Nida Təhlil
Putinin yeni post-sovet PLANI İŞƏ DÜŞÜR: 18 martdan sonra İrəvanı alt-üst edəcək SSENARİ
2018-ci il 18 mart tarixində Rusiyada keçiriləcək
prezident seçkilərindən sonra Vladimir Putin post-sovet məkanında
fəallaşacaq.
Publika.az xəbər verir ki, Qərb ekspertləri Ukrayna və
Yaxın Şərqdə “ilişən” Rusiyanın post-sovet məkanına qayıdacağını
hesab edirlər.
İddialara görə, Kreml post-sovet məkanında yeni müdaxilələrə əl ata
bilər. Xüsusilə post-sovet məkanında respublikalar Avrasiyaya
inteqrasiyada həvəssiz davranırlar. Misal üçün, Qazaxıstan
prezidenti Nursultan Nazarbayev Mərkəzi Asiyanın beş ölkəsi adından
ABŞ prezidenti Donald Trampdan regionda təhlükəsizliyin qorunmasına
diqqət ayırmasını xahiş etdi.
Ukrayna və Moldovanın Rusiyanın orbitinə qayıtması ehtimalı artıq
aradan qalxıb. Belə vəziyyətdə ekspertlər Rusiyanın Cənubi Qafqaza
yönələcəyini hesab edirlər. İddialara görə, Rusiya Cənubi Qafqazda
yeni müharibəni alovlandıra bilər.
Gürcüstan potensial hədəf olaraq görünür. Xüsusilə bu ölkənin
NATO-ya sürətli inteqrasiyası Moskvanın sərt addımlar atmasına
səbəb ola bilər. Lakin Qərbin Tbilisini öz qanadları altına alması
bunu çətinləşdirir. Ermənistan Rusiyanın “müttəfiqi” olaraq çıxış
edir, bu baxımdan, İrəvanda təhlükənin onlardan yan keçəcəyi fikri
hakimdir. Amma erməni ekspertlər bunun əksini hesab edirlər.
Erməni siyasi şərhçi Naira Ayrumyan Rusiyanın seçkilərdən sonra
Ermənistana müdaxilə edə biləcəyini yazıb. Onun fikrincə, rəsmi
İrəvanın Moskva qarşısında mərkəzdənqaçma meylləri bu müdaxiləyə
ciddi səbəb verə bilər.
“Bu yaxınlarda NATO-nun saytında Alyansın mayda Ermənistanda təlim
keçirəcəyi haqda məlumat yayıldı, lakin Müdafiə Nazirliyi bu
informasiyanı təkzib etdi. Görünür, pərdəarxasında Rusiyanın xoşuna
gəlməyən proseslər gedir və seçkidən sonra bunun mənfi nəticələri
ortaya çıxa bilər”, - deyə o qeyd edib.
Erməni politoloq Levon Şirinyan isə Azərbaycanın aprel seçkisindən
sonra Dağlıq Qarabağın azad edilməsi prosesinə başlaya biləcəyini,
Rusiyanın buna dəstək verəcəyini diqqətə çatdırıb.
Asif
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?