Çirkin planın PƏRDƏARXASI, ABŞ Azərbaycanın bir HİSSƏSİNİ... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Çirkin planın PƏRDƏARXASI, ABŞ Azərbaycanın bir HİSSƏSİNİ... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya etiraz edib. Nazirlik həmçinin, ABŞ-ın xüsusi xidmət orqanlarının Dünya üzrə təhdidlərin qiymətləndirilməsi hesabatında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar əks olunmuş məsələlərə münasibət bildirib. Erməni ekspert PKK-çıları Ermənistana Rusiyanın göndərdiyi iddiası ilə çıxış edib. Türkiyənin "S-400" kompleksləri alması sanksiyalarla qarşılaşa bilər. Türkiyə və ABŞ-ın xarici siyasət idarələrinin başçıları arasında görüş keçirilib. YPG-nin Dəməşqlə məxfi razılaşma əldə etdiyi iddia olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarixi İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya etiraz edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-ın xüsusi xidmət orqanlarının Dünya üzrə təhdidlərin qiymətləndirilməsi hesabatında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar əks olunmuş məsələlərə münasibət bildirib. H.Hacıyev bildirib ki, Ermənistanın güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın “Jamanak” qəzeti bu günlərdə PKK terror təşkilatı üzvlərinin Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşdirildiyi və İrəvan rejiminin terrorçulardan Bakı və Ankaraya qarşı istifadə etmək niyyəti haqda yazdı. Bu, Azərbaycan və Türkiyənin illərdir dilə gətirdiyi faktların Ermənistan mediasında təsdiqi deməkdir. Qəzet yazır ki, PKK üzvləri yavaş-yavaş Ermənistanda məskən salırlar. Bu xəbəri Ermənistan ictimaiyyəti sevinclə qarşıladı, lakin PKK-çıların gəlişini qəbul etməyənlər də var. Erməni ekspert Samvel Ohanesyan PKK-çıları Ermənistana Rusiyanın göndərdiyi iddiası ilə çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında görüş keçirilib. Çavuşoğlu görüşdən sonra keçirilən mətbuat konfransında ABŞ ilə əlaqələrin düzəldilməsi üçün razılaşma əldə etdiklərini söyləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ-ın Böyük Yaxın Şərq xəritəsində dəfn ediləcəyini bilirdik. ABŞ Silahlı Qüvvələri, Türkiyə başda olmaqla, Yaxın Şərq ölkələrini bölmə xəritəsini dərc etmişdi. ABŞ xəritə deyil, özü üçün bir məzar qazıb. Xəritəni qaldırsanız, orada bir məzar görərsiniz”. Bunu Türkiyənin “Aydınlıq” qəzetində Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek yazıb.

Onun sözlərinə görə, ABŞ-ın başındakı Buş-Rays (kiçik Corc Buş. 2001-2009-cu illərdə ABŞ prezidenti olub. Kondaliza Rayz 2002-2005-ci illərdə milli təhlükəsizlik müşaviri, 2005-2009-cu illərdə dövlət katibi vəzifələrində çalışıb – red.) şəbəkəsi bu xəritədə gömüləcək.

D.Perikcek 29 iyul 2006-cı il tarixində Ankaranın Sakarya kücəsində keçirdiyi mətbuat konfransı və ABŞ-ın səfirliyi qarşısında söylənilən fikirləri xatırladıb:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin "S-400" kompleksləri alması sanksiyalarla qarşılaşa bilər. Bu haqda ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin Baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ ABŞ səlahiyyətlilərinin İŞİD-lə müarizə mövzusundakı sözlərinin arxasındakı dəhşətli planı açıqlayıb. Bozdağın sözlərinə görə, İŞİD terror təşkilatı bölgənin siyasi hədəflərin həyata keçirilməsi üçün bir alətdir.

Hökumət sözçüsü qeyd edib ki, İŞİD bəhanəsiylə yeni bir oyun qurulur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

YPG Əsəd rejimi ilə məxfi razılaşma əldə edib. Bu barədə informasiyanı Livanın “Əl Mayadin” televiziyası yayıb. İddiaya görə, YPG/PKK qruplaşması Afrindəki mövqelərini Əsədə verməyə razılaşıb.

Əsəd qüvvələrinin Afrinə yaxın zamanlarda gələcəyi olacağı deyilib.

Qeyd edək ki, Türkiyə yanvarın 20-dən etibarən Afrində YPG-yə qarşı “Zeytun budağı” əməliyyatları aparır. Əməliyyatdan öncə Rusiyanın YPG-yə Türkiyənin zərbəsindən qaçmaq üçün əlində saxladığı əraziləri, o cümlədən Afrin bölgəsini Əsəd qüvvələrinə verməyi və geri çəkilməyi təklif etdiyi, YPG-nin isə bu təklifi qəbul etmədiyi bildirilmişdi.

Daha əvvəl Afrində Türkiyə Silahlı Qüvvələri ilə döyüşəcəklərinə dair videoları sosial şəbəkələrdə dərc edən Çin əsilli ingilis terrorçu “Tayms” nəşrinə danışıb. YPG-nin (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu –red.) üzvü Huanq Li Afrində Türkiyəni dayandıra bilməyəcəklərini söyləyib.

“Türk birliklərini dayandıra biləcəyimizə şübhə edirəm. Onların tankları, zirehli texnikaları, qırıcıları və peykləri var. Türkiyə böyük bir ölkədir, sanki bir savaş maşınıdır. Biz az vaxt aparsa da, bir gün döyüşü mütləq qazanacaqlar. Bu döyüşü qazana bilməyəcəyik”, - o bildirib.

Xəbərə görə, 15 YPG terrorçusuna rəhbərlik edən 24 yaşındakı Huanq Li Çində doğulub və yeniyetmə yaşlarında İngiltərəyə köçüb. Mançester şəhərində təhsil alan Li 3 ildir terror təşkilatının sıralarında döyüşür.

İsrail Hərbi Hava Qüvvələri şənbə günü Suriya hava hücumundan müdafiə sistemlərinin yarısını sıradan çıxardığını düşünür. Bu barədə informasiyanı “RİA Novosti” agentliyi İsrail ordusundakı mənbəsinə istinadən yayıb.

“Bizim ilkin məlumatımıza görə, Suriyanın hava hücumundan müdafiəsinin 50 faizi məhv edilib. Biz bu rəqəmləri bir daha yoxlayacağıq”, – deyə mənbə bildirib.

Qeyd edək ki, şənbə günü bir hərbi təyyarəsinin vurulmasına cavab olaraq İsrail Suriyanın Palmira, Dəməşq şəhərindəki hərbi obyektlərini, eləcə də İrana məxsus hərbi bölmələri bombardman etmişdi.

Moskvada nüvə silahının mövcudluğuna görə Kiyev Rusiyaya müharibə elan edə bilmir. Bu haqda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Kiyevdə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin məhkəmə prosesi üzrə prosesdə çıxışında deyib.

“Rusiya kimi nüvə dövlətinə qarşı durmaq üçün vasitələrimiz yoxdur. Biz təcavüzkara müharibə elan edə bilmirik, çünki Rusiya nüvə dövlətidir”, - o deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna Xarici İşlər naziri Pavel Klimkinlə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında görüş olacaq. Bu barədə informasiyanı Ukrayna Xarici İşlər Nazirliyi yayıb. Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

Tərəflər arasında əsas müzakirə mövzusunun Donbasa sülhməramlıların yerləşdirilməsi olacağı vurğulanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm