Qələbə qazanmağın YOLU, Qarabağda “aprel müharibəsi” SSENARİSİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qələbə qazanmağın YOLU, Qarabağda “aprel müharibəsi” SSENARİSİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı fikirlərini açıqlayıb. Ermənistanda prezident Serj Sarkisyan və baş nazir Karen Karapetyanın bir neçə günlük yoxa çıxması şübhələr yaradıb. Ermənistanın müdafiə naziri Viqen Sarkisyan istefaya göndərilə bilər. Amerika hakimiyyəti nüvə silahından istifadə ilə bağlı məhdudiyyətləri zəiflətmək və yeni, gücü daha az olan nüvə döyüş başlığı hazırlamaq niyyətindədir. Suriya ordusunun İdlib əyalətində müxalifət güclərinə qarşı hücumları Ankara-Rusiya-İran üçbucağında gərginlik yaradıb. Rusiya Krımda S-400 sistemlərini yerləşdirib.

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov hesab edir ki, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması 2017-ci il ssenarisi üzrə davam edəcək. Markov Qarabağda “aprel müharibəsi” ssenarisinin təkrarlanacağını da istisna etmir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda prezident Serj Sarkisyan və baş nazir Karen Karapetyanın bir neçə günlük yoxa çıxması şübhəli suallar yaradıb. Karapetyan 2018-ci ilin ilk iş günündə məzuniyyət götürüb.

Sarkisyan isə milad bayramı münasibətlərilə keçirilən kilsə mərasimlərinə qatılmayıb.

Ermənistan mediası Sarkisyanın xəstələndiyi və xəstəxanaya yerləşdirildiyi haqda məlumat yayıb. Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə Sarkisyanın sadəcə soyuqladığını, lakin xəstəxanaya yerləşdirilmədiyini açıqlayıb.

Daha sonra ortaya çıxan informasiya isə diqqəti fərqli məcraya yönəltdi. Məlumatlara görə, Sarkisyan 1-2 yanvar tarixərində Avropa ölkələrindən birində olub. Yanvarın 3-də isə o, gizli şəkildə Moskvaya səfər edib.

Sarkisyanın bu səfərlərinin arxasında nələrin gizləndiyi maraqlıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın müdafiə naziri Viqen Sarkisyan istefaya göndərilə bilər. Bu barədə “Aykakan Jamanak” qəzeti şəxsi mənbələrə istinadən məlumat yayıb.

Mənbələr Serj Sarkisyanın Viqen Sarkisyana müdafiə naziri postunda özünü doğrultmadığına görə narazılıq edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya ordusunun İdlib əyalətində müxalifət güclərinə qarşı hücumları Ankara-Rusiya-İran üçbucağında gərginlik yaradıb. Rejim güclərinə Rusiya qırıcılarının dəstək verdiyi bildirilir. Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu son iki gün ərzində İran və Rusiyaya hücumların dayandırılması barədə xəbərdarlıq edib.

Rusiya Müdafiə Nazirliyinin isə Türkiyə Silahlı qüvvələri Baş qərargah başçısı Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidana məktub göndərdiyi bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Suriyada son kartını oynayır. “Haber7” saytının yazdığına görə, uzun illərdir PKK-ya Suriyanın şimalında “dövlət” vəd edən ABŞ indi terrorçuları “nizami ordu”ya çevirməyə başlayıb.

PKK və PYD-ni (PKK terror təşkilatının Suriya qanadı - red.) Aralıq dənizinə çatdıracaq “terror dəhlizi” qurmaqda uğursuzluğa düçar olan və Məsud Bərzaninin əli ilə İraqın şimalında referendumdan istədiyi nəticəni ala bilməyən ABŞ PYD-ni əlindəki son kart kimi istifadə etməklə bölgədə daimi qalmaq istəyir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Federasiyası Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr köməkçisi Frants Klintseviç Rusiyanın Suriyadakı hərbi bazalarına hücumuna dair açıqlamasında ABŞ-ın gizli xidmət agentliklərinin bu işdə əli olduğundan əmin olduğunu qeyd edib.

Qeyd edək ki, yanvarın 6-da gecə Hmeymim və Tartus bazalarına 13 pilotsuz uçuş aparatı ilə hücum cəhdi olmuşdu.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ 2011-ci ildən bu yana Suriyada oynanılan siyasi şahmatı öz xeyirinə dəyişdirməyə çalışır. Bunu “Tasnim” agentliyinə açıqlamasında iranlı politoloq Həsən Hanizadə söyləyib.

“ABŞ-ın hədəfi təkcə prezident Bəşər Əsədi devirmək deyil. Onlar Əsədi devirdikdən sonra Qolan təpələrindən Deraya qədər uzanan məsafədə xüsusi muzdlu ordu qurmaq istəyirlər. Bu ordu İsrailin təhlükəsizliyi üçün nəzərdə tutulub. ABŞ hazırda Suriyada yeni plan hazırlayır. Onlar Mərkəzi Kəşfiyyat İdarəsi və MOSSAD-ın Yaxın Şərq mərkəzini Suriyaya daşımaq istəyirlər. Bununla İranın və tərəfdaşlarının Suriyadakı varlığına mane olmağa çalışırlar”, - o bildirib.

Amerika hakimiyyəti nüvə silahından istifadə ilə bağlı məhdudiyyətləri zəiflətmək və yeni, gücü daha az olan nüvə döyüş başlığı hazırlamaq niyyətindədir. Bu haqda silahlara nəzarət və onların yayılmaması üzrə Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Con Vulfstalaya istinadən “Qardiyan” nəşri bildirib.

Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) nüvə siyasətinin yeni doktrinasını hazırlayıb. Doktrinaya əsasən “Trident D5” ballistik raketləri belə döyüş başlıqları ilə təchiz ediləcək. Con Vulfstala vurğulayıb ki, ABŞ belə hərəkətlərlə Şərqi Avropada yaranacaq konfliktlər zamanı Rusiyanın taktiki döyüş başlıqlarından istifadəsinə maneə yaratmağı planlaşırır.

ABŞ-ın yeni nüvə siyasəti, Vulfstalın fikrincə, əvvəlki prezident Barak Obamanın nüvə siyasəti ilə müqayisədə daha davakardır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Frans Klinseviçin sözlərinə görə, ABŞ-ın yeni nüvə doktrinası və ballistik raketlərin yeni modifikasiyası dünyada strateji qüvvə nisbətini Birləşmiş Ştatların xeyrinə dəyişdirmək gücündə deyil.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya aktiv şəkildə 19 Avropa ölkəsinin işinə müdaxilə edib. Bu barədə məlumat ABŞ Demokratlar Partiyasının hesabatında yer alıb. Hesabatda Rusiya kiberhücumları təşkil etməkdə, təbliğat kampaniyası aparmaqda, radikal qrupları dəstəkləməkdə, Ukrayna və Gürcüstan hökumətlərinə qarşı hərbi əməliyyatlarda ittiham edilib.

Qeyd edək ki, hesabat demokrat senatoru Ben Kardinin təşəbbüsü ilə hazırlanıb.

Rusiya Krımda S-400 sistemlərini yerləşdirib. Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Agentlik Moskvanın bu sistemləri yarımadanı Ukrayna tərəfindən gələn təhdidlərdən qorumaq üçün Krıma yerləşdirdiyini yazıb. Bu komplekslərin xüsusilə Çonqar və Armyansk rayonlarının hava məkanlarını nəzarət altında saxlayacağı vurğulanıb.

Qərbin bəzi dairələri Krımın Rusiyanın tərkib hissəsi kimi tanınması ssenarisini nəzərdən keçirməyə başlayıblar. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Krımdakı rəsmi nümayəndəsi Georgi Muradov söyləyib. Onun sözlərinə görə, bu qruplar Rusiya üzərində sanksiyaların götürülməsi məsələsini də diqqətdə saxlayırlar.

Qeyd edək ki, Krım Ukrayna ərazisidir. Yarımada 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm