“B planı”nın ŞOK PƏRDƏARXASI, 260 minlik ORDU İLƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

“B planı”nın ŞOK PƏRDƏARXASI, 260 minlik ORDU İLƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı keçirilən etiraz aksiyası ilə əlaqədar paytaxt Yerevanda vəziyyət pisləşib. NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edib. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Qərb-Rusiya münasibətlərini “soyuq müharibə” dövründən daha mürəkkəb adlandırıb. Kiyev Rusiyanı Ukraynayla sərhəddə böyük hərbi güc saxlamaqda ittiham edib.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı çıxan aksiya iştirakçıları Yerevanın bir neçə mərkəzi küçəsini bağlayıblar. Aprelin 14-də Ermənistanın hakim Respublika partiyası Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb. Baş nazir seçimi aprelin 17-nə gözlənilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Egey dənizində bir qrup yunanın qayalıqlara Yunan bayrağını sancması Ankara-Afina xəttində gərginliyi artırıb. Bundan xəbər tutan SAT komandoları yunan bayraqlarını qaldıraraq oradan ayrılıblar.

Hadisəyə şərh verən Baş nazir Binali Yıldırım Yunanıstana lazımi cavab verməyə hazır olduqlarını bildirib.

Yunanıstana növbəti xəbərdarlıq türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğludan gəlib. Afinaya sərt xəbərdarlıq edən nazir “əsgərlərimizin əlindən bir qəza çıxa bilər” deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə hökuməti Fransa Prezidenti Emmanuel Makronun “Türkiyə ilə Rusiyanı ayırdıq” ifadəsinə sərt reaksiya verib. Bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ çıxış edib.

“Nə Rusiya, nə də ABŞ-la eyni hədəfə qaçırıq. Qərbin mövqeyi ikiüzlüdür, bizim siyasətimiz doğrunun yanındadır”, - Bozdağ bildirib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Suriya əməliyyatı ilə Türkiyə və Rusiyanı ayırmağa nail olduqlarını açıqlamışdı.

Türkiyə, Rusiyadan fərqli olaraq, ABŞ və müttəfiqlərinin Suriyaya zərbə endirməsini dəstəkləmişdi.

Türkiyə Dəniz Donanması Bəşər Əsədin Suriyadakı hücumlarına qarşılıq vermək bəhanəsilə Aralıq dənizinin şərqinə yerləşməyə çalışan ABŞ, İngiltərə və Fransa donanması, həmçinin təxribatlarını artıranYunanıstana qarşı əhəmiyyətli bir addım atıb.Türkiyə 2 sualtı və 12 müharibə gəmisini bölgəyə göndərib, dənizdəki aktivlik 7 gün, 24 saat nəzarətə alınıb.

Aprel ayı ərzində 27 müharibə gəmisi ilə Qara dənizdə “Dəniz Ulduzu -2018” təlimlərini icra edən donanma eyni zamanda, Ege və Aralıq dənizində 14 müharibə gəmisi ilə təlim üçün səfərə çıxıb. Donanma həm də NATO-nun Atlantik və Hind okeanında, Şimal dənizində keçirdiyi təlimlərə və qatıldığı hərbi əməliyyatlara da yaxından kömək edir.

Türkiyənin Rusiyadan S-400 zenit raketlərini almaq haqqı var. Bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, silah satışı və alışı bir ölkənin verəcəyi qərardır. O, Türkiyənin həmçinin ABŞ-dan Patriot sistemlərinin alışı ilə bağlı danışıqları davam etdirdiyini bildirib.

“Suriyanın hökumət güclərinə qarşı keçirilən əməliyyat Rusiya və İrana açıq bir mesaj idi”. Bu haqda NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edib.

“Əməliyyat Rusiya və İrana açıq mesaj idi və beynəlxalq ictimaiyyətin kənarda səssiz qalmayacağını göstərdi. Bu, kimyəvi silahların potensialını azaltmaq üçün keçirilən bir əməliyyat idi. Rusiya kimyəvi silah tətbiqi ilə bağlı istintaqa maneə törətdi”, - o bildirib.

Hərbi alyansın rəhbəri NATO-nun Rusiya ilə siyasi danışıqlara qarşı olmadığını deyib.

Xatırladaq ki, parelin 14-də ABŞ, İngiltərə və Fransa Suriyaya 100-dən çox qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib. Raket zərbələri aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə cavab olub.

Rusiya bundan sonra Suriya qarşı gerçəkləşdiriləcək hər hansı hücuma sərt cavab verəcək. Bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin növbəti bəyanatında səsləndirilib.

Şimaldan Aralıq dənizinə çıxma planı Afrində çökən ABŞ cənubdan yeni dəhliz açmağı planlaşdırır. Aprelin 14-də Suriyanın bombardman edilməsi də bu planın ilk addımı kimi görünür. Bu haqda ABŞ, İngiltərə və Fransanın Suriyanın hökumət güclərinə aid obyektləri vurmasını şərh edən suriyalı mütəxəssislər “Yeni Şəfəq” nəşrinə açıqlamasında bildiriblər.

Araşdırmaçı Nasir Hüso hesab edir ki, Hasekedə həbs olunan PKK-Qərb koalisiyası “B planı”nı həyata keçirməklə məşğuldur və yeni hədəf Əl-Bukemaldan (Fərat çayının sahilində, Suriya-İraq sərhədində yerləşir –red.) Tedmura (Xümsün cənubunda yerləşir –red.) qədər uzanan cənub dəhlizini yaratmaqdır.

Kərkükdən başlayıb Lazkiye-Aralıq dənizinə qədər uzanan dəhliz layihəsinin “Fərat Qalxanı” və “Zeytin budağı” hərəkatları ilə pozulduğunu deyən mütəxəssis bununla belə, Qərb ittifaqının dəhliz xəyalından vaz keçmədiyini qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rəsmi Tehran İsrailin ötən həftə iranlı hərbçilərin ölümünə səbəb olan Suriyadakı hərbi bazaya etdiyi hücuma qarşılıq verəcək. Bu iddia ilə Livanın Hizbullaha yaxın nəşrlərindən sayılan “Əl-Əxbar” çıxış edib. Nəşr İranın qarşılıq vermək üçün çox gözləməyəcəyini, Fələstin və ətrafında İsrailə qarşı hər hansı bir əməliyyatın planladığını yazıb.

Nəşrin redaktoru İbrahim Əl-Aminin sözlərinə görə, İran bunu edərkən heç bir müttəfiqə ehtiyac duymayacaq və etdikdən sonra da bunu gizlətməyəcək.

Xatırladaq ki, İsrailin Suriyanın T-4 hərbi bazasını bombardman etmişdi.

“Rusiya və Qərbin münasibətləri “soyuq müharibə” dövründə olduğundan indi daha pisdir”. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov BBC telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, münasibətlər “soyuq müharibə” dövründə olduğundan daha pisdir. Çünki, “soyuq müharibə” dövründə kommunikasiya kanalları var idi, rusofobiya yox idi”, - Lavrov deyib.

Suriyada kimyəvi silahın istifadəsinə aid Fransa, Böyük Britaniya və ABŞ-ın əsaslandığı sübutlara gəlincə, onun sözlərinə görə, bu ölkələr KİV-in və sosial şəbəkələrin xəbərlərinə istinadə ediblər.

“Aprelin 7-də Duma şəhərində kimyəvi silahdan istifadəyə dair sübutlar yoxdur”, - Lavrov əlavə edib.

Rusiya Ukraynayla sərhəddə öz qoşunlarını gücləndirir və Ukraynanın sərhədlərində böyük müharibəyə hazır Rusiya qoşunu dayanır. Bu haqda Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov təhlükəsizlik üzrə 11-ci Kiyev forumunda danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm