Qarabağa köçürülməsi planlaşdırılan “MƏXFİ ORDU”, İrəvan BOMBALANACAQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağa köçürülməsi planlaşdırılan “MƏXFİ ORDU”, İrəvan BOMBALANACAQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib. Ankara ABŞ-ın dövlət katibi Reks Tillersonun Türkiyəyə səfəri öncəsi Vaşinqtona qarşı sərt bəyanatlarla çıxış edib. Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO) Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı uğurla davam etdirilir. MOSSAD-ın agenti olduğu deyilən yəhudi əsilli fransız filosof NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırıb. Mixail Saakaşvili Kiyevdə saxlanılıb.

Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib. Fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Ankaraya gözlənilən səfəri şərh edib. Çavuşoğlu ya əlaqələrin düzələcəyini, ya da tamamilə pozulacağını bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Lazım olan addımları atacağıq, bunun üçün hər hansı birindən icazə almağımıza ehtiyac yoxdur”. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım makedoniyalı həmkarı Zoran Zayevlə Ankarada keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Ankaraya gözlənilən səfərinə toxunan baş nazir Vaşinqtonun YPG-ni (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) sövdələşmə aləti olaraq istifadə edəcəyinə dair iddiaları şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı" əməliyyatını həyata keçirərkən Suriya rejimi PKK\PYD terrorçularına yardım edir. "Röyters" agentliyinin araşdırmasında Bəşər Əsəd rejiminin terrorçuların Afrinə silah və yaraqlı daşımasına şərait yaratması ilə yanaşı, terror kortejinin türk ordusuna qarşı göndərilməsi üçün Tel-Rıfat dəhlizini açıq saxladığı qeyd olunub. PKK-nın Tel-Abyad və Qamışlıdan gətirdiyi kortejlər rejimin nəzarətində olan Nubbul və Zəhra xəttindən keçərək Afrinə gəlir. Burada isə Türkiyə ordusuna qarşı döyüşlərə göndərilir.

“Dost yoxsa düşmən? Əsəd suriyalı kürdləri Türkiyəyə qarşı gizli şəkildə dəstəkləyir" başlıqlı xəbərində PKK-nın mühüm üzvlərinin etiraflarına da yer verilib. PKK döyüşçüləri Əsədin onlara yardım etdiklərini bildirərək, rejim ilə işbirliyi qurduqlarını deyiblər.

Suriyanın Afrin bölgəsinə keçən son qrup tanıdığımız PKK terror qrupu deyil”. Bu iddia ilə təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar çıxış edib.

Onun sözlərinə görə, Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) ilə vuruşmağa gedən son qrup yüksək təlim alan peşəkar əsgərlərdən ibarətdir. Mütəxəssis onların hamısının ABŞ silahları ilə keçdiyini deyib. Əsgərlərinin bir hissəsinin Amerika əsgərləri olduğuna işarə edən təhlükəsizlik mütəxəssisi hesab edir ki, PKK terrorçuları normalda gizlətmir.

Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını dəyərləndirən ekspertlər ABŞ və Türkiyənin savaş meydanında gec-tez üz-üzə gələcəyini bildirirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Abdullah Ağar Afrində türk əsgərinə qarşı döyüşən terrorçuların bəzilərinin İran PKK-sı olan PJAK üzvü olduğu haqda məlumat yayıb. Ağar Türkiyə ordusunun Afrində məhv etdiyi terrorçuların içindəki PJAK üzvlərinin fotolarını yayıb.

“Afrində məhv edilən terrorçular arasında PJAK-ın silahlı qanadı YRK üzvləri də var. Onlar “Ya Zəhra!”, “Lebbeyk ya Hüseyn!” nidaları ilə döyüşürlər. Buradan sübut olunur ki, İran və Suriyanın ərazi bütövlüyünü hədəfə alan terrorçular birləşərək, bizə silah çəkirlər. İranın, Suriyanın, Türkiyənin və İraqın ərazi bütövlüyünü hədəf alan terrorçular birləşdiyi halda dörd ölkənin məzhəb tələsinə düşməsi nə dərəcədə doğrudur?! Vəziyyət belə olduğu halda, Hizbullah PKK-ya döyüşçü göndərir”, - deyə ekspert bölgədə qurulan böyük tələyə diqqət çəkib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

MOSSAD-ın agenti olduğu deyilən yəhudi əsilli fransız filosof Bernard Henri Levi ABŞ-ın “The Wall Street” jurnalında dərc olunan məqaləsində NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırıb. Levi Türkiyənin Afrin əməliyyatının qarşısını alınması üçün Qərbin hərəkətə keçməli olduğunu qeyd edib.

“Türkiyənin qarşısı alınmalıdır. Ağlınızı başınıza alın, Türkiyə ilə müzakirələrin dondurulması bəs etmir, münasibətlər tamamilə kəsilməlidir”, - deyə o, Avropa İttifaqına çağırış edib.

Levi Türkiyənin PKK terror təşkilatı ilə mübarizəsindən narahat olduğunu qeyd edib. Əlavə edib ki, “Bu kədərli oyun çox davam etdi, artıq qarşısı alınmalıdır. Türkiyə bizə əlavə seçim qoymur, bu ölkəyə müdaxilə edilməlidir”.

Türkiyə mediası özünü filosof kimi təqdim edən Bernard Henri Levin əslində MOSSADA işləyən təxribatçı casus olduğunu və əsas fəaliyyət sahəsinin Yaxın Şərq olduğunu yazır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amerika qoşunları Suriyanın Deyr-ez-Zor əyalətinin Xaşşam yaşayış məntəqəsində aviazərbələr zamanı Rusiya tərəfini xəbərdar etmişdi. Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis bildirib.

“Rusiyalılar bizə dedilər ki, orada lap əvvəldən Rusiya gücləri olmayıb. Düşünürəm ki, elədir. Amma bizdə tam aydınlıq yoxdur ki, orada rejim gücləri nə edirdi? Ən azından, indi orada sakitlikdir”, - amerikalı nazir deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yunan Amerikan Liderlik Konseyi (HALCA) və Amerika erməni milli komitəsi (ANCA) F-35 döyüş təyyarələrinin Türkiyəyə verilməsinin qarşısını almaq üçün Vaşinqtonda kampaniyaya başlayıblar. Yunan və erməni lobbisi ABŞ senatorları ilə görüşərək, Türkiyənin Yunanıstan, Kipr, Suriya, Ermənistan və İsrail məsələsində NATO və müttəfiqləri ilə üz-üzə gəldiyini vurğulayıblar.

Yunan və ermənilər senatorların dəstəyini qazanmaq üçün Türkiyənin F-35 texnologiyası haqqında İran və Rusiyaya məlumat “sızdıra biləcəyi” iddiasını da ortaya atıblar.

Erməni lobbisi iddialarını davam etdirərək qeyd edib ki, Türkiyə F-35 təyyarələrini Ermənistana, Yunanıstana, Kiprə, yaxud digər müttəfiq ölkələrinə qarşı tətbiq edə bilər.

İsrail Avropa ölkələri vasitəsilə İrana Livan və Suriyadakı fəaliyyətinə dair ciddi xəbərdarlıqlar edib. Bu haqda İsrail “Kanal 10” telekanalı israilli və avropalı diplomatik mənbələrə istinadən bildirib.

Xəbərə görə, xəbərdarlıq mesajları Almaniya, İngiltərə və Fransa vasitəsilə İran prezidenti Həsən Ruhani ilə onun müşavirinə çatdırılıb. Xəbərdarlıqlarda Livanda raket və silah fabriki, Suriyada isə hərbi bazanın qurulması ilə əlaqədar ciddi xəbərdarlıq olunub.

Dünən isə İslam İnqilabının 39-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edən İran prezidenti Həsən Ruhani ad çəkmədən İsrail və ABŞ-a mesaj göndərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Dövlət katibi Reks Tillerson Qüdsün statusuna dair son qərarı fələstinlilərlə israillilərin verəcəyini bildirib. Qahirədə Misirin Xarici İşlər naziri Sameh Şükri ilə görüşən Tillerson Amerikanın Yaxın Şərqdə sülh prosesinə sadiq qaldığını deyib.

“Biz Yaxın Şərqdəki sülh prosesinə sadiq qalırıq. Qüdslə bağlı son qərarı isə fələstinlilərlə israillilər verəcək”, - o bildirib.

ABŞ və Rusiyadan sonra Çin də Suriyada daha aktiv şəkildə rol oynamaq istədiyini açıqlayıb. Çinin Şamdakı səfiri Qi Qianjin ölkəsinin Suriya münaqişənin həllində böyük rol oynayacağını bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın hərbi-dəniz donanmasına Rusiya və Çin sualtı qayıqlarına qarşı mübarizədə ideal silah sayılan “Sea Hunter” (Dəniz ovçusu) pilotsuz gəmiləri verilir. ABŞ mediasının məlumatına görə, “Sea Hunter” dünyada ən böyük pilotsuz gəmi ünvanına sahibdir. Gəminin bu il ərzində silahlanmaya qəbul edilməsi gözlənilir.

“Donbasın reinteqrasiyası haqqında qanun qəti qəbul edilərsə, bu, Minsk razılaşmalarının dağıdılması üzrə Ukraynanın böyük səhvi olacaq”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalına bildirib.

“Doğrusu, Kiyev hakimiyyəti bu səhvin bir addımlığındadır. Reinteqrasiya haqqında qanun hələ ikinci oxunuşdan keçib. Baxaq”, - Rusiya naziri deyib.

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Maryana Betsa Lavrovun bəyanatını şərh edib.

“Minsk razılaşmalarının dağılması Rusiyanın öz öhdəliklərini yerinə yetirməməsi və təcavüzünü davam etdirməsi nəticəsində baş verir”, - ukraynalı diplomat Tvitter səhifəsində yazıb.

Xatırladaq ki, ötən ay Ali Radanın 280 üzvü tərəfindən dəstəklənən “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın dövlət müstəqilliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri Haqqında” qanunda Ukrayna ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğal edildiyi göstərilib.

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə restoranlardan birində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu haqda onun silahdaşı David Sakvarelidze bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm