Azərbaycanın qonşuluğunda “TROYA ATI”, yer altından HÜCUM… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın qonşuluğunda “TROYA ATI”, yer altından HÜCUM… - GÜNÜN SİYASİ XÜLASƏSİ

“ABŞ-ın ədalət anlayışı budursa, o zaman dünya yandı. ABŞ ədalət anlayışını bir daha gözdən keçirməlidir”. Bunu Nyu-York Məhkəməsinin Jürisinin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla ilə bağlı qərarına münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsraili İranın daxili işlərinə qarışmaqda ittiham edib. Ərdoğan bu haqda Fransaya səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

Xarici İşlər Nazirliyi və prezidentin sözçüsü İrandakı hadisələrlə bağlı açıqlama verdilər. Xüsusilə, ABŞ və İsrail kimi bəzi ölkələrin İran və Pakistanın daxili işlərinə müdaxilə etməsini qəbul etməyimiz mümkün deyil. Bunu İraqda da gördük”, - o bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa səfəri zamanı Fransa-İtaliya birgə istehsalı olan SAMP/T hava hücumundan müdafiə sistemi ilə bağlı saziş imzalayacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sazişin icrasının18 ay müddətində başa çatması gözlənilir. Bu sistemin Türkiyənin Rusiyadan aldığı S-400-lərdən daha üstün olduğu bildirilir.

SAMP/T sistemlərində Aster 30 raketindən istifadə edilir. Sistem eyni anda 10 hədəfi vurmaq, 50 hədəfi izləmək və 16 raket atmaq qabiliyyətinə malikdir.

Aster 30 raketləri 120 kilometr məsafədəki hədəfi məhv etmək gücündədir.

ABŞ İran üçün “Troya atı” hazırlayır. Bu sözləri öz Tvitter səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb.

“Donald Tramp ABŞ-ın İrandakı etirazçılara lazımi məqam çatanda yardım edəcəyini dedi. Əvvəllər eyni yardımı Liviya, Suriya, İraq, Əfqanıstan, Serbiya, Vyetnam və digər ölkələrin xalqları alırdılar. İran üçün “Troya atı” hazırlanır”, – deyə o bildirib.

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) yanvarın 3-də etiraz aksiyalarının yatırıldığını açıqlasa da, dünən gecə paytaxt Tehran və bir çox şəhərlərdə insanlar yenidən küçələrə çıxıb. İnsanlar İranın ali dini lideri Əli Xameneinin əleyhinə şüarlar səsləndiriblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında İranda baş verən etiraz aksiyaları ilə bağlı toplantı keçiriləcək. Toplantı ABŞ-ın təşəbüsü ilə keçirilir.

"İrandakı hadisələrin inkişafı Suriya ssenarisi ilə nəticələnə bilər. Buna yol vermək olmaz". Bu sözləri ABŞ-ın BMT-nin yanında daimi nümayəndəsi Nikki Heyli deyib.

“Dünya Suriyada baş verən dəhşətlərin şahidi oldu. Bunlar ona görə baş verdi ki, qanlı rejim xalqın dinc nümayişlər keçirmək hüququnu tanımadı. İranda xalqın dinc etiraz hüququna qarşı zorakılıq göstərilir. Biz ikinci Suriya hadisələrinin İranda təkrarlanmasına yol verməməliyik”, - o bildirib.

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib. Nazirlik İran üzrə sanksiya siyahısına 3 fiziki şəxs və 5 təşkilatı daxil edib.

Daha əvvəl Dövlət Departamentində bildirilib ki, ABŞ İran rəhbərliyinin kütləvi etirazlarda iştirak edənlərə qarşı addımlarına görə, bu ölkə əleyhinə sanksiyaların tətbiq edilməsi imkanlarını nəzərdən keçirir.

İŞİD terror qruplaşması İraq və Suriyada məğlubiyyətdən sonra gizli müharibəyə başlaya bilər. Bu haqda Kanada generalı Mayk Rulo bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Suriyadakı Hmemmim təyyarə bazasına hücum 82 millimetr kalibrli “Vasilek” avtomatik minaatanı ilə təşkil olunub. Bu haqda hərbi ekspertlərin fikirlərinə istinadən “Vestnik Mordoviya” nəşri yazıb.

Minanatanın üstünlüyü kimi kiçik çəki (630 kiloqram) və yüksək tezatma qabiliyyəti (dəqiqədə 120 atəşə qədər) göstərilir. Silahın çəkisinin az olması onu avtofurqonda yerləşdirməyə imkan verir. Nəşr dəqiqləşdirib ki, “Vasilek”in hər mərmisindən ətrafa 600 qəlpə dağıla bilir.

“Bu silahın atdığı minaları Rusiya ordusunda olan vasitələrlə yaxalamaq praktik olaraq mümkün deyil. Xaricdə bu istiqamətdə işlər daha müvəffəqiyyətlə aparılıb. Belə ki, NATO ölkələrində xüsusi artilleriya və lazer kompleksləri var. Amerikalılar Bağdaddakı obyektlərini minaatanların atəşlərindən qoruya bildilər”, - nəşr qeyd edib.

Nəşr əlavə edir ki, Suriya ordusunun silahlanmasında bu minaatanlar yoxdur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Tiflis şəhər məhkəməsinin hakimi Georgi Arevadze Sandro Qirqvlianinin işi üzrə Gürcüstanın sabiq prezidenti barəsində hökm elan edib. Bankirin qətlində iştirakda ittiham olunan sabiq prezident qiyabi 3 il azadlıqdan məhrum edilib. Saakaşvili səlahiyyətlərindən sui-istifadədə və prezident olduğu vaxt bank işçisinin ölümündə təqsirləndirilən 3 nəfəri əfv etməkdə ittiham olunub.

Qeyd edək ki, Qirqvliani 2006-cı il yanvarın 28-də Okrokana (Tiflisin şəhərətrafı) qəsəbəsində qəbiristanlıqda ölü tapılıb.

Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk hesab edir ki, Gürcüstan məhkəməsinin Mixail Saakaşvili barəsində qərarı onun dərhal deportasiya edilməsinə şərait yaradır.

Saakaşvilinin özü Gürcüstanda barəsində oxunmuş qiyabi hökmün qeyri-qanuni olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm