Avqusta kimi müharibə olmayacaq: ÜÇ SƏBƏB - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Avqusta kimi müharibə olmayacaq: ÜÇ SƏBƏB - GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyədə FETÖ terror təşkilatının yeni dövlət çevrilişi cəhdi de-şifrə edilib. Türkiyə və Rusiya xarici İşlər nazirləri arasında telefon danışı baş tutub. Donald Tramp “altılıq” qrupunun Tehranla bağladığı nüvə sazişinin şərtlərinə daha 120 gün riayət etmək niyyətindədir. ABŞ tezliklə Rusiya oliqarxlarına qarşı yeni sanksiyalar tətbiq edəcək. ABŞ prezidenti ölkəsinə daxil olan qaçqınlar barədə təhqiredici ifadələr işlədib.

Türkiyədə FETÖ terror təşkilatının yeni dövlət çevrilişi cəhdi de-şifrə edilib. Bu barədə “Yeni Şəfəq” qəzeti yazıb.

Xəbərə görə, FETÖ-nün ikinci çevriliş planı 2017-ci ilin son günlərində İranda baş verən etiraz aksiyaları ilə eyni vaxtda başlanacaqdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışı baş tutub. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Telefon danışığının Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilib. Tərəflər arasında aparılan müzakirənin detalları haqda məlumat verilməyib.

Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına ABŞ-a səfərlərdən imtina etməyi məsləhət görüb. Bu haqda xarici siyasət idarəsinin bəyanatında deyilir.

Nazirlikdən qeyd ediblər ki, tövsiyə ABŞ-da Türkiyə vətəndaşlarının qanunsuz həbsləri və terror aktlarının yüksək riski ilə bağlıdır.

“ABŞ-da terrorizmlə bağlı hadisələr və zorakı hərəkətlərin sayının artması müşahidə olunur”, - bəyanatda qeyd edilir.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına yüksək terror təhlükəsi və bu ölkədə ABŞ vətəndaşlarının qanunsuz həbslərinə Türkiyəyə səfər etməməyi məsləhət görüb.

ABŞ Prezidenti Donald Tramp daha 120 gün “altılıq” qrupunun Tehranla bağladığı nüvə sazişinin şərtlərinə riayət etmək niyyətindədir. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” agentliyi bildirib.

Xəbərə görə, qərar milli təhlükəsizlik məsələləri üzrə prezidentin məsləhətçisi Herbert Makmaster, müdafiə naziri Ceyms Mettis və dövlət katibi Reks Tillerson da daxil olmaqla, milli təhlükəsizlik üzrə bütün komanda ilə müzakirələrdən sonra qəbul edilib.

ABŞ tezliklə Rusiya oliqarxlarına qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

“Biz bunun üzərində işləyirik. Yeni sanksiyalar yaxın gələcəkdə elan ediləcək”, - Mnuçin deyib.

Eyni zamanda Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, ABŞ administrasiyası Konqresə Rusiyanın ali rəhbərliyinə yaxın məmurlar və biznesmenlərin siyahısını təqdim etməyə hazırlaşır. Onların sayı 50-dən çox, ailə üzvlərinin sayı ilə birlikdə isə 300-ə qədər ola bilər.

Nəşrin məlumatına görə, “qara siyahı”ya düşmə sanksiyalarA avtomatik məruz qalma anlamına gəlmir, amma bu, riski artırır.

Qeyd edək ki, “Kreml hesabatı” adlandırılan sənədin yanvarın 29-da açıqlanacağı bildirilir.

Rusiya ABŞ-ın hazırladığı “Kreml hesabatı” sanksiyalarını cavabsız qoymayacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Sanksiya fəaliyyətləri hər zaman əks tədbirlərlə üz-üzə qalır. Bu halda da biz prinsipimizdən əl çəkməyəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə “Kreml hesabatı”na Rusiya Prezidenti Vladimir Putinə yaxın olan 50 məmur və sahibkarın adının salınacağı haqqında informasiya yayılıb.

Rusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvi, politoloq Sergey Sudakov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının mümkün nəticələrindən danışıb. “Russia Today” telekanalına açıqlama verən politoloqun sözlərinə görə, sanksiyalar Rusiyaya təsir alətlərdən yalnız biridir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“İyrənc yerlərdən gələn insanlar bizim nəyimizə lazımdır? ABŞ Norveç kimi ölkələrdən miqrantları qəbul etməlidir”. Bunu ABŞ Prezidenti Donald Tramp Haiti, Salvador və Afrika ölkələrindən gələn miqrantlar haqqında razılaşmanı müzakirə etmək üçün Ağ Evdə konqresmenlərlə görüşündə deyib.

Ağ Ev də öz növbəsində Trampın bu açıqamasını inkar etməyib:

"Vaşinqtonda bəzi siyasətçilər başqa ölkələrin maraqları üçün mübarizə aparmağa üstünlük verirlər, amma Prezident Tramp həmişə Amerika xalqının maraqları üçün mübarizə aparacaq".

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ prezidenti Donald Trampın ölkəsinə daxil olan qaçqınlar barədə ifadələrinə kəskin reaksiya verib.

BMT-nin insan hüquqları üzrə Ali Komissarının idarəsinin nümayəndəsi Rupert Kolvill Trampın ifadələrini “şokedici və utancverici” adlandırıb.

Polşa hökuməti Avropa İttifaqından çıxmaqla bağlı referendum keçirəcək. Avropa İttifaqı Şurasının sədri Donald Tusk bildirib ki, Polşa Aİ-nin maliyyə dəstəyindən asılı olaraq təşkilatdakı üzvlüyünü davam etdirir: “Hazırda Polşa Avropa İttifaqından maliyyə yardımı alır. Bu səbəbdən də, düşünürəm ki, əgər Aİ maliyyə yardımını kəsərsə, Polşa hökuməti təşkilatı tərk etməklə bağlı vətəndaşlarının mövqeyini dəstəkləyəcək”.

Xatırladaq ki, 2 ilə yaxın müddətdir Varşavada keçiriləm məhkəmə islahatları Aİ tərəfindən kəskin tənqid edilir. Təşkilat hesab edir ki, bu islahatlar çərçivəsində qəbul olunan 13 qanun ədalətli hüquq prinsiplərinə ziddir.

“Koreya Xalq Demokratik Respublikası həttta yüzillik sanksiyalara dözə bilər”. Bunu Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In Dövlət Elmlər Akademiyasının alimləri qarşısında çıxışında deyib.

“Ağır sınaqlar şəraitində Koreya inqilabının qələbəsinin sirlərindən biri də bizim elm və texnikanın inkişafına mühüm diqqət ayırmağımızdır. Sərbəst milli iqtisadiyyat hətta düşmənlərin yüzillik sanksiyaları qəbul edəcəyi halda belə, elmi-texniki kadrlar və işıqlı başların sayəsində çətinliklər yaranmayacaq”, - dövlət başçısı bildirib.

“2018-ci il Rusiya üçün keçid ili olacaq, buna görə də Donbasda kəskin dəyişiklikləri gözləmək lazım deyil”. Bunu politoloq, beynəlxalq hüquq mütəxəssisi, “Ukrayna Avropada” beynəlxalq təşkilatın vitse-prezidenti Vladimir Poselskiy “Apostrof” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Kreml münaqişəni dondurmağa çalışacaq. Poselskiy bunun səbəblərini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm