ABŞ kəşfiyyatının QARABAĞ PROQNOZU, özünü doğruldan QORXUNC SSENARİ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

ABŞ kəşfiyyatının QARABAĞ PROQNOZU, özünü doğruldan QORXUNC SSENARİ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Düşmən tərəfinin növbəti təxribatı uğursuzluqla nəticələnib. ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Kouts Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozla çıxış edib. ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edib. Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO) Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı uğurla davam etdirilir. YPG-nin Dəməşqlə məxfi razılaşma əldə etdiyi iddia olunub. Mixail Saakaşvili Polşaya deportasiya edilib. Əfqanıstanın Taliban hərəkatı ABŞ-a ünvanlanan açıq məktubu dərc edib. NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində “hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul ediblər.

Azərbaycan, Dağlıq Qarabağ

Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib. Fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarixi İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya etiraz edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistanın “arminfo” agentliyinə müsahibə verib. Sensasiya sayıla biləcək müsahibədə Musabəyovun Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər Bakının 11 aprel prezident seçkilərindən sonra ərazilərin azad olunması istiqamətində “yol xəritəsi”ni tətbiq edəcəyi ehtimalını önə çıxarır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dağlıq Qarabağ ətrafında Ermənistan və Azərbaycan arasındakı gərginlik irihəcimli hərbi münaqişəyə keçə bilər. Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun “Ümumdünya təhlükələrin qiymətləndirilməsi” məruzəsində deyilir.

D.Kouts bu il Dağlıq Qarabağda böyük müharibənin başlaya biləcəyini istisna etmir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın xüsusi xidmət orqanlarının Dünya üzrə təhdidlərin qiymətləndirilməsi hesabatında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar əks olunmuş məsələlərə münasibət bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

“ABŞ-ın Moskvaya qarşı sanksiyaları Azərbaycan və Ermənistanın Rusiyadan silah almasını azalda bilər”. Bu barədə rusiyalı hərbi ekspert Pavel Felgenhauer Ermənistan mediasına açıqlamasında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Ermənistana Rusiyadan silah almamaq haqda xəbərdarlıq edib. Bu barədə “Aykakan Jamanak” qəzetinə ABŞ-ın İrəvandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Vaşinqton İrəvana bu məsələ ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistan PYD/YPG-yə Türkiyə ilə müharibədə dəstək verməlidir”. Bu barədə Rusiyanın erməni əsilli hərbi eksperti Semyon Baqdasarov deyib.

Moskva-İrəvan canlı konfransında çıxış edən Baqdasarov Türkiyənin “tarixi düşmənimiz” olduğunu bildirib.

“Oturmamalı, ortaq tarixi düşmənimiz Türkiyəyə qarşı güclərimizi səfərbər etməliyik. Türkiyənin cənub-şərqi Ermənistanla sərhəddir. Unutmamalıyıq ki, bura Qərbi Ermənistan torpağıdır”, - deyə o iddia edib.

Baqdasarov Ermənistanın PKK/PYD-yə Türkiyə ilə mübarizədə dəstək verməsini vacibliyini vurğulayaraq, əlavə edib ki, “PKK və PYD/YPG liderləri ilə Qarabağda hərbi ittifaq qurmalıyıq”.

Türkiyə, İran, Yaxın Şərq

“Hesab etməyin ki, Kipr sahillərində təbii qaz axtarışları və Egey dənizindəki qayalıqlardakı fürsətcil cəhdlər diqqətimizdən yayınır. Kipr və Egeydə həddini keçənlərə buradan xəbərdarlıq edirik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı" əməliyyatını həyata keçirərkən Suriya rejimi PKK\PYD terrorçularına yardım edir. "Röyters" agentliyinin araşdırmasında Bəşər Əsəd rejiminin terrorçuların Afrinə silah və yaraqlı daşımasına şərait yaratması ilə yanaşı, terror kortejinin türk ordusuna qarşı göndərilməsi üçün Tel-Rıfat dəhlizini açıq saxladığı qeyd olunub. PKK-nın Tel-Abyad və Qamışlıdan gətirdiyi kortejlər rejimin nəzarətində olan Nubbul və Zəhra xəttindən keçərək Afrinə gəlir. Burada isə Türkiyə ordusuna qarşı döyüşlərə göndərilir.

Suriyanın Afrin bölgəsinə keçən son qrup tanıdığımız PKK terror qrupu deyil”. Bu iddia ilə təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar çıxış edib.

Onun sözlərinə görə, Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) ilə vuruşmağa gedən son qrup yüksək təlim alan peşəkar əsgərlərdən ibarətdir.

Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını dəyərləndirən ekspertlər ABŞ və Türkiyənin savaş meydanında gec-tez üz-üzə gələcəyini bildirirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

YPG Əsəd rejimi ilə məxfi razılaşma əldə edib. Bu barədə informasiyanı Livanın “Əl Mayadin” televiziyası yayıb. İddiaya görə, YPG/PKK qruplaşması Afrindəki mövqelərini Əsədə verməyə razılaşıb.

Əsəd qüvvələrinin Afrinə yaxın zamanlarda gələcəyi olacağı deyilib.

Qeyd edək ki, Türkiyə yanvarın 20-dən etibarən Afrində YPG-yə qarşı “Zeytun budağı” əməliyyatları aparır. Əməliyyatdan öncə Rusiyanın YPG-yə Türkiyənin zərbəsindən qaçmaq üçün əlində saxladığı əraziləri, o cümlədən Afrin bölgəsini Əsəd qüvvələrinə verməyi və geri çəkilməyi təklif etdiyi, YPG-nin isə bu təklifi qəbul etmədiyi bildirilmişdi.

Suriya ordusu Türkiyənin "Zeytun budağı" əməliyyatı keçirdiyi Afrinə daxil oldu. Bu iddia ilə “Al Mayadeen” televiziyası çıxış edib.

Telekanalın bölgədəki müxbiri Suriya ordusunun PYD/YPG terror təşkilatına Türkiyəyə qarşı müharibədə dəstək vermək üçün Afrinə girdiyi xəbərini verib.

Qeyd edək ki, Rusiyanın rəsmi “RİA Novosti” agentliyi də Suriya ordusunun yaxın günlərdə Afrinə girəcəyi xəbərini yaymışdı.

“Afrin bölgəsinin Türkiyə sərhədinə qədər olan ərazisi Şam qüvvələrinin nəzarətinə veriləcək. Suriya ordusunun Afrini nəzarətə götürməsi proesesi yaxın günlərdə başlanacaq”, - deyə xəbərdə deyilirdi.

Təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Abdullah Ağar Afrində türk əsgərinə qarşı döyüşən terrorçuların bəzilərinin İran PKK-sı olan PJAK üzvü olduğu haqda məlumat yayıb. Ağar Türkiyə ordusunun Afrində məhv etdiyi terrorçuların içindəki PJAK üzvlərinin fotolarını yayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

MOSSAD-ın agenti olduğu deyilən yəhudi əsilli fransız filosof Bernard Henri Levi ABŞ-ın “The Wall Street” jurnalında dərc olunan məqaləsində NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırıb. Levi Türkiyənin Afrin əməliyyatının qarşısını alınması üçün Qərbin hərəkətə keçməli olduğunu qeyd edib.

“Türkiyənin qarşısı alınmalıdır. Ağlınızı başınıza alın, Türkiyə ilə müzakirələrin dondurulması bəs etmir, münasibətlər tamamilə kəsilməlidir”, - deyə o, Avropa İttifaqına çağırış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Türkiyənin bütün israrlarına baxmayaraq, ABŞ-ın İŞİD-ə qarşı PYD/YPG ilə birlikdə mübarizə aparmasının səbəblərindən biri də Fərat çayının şərqindəki ərəb bölgələrində PYD/YPG ilə öz təsirini təmin etmək və Fəratın şərqi ilə bağlı razılaşmanın olmadığı müddətdə qərbdə rejim, Rusiya və İrana kasıb bir Suriya buraxaraq Pirr zəfəri qazandırmaq istəyidir. Beləliklə, İsraili təhdid edən İranın da əl-qolunu bağlana bilər”. Bunu Türkiyənin Mərmərə Universitetinin siyasi elmlər fakültəsinin doktoru Çingiz Tomar “Anadolu” agentliyinə müsahibəsində deyib.

Yaxın Şərqdə baş verən qarşıdurmaları “kiçik dünya müharibəsi” adlandıran Ç.Tomar ABŞ-ın dövlət katibi və səlahiyyətlilərinin Ankaraya səfərlərini şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Aralıq dənizinə açılacaq “terror dəhlizi” planında “Fərat Qalxanı” hərəkatı sonrası dəyişiklik edib. Bunu Afrin sərhəd xəttində xidmət göstərən yüksək vəzifəli hərbçi söyləyib.

Onun sözlərinə görə, “terror dəhlizi” Lazkiyədən deyil, İskəndərundan keçməli idi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fevralın 15-də ABŞ-ın dövlət katibi Reks Tillerson Ankaraya səfər edib. O, həmin gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Prezident Tillersonla danışıqlarında Birləşmiş Ştatlar rəsmisinə rəsmi Ankaranın Amerikadan Suriya və İraqla bağlı gözləntilərini çatdırıb.

Fevralın 16-da Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında görüş keçirilib. Çavuşoğlu görüşdən sonra keçirilən mətbuat konfransında ABŞ ilə əlaqələrin düzəldilməsi üçün razılaşma əldə etdiklərini söyləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mövlud Çavuşoğlu Reks Tillersonun səfərindən əvvəl ya əlaqələrin düzələcəyini, ya da tamamilə pozulacağını bildirmişdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Müdafiə naziri Nurəddin Canikli və ABŞ-ın Müdafiə naziri Ceyms Mettis Brüsseldə görüşüb. Nazirlərin görüşü zamanı Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” anti-terror əməliyyatı, ABŞ-ın Türkiyəyə qarşı olan terror təşkilatlarına yardım etməsi səbəbindən iki ölkə arasında yaranmış gərginliyə dair məsələlər və s. ətrafında müzakirələr aparılıb.

Türkiyənin müdafiə naziri Ceyms Mettislə görüşdən sonra amerikalı həmkarının skandal təklifi barədə danışıb. Türkiyəli nazirin sözlərinə görə, Pentaqon rəhbəri YPG-ni PKK terror təşkilatına qarşı döyüşdürə biləcəklərini deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ kürd müttəfiqləri ilə birlikdə praktik olaraq Suriya ordusuyla açıq qarşıdurmaya daxil olur. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Faktiki Et-Tanf ərazisində 55 kilometrlik zona Amerika hərbçiləri tərəfindən işğal olunub”, - o deyib.

Zaxarov qeyd edib ki, amerikalılar Türkiyəni təhrik edərək İraq ərazisi vasitəsilə kürd silahlılarına yeni silah konvoyları göndərir.

Rusiya ilə Türkiyə arasında 2020-ci ildə ikinci S-400 razılaşması imzalanacaq. Bununla bağlı Rusiya Müdafiə Nazirliyindən olan mənbə məlumat verib.

O bildirib ki, razılaşma ilə bağlı Ankara və Moskva arasında danışıqlar gedir:

“İkinci S-400 hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsinin 2021-ci ildə başa çatması gözlənilir. Bundan başqa, ikinci müqavilədə türk şirkətlərinə S-400 raketlərinin bəzi hissələrinin istehsalına icazə lisenziyasının verilməsi də nəzərdə tutulub”.

Türkiyənin "S-400" kompleksləri alması sanksiyalarla qarşılaşa bilər. Bu haqda ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin Baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ ABŞ səlahiyyətlilərinin İŞİD-lə müarizə mövzusundakı sözlərinin arxasındakı dəhşətli planı açıqlayıb. Bozdağın sözlərinə görə, İŞİD terror təşkilatı bölgənin siyasi hədəflərin həyata keçirilməsi üçün bir alətdir.

Hökumət sözçüsü qeyd edib ki, İŞİD bəhanəsiylə yeni bir oyun qurulur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek ABŞ və Türkiyə arasında müharibənin başladığını deyib. D.Perinçek qələmə aldığı məqaləsində “Vaşinqton-Ankara trafiki bu müharibənin içindəki gediş-gəlişlərdir”, deyə yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ-ın Böyük Yaxın Şərq xəritəsində dəfn ediləcəyini bilirdik. ABŞ Silahlı Qüvvələri, Türkiyə başda olmaqla, Yaxın Şərq ölkələrini bölmə xəritəsini dərc etmişdi. ABŞ xəritə deyil, özü üçün bir məzar qazıb. Xəritəni qaldırsanız, orada bir məzar görərsiniz”. Bunu Türkiyənin “Aydınlıq” qəzetində Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek yazıb.

D.Perikcek 29 iyul 2006-cı il tarixində Ankaranın Sakarya kücəsində keçirdiyi mətbuat konfransı və ABŞ-ın səfirliyi qarşısında söylənilən fikirləri xatırladıb:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amerika qoşunları Suriyanın Deyr-ez-Zor əyalətinin Xaşşam yaşayış məntəqəsində aviazərbələr zamanı Rusiya tərəfini xəbərdar etmişdi. Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis bildirib.

“Rusiyalılar bizə dedilər ki, orada lap əvvəldən Rusiya gücləri olmayıb. Düşünürəm ki, elədir. Amma bizdə tam aydınlıq yoxdur ki, orada rejim gücləri nə edirdi? Ən azından, indi orada sakitlikdir”, - amerikalı nazir deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

PYD-nin Suriyadakı sülh prosesində yer almasının tərəfdarıyıq. Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Qeyd edək ki, Rusiya daha əvvəl Soçi zirvəsinə PYD/YPG-nin də qatılacağını açıqlamış, bu isə Moskva-Ankara arasında gərginliyə səbəb olmuşdu. Türkiyənin qəti mövqeyi sayəsində PYD tərəfi ötən ay baş tutan zirvəyə qatıla bilməmişdi.

Suriyanın cənubunda son günlər baş verənlər İsrailin də bu ölkədə davam edən qarşıdurmalara daha aktiv qoşulduğunu göstərir. Bu isə regionda vəziyyəti daha da gərginləşdirə, ən əsası, İsrail və İran arasında genişmiqyaslı hərbi qarşıdurmanın baş verməsinə gətirib çıxara bilər. İsrailin “Yerusalem Post” qəzetində dərc olunan məqalədə İsrail və İran arasında açıq bir döyüşün başlandığı deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrail Hərbi Hava Qüvvələri şənbə günü Suriya hava hücumundan müdafiə sistemlərinin yarısını sıradan çıxardığını düşünür. Bu barədə informasiyanı “RİA Novosti” agentliyi İsrail ordusundakı mənbəsinə istinadən yayıb.

“Bizim ilkin məlumatımıza görə, Suriyanın hava hücumundan müdafiəsinin 50 faizi məhv edilib. Biz bu rəqəmləri bir daha yoxlayacağıq”, – deyə mənbə bildirib.

Qeyd edək ki, şənbə günü bir hərbi təyyarəsinin vurulmasına cavab olaraq İsrail Suriyanın Palmira, Dəməşq şəhərindəki hərbi obyektlərini, eləcə də İrana məxsus hərbi bölmələri bombardman etmişdi.

Yunan Amerikan Liderlik Konseyi (HALCA) və Amerika erməni milli komitəsi (ANCA) F-35 döyüş təyyarələrinin Türkiyəyə verilməsinin qarşısını almaq üçün Vaşinqtonda kampaniyaya başlayıblar. Yunan və erməni lobbisi ABŞ senatorları ilə görüşərək, Türkiyənin Yunanıstan, Kipr, Suriya, Ermənistan və İsrail məsələsində NATO və müttəfiqləri ilə üz-üzə gəldiyini vurğulayıblar.

Yunan və ermənilər senatorların dəstəyini qazanmaq üçün Türkiyənin F-35 texnologiyası haqqında İran və Rusiyaya məlumat “sızdıra biləcəyi” iddiasını da ortaya atıblar.

Erməni lobbisi iddialarını davam etdirərək qeyd edib ki, Türkiyə F-35 təyyarələrini Ermənistana, Yunanıstana, Kiprə, yaxud digər müttəfiq ölkələrinə qarşı tətbiq edə bilər.

İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir. Bu barədə Konqresin Senatında dinləmələr zamanı ABŞ Milli Kəşfiyyatın rəhbəri Deniel Kouts bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun ABŞ Konqresinə təqdim etdiyi “Ümumdünya təhlükələrin qiymətləndirilməsi” məruzəsində Türkiyənin çoxdan gözlədiyi bir etiraf yer alıb. Məruzədə YPG-nin PKK terror təşkilatının Suriya qolu olduğu və muxtar bölgə axtarışında olduğu qeyd edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrail Avropa ölkələri vasitəsilə İrana Livan və Suriyadakı fəaliyyətinə dair ciddi xəbərdarlıqlar edib. Bu haqda İsrail “Kanal 10” telekanalı israilli və avropalı diplomatik mənbələrə istinadən bildirib.

Xəbərə görə, xəbərdarlıq mesajları Almaniya, İngiltərə və Fransa vasitəsilə İran prezidenti Həsən Ruhani ilə onun müşavirinə çatdırılıb. Xəbərdarlıqlarda Livanda raket və silah fabriki, Suriyada isə hərbi bazanın qurulması ilə əlaqədar ciddi xəbərdarlıq olunub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın dövlət katibi Reks Tillerson Qüdsün statusuna dair son qərarı fələstinlilərlə israillilərin verəcəyini bildirib. Qahirədə Misirin Xarici İşlər naziri Sameh Şükri ilə görüşən Tillerson Amerikanın Yaxın Şərqdə sülh prosesinə sadiq qaldığını deyib.

“Biz Yaxın Şərqdəki sülh prosesinə sadiq qalırıq. Qüdslə bağlı son qərarı isə fələstinlilərlə israillilər verəcək”, - o bildirib.

Fələstin İsraillə üçüncü tərəfin təşkil edəcəyi birbaşa danışıqlara hazırdır. Moskva və ya Soçi bunun üçün neytral meydança ola bilər. Bu barədə Fələstin XİN rəhbəri Riyad əl Maliki bildirib.

“Hesab etmirəm ki, bu cür danışıqlar Qüdsdə keçirilməlidir”, - deyə diplomat bildirib.

Riyad əl Maliki İsrail tərəfinə qeyd olunan variant üzərində düşünməyə və təklifi müsbət qəbul etməyə çağırıb. Bundan əvvəl Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil Şaas bildirib ki, Fələstin xarici tərəfdarlarla İsraillə münaqişənin nizamlanmasının yeni çoxtərəfli formatın yaradılması üzərində çalışır.

ABŞ prezidenti Donald Tramp ölkəsinin bu günə qədər Orta Şərqdə 7 trilyon dollar xərclədiyini və bu qədər məbləğin heç bir işə yaramadığını etiraf edib. Ağ Evdə 2019-cu il büdcəsi ilə bağlı açıqlamalar verən prezident “bu, bir səhvdir, amma vəziyyət budur” ifadəsini işlədib:

“Bir neçə ay öncəki son hesablamalara görə, Orta Şərqdə 7 trilyon dollar xərcləmişik. 7 trilyon dollar. Bu böyük bir xətadır, amma vəziyyət budur. Və bu gün Orta Şərq 17 il öncəkindən də pis vəziyyətdədir. Çox kədərlidir”.

Prezident seçilmədən öncə ABŞ-ın İraqı işğal etməsini böyük bir səhv kimi dəyərləndirən Tramp ölkəsinin Orta Şərqə hərbi müdaxilə etməsinin doğru olmadığından şikayətlənirdi. Ancaq vəzifəyə gəldikdən sonra ABŞ-ın İraq və Suriyadakı əməliyyatları ilə bağlı səlahiyyətlərini Pentaqona verən D.Tramp, xüsusilə, Suriyaya daha çox hərbi güc göndərməkdə qınanır.

ABŞ və Rusiyadan sonra Çin də Suriyada daha aktiv şəkildə rol oynamaq istədiyini açıqlayıb. Çinin Şamdakı səfiri Qi Qianjin ölkəsinin Suriya münaqişənin həllində böyük rol oynayacağını bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Əfqanıstanın Taliban hərəkatı ABŞ-a ünvanlanan açıq məktubu dərc edib. Hərəkat koalisiya qoşunlarının Əfqanıstandan çıxarılması və trilyonlarla dollara başa gələn çoxillik münaqişəyə son qoymaq üçün “Amerika xalqı”nı və “sülhsevər Konqres üzvləri”ni Donald Tramp administrasiyasını sülh danışıqlarına getməyə inandırmağa çağırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qərb, Rusiya, Çin, Qərb-Rusiya münasibətləri

ABŞ-ın hərbi-dəniz donanmasına Rusiya və Çin sualtı qayıqlarına qarşı mübarizədə ideal silah sayılan “Sea Hunter” (Dəniz ovçusu) pilotsuz gəmiləri verilir. ABŞ mediasının məlumatına görə, “Sea Hunter” dünyada ən böyük pilotsuz gəmi ünvanına sahibdir. Gəminin bu il ərzində silahlanmaya qəbul edilməsi gözlənilir.

Demokratlar Partiyasından üç senator ABŞ Konqresinin Senatına qətnamə təqdim edib. Qanunvericilər qətnamədə prezident Donald Trampı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıblar.

Ben Kardin (Merilend ştatı), Şerrod Braun (Ohayo) və Robert Menendes (Nyu-Cersi) sənədin müəllifləridir.

Qeyd edək ki, yanvarın sonunda ABŞ-ın Maliyyə Nazirliyi “Kreml məruzəsini” açıqlayıb. Sənədə 210 nəfərin adı daxil edilib. Onlardan 114-ü Rusiya Federasiyasının yüksək vəzifəli məmurları, 96-sı dövlət şirkətlərinin rəhbərləridir.

Siyahı sanksiyaların avtomatik tətbiqini nəzərdə tutmasa da, gələcəkdə həmin şəxslərə qarşı sanksiyaların tətbiqi istisna edilmir.

Çin Amerikanın maarifləndirici və elmi müəssisələrində yerləşdirilən “alim agentləri”n köməyi ilə ABŞ-ı dünya dövləti statusundan məhrum etməyə fəal şəkildə çalışır. Bu haqda ABŞ Konqresinin Senatında çıxışı zamanı Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey bildirib.

Reyin sözlərinə görə, Çin agentləri lazımi məlumatları əldə etmək üçün elmi cəmiyyətin açıq olmasından və “sadəlövhlüyündən” istifadə edirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində “hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul ediblər. Bu barədə "RİA Novosti" Brüsseldəki hərbi-diplomatik mənbəyə istinadən xəbər yayıb.

Bildirilir ki, müdafiə nazirləri bu qərarı Brüsseldə keçirilən toplantıda razılaşdırıblar. Onlar Avropada hərbi qüvvələrin daşınmasının təmin edilməsi ilə bağlı yeni komanda qərargahı yaratmaq barədə razılığa gəliblər.

Bu ideya ilk olaraq ABŞ-ın Avropada quru qoşunlarının keçmiş komandanı Ben Hodjes tərəfindən təklif olunub. O bəyan edib ki, ittifaqın qoşunları və hərbi texnikası Avropada miqrantlar qədər sürətlə hərəkət edə bilməlidir.

Ukrayna

“Donbasın reinteqrasiyası haqqında qanun qəti qəbul edilərsə, bu, Minsk razılaşmalarının dağıdılması üzrə Ukraynanın böyük səhvi olacaq”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalına bildirib.

“Doğrusu, Kiyev hakimiyyəti bu səhvin bir addımlığındadır. Reinteqrasiya haqqında qanun hələ ikinci oxunuşdan keçib. Baxaq”, - Rusiya naziri deyib.

Xatırladaq ki, ötən ay Ali Radanın 280 üzvü tərəfindən dəstəklənən “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın dövlət müstəqilliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri Haqqında” qanunda Ukrayna ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğal edildiyi göstərilib.

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə restoranlardan birində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu haqda onun silahdaşı David Sakvarelidze bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskvada nüvə silahının mövcudluğuna görə Kiyev Rusiyaya müharibə elan edə bilmir. Bu haqda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Kiyevdə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin məhkəmə prosesi üzrə prosesdə çıxışında deyib.

“Rusiya kimi nüvə dövlətinə qarşı durmaq üçün vasitələrimiz yoxdur. Biz təcavüzkara müharibə elan edə bilmirik, çünki Rusiya nüvə dövlətidir”, - o deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna Xarici İşlər naziri Pavel Klimkinlə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında görüş olacaq. Bu barədə informasiyanı Ukrayna Xarici İşlər Nazirliyi yayıb. Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

Tərəflər arasında əsas müzakirə mövzusunun Donbasa sülhməramlıların yerləşdirilməsi olacağı vurğulanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm