​​​​​​​Sarkisyandan “aprel müharibəsi” XƏBƏRDARLIĞI, İrəvanı alt-üst edəcək SSENARİ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

​​​​​​​Sarkisyandan “aprel müharibəsi” XƏBƏRDARLIĞI, İrəvanı alt-üst edəcək SSENARİ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Azərbayanda prezident seçkiləri ilə bağlı Təqvim Planı qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. Azərbaycanda prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar Ermənistanda çaxnaşmaya səbəb olub. ABŞ-ın Münbiçdən çəkilməyəcəyini növbəti dəfə açıqlayıb. Suriyadakı sülh danışıqlarını sabotaj etməyə çalışan ABŞ bu ölkədə “B Planı”nı həyata keçirməyə çalışır. ABŞ Suriyadakı PYD/PKK terror təşkilatına silah-sursat yardımı göstərməkdə davam edir. İran ABŞ-ı İŞİD döyüşçülərini Əfqanıstana göndərməkdə ittiham edib. Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı çərçivəsində 40 yaşayış məntəqəsi azad olunub.

Azərbaycan, Dağlı Qarabağ

Prezident İlham Əliyevin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncamı ilə 2018-ci il aprelin 11-nə prezident seçkiləri təyin olunub.

Fevralın 8-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fevralın 6-da Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planını qəbul edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mərkəzi Seçki Komisssiyası aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı qaydaları açıqlayıb. Prezidentliyə namizədlər səsvermə gününə 23 gün qalmışa qədər sənədlərini təqdim etməlidir.

Təbliğat-təşviqat kampaniyası səsvermə gününə 63 gün qalmış başlayacaq, 1 gün qalmış başa çatacaq. Seçici siyahıları martın 7-nə kimi dəqiqləşdiriləcək.

Bülletenlərin hazırlanması aprelinə 1-nə qədər başa çatdırılacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, seçkilərdən sonra intensiv danışıqların davam etdirilməsi razılaşdırılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bakıya səfər zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrin detalları Ermənistanda narahatlıq yaradıb. Erməni siyasi şərhçi Akop Badalyan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatının Ermənistan üçün gələcək təhlükədən xəbər verdiyini yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən həftə ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında Dağlıq Qarabağda ATƏT müşahidəçilərinin sayının genişləndirilməsi ilə bağlı məsələyə münasibəti açıq suallar yaratdı. Ermənistan hakimiyyətindəki diplomat Rusiyanın Qarabağla bağlı yeni planının nədən ibarət olduğunu “Qraparak” qəzetinə açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 152 millimetrlik “DANA” özüyeriyən artilleriya qurğularının istifadəsi ilə döyüş atışlı taktiki təlimlər keçirib. Təlimlərdə praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə olunub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyada prezident seçkilərində Vladimir Putinin qələbəsindən dərhal sonra Azərbaycan Dağlıq Qarabağın azad edilməsi istiqamətində ciddi hərəkata başlayacaq və Moskva bunu dəstəkləyəcək.

Erməni siyasi eksperti Q.Qalustyan iddia edir ki, Rusiyadakı seçkidən dərhal sonra Bakı Qarabağın azad olunması prosesinə başlayacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Avropa İttifaqı tam olaraq Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir". Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.

F. Mogerini bildirib ki, Azərbaycan Aİ üçün vacib tərəfdaşdır: “Biz bu gün əlaqələrimizin ümumi vəziyyətini və əməkdaşlığımızın ikitərəfli aspektlərini müzakirə etdik”.

Ermənistan

Azərbaycanda aprelin 11-də prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar Ermənistanda çaxnaşmaya səbəb olub. İrəvan rəsmi Bakının Dağlıq Qarabağın azad olunması istiqamətində yeni addımlar atacağından narahatdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda ordunun yaranmasının ildönümünün bayram edilməsi ilə bağlı mübahisələr meydana gəlib. Bəzi erməni siyasətçilər ümumiyyətlə, ordu bayramından imtina edilməsi fikri ilə çıxış edirlər. Onların fikrincə, Ermənistan hakimiyyəti vətəndaşların azadlığını boğmaq üçün təhlükəsizlik məsələsini əsas mexanizmə çevirib.

Məşhur erməni politoloq Manvel Sarkisyan qeyd edir ki, hazırda ən genişmiqyaslı manipulyasiyalar ordu üzərindən aparılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistan hökumətinin fəaliyyəti və strukturu haqqında” qanun layihəsi işğalçı ölkədə ciddi səs-küyə səbəb olub. Fevralın 1-də hökumətin iclasında bu qanun layihəsi bəyənilib.

Qanun layihəsinə görə, Nazirlər Kabinetinin bir çox iclası bağlı qapılar arxasında keçiriləcək və ictimaiyyətə yalnız lazım bildikləri məlumatları verəcəklər.

Bu məsələ Ermənistan ictimaiyyətində ciddi rezonans yaradıb. İctimai rəyə görə, Serj Sarkisyan ölkədə avtoritarizmdən diktaturaya keçid edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey daha bir sensasiyalı informasiya açıqlayıb. ASİMDER rəhbəri ermənilərin, eləcə də Ermənistandan gedən yezidi kürdlərin də PKK/PYD/YPG terror təşkilatının tərkibində Afrində türk ordusuna qarşı döyüşdüyünü açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2018-ci il 18 mart tarixində Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Vladimir Putin post-sovet məkanında fəallaşacaq. Qərb ekspertləri Ukrayna və Yaxın Şərqdə “ilişən” Rusiyanın post-sovet məkanına qayıdacağını hesab edirlər.

İddialara görə, Kreml post-sovet məkanında yeni müdaxilələrə əl ata bilər. Ukrayna və Moldovanın Rusiyanın orbitinə qayıtması ehtimalı artıq aradan qalxıb. Belə vəziyyətdə ekspertlər Rusiyanın Cənubi Qafqaza yönələcəyini hesab edirlər. İddialara görə, Rusiya Cənubi Qafqazda yeni müharibəni alovlandıra bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İran, Yaxın Şərq

Fevralın 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vatikanda Roma papası I Fransisklə görüşüb. 1 saat davam edən görüşdən sonra Türkiyə Prezident Administrasiyasının açıqlama verilib.

Bəyanatda deyilirdi ki, görüşdə Qüds məsələsi müzakirə edilib və ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması bağlı qəbul etdiyi qərarın icra edilməməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə Qüdsün statusunun BMT qətnamələri və beynəlxalq hüquqla müəyyənləşdirilməsinin vacib olduğu qeyd olunub. İslamofobiya ilə birgə mübarizənin zəruri olduğu və dinlərin terrorla əlaqələndirilməsinin səhv olduğu bildirilib.

Qeyd edək ki, Ərdoğanın 59 illik fasilədən sonra Vatikana səfər edən ilk prezident kimi tarixə düşüb.

Biz Avropa İttifaqına tam üzvlük istəyirik, başqa variant bizi qane etmir. Bunu “La Stampa” qəzetinə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Avropa İttifaqı öz vədlərini icra etməyə başlamalıdır. Avropa İttifaqı danışıqları bloklayır, sonra isə bizi inkişafın olmamasında günahlandırır. Bu ədalətsizlikdir. Avropa İttifaqına üzvlükdən başqa heç bir variant bizim üçün qəbul edilən deyil. Biz Şərqdən gələn miqrantların qarşısını kəsən və Avropa İttifaqında təhlükəsizliyi təmin edən ölkəyik”, – deyə o bildirib.

“Ortada çox açıq və dəqiq bir şey var. Sizin ya Türkiyə, ya İran, ya da Rusiya ilə hesabınız var”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışında deyib.

Türkiyə prezidenti ABŞ-a Münbic mesajı da verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fevralın 8-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Liderlər Afrin və İdlib də daxil olmaqla Suriyada baş verənləri müzakirə edib.

Prezidentlər Türkiyə, Rusiya və İran prezidentlərinin Soçidən sonra ikinci zirvə görüşünün İstanbulda keçirilməsinə qərar veriblər. Bununla yanaşı, İdlibdə gərginliyi azaltma bölgəsində yeni nəzarət nöqtələrinin yaradılması, eləcə də Astana prosesi müzakirə edilib. Liderlər Suriya məsələsində birgə hərəkət etməklə bağlı qərarı sadiq qaldıqlarını ifadə edib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatını tənqid edənlərə cavab verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ-ın Münbiçdən çəkilməklə bağlı planı yoxdur”. Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon deyib.

“Ümid edirik ki, türklər Afrindən Münbiçə keçməyəcək”, - o bildirib.

Türkiyə Afrindən sonra Münbicdə əməliyyat həyata keçirmək niyyətini ifadə edib. Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını dəyərləndirən ekspertlər ABŞ və Türkiyənin savaş meydanında gec-tez üz-üzə gələcəyini bildirirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın dövlət katibi Reks Tillerson və prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmester Ankaraya səfər edəcək. Makmaster həftəsonu, Tillerson isə gələn həftə Türkiyədə olacaq.

Görüşlərdə əsasən Suriyadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.

Ankara Vaşinqtonla Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyatı müzakirə etməyəcək. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ölkə telekanallardan birinin efirində bildirib.

“Afrində Amerika hərbçiləri yoxdur. Orada vaxtaşırı yalnız ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları olurlar. Buna görə də ABŞ-la Afrin mövzusunu müzakirə etməyə ehtiyac yoxdur”, - türkiyəli nazir deyib.

Çavuşoğlu Vaşinqtonu yenidən YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücləri –red.) silah çatdırılması siyasətindən imtina etməyə çağırıb:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə döyüş təyyarələri fevralın 9-da 4 günlük fasilədən sonra Suriyanın Afrin bölgəsində YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) qarşı hava əməliyyatı keçirib. Afrinin mərkəzi, Minnig hava limanı, Bafilun dağı və Raco bölgəsində terrorçuların mövqeləri bombalanıb.

Qeyd edək ki, İdlibdə Rusiyanın "Su-27" təyyarəsinin vurulmasından sonra Suriyanın hava məkanı Rusiya təyyarələri üçün bağlanmışdı.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu fevralın 7-də İrana səfər edib. Çavuşoğlunun Tehranda Afrin əməliyyatını müzakirə etdiyi bildirilir. Qeyd edək ki, İran rəsmiləri açıqlamalarında Afrin əməliyyatının tez bir zamanda bitməsinin vacibliyi haqda fikirlər səsləndirirdilər.

ABŞ Suriyadakı PYD/PKK terror təşkilatına İŞİD terror təşkilatı ilə mübarizə bəhanəsi ilə silah-sursat yardımı göstərməkdə davam edir. Vaşinqton Afrininin İŞİD-ə qarşı mübarizə üzrə koalisiyanın təsir dairəsinə daxil olmadığını bildirsə də, son olaraq ABŞ ordusuna aid zirehli texnikalardan ibarət konvoy Şimali İraq kürd muxtariyyətinin nəzarətində olan Fişhaburdan Qamışlıya keçib. İddiaya görə, konvoy Afrində Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusuna qarşı mübarizədə istifadə olunacaq. Lakin ABŞ PYD/PKK terrorçularının yeganə silah-sursat təchizatçısı deyil.

Mütəxəssisin sözlərinə görə, terrorçular silah-sursat təchizatında ən azı 7 metoddan istifadə ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qəndil (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir –red.) Afrində PYD-nin (PKK terror təşkilatının Suriya qanadı –red.) Afrindəki itkilərini kompensasiya etmək üçün mahala 600 terrorçu göndərib. PKK terrorçuları Münbic və Kobani kimi bölgələrdən 2 min nəfər dinc sakinlə birlikdə “vətəndaşlara həmrəylik ziyarəti” adı altında Afrinə gətirilib.

Xəbərə görə, terrorçular Rusiya və Suriya rejiminin nəzarətində olan Tel Rifat bölgəsindən keçərək Afrinə daxil olub. Təhlükəsiz mənbələrin məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri və kəşfiyyat qurumları peyk şəkillərinə baxdıqdan sonra terror konvoyunu analiz edib. Konvoyda olan dinc əhali və terrorçuların sayı, həmçinin daşıdığı silahlar ətraflı araşdırılıb.

Konvoyla, xüsusilə Afrindəki terrorçuların istədiyi zenit sistemlərinin göndərildiyi bildirilir.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının açıqladığı məlumata görə, Afrində 1000-ə qədər terrorçu öldürülüb.

Türkiyə ordusu ilə Əsəd rejiminin əsgərləri Suriyanın şimal-şərqində qarşı-qarşıya gələcək. Bu barədə İngiltərənin “Times” nəşri yazıb.

Nəşr yazır ki, Türkiyə son zamanlar İdlib və Hələbin cənub-şərqindəki kəndlərə əsgər və tank birlikləri göndərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fransa Türkiyəni Afrində “Zeytun budağı” hərəkatını dayandırmağa çağırıb. Bununla bağlı Fransanın Xarici İşlər naziri Can Yves Le Drian danışıb.

O bildirib ki, Türkiyə Afrində PYD/YPG silahlılarına qarşı bombardmanı dərhal dayandırmalıdır.

Türkiyənin Afrindən sonra Münbiçin terrorçulardan təmizləmə əməliyyatına başlayacağı ilə bağlı açıqlamasından sonra ABŞ hərəkətə keçib. Münbiçdə olan amerikalı əsgərlər PKK/PYD terrorçuları ilə birlikdə postlarda növbə tutur.

Məlumata görə, amerikalı əsgərlər “Fərat qalxanı” bölgəsinin 1,5 kilometr məsafədə yerləşib. Hazırda bölgədəki türk əsgərləri ilə amerikalı əsgərlər üz-üzədir.

Qeyd edək ki, ABŞ Münbiçdə “Əbu Leyla” kod adlı terrorçunun adına təlim düşərgəsi yaradıb. Son illərdə düşərgədə 2 mindən çox PKK/PYD terrorçusunun təlim keçdiyi deyilir. Bununla yanaşı, ABŞ-ın Münbiçdə 3 hərbi qərargahı mövcuddur. Tışrin Barajı bölgəsində isə 300 amerikalı əsgərin olduğu hərbi bazası var.

Türkiyə və ABŞ ordularının Münbiçdə üz-üzə gəlməsi qaçılmazdır. Bu barədə CNN telekanalının məlumatında deyilir.

Telekanal ABŞ-ın uzun müddət Türkiyə ilə üz-üzə gəlməkdən qaçdığını qeyd edir: “Lakin bu, artıq qaçılmazdır”.

Amerikalı general Paul Funk CNN-yə açıqlamasında Türkiyəyə müharibə elanı kimi səslənən ifadələr işlədib.

“Əsgərlərimizə qarşı hər hansı təhdid olmasından narahatıq. Lakin belə bir vəziyyət yaranacaqsa, özlərini müdafiə edəcəklər”, - deyə amerikalı general Türkiyəyə “Münbiçə girmə, yoxsa vuracağıq” mesajını verib.

“Zeytun budağı” hərəkatını uğurla davam etdirməsi PKK terrorçuları arasında fikir ayrılığına səbəb olub. Terrorçuların Qəndildən olan qrupu döyüşə davam etmək fikrində olsa da, Afrindəkilər geri çəkilməyi üstün tutub. Nəticədə Afrindən geri çəkilən terrrorçularla Qəndil qrupu arasında Cinderesdə toqquşma baş verib.

Məsələ ilə bağlı afrinli jurnalist Məsud İbo açıqlama verib. O bildirib ki, döyüşlərdə uğursuzluq terrorçuları tamamilə ruhdan salıb:

“Qəndil qrupu Afrindəki terrorçuları xəyanətdə günahlandırıb. Afrindəki PKK-çılar isə mindən çox itki verdiyini və bu səbəbdən geri çəkilməli olduqlarını bildiriblər. Oxşar silahlı insidentlər Şeyx Hadid və Racoda da yaşanıb”.

Suriya ordusu Hələb və İdlib əyalətlərində yeni hava hücumundan müdafiə sistemləri və zenit raketləri yerləşdirib. Bu haqda Suriya ordusundakı yüksək rütbəli hərbçilərdən biri “Röyters” agentliyinə bildirib.

Hava hücumundan müdafiə sistemləri və raketlərin Suriyanın şimalını əhatə etdiyini deyən hərbçi bunu “hər kəsə verilən mesaj” olaraq xarakterizə edib.

Xatırladaq ki, Dəməşq Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatının başlanmasından əvvəl Türkiyəni təhdid etmiş və Suriyanın hava məkanına daxil olacaq Türkiyə təyyarələrini vuracağını bildirmişdi.

Bəşər Əsəd rejimi PYD/YPG terror təşkilatına Suriyada muxtariyyət, yaxud yerli idarəetmə verməyə hazırdır. Bu barədə Suriya rejiminin kürd əsilli deputatı Ömer Ose deyib.

Ö.Ose PYD/YPG-ni rejimlə daha sıx dialoq aparmağa çağırıb.

Suriya deputatı Əsəd rejiminin PYD/YPG-yə silah verdiyini də etiraf edib.

“Daha əvvəl də onlara silah verdik. Suriya hökuməti Türkiyənin Afrində keçirdiyi əməliyyata qarşı PYD/YPG-yə dəstəyini artıracaq”, - deyə o bildirib.

ABŞ-ın Suriya ordusu tərəfində vuruşan güclərə atəş açması onun İŞİD-lə mübarizə apardığını deyil, bu ölkənin iqtisadi aktivlərini ələ keçirmək istədiyini göstərir. Bu haqda Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada ABŞ-ın döyüş təyyarələrinin Deyr-ez-Zor əyalətində Suriya ordusunun tərəfində vuruşan döyüşçülərə endirdiyi zərbələr ABŞ-Rusiya xəttində gərginliyi yüksəldə bilər. Zərbələr nəticəsində ölən döyüşçülər arasında biri polkovnik olmaqla 3 Rusiya hərbçisi var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

FETÖ-nün Türkiyədəki çevriliş cəhdini dəstəkləyən Pentaqonun keçmiş rəsmisi Mixael Rubin “Türkiyədəki amerikalılar mümkün sui-qəsd təhlükəsi ilə üz-üzə” adlı sensasiyalı məqalə qələmə alıb.

Ərdoğan hökumətinin əleyhinə çıxan Rubin Türk ordusunun əvvəlki kimi NATO-nun təsir dairəsində qalması üçün hər şeyə əl atmağı dəstəkləyir.

Rubin Türkiyə ordusu üzərində üç şəxsin xüsusi təsirə malik olduğunu yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada sülh istəməyən ABŞ-ın yeni hədəfi İrandır. Bu barədə Rusiya Araşdırmalar İnstitutunun rəhbəri professor Salis Yılmaz deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fevralın 3-də Suriyanın İdlib əyalətində Rusiyaya aid "Su-25" təyyarəsinin vurulması dünya mediasında hələ də gündəmdədir. Hücuma görə məsuliyyəti “Həyat Təhrir əş-Şam” (əvvəllər “Cəbhət ən-Nüsrə”-red.) terror qruplaşması üzərinə götürsə də, Rusiyada bəziləri əmindirlər ki, bütün izlər ABŞ-a aparır.

ABŞ-ın “Vaşinqton Post” nəşri mövzu ilə bağlı analitik yazısında sensasiyalı iddia irəli sürüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə rəhbərliyi Suriyaya müdaxilə məsələlərini yenidən nəzərdən keçirməlidir. Bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasimi söyləyib.

Onun sözlərinə görə, İran Suriya məsələsində Rusiya və Türkiyə ilə məsləhətləşmələrini davam etdirir.

ABŞ İraqa göndərdiyi əsgərlərini geri çəkməyə başlayıb. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, ABŞ adından İraqa muzdlu əsgərlər göndərən xüsusi şirkətlər bu ölkədə İŞİD-lə mübarizənin bitdiyini, İraqdakı şəxsi heyət və silahların Əfqanıstana köçürüldüyünü bildiriblər. Xəbərdə ötən həftə xeyli sayda Amerika əsgərinin İraqdan çıxarıldığı qeyd olunub.

İraq ordusundan iki səlahiyyətli Amerika əsgərlərinin ölkədən çıxarılması barədə anlaşmanın əldə olunduğunu, ancaq prosesin başlanmadığını söyləyiblər.

Suriyadakı sülh danışıqlarını sabotaj etməyə çalışan ABŞ-ın kimyəvi hücum xəbərdarlıqları çoxalır. ABŞ bölgədə hərbi qüvvələrin sayını artıraraq yeni planını həyata keçirmək niyyətindədir. 2017-ci ilin sentyabr ayında Astana formatında keçirilən 6-cı danışıqlarda ABŞ heyətinə başçılıq edən Dövlət Departamentinin Yaxın Şərq işləri üzrə məsləhətçisi Devid M.Satterfield yanvarın 11-də ABŞ Senatında çıxışında bildirdi ki, Cenevrədə davam edən danışıqlarda razılaşma əldə edilməməsi halında, ABŞ-ın Suriyaya dair alternativ planı var.

Geosiyasi məsələlərə işıq tutan “The professors Blog” adlı xəbər və analiz platformasının qurucusu Marsello Ferrada de Noliyə görə, Pentaqonun Suriyada rejim dəyişikliyini nəzərdə tutan “A Planı” müvəffəqiyyətsizliyə uğrayıb. Onun sözlərinə görə, ABŞ bundan sonra Fəratın şərqini - PKK/PYD işğalı altındakı olan neft bölgələrinə nəzarəti tamamilə zəmanət altına almağı nəzərdə tutan “B Planı”nı irəli sürüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ və Fransa Suriyanın hökumət güclərinə qarşı yeni hava hücumlarını həyata keçirməyi planlaşdırır. Bu haqda “The Middle East Eye” xəbət portal diplomatik mənbələrə istinadən bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Hazırda ABŞ və Türkiyə Qərbi Asiyada savaşın iki qütbündə yer alır. Digər ölkələr bu qütbləşməyə görə mövqe tuturlar”. Bu fikirlə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek (“Dərin dövlət”in adamı olaraq tanınır – red.) “Aydınlıq” qəzetində dərc etdiyi yazısında çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Əfqanıstanda terror fəallığının artması ABŞ-ın İŞİD döyüşçülərini bu ölkəyə göndərməsi ilə bağlıdır. Bu haqda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri bildirib.

“Amerikalılar gördülər ki, İŞİD İraq və Suriyada tutduğu əraziləri itirdi, döyüşçüləri müxtəli yollarla Əfqanıstana daşıdılar. Biz Əfqanıstanda partlayışlar, terror və yeni cinayətlərin şahidi oluruq”, - Baqeri söyləyib.

Əfqanıstanda İŞİD-in mərkəzinin yaranması postsovet sərhədləri, xüsusilə, Rusiya üçün təhlükə təşkil edir. İŞİD-in İraq və Suriyadan Mərkəzi Asiyaya “köçməsi” isə regiona yaxın olan Azərbaycan üçün də təhlükənin olduğunu deməyə əsas verir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Təxminən 7 min İŞİD üzvü Suriyadan Əfqanıstana göndərilib. Bunu jurnalistlərə açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini Valeri Semerikov söyləyib. Onun sözlərinə görə, bu rəqəm kifayət qədər böyükdür və narahatlıq yaradır.

Qeyd edək ki, bundan öncə İran da İŞİD-in Əfqanıstanda aktivləşməsi haqda informasiya yaymışdı.

YPG ötən il birtərəfli qaydada Suriyada 400 İŞİD üzvünü sərbəst buraxdı, 120 terrorçu isə Demokratik Suriya Qüvvələrinin sıralarına qoşuldu. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.

Nebenzya bildirib ki, YPG sözügedən addımı ilə terrorçulara qarşı ikili standart tətbiq etdiyini göstərmiş olub.

İsrail Suriyanın paytaxtı Dəməşqin yaxınlığında yerləşən bir araşdırma mərkəzinə raket zərbələri endirib. Bu haqda İsrailin “Haaretz” nəşri yazıb. Almaniyanın DPA informasiya agentliyinə danışan bir suriyalı səlahiyyətli isə Suriya ordusuna məxsus hava hücumundan müdafiə sistemlərinin İsrailin hücumuna cavab verdiyini bildirib. Məlumata görə, raketlər hədəfə çatmadan zərərsizləşdirilib.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Rusiya Qara dənizin akvatoriyasında və ya dəhlizlərdə döyüş əməliyyatlarının genişlənilməsi zamanı özü üçün ən kiçik riskləri tamamilə neytrallaşdırmaq və müharibəyə hazırlıq üçün Krımda S-400 zenit-raket komplekslərini yerləşdirməyə qərar verib. Bu haqda “Defense Express” informasiya-konsaltinq şirkətinin direktoru, hərbi ekspert Sergey Zqures “Apostrof” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, konsepsiya istənilən rəqibin, həmçinin NATO dövlətləri, o cümlədən Türkiyənin qarşısının alınmasını nəzərdə tutur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 6-da dövlət hazırkı başçısı Vladimir Putinin prezident seçkilərində namizədliyini qeydiyyata alıb. Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək. Putin prezidentliyə namizədliyi qeydə alınmış üçüncü namizəd olub. Daha əvvəl Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski və Rusiya Kommunist Partiyasından Pavel Qrudinin namizədliyi qeydə alınıb. Onların namizədliyi partiya tərəfindən irəli sürüldüyü üçün imzatoplama kampaniyasından azad edilmişdi.

Rusiya və Avropa arasında müharibə ehtimalı artır. Bu barədə informasiya Münhen Təhlükəsizlik Konfransının hesabatında yer alıb. Hesabata əsasən, tərəflər arasında toqquşma riski silahlanmaya nəzarət üzrə razılaşmalara əməl edilməməsi, hərbi təlimlər ətrafında gərginliyin artması ilə əlaqədar artır.

Ekspertlər, həmçinin, Ukraynadakı situasiyanın da Moskva və Qərbin münasibətlərini gərginləşdirdiyini bildiriblər.

ABŞ Konqresi büdcə ilə bağlı yenidən ortaq qərara gələ bilməməsi nəticəsində federal hökumət fevralın 8-də gecə yarısından etibarən avtomatik olaraq işini dayandırıb. Bir neçə saat sonra ABŞ Konqresi 2018 və 2019-cu illər üçün büdcənin əsas parametrlərini təsdiqləyib və hökumətin müvəqqəti maliyyələşdirilməsini martın 23-dək uzadıb. Nümayəndələr Palatası bir neçə saat əvvəl Senat tərəfindən təsdiqlənmiş qanun layihəsini təsdiqləyib.

Ukrayna

“Ukrayna Rusiya ilə yalnız onda barışacaq ki, onda Rusiya Rusiya olmayacaq. Barışmaq nə deməkdir? Ukraynada insanların böyük hissəsi həlak olub, bütöv region dağıdılıb, infrastruktur məhv edilib. Ölkələr bir-birinin əlini sıxa bilərlər, amma qanayan yaralar çox uzun müddətə sağalacaq”. Bunu yazıçı, hərbi jurnalist, Donbasda döyüş əməliyyatları zonasından fotoreportajların müəllifi Sergey Loyko “Apostrof” nəşrinə müsahibəsində bildirib.

Ukraynanın Rusiya ilə nə zaman barışacağına gəlincə, o, bunun yalnız Rusiya dağılandan sonra baş verəcəyini deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna qoşunlarının Krımdan müqavimətsiz çıxarılması haqqında qərar prezident administrasiyasının başçısı Sergey Paşinskinin təşəbbüsü ilə qəbul edilib. Bu haqda Feysbuk səhifəsində Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin vəkili Vitali Serdyuk bildirib.

Serdyuk müdafiə naziri səlahiyyətlərinin keçmiş icraçısı İqor Tenyuxun dindirilməsi protokolunun surətlərini dərc edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) zabitlər qrupu Ukrayna ordusunun hücuma hazırlığını yoxlamaq üçün Donbasa gəlib. Bu haqda “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun “operativ komandanlığının başçısı” Eduard Basurin bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rusiya 2030-cu ilə qədər vuruşmağa hazırdır, Ukrayna üçün hər şey yalnız başlanır”. Bunu hərbi ekspert Aleksey Arestoviç Ukraynanın “Apostrof” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya vəziyyətin kəskinləşməsinə gedəcək.

A.Arestoviç hesab edir ki, Rusiyanın bütün oyunu 2030-cu ilə qədər hesablanıb. O, hətta hakimiyyətin əvəz olunacağı və ölkə rəhbərliyində Putin olmayacağı halda belə, bunun dəyişməyəcəyini düşünür. Ekspertin fikrincə, Rusiya indi geri çəkilməyə başlayarsa, ölkədə böhran qaçılmazdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rusiya Ukraynada strateji məğlubiyyətə uğradı. İndi Kreml Qərblə, hər şeydən əvvəl ABŞ-la barışığa getməyə çalışır”. Bunu Ukraynanın “Apostrof” nəşrinə müsahibəsində Rusiya politoloqu Liliya Şevsova bildirib.

“Rusiya yalnız “Novorossiya” konsepsiyasından (Ukraynanın cənub və şərqinin faktiki zəbtini nəzərdə tutan layihə - “Apostrof”) imtina etməyə məcbur olmadı, həm də başqa Avropa ölkələrinin daxili işlərinə müdaxilə konsepsiyasından imtina etdi. Suriya poliqonunda Rusiyanın “qələbəsi” də həmçinin qələbə kimi görünmür”, - politoloq deyib.

Onun sözlərinə görə, ən azı son iki ildə Kremlin öz siyasətindən çəkilməyə çalışmasının bütün əlamətləri görünür. Şevsova Moskvanın ən azı iki səbəbə görə ABŞ prezidenti Donald Trampdan ehtiyat etdiyini vurğulayıb:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

Xarici dünyaya qapalı olması səbəbilə “sirli ölkə” adlandırılan Koreya Xalq Demokratik Respublikasından (KXDR) çəkilən yeni peyk şəkilləri ölkə lideri Kim Çen İnın planını ifşa edib. Cənubi Koreya sərhədinə çox yaxın bir bölgədə yerləşən Yongbong-Ni hərbi obyektindən çəkilən peyk görüntüləri bölgənin Şimali Koreyanın cənub qonşusuna hücumu üçün yenidən dizayn edildiyini üzə çıxarıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vaşinqton və müttəfiqləri Şimali Koreya problemini sülh yolu ilə həll etməyə cəhd edirlər, amma bununla belə, digər imkanları da nəzərdən keçirirlər. Bunu ABŞ vitse-prezidenti Mayk Pens Yaponiyadakı ABŞ hərbçiləri qarşısında çıxışı zamanı söyləyib. O, ABŞ-ın yaxın gələcəkdə Şimali Koreyaya qarşı tarixin ən sərt sanksiyalarını tətbiq edəcəyini bildirib.

Pens Şimali Koreyanın nüvə silahlarından imtina etməyənə qədər təcridinin davam edəcəyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm