksiyalar çox təsirli olacaq”, - Klimkin deyib.

ABŞ prezidenti Donald Tramp bu gün ölkənin milli təhlükəsizlik strategiyasını təqdim edəcək. Sənəd ABŞ-a qarşı güman edilən potensial təhdidlər bütün spektrini əhatə edəcək. Təhlükəsizlik strategiyasında “revizionizm dövləti” terminini xüsusi olaraq düşünülüb.

Yeni milli təhlükəsizlik strategiyasına dörd əsas milli maraq daxil edilib: amerikalıların müdafiəsi, amerikalıların rifahının artırılması, güc köməyilə sülhün müdafiəsi və Amerikanın təsirinin gücləndirilməsi.

Strategiya ayrı-ayrı ölkələr üzrə bölmələrdən ibarət olmayacaq. Ancaq administrasiya “adi şübhəli” terminindən imtina etməyib. Söhbət hər şeydən əvvəl Vaşinqtonun rəqiblər kimi qəbul etdiyi Rusiya və Çindən gedir.

“Biz ABŞ üçün ən böyük çağırışlar olan bir neçə böyük qrupu ayırmışıq. Birincisi, “revizionizm dövlətləri”dir (Çin və Rusiya bu qrupa aid edilir –red). Bunlar dünyanı bizim maraqlarımıza və dəyərlərimizə uyğun olmayan şəkildə qurmaq istəyirlər. İkinci, regionlarda stabilliyi pozaraq qonşularını kütləvi qırğın silahları ilə hədələyən ölkələrdir. Üçüncüsü, nifrəti yayan və günahsız insanlara qarşı zorakılığı alışdıran millətlərarası təhdidlərdir”, - administrasiyanın nümayəndəsi deyib.

Onun sözlərinə görə, “revizionizm dövlətlər”, hərbi metodlar da daxil olmaqla, müxtəlif vasitələrlə status-kvonu dəyişdirməyə çalışır.

Sona yaxınlaşmaqda olan 2017-ci ildə dünyanın müxtəlif regionlarında qanlı münaqişələr davam edir. Bundan başqa, üfüqdə yeni müharibələr görünür. ABŞ-ın “Newsweek” nəşrinə danışan ekspertlər Ukrayna və Suriyada davam edən müharibələr, həmçinin ABŞ və Şimali Koreya arasında mümkün müharibə haqqında proqnozlarını bölüşüblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Ukrayna ilə birlikdə daxil olduğu Donbasdakı vəziyyətlə bağlı yaradılmış Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəzdən çıxıb. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Moskvanın qərarı Kiyevin mövqeyinə görə yaranan çətinliklərlə izah edilir. Bildirilir ki, Ukrayna mərkəzin fəaliyyəti barədə istənilən sənədləşmə reqlamentindən imtina edib. Sənəddə deyilir ki, mərkəzdə olan Rusiya hərbçiləri dekabrın 19-da Ukrayna ərazisini tərk edəcəklər.

Qeyd edək ki, Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəz 2014-cü ilin sentyabrında Rusiya və Ukrayna prezidentlərinin razılaşması əsasında iki ölkənin Baş qərargahları tərəfindən qurulmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm