Qan qoxulu SSENARİ, müharibə BAŞLADI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qan qoxulu SSENARİ, müharibə BAŞLADI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Qərb ekspertləri Ukrayna və Yaxın Şərqdə “ilişən” Rusiyanın post-sovet məkanına qayıdacağını hesab edirlər. Fransa Türkiyəni Afrində “Zeytun budağı” hərəkatını dayandırmağa çağırıb. ABŞ Konqresi büdcə ilə bağlı yenidən ortaq qərara gələ bilməyib. Rusiya Ukraynada strateji məğlubiyyətə uğradı. İndi Kreml Qərblə, hər şeydən əvvəl ABŞ-la barışığa getməyə çalışır.

"Avropa İttifaqı tam olaraq Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir". Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.

F. Mogerini bildirib ki, Azərbaycan Aİ üçün vacib tərəfdaşdır: “Biz bu gün əlaqələrimizin ümumi vəziyyətini və əməkdaşlığımızın ikitərəfli aspektlərini müzakirə etdik”.

2018-ci il 18 mart tarixində Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Vladimir Putin post-sovet məkanında fəallaşacaq. Qərb ekspertləri Ukrayna və Yaxın Şərqdə “ilişən” Rusiyanın post-sovet məkanına qayıdacağını hesab edirlər.

İddialara görə, Kreml post-sovet məkanında yeni müdaxilələrə əl ata bilər. Xüsusilə post-sovet məkanında respublikalar Avrasiyaya inteqrasiyada həvəssiz davranırlar. Misal üçün, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Mərkəzi Asiyanın beş ölkəsi adından ABŞ prezidenti Donald Trampdan regionda təhlükəsizliyin qorunmasına diqqət ayırmasını xahiş etdi.

Ukrayna və Moldovanın Rusiyanın orbitinə qayıtması ehtimalı artıq aradan qalxıb. Belə vəziyyətdə ekspertlər Rusiyanın Cənubi Qafqaza yönələcəyini hesab edirlər. İddialara görə, Rusiya Cənubi Qafqazda yeni müharibəni alovlandıra bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə döyüş təyyarələri 4 günlük fasilədən sonra Suriyanın Afrin bölgəsində YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) qarşı hava əməliyyatı keçirib. Afrinin mərkəzi, Minnig hava limanı, Bafilun dağı və Raco bölgəsində terrorçuların mövqeləri bombalanıb.

Afrinin mərkəzində YPG-nin qərargahının vurulduğunu xəbər verən yerli mənbələr döyüş təyyarələrinin Münbiç üzərindən keçdiyini bildiriblər.

Qeyd edək ki, İdlibdə Rusiyanın "Su-27" təyyarəsinin vurulmasından sonra Suriyanın hava məkanı Rusiya təyyarələri üçün bağlanmışdı.

“Zeytun budağı” əməliyyatı çərçivəsində Qırıqxan-Hassa-Dəli Osman bölgəsindəki 65 kilometrlik sərhəd xəttinin 47 kilometrlik hissəsində Türkiyə Silahlı Qüvvələri və ASO-nun yaratdığı mövqelər birləşdirilib. Mövqelərin birləşdirilməsi TSQ-ya kəşfiyyat məlumatlarının daxil olması prosesini də sürətləndirib.

Təhlükəsizlik qüvvələri döyüş meydanında üstünlüyün artması ilə birlikdə kəşfiyyat məlumatları axınının da 20 yanvar tarixi ilə nisbətdə 16 dəfə artdığını bildirib. Əldə olunan məlumatların PUA-lar tərəfindən dəqiqləşdirildiyi və PKK-nın mülki vətəndaşlar vasitəsilə bölgəyə 3 min terrorçu gətirdiyi vurğulanıb.

Qeyd edək ki, Afrin şəhərində “Zeytun budağı” əməliyyatına TSQ və ASO 20 yanvar tarixində başlayıb.

Fransa Türkiyəni Afrində “Zeytun budağı” hərəkatını dayandırmağa çağırıb. Bununla bağlı Fransanın Xarici İşlər naziri Can Yves Le Drian danışıb.

O bildirib ki, Türkiyə Afrində PYD/YPG silahlılarına qarşı bombardmanı dərhal dayandırmalıdır.

Bəşər Əsəd rejimi PYD/YPG terror təşkilatına Suriyada muxtariyyət, yaxud yerli idarəetmə verməyə hazırdır. Bu barədə Suriya rejiminin kürd əsilli deputatı Ömer Ose deyib.

Ö.Ose PYD/YPG-ni rejimlə daha sıx dialoq aparmağa çağırıb.

Suriya deputatı Əsəd rejiminin PYD/YPG-yə silah verdiyini də etiraf edib.

“Daha əvvəl də onlara silah verdik. Suriya hökuməti Türkiyənin Afrində keçirdiyi əməliyyata qarşı PYD/YPG-yə dəstəyini artıracaq”, - deyə o bildirib.

Suriyada ABŞ-ın döyüş təyyarələrinin Deyr-ez-Zor əyalətində Suriya ordusunun tərəfində vuruşan döyüşçülərə endirdiyi zərbələr ABŞ-Rusiya xəttində gərginliyi yüksəldə bilər. Zərbələr nəticəsində ölən döyüşçülər arasında biri polkovnik olmaqla 3 Rusiya hərbçisi var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada sülh istəməyən ABŞ-ın yeni hədəfi İrandır. Bu barədə Rusiya Araşdırmalar İnstitutunun rəhbəri professor Salis Yılmaz deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresi büdcə ilə bağlı yenidən ortaq qərara gələ bilməməsi nəticəsində federal hökumət gecə yarısından etibarən avtomatik olaraq işini dayandırıb.

Bir neçə saat sonra ABŞ Konqresi 2018 və 2019-cu illər üçün büdcənin əsas parametrlərini təsdiqləyib və hökumətin müvəqqəti maliyyələşdirilməsini martın 23-dək uzadıb.Nümayəndələr Palatası bir neçə saat əvvəl Senat tərəfindən təsdiqlənmiş qanun layihəsini təsdiqləyib.

İndi sənəd təcili qaydada Ağ Evə - Prezident Donald Trampa göndərilib. Dövlət başçısı sənədi yeni iş günü başlayana qədər imzalayarsa, amerikalı dövlət məmurlarının hamısı rahat şəkildə vəzifələrini yerinə yetirməyə davam edəcəklər.

“Rusiya 2030-cu ilə qədər vuruşmağa hazırdır, Ukrayna üçün hər şey yalnız başlanır”. Bunu hərbi ekspert Aleksey Arestoviç Ukraynanın “Apostrof” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya vəziyyətin kəskinləşməsinə gedəcək.

A.Arestoviç hesab edir ki, Rusiyanın bütün oyunu 2030-cu ilə qədər hesablanıb. O, hətta hakimiyyətin əvəz olunacağı və ölkə rəhbərliyində Putin olmayacağı halda belə, bunun dəyişməyəcəyini düşünür. Ekspertin fikrincə, Rusiya indi geri çəkilməyə başlayarsa, ölkədə böhran qaçılmazdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rusiya Ukraynada strateji məğlubiyyətə uğradı. İndi Kreml Qərblə, hər şeydən əvvəl ABŞ-la barışığa getməyə çalışır”. Bunu Ukraynanın “Apostrof” nəşrinə müsahibəsində Rusiya politoloqu Liliya Şevsova bildirib.

“Rusiya yalnız “Novorossiya” konsepsiyasından (Ukraynanın cənub və şərqinin faktiki zəbtini nəzərdə tutan layihə - “Apostrof”) imtina etməyə məcbur olmadı, həm də başqa Avropa ölkələrinin daxili işlərinə müdaxilə konsepsiyasından imtina etdi. Suriya poliqonunda Rusiyanın “qələbəsi” də həmçinin qələbə kimi görünmür”, - politoloq deyib.

Onun sözlərinə görə, ən azı son iki ildə Kremlin öz siyasətindən çəkilməyə çalışmasının bütün əlamətləri görünür. Şevsova Moskvanın ən azı iki səbəbə görə ABŞ prezidenti Donald Trampdan ehtiyat etdiyini vurğulayıb:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm