Nida Təhlil
İtaliya erməni lobbisinin Bakı siyasətini dəfn etdi - Volonte işinin çirkin PƏRDƏARXASI
Milan Məhkəməsi Luka Volonteyə qarşı iddiaların saxta
olduğu haqda qərar verdi və anti-Azərbaycan şəbəkəsinin növbəti
planı baş tutmadı.
Luka Volonte və Azərbaycan: AŞPA-da Avropa Xalq
Partiyası deputatlar qrupunun rəhbəri olmuş tanınmış italiyalı
siyasətçini bizim ölkə ilə nə birləşdirir? Volontenin AŞPA-dakı
fəaliyyətini izlədikdə onun Azərbaycanın haqq işinə dəstək verdiyi,
rəsmi Bakıya qarşı “siyasi məhbus” qılıncından istifadə edərək,
təzyiq mexanizmlərini tətbiq etmək istəyənlərlə bir olmadığı ortaya
çıxır. Bu fəaliyyəti fonunda Volonte “Azərbaycan hökumətindən 2
milyon 390 min avro rüşvət almaq” ittihamı ilə üzləşdi və məhkəməyə
verildi. Məhkəmə prosesinin sonunda Volontenin günahsız olduğu
sübut olundu.
Əslində məsələ təkcə Volonte ilə məhdudlaşmır. Hər şey “Azərbaycan
camaşırxanası” adlı qondarma iddialarla dolu olan “məşhur
məqalə”nin dərci ilə başladı. “Mütəşəkkil Cinayətkarlıq və
Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi” (OCCRP) adlı qeyri-şəffaf
jurnalistlər birliyi tərəfindən qələmə alınan məqalədə Azərbaycanın
rüşvət verərək ələ almaq istədiyi siyasətçilərin adı hallanırdı.
Həmin məqalədən sonra Volonte və digərləri haqqında məhkəmə prosesi
başlandı. Milan Məhkəməsinin Volonteyə bəraət verməsi ilə bütün
oyun pozuldu və anti-Azərbaycan şəbəkəsi istədiyinə nail ola
bilmədi. Faktiki olaraq, Volonte işi Azərbaycana qarşı erməni
lobbisinin də içində yer aldığı qüvvələrin növbəti
məğlubiyyətidir.
“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika
Layihəsi” (OCCRP) təşkilatının bu məqaləni ötən ilin 14 sentyabr
tarixində “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi ilə bağlı
Bakıda yeni müqavilənin imzalanması ərəfəsində dövriyyəyə buraxması
da təsadüfi deyildi.
Hədəf Azərbaycan haqqında mənfi imic yaratmaq və müqavilənin
imzalanmasına mane olmaq olsa da, buna nail ola bilmədilər. Təbii
olaraq, Azərbaycan üçün taleyüklü məsələnin baş tutmamasını istəyən
qüvvələrin kimliyi də burada ortaya çıxır.
Azərbaycan daxilindəki ermənipərəstlər: Onlar üçün
dövlətin maraqları yox, iqtidara gəlmək daha önəmlidir. OCCRP-nin
“araşdırması”nın azərbaycanlı həmmüəllifinin bütün beynəlxalq
platformalarda ermənilərlə birgə hərəkət edən Xədicə İsmayılın
olması, həmçinin, özlərini “milli demokratlar” adlandıran daxildəki
qüvvələrin Volonte işində göstərdiyi canfəşanlıq da təsadüfi
deyildi.
Erməni lobbisi: Volonte işi Avropada Azərbaycana
qarşı erməni lobbisinin həyata keçirdiyi çirkin işlərdən təkcə biri
idi.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European
Strategic İntelligence and Security Center - ESİSC) Avropa Şurası
Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni
şəbəkəsini de-şifrə edən məlumatlarına diqqət yetirəndə ölkəmizə
qarşı təsəvvür edilməyəcək qədər təhlükəli oyunların oynandığını
görmək olur.
Faktlar: 2017-ci ili 24 yanvar tarixində Ukrayna
deputatı Vladimir Arev “Facebook”da yazdı ki, son illər bəzi
deputatlar AŞPA-nı şəxsi məqsədlərinə alət edib. O, AŞPA-dakı üç
erməni deputatın adını çəkirdi: Samvel Farmanyan, Naira Karapetyan
və Naira Zoqrabyan. (Ermənistanın AŞPA-da nümayəndə heyətinin
üzvləri - red). Onlar Arevə mətbuat azadlığı və beynəlxalq hüquqa
riayət etmə haqqındakı məruzəsini dəyişdirməsi üçün rüşvət təklif
ediblər. Erməni deputatlar rüşvəti ona görə təklif edirdilər ki,
Arev məruzədən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı
hissəsini çıxartsın. Arevin sözlərinə görə, üç deputat 1400 avro və
40 illik erməni konyakı ilə onu ələ almağa çalışıb. Arev rüşvəti
qəbul etmir və bundan sonra təzyiq və böhtan dövriyyəyə buraxılır.
AŞPA-nın 2017-ci il qış sessiyasında ermənilər ədalətli və qərəzsiz
ukraynalı deputatı milliyyətcə azərbaycanlı olmaqda ittiham
etdilər.
ESİSC-in araşdırmasına görə, AŞPA-da anti-Azərbaycan əməliyyatları
2012-ci ildə yüksək vəzifəyə yeni təyinatla başlandı. İlk məruzədə
bu şəxs “mister X” olaraq təqdim olunurdu. (İkinci məruzədə
təşkilat “mister X”-in Avropa Şurasının insan haqları üzrə
komissarı və Soros Fondunun əməkdaşı, latviyalı Nils Muyjnieks
olduğu açıqlandı). Bu təyinatdan sonra AŞPA-da bəzi şəxslər
birləşərək, Azərbaycana qarşı çağırışlar etməyə başladılar. Lakin
heç bir əsas yox idi və ittihamlar böhtan xarakteri daşıyırdı.
2012-ci ildən başlayaraq, “mister X” - Nils Muyjnieks Sorosun
tapşırığına əsasən, AŞPA daxilində anti-Azərbaycan şəbəkəsini
inkişaf etdirməyə başlayır. Bu şəbəkəyə qoşulanlardan biri “Avropa
sabitlik təşəbbüsü” (YEİS) təşkilatının rəhbəri olan Cerald Knaus
idi. Knaus Soros Fondunun idarə heyətinin üzvüdür. O, Azərbaycanı
heç bir sübutu olmadan tez-tez korrupsiyada ittiham edir. Knaus
YEİS vasitəsilə “kürü diplomatiyası” adlı hesabat dərc edərək, ona
maksimum dəstək verdi. Bu məruzənin nəşrində bir hədəf var idi:
böhtana əsaslanan şübhəli mühit yaratmaq və Bakıya qarşı siyasi
müharibədə iştirak edəcək deputatların şəbəkəsini formalaşdırmaq.
Soros Fondunun üzvünə AŞPA daxilində effektiv iş üçün Parlament
məclisinin dəstəyini təmin etmək lazım idi. Çünki təkcə erməni
deputatların dəstəyi bəs etmirdi və daha çox deputat prosesə
qoşulmalı idi. Xüsusilə Avropa İttifaqı ölkələrinin nümayəndələri
olarsa, lap əla olardı. Kristofer Ştrasser və digər deputatların
dəstəyini alan Knaus buna nail oldu.
Knausun yaxın dostu Ştrasser Ermənistana sevgisi ilə məşhurdur. O,
2015-ci ilin 24 aprelində İrəvanda “soyqırımı qurbanlarını” yad
edən alman hökumətinin yeganə nümayəndəsi idi. Bu faktın özü də
göstərirdi ki, Ştrasser Dağlıq Qarabağın qanunsuz işğalı da daxil
olmaqla, Ermənistan maraqlarının müdafiəsində mükəmməl
namizəddir.
Knaus və Ştrasser “siyasi məhbus” məsələsini qaldıraraq Azərbaycana
qarşı hücumda birləşdi. Knaus Corc Sorosun xeyrinə işləyirdi,
Ştrasser isə Ermənistanın. Ştrasser italiyalı jurnalist Milena
Qabanelli ilə əməkdaşlıq edirdi. 2016-cı ilin noyabrında Qabanelli
İtaliyanın “RAİ3” telekanalında erməni maraqlarının müdafiəsi
məqsədilə AŞPA deputatlarını tənqid edən reportaj hazırladı.
Milenanın Soros Fondu ilə əlaqələri məlumdur. Misal üçün, 2013-cü
ildə Milena Qabanelli İtaliyanın “Tiziano Terziani” ədəbi
müsabiqəsinin münsiflər heyətinin üzvü idi. Hansı ki, bu müsabiqədə
Corc Sorosun “Avropa və ABŞ-da maliyyə sarsıntıları” kitabı da
təqdim edilirdi. Milena həmçinin, Ermənistanın “köhnə dostu”dur.
Dağlıq Qarabağ müharibəsi zamanı o erməni tərəfindən reportajlar
hazırlayır, azərbaycanlı qaçqınların taleyindən narahat olmadan,
İrəvanın xeyrinə materiallar yayırdı. Bu dəstək onu Ermənistan
mediasının ulduzu etdi. Ştrasser Qabanelliyə təkcə kömək etmirdi,
o, ukraynalı deputat Vladimir Arevi ələ almağa çalışan erməni
deputat Samvel Farmanyanla birgə telereportajda da çıxış
edirdi.
Şəbəkənin digər üzvü - Piter Omtzixt: Niderland
siyasətçisi Omtzixt 2010-cu ildə AŞPA-da deputat fəaliyyətinə
başladı. İlk iki il ərzində o, Ermənistandakı siyasi vəziyyət haqda
öz narahatlığını tez-tez dilə gətirirdi. 2012-ci ildə qəfildən
əvvəlki bəyanatlarından tamamilə imtina etdi və Azərbaycanı tənqid
etməyə başladı. Səbəb nə idi? Bunu aydınlaşdırmaq üçün 2012-ci ildə
Niderlandda parlament seçkilərinə baxmaq lazımdır. Omtzxit üzvü
olduğu partiyadan çıxarılmışdı, lakin yenə də güclü seçki
kampaniyası apardı və səs çoxluğu ilə qalib gəldi. İstisna deyil
ki, onun AŞPA-dakı mövqeyinin qəfil dəyişməsi bu seçkilərlə
əlaqəlidir. Çünki onun seçki kampaniyasının arxasında erməni
lobbisi dayanırdı.
Bununla yanaşı, o, Cerald Knausla münasibətlərini gizlətmir.
Omtzixt “kürü diplomatiyası” məruzəsinin ikinci fəslinin tərtib
olunmasında Knausla əməkdaşlıq edirdi. Bu işdə ona Frank Şvab da
kömək edirdi.
Frank Şvab 2011-ci ildə AŞPA-nın üzvü oldu. Həmin vaxtdan etibarən
o, SDP-də (Almaniyanın Sosial-Demokrat Partiyası) qalmaq üçün
Ştrasserlə öz siyasi baxışlarını uyğunlaşdırırdı. Bu məsələ onu
anti-Azərbaycan lobbisi üçün mükəmməl namizəd etdi. Ştrasser və
Şvab SDP daxilində “erməni soyqırımı” məsələsini qaldırdı.
Anti-Azərbaycan kampaniyasında həmçinin, iki fransız deputat da
mühüm rol oynayır. Onlar sosialistlər qrupunun üzvləridir: sədr
müavini Rene və Fransa-Ermənistan dostluq qrupunun üzvü Fransua
Roşblaun. Fransua Roşblaun Ermənistanın işğal etdiyi regionlara
tez-tez həmrəylik səfərləri təşkil edir. O, daha əvvəl qondarma
“DQR”-in “prezidenti” Bako Saakyan və “spikeri” Aşot Qulyanla
görüşüb.
Göründüyü kimi, erməni lobbisi və anti-Azərbaycan şəbəkəsi
dövlətimizi zəiflətmək üçün şantajdan tutmuş, təzyiqlərə qədər
müxtəlif vasitələrə əl atırlar. Onlar təkcə Azərbaycanı yox, həm də
Azərbaycanın dostlarını da bu vasitələrlə sıradan çıxarmağa
çalışır. Volonte işi bu çirkin oyunun bir hissəsi idi. Lakin ədalət
öz yerini tapdı və daxildəki ermənipərəstlər, xaricdəki erməni
lobbisi və anti-Azərbaycan qüvvələr məğlub oldu.
Publika.az
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR