Lavrovun ŞİFRƏLİ MESAJININ SİRRİ: Rus ordusu Qarabağa girir?
Bizi izləyin

Nida Təhlil

Lavrovun ŞİFRƏLİ MESAJININ SİRRİ: Rus ordusu Qarabağa girir?

Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən həftə ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında Dağlıq Qarabağda ATƏT müşahidəçilərinin sayının genişləndirilməsi ilə bağlı məsələyə münasibəti açıq suallar yaratdı.

Publika.az
xəbər verir ki, Lavrov “bu, münaqişənin nizama salınması ilə bağlı ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsindən çox, təmas xəttində müşahidəçilərin sayının artırılmasıdır. Münaqişə zonasında etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı danışıqlar 2010-cu ildən davam edir. 2016-cı ildə təmas xəttində baş verən məlum insidentlərdən sonra Azərbaycan və Ermənistanın Vyana görüşü təşkil olundu, həmin ilin iyununda isə prezidentlər Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Sankt-Peterburqda görüşdü. Bu görüşlərdə etimadın möhkəmləndirilməsi ilə bağlı konkret addımların atılması haqda razılıq əldə olundu. Həmin razılığa əsasən təmas xəttində ATƏT-in müşahidə missiyasına 6-7 nəfər əlavə olunmalı idi. İndiyə qədər bu işlər aparılıb. Bu razılığın həyata keçirilməsi istiqamətində ATƏT-in operativ addımlar atacağına ümid edirik” deyə bildirdi.

Burada “Rusiya ABŞ-ın Qarabağ planı ilə razılaşır” müəmması yaranır. Çünki ATƏT-in müşahidə missiyasının sayının artırılması və nəticədə münaqişə zonasında “atəşkəsə nəzarət mexanizmi”nin yaradılması planı Vaşinqtona məxsusdur. Bu mexanizmlər ABŞ-da erməni lobbisi tərəfindən gündəmə gətirilib və məqsədi münaqişənin həllinin dondurulması, mövcud status-kvonun saxlanılmasıdır. Ermənistan bu məsələdə əsas maraqlı tərəf kimi çıxış edir. ABŞ isə bu planı Rusiyanın Qarabağa sülhməramlı qüvvələr yerləşdirmək planına alternativ olaraq dəstəkləyir. Bu baxımdan, Lavrovun Moskvanın marağına zidd olan məsələni dəstəkləməsi Rusiyanın hansısa əks-planı olduğuna dair ehtimalları artırır.

Ermənistan hakimiyyətindəki diplomat Rusiyanın Qarabağla bağlı yeni planının nədən ibarət olduğunu “Qraparak” qəzetinə açıqlayıb.

“Rusiya ATƏT-lə Donetskə rus sülhməramlılarını yerləşdirməkdə razılaşmaq istəyir. Əvəzində ATƏT sədrinin daimi nümayəndəsinin Qarabağda ofisinin genişləndirilməsinə icazə verə bilər. Görünür, bu razılaşma baş tutmur. Buna görə də Rusiya Qarabağdakı müşahidə missiyasını özü yaratmaq niyyətindədir və ATƏT-lə məhz bunun üzərində bazarlıq aparır. Bu, əvvəlcə kiçik bir qrup olacaq, gələcəkdə Rusiya sülhməramlıları ilə əvəzlənəcək”, - deyə erməni diplomat qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm