Müharibədə YENİ CƏBHƏ, İrəvana türk ZƏRBƏSİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Müharibədə YENİ CƏBHƏ, İrəvana türk ZƏRBƏSİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Qazaxıstanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Ermənistanda təlaş yaradıb. Türkiyəvə Azad Suriya Ordusunun həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı davam edir. Bu gün əməliyyat çərçivəsində yeni cəbhə açılıb. Tehran “Zeytun budağı” əməliyyatının dərhal dayandırılmasını istəyib. Suriya Milli Dialoq Konqresində PYD-nin iştirak etməyəcəyi dəqiqləşib. Moskva ABŞ-ı Suriyada təxribatla məşğul olmaqda ittiham edib.

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Qazaxıstan rotasiya qaydalarına uyğun olaraq hazırda Şuraya rəhbərlik edir. Ermənistan Qazaxıstanın Qarabağ məsələsini Təhlükəsizlik Şurasının gündəminə gətirəcəyindən və Azərbaycanı ərazi bütövlüyünün pozulduğu faktını beynəlxalq ictimaiyyətin qarşısında qaldıracağından narahatdır.

Erməni siyasi şərhçi Aram Sarkisyan yazır ki, Nazarbayev bütün imkanlardan istifadə edərək, Azərbaycanın mövqeyini Təhlükəsizlik Şurasının gündəminə gətirməyə çalışacaq.

“Bu, nəticə etibarilə mövcud vəziyyəti tam dəyişməsə də, diplomatik sferada Ermənistana zərbədir”, - deyə o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma "erməni soyqırımı" ilə bağlı çıxışında Ermənistanı əllərindəki bütün faktları ortaya qoymağa çağırıb.

Bu sözləri Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Bursada partiyanın rayon təşkilatının konfransında çıxışı zamanı dilə gətirib. O bildirib ki, həqiqətlərin üzə çıxması üçün Ermənistan bütün arxivləri açmalıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin uğurlu Afrin əməliyyatı Ermənistanı təşvişə salıb. Ermənilər Türkiyənin güclənməsindən və gələcəkdə Dağlıq Qarabağın azad olunmasına töhfə verməsindən qorxurlar.

Erməni siyasi şərhçi K.Ambartsum Amerikanı Türkiyənin qarşısını almamaqda ittiham edib.

“Türkiyə Afrində quru əməliyyatına başladı. Hazırda türk ordusu uğurlu hücumlarını davam etdirir. Türkiyə baş naziri Binəli Yıldırımın dediyi kimi, bölgədə təhlükəsizlik zonasını yaratmaq üçün əməliyyat 4 mərhələdə həyata keçiriləcək. Rusiya bu əməliyyatı dəstəkləyir, Amerika isə Türkiyənin qarşısında geri çəkilir. Ankara Vaşinqtonu güclü şillə ilə qarşıladı. Bu, faktiki olaraq, Türkiyənin güclənməsi və gələcəkdə istədiyi addımı atmasına imkan yaradır. Baş verənlər Ermənistan üçün də ciddi təhlükə deməkdir. Görünür, sabah Ankara və Bakı Qarabağda hərbi əməliyyata başlasa, Türkiyənin gücü qarşısında heç kim səsini çıxara bilməyəcək və heç kim Ermənistanı müdafiə etməyəcək”, - deyə o bildirib.

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində YPG terrorçularına qarşı həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı 3-cü günündə davam edir. ASO-nun yanvarın 20-də Azez-Gülbaba sərhəd xəttindən başladığı quru əməliyyatı dünən Türkiyə Silahlı quüvvələrinin 6 min 400 hərbçisinin qatılması ilə davam edib.

Əməliyyatın ilk 48 saatında 7,5 kilometr irəliləyən Türkiyə ordusu və ASO planlaşdırılandan daha sürətlə hərəkət edir. Plana görə, 4-cü gün üçün qarşıya qoyulan hədəflərə 2-ci gün çatmaq mümkün olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bəs Afrin əməliyyatının hədəfi nədir? Türkiyə KİV-inə istinadən Afrin əməliyyatı ilə Türkiyənin çatmaq istədiyi əsas hədəfləri təqdim edirik.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələri yanvarın 20-də Suriyanın Afrin bölgəsində başladığı “Zeytun budağı” əməliyyatı ilə gücünü növbəti dəfə nümayiş etdirdi. Müəyyən edilən hədəflərin 96 faizinin eyni vaxtda havaya qalxan 72 ədəd F-16 və F-4 qırıcısı ilə məhv edilməsi dünya hərb tarixində rekord göstərici sayılır. Hava əməliyyatı 4 min kvadrat kilometrlik kiçik bir ərazidə keçirilib.

Ərazinin kiçik olması və əlverişsiz coğrafi şərtlər fonunda kiçik bir səhv böyük mənfi nəticələrə səbəb ola bilərdi. Mənfi nəticələrin qarşısının alınması üçün hava koordinasiyası böyük əhəmiyyət daşıyırdı. NATO standartlarından daha yüksək olan hava əməliyyatında uzaqmənzilli radiolokasiya aşkarlayıcı təyyarələr olan AWACS-lar (“Barış qartalı”) mühüm rol oynayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində Azezdən hücuma keçib. Yanvarın 20-də başlayan əməliyyatın gedişatında indiyə kimi 11 kənd YPG terrorçularından təmizlənib. Hərbi birliklər Afrində 8 kilometr irəliləyə biliblər.

Suriyanın Afrin bölgəsinə nəzarət edən PYD/PKK terror təşkilatı İŞİD terror qruplaşmasının əsirlikdə olan döyüşçülərini azad edib. İŞİD döyüşçülərinin qarşısına Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu ilə döyüşmək şərti qoyulub.

“Biz bu işə sadiqik. Afrində bir addım geri atılmayacaq. Bunu rusiyalı dostlarımızla da, digər koalisiya gücləri ilə də danışdıq. ABŞ-ı razı sala bilmədik”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

ABŞ-ın Suriyanın şimalına 5 min TIR silah-sursat gətirdiyini deyən prezident onların terror təşkilatlarına paylaşıldığını bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Rusiya Afrin əməliyyatını diqqətlə müşahidə edir və Suriya ilə Türkiyənin nümayəndələrilə daim əlaqə saxlayır". Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Peskov əvvəlki kimi Suriyanın ərazi bütövlüyünün saxlanılması prinsipini əsas hesab etdiklərini deyib.

Kremlin sözçüsü ABŞ-ın Vaşinqtondakı hərəkətlərini də tənqid edib. Onun sözlərinə görə, ABŞ ya Suriyada təxribatla məşğuldur, ya da ölkədəki vəziyyətlə bağlı informasiya çatışmazlığı yaşayır.

ABŞ kürd müttəfiqləri vasitəsilə Türkiyə-Suriya sərhədinə nəzarəti ələ keçirmək istəyir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

“Biz çoxdan ABŞ-ın Suriyanın əhəmiyyətli hissəsində alternativ hakimiyyət orqanları yaratması kursunu götürdüyünə diqqət edirik. Bu xəttin inkişafı Suriyanın daxili işlərinə kobud müdaxilədir. Bir neçə gündə Suriyanın Türkiyə və İraqla sərhədi boyunca təhlükəsizlik qüvvələrinin yarandığı elan edildi. Sonradan bu inkar edildi, amma faktlara əsasən, Suriyanın Türkiyə və İraqla sərhədinin nəzarətə alınması prosesi davam etdirildi”, – deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ kürdləri Dəməşqlə dialoq aparmamağa inandırmağa çalışır və onlar arasında separat əhval-ruhiyyəni yayır.

O, həmçinin, Suriya probleminin həllində kürdlərin rolunun təmin olunması gərəkdiyini bildirib.

Rusiya “Zeytun Budağı” əməliyyatından az öncə PYD-yə Afrindən çıxmasını təklif edib. Bunu PYD liderlərindən biri olan Aldar Xəlil söyləyib.

“Rusiya əməliyyatdan öncə bizə əlimizdəki bölgələri Suriya hökumətinə verməyimizi istədi. Biz bunu qəbul etmədik. Bütün bölgələri müdafiə edəcəyik”, – deyə o bildirib.

“Türkiyə ABŞ-a meydan oxuyaraq Afrində əməliyyata başladı”. Bunu Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində 3 gün əvvəl başladığı “Zeytun budağı” əməliyyatını şərh edən Böyük Britaniyanın “Financial Times” nəşri yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyanın hökumət qoşunları və könüllü müdafiə dəstələri İdlib vilayətində “Ən-Nüsra” Cəbhəsi qruplaşmasına qarşı əməliyyata başlayıb. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Suriya ordusu 1500-dən çox döyüşçünü mühasirəyə alıb və onların məhv edilməsinə başlayıb. Terrorçularda tanklar, piyada döyüş maşınları, səhra artilleriya sistemləri və minaatanların olduğu bildirilir.

Qeyd edək ki, İdlib əyalətində genişmiqyaslı hücum yanvarın əvvəlində başlayıb. Ötən müddət ərzində 24 yaşayış məntəqəsi döyüşçülərdən təmizlənib. Yanvarın 20-də isə Suriya ordusunun bölmələri əyalətin cənubi-şərqində yerləşən Abu Duhur təyyarə bazasını ələ keçirib. Yanvarın əvvəlindən baza uğrunda döyüşlərdə hökumət qoşunları, İŞİD, “Ən-Nüsra” Cəbhəsi və “Hayat Tahrir aş-Şam” qruplaşmaları iştirak edirdi.

Baza “Ən-Nüsra” Cəbhəsinin əsas qalası hesab olunan İdlib şəhərinin 40 kilometrliyinə yerləşir.

PYD (PKK terror təşkilatının Suriya qanadı hesab edilir - red.) Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirak etməyəcək. Diplomatik mənbələrdən əldə olunan məlumata görə, Türkiyə bu mövzuda İran və Rusiya ilə razılaşma əldə edib.

Qeyd edək ki, Suriya Milli Dialoq Konqresi 29-30 yanvar tarixlərində Rusiyanın Soçi şəhərində keçiriləcək.

Diplomatik mənbələr həmçinin, terrorçulara qarşı əməliyyatın Afrinlə məhdudlaşacağına dair Rusiyaya söz verildiyinə dair iddiaları təkzib edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm