Ermənistanın Azərbaycana qarşı “İsgəndər” oyununun ÜSTÜ AÇILDI – Bir neçə saatlıq BLEF
Bizi izləyin

Nida Təhlil

Ermənistanın Azərbaycana qarşı “İsgəndər” oyununun ÜSTÜ AÇILDI – Bir neçə saatlıq BLEF

Ermənistan KİV-inin “İsgəndər” taktiki-raket kompleksləri ilə bağlı blefinin ömrü bir neçə saat davam edib.

“Jamanak” qəzeti öz mənbələrinə istinadən Rusiya növbəti silah partiyasının alınması üçün Ermənistana kredit verəcəyini, bu kreditlə “İsgəndər” raketlərinin alınanacağını yazmışdı.

“Əvvəlkilərdən fərqli olaraq, növbəti Rusiya krediti faizsiz olacaq və kredit çərçivəsində alınması planlaşdırılan “İsgəndər” taktiki-raket komplekslərinin Azərbaycanla sərhəd bölgələrdə yerləşdirilməsi nəzərdə tutulur”, - qəzet qeyd etmişdi.

Publika.az xəbər verir ki, bu informasiyanı Ermənistan Müdafiə Nazirliyi “Sputnik” agentliyi təkzib etməyib.

Amma məsələ burasındadır ki, Ermənistanın “Yerkramas” nəşrinin hərbi mənbələri “İsgəndər” raketlərinin alınması versiyasını təsdiq etməyiblər.

“Ermənistanın Silahlı Qüvvələrinin yeddiillik inkişaf planında müasir effektiv sistemlərin əldə edilməsi nəzərdə tutulub. Vacib deyil ki, bunlar “İsgəndər” olsunlar”, - nəşrin həmsöhbəti bildirib.

Xatırladaq ki, 2016-cı il sentyabrın 21-də Ermənistan hərbi paradda “İsgəndər” raketlərini nümayiş etdirmişdi. Lakin sonradan məlum oldu ki, bu raketlər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına məxsusdur və Ermənistan ordusuna verilməyib. 102-ci bazada xidmət keçən rus əsgərləri Aleksandr Kruqlov və Oleq Vladimiroviç tərəfindən həmin vaxt sosial şəbəkələrdə paylaşılan fotolarda bu, öz əksini tapırdı.

2017-ci ilin iyulunda isə “RİA Novosti”yə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov Azərbaycanın Ermənistanda yerləşən “İsgəndər” komplekslərinin raketlərini vura biləcək raket əleyhinə silahlara malik olduğunu açıqladı.

“Müdafiə naziri olaraq bəyan edirəm ki, bizim “İsgəndər” raketlərinə qarşı sistemimiz var. Bizim də raketlərimiz var, onların sayı 50 dəfə çoxdur. Dediklərimə görə tam məsuliyyət daşıyıram. Təsəvvür edin, onlar bunu tətbiq etmək fikrinə düşsələr, hərbi hədəflərə və infrastruktura cavab atəşi necə olacaq”, - deyə o vurğulayıb.

Zakir Həsənov qeyd edib ki, Azərbaycan həmin raketləri Rusiyadan almasa da, keyfiyyət baxımından analoqlarından geri qalmır: “İsgəndər” yaxşı raket sistemidir. Lakin bir neçə sual var. İlk növbədə bu. hansı “İsgəndər”dir? Onların bir neçə növü var. İkincisi, həmin “İsgəndər”lərin vəziyyəti necədir. Üçüncüsü, kim o “İsgəndər”ləri idarə edir. Dördüncüsü, onlar “İsgəndər”ləri tətbiq edə biləcəklərmi? Hərbçi olaraq, biz həmişə ən pis variantı nəzərdən keçiririk, ona hazırıq. Düzdür, biz o raketləri Rusiyadan almamışıq, lakin keyfiyyətinə görə heç də geri qalmır. Mən sizə deyim, biz döyüş atəşləri həyata keçirmişik, nəticə əladır. Əminik ki, yaşayış məntəqələri və Silahlı Qüvvələrimizi müdafiə edə bilərik“.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm