Ədalət yerini tapdı, Milan Məhkəməsi erməniləri kədərə boğdu - VOLONTE İŞİ
Bizi izləyin

Nida Təhlil

Ədalət yerini tapdı, Milan Məhkəməsi erməniləri kədərə boğdu - VOLONTE İŞİ

Anti-Azərbaycan qüvvələrə başsağlığı veririk

Bu gün Milan Məhkəməsində Avropanın tanınmış siyasətçilərindən olan İtaliyanın AŞPA-da nümayəndə heyətinin üzvü Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarı ilə Luka Volonte bəraət qazanıb.

Publika.az
xəbər verir ki, Luka Volonte Azərbaycan hökumətindən 2 milyon 390 min avro miqdarında rüşvət almaqda ittiham olunurdu. İki il davam edən məhkəmə prosesinin nəticəsində bu ittihamın iddiadan ibarət olduğu, Azərbaycan hökumətinin L.Volonteyə rüşvət vermədiyi və italiyalı siyasətçinin günahsız olduğu ortaya çıxıb.

Ədalət gec də olsa yerini tapdı, lakin bu müddət ərzində irəli sürülən iddialar məhkəmə prosesində müttəhim kürsüsündə əyləşən italiyalı siyasətçi və prosesdə adı hallanan Azərbaycan hökumətinə qarşı mənfi atmosferin yaranması ilə nəticələndi.

“Birinin üzərinə palçıq at, o üzərini təmizləyənə qədər hər kəs onu üstü palçıqlı görəcək”.

Volonte işində həyata keçirilən prinsip məhz belə idi və hədəf heç də Volonte yox, Azərbaycan idi. Azərbaycanın üzərinə palçıq atanlar kimlər idi?

Burada xarici və daxili olmaqla iki cəbhə göz önündədir:

Xarici cəbhədə erməni lobbisi və onların pulla ələ aldığı avroparlamentarilər, daxili cəbhədə də isə özlərini “milli demokratlar” elan edən qüvvələrdir.

Volonte işinin davam etdiyi iki il ərzində xaricdə erməni lobbisi bu məsələni zaman-zaman gündəmə gətirərək, AŞPA-da Azərbaycan nümayəndə heyətinə və ümumilikdə Azərbaycana qarşı istifadə etməyə çalışdı.

Daxildə isə iqtidara gəlmək sevdası gözlərini örtmüş qüvvələr anti-Azərbaycan qüvvələrin təxribat oyununu hökumətə qarşı qara piar kampaniyasına çevirməyə cəhd etdi.

Nəticə etibarilə, nə xarici, nə də daxili qüvvələr qalib gəldi və çirkli oyunlar baş tutmadı, ədalət yerini tapdı.

Bu iddialarda adı hallandırılan Milli Məclisin deputatı Elxan Süleymanovun təbirincə desək, “Azərbaycana qarşı Avropanın şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə, Azərbaycandakı ermənipərəstlərə dərin hüznlə başsağlığı veririk”.

Yəqin ki, Milan Məhkəməsinin qərarı bu qüvvələri dərin kədərə boğub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm