Bakıya qarşı TERROR OYUNU, hücum üçün YAŞIL İŞIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Bakıya qarşı TERROR OYUNU, hücum üçün YAŞIL İŞIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan amerkalı turistlərin təhlükəsizliyinə risk olan dövlətlər arasında ikinci kateqoriyaya daxil edilib. ASALA-nın Gürcüstanda yenidən dirilməsinin səbəbləri haqda maraqlı məlumatlar yayılıb. ABŞ yenidən Paris iqlim razılaşmasına qayıda bilər. Türkiyə, Rusiya və İranın qurduğu üçtərəfli ittifaqı və atdığı addımları həzm edə bilməyən ABŞ bölgədə yeni oyunlar qurur. İran və Rusiya Afrin əməliyyatı üçün Türkiyəyə yaşıl işıq yandırıb. Donbasda vəziyyət yenidən kəskinləşib.

ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Yeni sistem çərçivəsində Azərbaycan amerkalı turistlərin təhlükəsizliyinə risk olan dövlətlər arasında ikinci kateqoriyaya daxil edilib.

Vaşinqton həmçinin münaqişə ilə əlaqədar olaraq Dağlıq Qarabağa baş çəkməməyi məsləhət görüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ASALA-nın Gürcüstanda yenidən dirilməsinin səbəbləri haqda maraqlı məlumatlar yayılıb. “Kavkazplus” saytı erməni terror təşkilatının Cavaxetiyada yenidən ortaya çıxdığını və bunun Ermənistanın dövlət siyasətindən qaynaqlandığını yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Yanacağın bahalaşması, nəqliyyatda gediş haqlarının artması qiyama gətirib çıxara bilər”. Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.

Erməni politoloq Serj Sarkisyanın hakimiyyətdən getməyinin vacib olduğunu diqqətə çatdırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran və Rusiya Afrin əməliyyatı üçün Türkiyəyə yaşıl işıq yandırıb. Bu haqda Astana formatında Rusiya nümayəndə heyəti ilə danışıqlarda istirak edən suriyalı beynəlxalq məsələlər üzrə mütəxəssis Besil əl-Hac Casim bildirib.

Onun sözlərinə görə, Tehran və Moskva Afrin əməliyyatı ilə bağlı təşəbbüsü tamamilə Ankaraya verib. Siyasi mütəxəssis qeyd edib ki, Rusiya və İran əməliyyatla bağlı mövqeyini 2017-ci il sentyabr ayının son həftəsində keçirilən 7-ci Astana toplantısında Türkiyə nümayəndə heyətinə çatdırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, Rusiya və İranın qurduğu üçtərəfli ittifaqı və atdığı addımları həzm edə bilməyən ABŞ bölgədə yeni oyunlar qurur. Bunu Suriyanın İdlib əyalətində baş verən son hadisələri və Rusiyanın bu ölkədəki bazalarına hücumları şərh edən “Haber7” saytı yazıb.

Qeyd edilir ki, Astana formatı ilə Suriya danışıqları masasından kənarda qalan ABŞ regionda daimi qalmaq üçün heç bir addımdan çəkinmir. PYD-nin işğal etdiyi ərazilərdə “dövlətləşmə” layihəsini həyata keçirməyə çalışan ABŞ terror təşkilatı ilə 10 maddəlik planın icrasını razılaşdırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sosial və iqtisadi vəziyyətə etiraz olaraq aksiyaların keçirildiyi Tunisdə vəziyyət hər keçən gün pisləşir. Ölkənin 20-dən çox şəhərində keçirilən aksiyalar paytaxt Tunisə də keçib.

Polis Tunis və Tabarba kimi şəhərlərdə küçələrə çıxan insanlara qarşı bibər qazı və təzyiqli sudan istifadə edib. Bəzi şəhərlərdə qarətlərin başladığı bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropa Birliyi İranla nüvə razılaşmasını saxlamalı və onu digər problemlərin həllindən ayırmalıdır. Bunu jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyel söyləyib.

“AB İranla olan nüvə razılaşmasını qoruyub saxlamaq istəyir. Bu ölkə regionda çətin rol oynayır, amma biz İranla razılaşmanı digər problemlərdən ayırmaq istəyirik”, – deyə o bildirib.

ABŞ-ın daxili işlərinə müdaxilə ilə bağlı Rusiyaya yönələn bütün ittihamlar yalnız ikitərəfli əlaqələrə deyil, eyni zamanda Amerika tərəfinə zərər verir. Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov rəsmi Moskvanın Rusiya əleyhinə aparılan kampaniyanın davam etdirilməsinə təəssüfləndiyini bildirib:

“Bu qorxunun, ölkəmizin müdaxiləsi ilə bağlı ittihamların heç bir əsası yoxdur”.

ABŞ Avropaya 2018-ci ilin yayında 1-ci tank briqadasını göndərəcək. Bu barədə bəyanatı ABŞ-ın NATO-dakı nümayəndəliyi yayıb. Vaşinqton bu addımı “Atlantik həlli” əməliyyatı çərçivəsində atacaq.

Qeyd edək ki, “Atlantik həlli” əməliyyatı 2014-cü ilin aprelində başlayıb. Əməliyyatda ABŞ Quru Qoşunları iştirak edir. Əməliyyat Polşa, Baltikyanı, Rumıniya, Bolqarıstan və Macarıstan kimi ölkələri əhatə edir.

ABŞ yenidən Paris iqlim razılaşmasına qayıda bilər. Bunu Norveç Baş naziri Ernoy Solberqlə görüşü zamanı ABŞ Prezidenti Donald Tramp söyləyib.

“Paris razılaşması ABŞ-a qarşı çox ədalətsiz addım idi. Bu müqavilə çərçivəsində bizim bizneslə məşğul olmağımız çox çətin idi. Bu müqavilə bizim çoxlu dəyərli aktivlərimizi apardı. Buna rəğmən biz müqaviləyə yenilənmələr çərçivəsində qayıda bilərik” – deyə o bildirib.

Yanvarın 10-da Donbasda anti-terror əməliyyatları zonasında vəziyyət yenidən kəskinləşib. Anti-terror əməliyyatları qərargahının mətbuat mərkəzindən verilən məlumata görə, rusmeylli separatçıların atəşi nəticəsində üç Ukrayna hərbçisi həlak olub, daha üçü yaralanıb.

Qeyd edilir ki, Ukrayna Silahlı qüvvələri Luqansk istiqamətində separatçı güclər tərəfindən 120 və 82 millimetr kalibrli minaatanlar, həmçinin böyük kalibrli pulemyotlardan atəşə tutulub. Rəqibin xüsusi fəallığı həmçinin Svetlodarsk yaşayış məntəqəsi istiqamətində qeydə alınıb.

“Rusiya və Ukraynanın münasibətlərində çətin ki, 2018-ci ildə hansısa mühüm dəyişikliklər olacaq”. Belə proqnozu "Novaya Vremya" nəşrində dərc etdiyi yazısında siyasi şərhçi Dmitri Oreçkin səsləndirib.

Onun sözlərinə görə, Rusiya qoşunları geri çəkilməyəcək və Ukrayna qoşunları Donbasın qayıdışı üçün hücuma başlamayacaq.

Oreşkin Donbasın Şimali Kipr Respublikası və ya Dağlıq Qarabağ kimi havadan asılmış vəziyyətdə olacağını təxmin edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Donald Tramp Şimali Koreya nüvə və raket proqramını dayandırana qədər təzyiq göstərməyi dayandırmaq niyyətində deyil. Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens danışıb. Onun sözlərinə görə, Trampın bu barədə mövqeyi ötən il ərzində dəyişməz qalıb.

“Cənubi Koreyanı, bölgədəki müttəfiqlərimizi dəstəkləyirik. Şimali Koreya ABŞ-ı təhdid edən nüvə-raket proqramlarından çıxana qədər iqtisadi və diplomatik sahələrdə maksimum təzyiq göstərəcəyik”, - Pens bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq Şimali Koreya nüvə-raket sınaqlarını davam etdirəcəyini açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm