İki saat içində STRATEJİ QƏLƏBƏ, çirkin oyunun ŞİFRƏLƏRİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İki saat içində STRATEJİ QƏLƏBƏ, çirkin oyunun ŞİFRƏLƏRİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

XİN Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə ünvanladığı təbriki şərh edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında dünən baş tutan telefon danışıqlarının yeni detalları ortaya çıxıb. Suriya hökumətinə bağlı qüvvələr Afrinə girməyə başlayıb. Türkiyə prezidenti qarşıdakı günlərdə Afrin şəhəri mühasirəyə alınacağını bildirib. İranın paytaxtı Tehranda sufi-dərvişlərlə polis arasında qarşıdurmalar baş verib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə ünvanladığı təbriki şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Hələbdən yola çıxan Suriya hökumətinə bağlı qüvvələr Afrinə girməyə başlayıb. Bu haqda “Röyters” agentliyi Livanın “Hizbullah” təşkilatına yaxın media orqanlarına istinadən məlumat yayıb.

Qeyd edək ki, “Röyters” agentliyi dünənki xəbərində hökumətə yaxın güclərin axşam saatlarında Afrinə girəcəyini bildirmişdi. Afrində Azad Suriya Ordusu ilə birlikdə “Zeytun budağı” əməliyyatı həyata keçirən Türkiyənin bu xəbərə reaksiyası olduqca sərt oldu.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya hökumətinə bağlı qüvvələrin Afrinə daxil olduğu barədə xəbərin yayılmasından dərhal sonra bölgədə hərəkətlilik artıb. Türk qırıcıları Bəşər Əsəd rejiminə bağlı güclərin girdiyi bölgəni bombalamağa başlayıb.

Son xəbərlərə görə, Türkiyə qırıcılarının aviazərbələri və top atəşləri ilə edilən xəbərdarlıqdan sonra, rejim tərəfdarı qüvvələri Afrinin şəhərinə 10 kilometr qalmış geri çəkiliblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında dünən baş tutan telefon tanışıqlarının yeni detalları ortaya çıxıb. Rusiya lideri Ərdoğana Afrin mövzusunda təminat verib.

Xəbərə görə, Ərdoğan Suriya ordusunun Afrinə girəcəyi halda, bunun ağır nəticələrinin olacağını bildirməsindən sonra, Putin “belə bir şey olmayacaq” şəklində cavab verib.

Qeyd edək ki, dünən Suriyanın dövlət televiziyası hökumət güclərinin axşam saatlarına kimi Afrin bölgəsinə girəcəyini xəbər verib. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ isə Ankarada keçirilən mətbuat konfransında rejim qüvvələrinin Afrinə daxil olacağı barədə xəbərlərin əsassız olduğunu deyib.

Suriya ordusunun Afrinə girəcəyi barədə dünən yayılan xəbər gündəmi bir anda dəyişdi. Afrində Azad Suriya Ordusu ilə birlikdə “Zeytun budağı” əməliyyatı həyata keçirən Türkiyənin bu xəbərə reaksiyası olduqca sərt oldu. Amma sonradan “Suriya ordusu Afrinə girəcək” yalanının arxasında əslində, Türkiyəyə qarşı çirkin bir planın olduğu ortaya çıxdı.

“Haber7” saytının yazdığına görə, Dəməşq “Afrini PKK/PYD-dən təhvil alma” yalanı ilə terror təşkilatına dəstək üçün şəhərə əlavə qüvvələr göndərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Qarşıdakı günlərdə Afrin şəhəri mühasirəyə alınacaq. Beləliklə, həm şəhərə, həm də bölgəyə gələn yardımların qarşısı kəsiləcək”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatının 32-ci günündə ciddi uğur qazanıb. Afrinin şimalındakı Sorani, Heyyani ve Zeytune kəndləri 2 saat ərzində azad edilərək şimal cəbhəsinin birləşdirilməsi üçün önəmli addım atılıb.

Əməliyyatın gedişatında Azez və Şeyx Horoz arasında yerləşən yol açılıb. Beləliklə, Azez-Bülbül yolu birləşdirilmiş olub. Əməliyyatın başlanmasından bu yana 1715 PYD/PKK terrorçusu öldürülüb, 20-si strateji təpə olmaqla, 79 nöqtə azad edilib.

“Rusiyada əmindir ki, Türkiyənin təhlükəsizliyinin maraqları Suriya hökumətiylə dialoq vasitəsilə tamamilə təmin edilə bilər”. Bunu Xavaca Məhəmməd Asiflə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Afrin məsələsi Suriyanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Afrində keçirilən “Zeytun budağı” əməliyyatından narazı olan bir sıra siyasi simalar Fransada Türkiyə ordusunun dayandırılması üçün imza toplamağa başlayıb. Əməliyyatın dayandırılması üçün imza toplamağa başlayan siyasətçilər bölgədə ağır zərbə alan qrupların müttəfiqləri olduğunu açıqlayıb.

İŞİD-lə mübarizəni bəhanə edən fransız siyasətçilər türk ordusunun Suriyanın şimalından dərhal geri çəkilməli olduğunu bildiriblər.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron da Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatının dayandırılmalı olduğunu açıqlamışdı.

İranın paytaxtı Tehranda sufi-dərvişlərlə polis arasında qarşıdurmalar baş verib. Toqquşmalara səbəb sufi cərəyanın nümayəndələrindən birinin həbs edilməsi olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Məhv olmuş İŞİD-in yerdə qalan qüvvələri Suriyadan çıxaraq digər regionlarda cəmləşib. Bunu MDB xüsusi xidmət orqanları rəhbərlərinin iclasında çıxışı zamanı MDB Antiterror Mərkəzinin rəhbəri general-polkovnik Andrey Novikov söyləyib.

“Əsas hədəf Əfqanıstan və Pakistandır. İŞİD-in yerdə qalan hissəsi Suriya və İraqda məhv edilmiş bazalarını indi bu ölkələrdə formalaşdırırlar. Əfqanıstana terrorçuların tranziti İraq və Suriyakı kimi həyata keçirilir. Tərəfdaşlarımızdan əldə etdiyimiz məlumata görə, yaxın gələcəkdə İŞİD Əfqanıstanda aktivləşəcək. Bu terror təşkilatı heroin trafikinə nəzarəti ələ keçirməyə cəhd edəcək”, – deyə o bildirib.

Rəsmi Təl-Əvivin mübahisəli əraziyə divar tikiləcəyini açıqlaması İsraillə Livan arasındakı gərginliyi daha da yüksəldib. Livanlı general Jozef Aoun İsrailin hər hansı təşəbbüsünə qarşı istənilən hərbi varianta əl atacaqlarını bildirib.

“Qəti və açıq şəkildə bildirirəm, əgər İsrail Livanın müstəqilliyini və iqtisadi mənbələrini təhlükəyə atan cəhd etsə, nəticə nə olur olsun, İsrailin bu təcavüzkar həmləsinə qarşı ordumuz nə mümkündür, onu da tətbiq edəcək”, - general bildirib.

Qeyd edək ki, İsrail Livanla BMT-nin müəyyən etdiyi sərhəd xətti boyu divar tikintisinə başlanılacağını açıqlayıb.

İsrailin bu il hansısa savaşa başlaması ehtimalı əvvəlki dövrlərdən daha yüksəkdir. Bunu jurnalistlərə açıqlamasında İsrail generalı Nitzan Alon söyləyib. Onun sözlərinə görə, Suriyadakı strateji dəyişikliklər İsrail ordusunun hazırlıq səviyyəsinin artırılmasını tələb edir:

“İsrailin şimalında cari ildə müharibə ehtimalı böyükdür. İran və Hizbullah tərəfindən dəstəklənən Suriya Prezidenti Bəşər Əsədin qələbələr qazanması bu savaş ehtimalını daha da artırır. Əsəd artıq müttəfiqlərinin yardımı ilə ölkənin 80%-də nəzarəti təmin edib”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm