Yenidən yazılacaq müharibə SSENARİSİ, iki şərt qarşılığında KAPİTULYASİYA… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Yenidən yazılacaq müharibə SSENARİSİ, iki şərt qarşılığında KAPİTULYASİYA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Dəməşq və YPG Afrinlə bağlı danışıqlar aparsa da, razılaşa bilməyiblər. Afrində PYD terror qruplaşmasının Türkiyə sərhədi ilə bağlantısı qopmaq üzrədir. Moskva Qərbin Suriyada “B planı” həyata keçirmək cəhdində ittiham edib. Kreml nəzarətində olan KİV-lərə və siyasi texnoloqlara mifik “Novorossiya” mövzusunu tədricən dirçəldilməsi barədə təlimat verib.

Suriyanın ərazi bütövlüyü barədə heç kim narahat olmasın. Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Terror qruplaşmaları ilə mübarizə aparan heç kimə qarşı deyilik. Fəqət PKK və YPG-ni qorumaq üçün bura gələnlərə fürsət verməyəcəyik”, - Çavuşoğlu deyib.

Qeyd edək ki, Afrində keçirilən “Zeytun budağı” əməliyyatı Türkiyə sərhədləri yaxınlığında yaradılmış terror koridorunun ləğv edilməsi üçün yanvarın 20-də başladılıb.

Dəməşq və YPG Afrinlə bağlı danışıqlar aparsa da, razılaşa bilməyiblər. Bunu Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib.

“Türkiyə bölgədəki terror təşkilatları və terrorçuları təmizləyənə kimi, bu mübarizə davam edəcək. Əgər rejim qüvvələri formanı dəyişdirərək YPG/PYD sifəti ilə Afrinə girərsə, onlar da hədəfdir. Bunu etmək istəyən heç kimə fərq qoyulmayacaq”, - hökumət sözçüsü deyib.

Xatırladaq ki, fevralın 20-də Suriyanın hökumət qüvvələrinə bağlı silahlılar Afrinə girməyə cəhd ediblər. Türkiyə qırıcılarının aviazərbələri və top atəşləri ilə edilən xəbərdarlıqdan sonra, rejim tərəfdarı qüvvələr Afrinin şəhərinə 10 kilometr qalmış geri çəkiliblər.

Afrində PYD terror qruplaşmasının Türkiyə sərhədi ilə bağlantısı qopmaq üzrədir. Türkiyə ordusunun Afrin istiqamətində irəliləməsi nəticəsində Kilislə sərhəddə yerləşən ərazi terrorçulardan tamamilə təmizlənib.

Məlumata görə, uğurla davam etdirilən Afrin əməliyyatı nəticəsində PYD-nin nəzarətində Türkiyə ilə sərhəddə yalnız Hatay və Qaziantep istiqamətində 10 kilometrlik bir sərhəd xətti qalıb. Türkiyə Silahlı Qüvvələri və ASO bu bölgələrdə nəzarəti ələ keçirdikdən sonra terror qruplaşmasının Türkiyə sərhədi ilə əlaqəsi tamamilə kəsiləcək.

Suriya prezidenti Bəşər Əsədlə dialoqun qurulmasının vacibliyi ilə bağlı Moskvadan Türkiyəyə ünvanlanan mesajlar bir-birini əvəz edir. İki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Türkiyənin təhlükəsizlik maraqları Suriya hökumətiylə dialoq vasitəsilə tamamilə təmin edilə bilər.

“Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Türkiyənin “Aydınlıq” qəzetinə müsahibəsində sözügedən mesajı təkrarlayıb. Duqinin sözlərinə görə, Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında hərbi müvəffəqiyyət Dəməşqlə əməkdaşlıqla daha da gücləndirilə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya ən yeni beşinci nəsil hərbi təyyarəsi olan Su-57-ni Suriyadakı bazasına göndərib. Bu barədə informasiya Tvitter sosial şəbəkəsində suriyalı aktivistlər tərəfindən paylaşılıb. Aktivistlər yaydığı görüntülərdə qırıcıların məhz Su-57 olduğunu müşahidə etmək mümkün deyil. Su-57 ilə bərabər, Hmeymimə 4 Su-35, 4 Su-25 və 1 ədəd “Uçan radar” - A-50U göndərilib.

Qeyd edək ki, bundan öncə Rusiyanın Suriyaya 4 Su-35C və bir A-50U təyyarəsi göndərdiyi haqqında məlumat yayılmışdı. Sözügedən təyyarələrin Xəzər dənizi, İran və İraq marşrutu ilə hərəkət edərək Suriyaya getdiyi bildirilmişdi.

S-57 təyyarəsi hələlik Rusiyada silahlanmaya qəbul edilməyib. Onun 2020-ci ildə Rusiyanın silahlanmasına qəbul edilməsi gözlənilir. Moskva bununla ABŞ-ın F-22 Raptor və F-35 təyyarələrinə rəqib yaratmağı planlaşdırır.

Qərb Suriya üzrə Cenevrə prosesinin əvəzinə rejimin dəyişməsi üzrə plana keçmək istəyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov serb həmkarı İvitsa Daçiçlə Belqradda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Suriyada 200-dən çox yeni silahını sınaqdan keçirib. Rusiya Duması Müdafiə Komitəsinin sədri, deputat Vladimir Şamanov Rusiyanın bununla bütün dünyaya öz hərbi sənaye kompleksinin effektivliyini nümayiş etdirdiyini bildirib.

“Biz Suriya xalqına kömək edib, burada 200-dən çox silahımızı sınaqdan keçirdik. Bu sınaqlar dünyaya rus silahının effektivliyini göstərdi. Təsadüfi deyil ki, bu gün müttəfiqimiz olmayan ölkələr belə bizdən silah almağa çalışır”, - deputat qeyd edib.

“Rusiya orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında müqaviləninin şərtlərinə riayət edəcəyi halda, ABŞ dəniz bazalı nüvə döyüş başlıqlı qanadlı raketlərindən imtina edəcək”. Bu haqda ABŞ müdafiə nazirinin nüvə və raket müdafiə siyasəti məsələləri üzrə köməkçisi Robert Sufer bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ, Rusiyadan fərqli olaraq, ani qlobal zərbə konsepsiyası çərçivəsində kosmik məkandan hərbi hədəflər üçün istifadə üzrə layihələrə malikdir”. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Herbert Makmasterin fikirlərini şərh edən “Vətən Arsenalı” jurnalının kommersiya direktoru, hərbi ekspert Aleksey Leonkov deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kreml nəzarətində olan KİV-lərə və siyasi texnoloqlara mifik “Novorossiya” mövzusunu tədricən dirçəldilməsi barədə təlimat verib. Bu haqda öz bloqunda “Donetsk Xalq Respublikası” (“DXR”) terrorçularının keçmiş başçısı, Rusiya diversantı İqor Qurkin (Strelkov) öz mənbələrinə istinad edərək yazıb.

“”Novorossiya” terminini zibil səbətindən çıxartmaq və onu yenidən hərəkətə gətirmək əmri verilib”, - terrorçu qeyd edib. Onun sözləri görə, yaxın gələcəkdə hadisələrin inkişafının iki mümkün variantı gözlənilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm