Seçkilərə kölgə salmaq cəhdi və GÜLÜŞ DOĞURAN PETİSİYA
Bizi izləyin

Nida Təhlil

Seçkilərə kölgə salmaq cəhdi və GÜLÜŞ DOĞURAN PETİSİYA

Xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən ipetition.com saytında Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılıb.

Publika.az
xəbər verir ki, petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədlidir.

Petisiya AŞPA, Avropa Parlamentinə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və Baş Katibinə, ABŞ-ın və Avropa İttifaqı dövlətlərinin başçılarına ünvanlanıb.

Petisiya tərtibçilərinin tərkibi və iddiaları sual və gülüş doğurur. Seçkilərin vaxtının dəyişdirilməsi Azərbaycan qanunlarına tam uyğundur, ona qarşı çıxmaq, yaxud bunu qanundankənar hesab etmək özü belə bu işin təşkilatçılarının hüquqi savadlarının və dünyagörüşlərinin məhdudluğunu aydın göstərir.

Avropa və müasir dünya dəyərlərindən danışan bu şəxslərin belə addımları ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına, eləcə də sivil yaşam qaydalarına ziddir.

Öz şəxsi maraqlarına görə, Avropa ölkələrinə yaşamağa getmiş bu insanlar guya “təqib və təhlükəsi altında yaşamaqdan qaçaraq Avropa ailəsinə sığınmağı” iddia etsələr də, məqsədləri Azərbaycanda fikir çaşqınlığı və qarşıdurma yaratmaqdır.

Azərbaycan müstəqil, hüquqi dövlətdir və burada bütün qərarlar qanunvericiliyin tələblərinə uyğun qəbul edilir və həyata keçirilir.

Azərbaycanda əlverişli seçki mühiti, seçki mədəniyyəti və stabillik var.

Azərbaycan xalqı prezident seçkilərinə kölgə salmaq cəhdlərini pisləyir, belə cəhdlərə ən yaxşı cavab isə onun təşəbbüsçülərinin xalq tərəfindən bütün dəstəkdən məhrum edilmələridir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm