İrəvana sonuncu MESAJ, yaxın vaxtlarda ƏRAZİLƏR… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İrəvana sonuncu MESAJ, yaxın vaxtlarda ƏRAZİLƏR… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan ABŞ-a nota verib. Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlərə başlayıb. İsrail İranı dünyaya dominatlıq edəcək imperiya qurmağa cəhd göstərməkdə ittiham edib. "Zeytun Budağı" hərəkatı çərçivəsində 3-cü mərhələ başlayır. İsrail ordusu ölkə miqyasında “böyük müharibəyə hazırlıq” çərçivəsində təlimlərə başlayıb. Koreya Xalq Demokratik Respublikasının lideri ABŞ-la sülh müqaviləsini imzalamaq və iki ölkə arasında diplomatik münasibətləri qurmaq arzusunu ifadə edib.

12-17 mart tarixlərində Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirəcək. Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən keçirilən təlimlərdə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Azərbaycan Ordusunun təlimlərə başlaması Bakının mövcud status-kvo ilə barışmayacağını və yaxın zamanlarda ərazilərin azad olunması üçün hərəkətə keçəcəyini göstərir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistanın Helsinki Yekun Sənədi və Etimad quruculuğu tədbirlərinə dair Vyana Sənədi əsasında öhdəliklər daşıması deyəsən indi yadına düşüb. Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, BMT Nizamnaməsi, Helsinki Yekun aktı və digər ATƏT sənədləri çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq Ermənistan Azərbaycana qarşı gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.

Türkiyənin Afrində keçirdiyi "Zeytun Budağı" hərəkatının 52-ci günündə növbəti, 3-cü mərhələyə keçib başlandı. Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusunun birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatının 3-cü mərhələsində Afrin sakinlərinin mərkəzi tərk etmələri üçün təhlükəsizlik tədbirləri görülüb.

Növbəti mərhəldə dinc sakinlərin Afrinin mərkəzində yerləşən yaşayış məntəqələrindən çıxarılacaq və türk ordusunun PKK terror qruplaşmasının üzvlərinə qarşı digər məhvedici taktikalar icra olunacaq.

Türkiyə ilə ABŞ arasında Menbiç məsələsində razılıq əldə edilib. Bununla bağlı “Vaşinqton Post” nəşri məlumat yayıb.

Bildirilib ki, razılaşma ABŞ və Türkiyə nümayəndələri arasında ötən həftə Vaşinqtonda baş tutan görüşdə əldə edilib.

Razılaşmaya əsasən, ABŞ YPG terrorçularını Fərat çayının şərqinə yerləşdirəcək. Bunun qarşılığında isə Ankara ABŞ-ın Suriyadakı İŞİD hədəflərinə qarşı hava hücumlarında İncirlik bazasından istifadəsinə icarə verəcək.

Britaniya, Almaniya və Fransa ABŞ Prezidenti Donald Trampa İranla imzalanan nüvə razılaşmasına kosmetik dəyişikliklər edilməsini təklif edib. Bu barədə informasiyanı “Axios” saytı yayıb.

Avropa ölkələrinin məhz hansı dəyişiklikləri təklif etdiyi açıqlanmayıb. Tramp Avropa liderlərinin bu təklifini qəbul etməyib və sənədə ciddi dəyişikliklər edilməsini istəyib.

Qeyd edək ki, Tramp nüvə razılaşmasına dəyişikliklər edilməyəcəyi təqdirdə ABŞ-ın bu müqavilədən çıxacağını bildirib.

Rusiya ABŞ-ın və Qərb dünyasının yeganə müttəfiqi sayılır və özünü əsl rəqibləri olan İran, Türkiyə və Çindən qorumalıdır. Bu sözləri ABŞ Prezidenti Donald Trampın keçmiş siyasi və strateji müşaviri Stiven Bennon deyib.

“Soyuq müharibə” dövründə ruslarla döyüşmüşəm. Mən sualtı qayıqda zabit kimi çalışdım. Daha sonra Pentaqonda Rusiyanı silahsızlaşdırmasında iştirak etdim. Mən ruslarla tanışam və mən bilirəm ki, Rusiyanın iqtisadiyyatı İtaliyanın və Nyu York ştatının iqtisadiyyatından zəifdir. Rusiya bizə təhlükə yaratmır. Əksinə, o bizim yeganə müttəfiqimizdir”, - sabiq müşavir bildirib.

O bildirib ki, Kremlin əsas rəqibləri Pekində, Tehranda və Ankaradadır:

“Krımın işğal edilməsindən dolayı narahat olmağa dəyməz. Əsas diqqəti Böyük İpək yoluna, bu yolun birləşdirdiyi və keçmiş savaşlardan çıxan Çin, Türkiyə və İran kimi böyük dövlətlərə yönəltməliyik. Bu mədəniyyətlər bizim yəhudi-xristian kültürünə yaddır”.

“Amerika generalları özlərinin güclü strateji sualtı qayıqları haqqında lovğa-lovğa danışa bilərlər, amma zərbəni vurmağa heç vaxt cürət etməyəcəklər”. Bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Con Haytenin bəyanatını şərh edən hərbi ekspert Viktor Litovkin “Ulduz” telekanalına açıqlamasında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropada hərbi Şengenin yaradılması NATO-nun fəaliyyəti üçün yeni prioritet olub. Bunu “Krasnaya Zvezda” qəzetinə müsahibəsində Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin deyib.

“Avropanın artıq müəyyən yerlərində hərbi qrupların operativ hərəkəti üçün müxtəlif silah ehtiyatı yaradılır. Əsas koordinasiya mərkəzləri isə Polşa, Rumıniya, Macarıstan, Bolqarıstan, Slovakiya, Litva, Latviya və Estoniya seçilib”, – deyə o bildirib.

İsrail ordusu ölkə miqyasında “böyük müharibəyə hazırlıq” çərçivəsində təlimlərə başlayıb. Dünən yerli vaxtla saat 19:00-da başlayan təlimlər 7 gün davam edəcək.

İsrailin müdafiə naziri Aviqdor Liberman keçən ay verdiyi açıqlamasında Livanın “Hizbullah” hərəkatı müharibəyə başlayarsa, İsrailin bütün gücündən istifadə edəcəyini və quru qüvvələrinin Livana girəcəyini bildirmişdi. O, bütün Beyrutun sığınacaqlarda olacağını söyləmişdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran Yaxın Şərqdə dünyaya dominatlıq edəcək imperiya qurmağa cəhd edir. Bunu “Foks Nyus” televiziyasına müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“İran aqressiv imperiya yaratmağa cəhd edir. Bu ölkə öz xalqını respressiyalara məruz qoyur və Yaxın Şərqi ələ keçirərək, dünyaya dominantlıq etmək istəyir. Qlobal terrorizmin sponsoru olan ölkə nüvə silahı hazırlamağa cəhd edir. Bunun qarşısını almaq lazımdır”, – deyə o bildirib.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ-la sülh müqaviləsini imzalamaq və iki ölkə arasında diplomatik münasibətləri qurmaq arzusunu ifadə edib. Bu haqda Cənubi Koreya prezidentinin administrasiyasındakı yüksək vəzifəli mənbəyə istinadən yerli “Tina İlbo” qəzeti bildirib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, dövlət başçısını ABŞ-la münasibətləri sabitləşdirmək arzusunu Cənubi Koreyanın nümayəndə heyətiylə görüşdə ifadə edib.

“Kim Çen Inın son məqsədi ABŞ-la sülh müqaviləsini imzalamaq və Pxenyanda Amerika səfriliyinin açılışı da daxil olmaqla, normal diplomatik münasibətlər qurmaqdır”, - mənbə söyləyib.

Daha əvvəl Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşməyi təklif edib. Vaşinqton görüşə razılıq verib. Ağ Evdən bildiriblər ki, görüşün vaxtı və yeri daha sonra uyğunlaşdırılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm